2[102]-1253/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1253/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                              

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARİ

15 fevral 2019-cu il                İş № 2(102)-1253/19                                Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, X2, Cavabdeh1 Bakı
Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən
verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq  

MÜƏYYƏN ETDİ:

X2 Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın tam təmin
edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Cavabdeh1 Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, X2 iddiasının rədd
edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

İşin halları:

İddiaçı X2 Bakı şəhəri 6 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak

Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər
ərazi idarəsinin üçüncü şəxs kimi qeyd olunduğu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,
Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinə dair icarə
müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının həyata
keçirilməsinə maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsindən çıxarılma və pulun
tutulması” haqqında ilkin; Cavabdeh1 X2rşı “pul vəsaitinin tutulması” və Cavabdeh2 X3 və
Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia ərizələri ilə

Bakı şəhəri

Səbail rayon  məhkəməsinə müraciət etmişdilər.

Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tаrixli qətnaməsi ilə (sədrlik edən

Z.Əliyev

, iş 2(009)-159/2016) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1  3.213 (üç min iki yüz on

üç) manat məbləğində pulun alınaraq X3 verilməsi, ilkin iddianın qalan hissələrdə, qarşılıqlı iddia
tələblərinin isə təmin edilməməsi qət edilmişdir.

 Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi

ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş №

2(103)-

64/2018)

X2 apelyasiya şikayəti qismən təmin edilmiş,  

iş üzrə Bakı şəhəri Səbail rayon

məhkəməsi

nin

03 may 2018-ci il

tarixli qətnaməsi qismən,  iddianın təmin olunan

hissəsində dəyişdirilmiş, Cavabdeh1 12861  (on iki min səkkiz yüz altmış bir) manatın alınaraq
iddiaçı X2 verilməsi, qətnamənin iddiaçının apelyasiya şikayətinə münasibətdə qalan hissədə
dəyişdirilmədən saxlanılması, Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

Kassasiya şikayətinin dəlilləri:

X2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası

məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya
 Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, ilkin
iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir.

Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də,
Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv
edilməsini, X2 iddiasının rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir.

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

K

assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

      Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə
baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,mübahisəli ünvan 1 ünvanda yerləşən

ümumi sahəsi 92,6 kv.m olan qeyri-yaşayış sahəsi 73% hissədə Cavabdeh1, 13,5% hissədə X2, 13,5%

hissədə isə X5 məxsus olmuşdur. Lakin Cavabdeh1 11 yanvar 2014-cü il tarixdən həmin qeyri-yaşayış
sahəsini icarəyə versə də, bu müddət ərzində sahənin icarəsindən əldə olunan vəsaitdən X2 hər hansı
məbləğdə pul ödəməmişdir.

“xxxx” MMC-nin 27.06.2018-ci il tarixli, MB 11-558 saylı rəyinə əsasən ünvan 2 ünvanda yerləşən

qeyri-yaşayış sahəsinin (92,6 kv.m) 2014-cü il üzrə illik icarə haqqı cəmi 19 779 manat2015-ci il üzrə cəmi
18 409 manat2016-cı il üzrə cəmi 15 964 manat2017-ci il üzrə cəmi 25 521 manat2018-ci il üzrə  cəmi 
15 600 manat  olmuşdur.

Mübahisəli qeyri-yaşayış sahəsi 92,6 kv.m olduğundan və L.Şeverdyayevanın 13,5 % payına uyğun

olaraq ona (92,6 X 13,5%=12,5) 12,5 kv.m. sahə düşür ki, həmin sahəyə görə də 2014-cü il üçün icarə haqqı
kimi (19 779 X 13,5%=2670) 2670 manat, 2015-ci il üçün icarə haqqı kimi (18 409 X 13,5=2485) 2485
manat, 2016-cı il üçün icarə haqqı kimi (15 964 X 13,5%=2155) 2155 manat, 2017-ci il üçün icarə haqqı
kimi (25 521 X 13,5%=3445) 3445 manat, 2018-ci il üçün icarə haqqı kimi (15 600 X 13,5%=2106) 2106
manat, cəmi (2670+2485+2155+3445+2106=12861) 12861 manat Cavabdeh1 alınaraq X2 verilməlidir.

Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin

 mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213,
222.1, 222.2, 22.3-cü maddələrinin tətbiqi ilə razılaşmış, həmçinin mübahisəli hüquq
münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1,1092.1,
1092-ci maddələrini tətbiq etmişdir.

 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan

o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına
əmlak əldə etsin.

Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki,

bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas
olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş
əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Mülki Məcəllənin 1092-ci maddəsinə görə,  varlanmış şəxs əldə etdiklərini məhrum olanın

tələbi ilə ona qaytarmalıdır.

X2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası
məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv
yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir.

Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi

qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq
məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir
sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar
əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə

əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28
dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına
uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü
tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər
sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə
göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid

ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların
qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24

noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə
tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər
sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər

normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul
edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya

şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş
üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir.

Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət
olmasına baxmayaraq, təkrar texniki-tikinti ekspertizası keçirməmişdir.

Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün
məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin
məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb
və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər.
Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən

etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına
yol verməmişdir.

Kassasiya şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol
verilməmişdir.

Kassasiya şikayətlərinin dəlilləri Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03

oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Kassasiya şikayətləri təmin edilməsin.
Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                  Vəfaddin İbayev