2[102]-1274/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1274/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                                                    
                                                      

Azərbaycan Respublikas

ı adından

Azərbaycan Respublikas

ı Ali Məhkəməsi

Mülki Kollegiyas

ının

Q

ƏRARİ

15 fevral 2019-cu il                  

İş№ 2(102)-1274/19                              Bakı  şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Cavabdehin vəkili Süleymanlı
Elxan Bəhmən oğlunun i

ştirakı ilə, Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyas

ının       03 avqust 2018-ci  il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə

baxaraq  

ƏYYƏN ETDİ:

 
Cavabdeh Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyas

ının 03 avqust 2018-ci  il tarixli

qətnaməsindən kassasiya

şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün

apellyasiya instansiyası məhkəməsinə göndərilməsini  xahi

ş etmişdir.

İşin halları:

İddiaçı “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı

kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və tutmanın ipoteka predmetinə
yöndəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə
müraciət etmi

şdir.

Bakı şəhəri Nizami rayon məhkəməsi

nin

16 mart 2018-ci

il tarixli qətnaməsi ilə

(sədrlik edən

F.Mirzəyev

, i

ş №

2(007)-101/2018

)

iddia qismən təmin edilmiş,

Cavabdehdə

n

6.951,46 ABŞ dolları əsas,  1.573,87 ABŞ dolları faiz, 5.000 ABŞ dolları cərimə, cəmi

13525,33 ABŞ dolları  (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) borcun və 30 manat
məbləğində ödənilmiş dövlət rüsumunun “

xxxx” Kommersiya Bankı Açıq Səhmdar

Cəmiyyətinin xeyrinə tutulması,

 tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş,

cavabdehə məxsus “Kia Sportage” markalı ** RP *** avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan
satılmaqla realizə edilməsi, əldə ediləcək vəsaitdən  Cavabdehin

xxxx” Kommersiya Bankı Açıq

Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi,

iş üzrə keçirilmiş ekspertiza tədqiqatının

dəyəri 50 manatın cavabdehdən tutularaq  Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət
edilmiş,  iddia tələbi qalan hissədə

rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas

ının 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və H.Həmidov, i

ş№

2(103)-

7422/2018) cavabdehin

apelyasiya şikayəti qismən təmin edilmiş,

i

şüzrə Bakı şəhəri

Nizami rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi əsas və cərimə
borclarının məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, iddiaçı “xxxx”
Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh

arasında 22 oktyabr 2012-ci il

tarixdə bağlanmış “kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsəd ilə 6509 (altı
min beş yüz doqquz) ABŞ dolları 80 (səksən) sent, ödənişin gecikdirilməsinə görə tətbiq olumuş
cərimənin ödənilməsi məqsədi ilə 650 (altı yüz əlli) ABŞ dolları məbləğində pulun Cavabdehdən

“xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət
edilmiş, Nizami rayon məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 16 mart 2018-ci il
tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya

şikayətinin dəlilləri:

Cavabdeh kassasiya

şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyas

ı məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı

Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas

ının 03 avqust 2018-ci  iltarixli qətnaməsinin ləğv

edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini  xahi

ş edir.

Kassasiya

şikayətinə qarşı verilmiş etiraz:

Kassasiya

şikayətinə qarşı etiraz daxil olmamışdır.

   Məhkəmə iclas

ında iştirak edənlərin izahatları:

 
Cavabdehin vəkili Süleymanlı Elxan Bəhmən oğlu göstərmi

şdir ki, işə baxarkən apellyasiya

instansiyas

ı məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş,

prosessual qanun pozuntular

ına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyas

ının 03 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün

apellyasiya instansiyası məhkəməsinə göndərilməsini   xahi

ş edir.

Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını
mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikas

ı Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyas

ı məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və

prosessual hüquq normalar

ının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyas

ı məhkəməsi işin faktiki hallarını araşdırmır,

yaln

ız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.

Kassasiya instansiyas

ı tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası

məhkəməsinin maddi və prosessual normalar

ı düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi

məsələlərin düzgün qiymətləndirilməsi üçün i

şin faktiki hallarının nəzərə alınması və onlara istinad

olunmas

ı vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına

istinad etməsi faktiki hallar

ın yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək

laz

ımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən

olunmas

ı ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin

hüquqi aktlar

ına təsir göstərə bilər.

Apellyasiya instansiyas

ı məhkəməsi müəyyən etmişdir ki, 22 oktyabr 2012-ci il tarixli “Kredit

müqaviləsindən” görə, Bank ilə cavabdeh arasında bağlanmış bu müqaviləyə əsasən Bank
tərəfindən cavabdehə 60 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 15.474 ABŞ dolları məbləğində
kredit vermişdir.

“Kredit müqaviləsi” üzrə öhdəliklərin icrasının təminatı olaraq, cavabdeh, özünə məxsus

avtomobili Bankın xeyrinə ipoteka üə yüklü etmiş və bu barədə Bank ilə onun arasında 22.10.2012-
ci il tarixdə “Girov müqaviləsi” bağlanmışdır.

Bankın təqdim etdiyi “Maliyyə arayışından” görə, cavabdehin 22.10.2017-ci il tarixə Banka

olan əsas borcu 6.951,46 ABŞ dolları, faiz borcu 1.573,87 ABŞ dolları, dəbbə pulu isə 8.344,79
ABŞ dolları təşkil edir.

Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası

təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə
həvalə olunmuşdur. Cavabdehin qeyd etdiyindən fərqli olaraq, Məhkəmə Ekspertiza Mərkəzinin
verdiyi hər iki rəydə (06.04.2017-ci il tarixli, 4868 nömrəli rəy və 25.01.2018 tarixli, 14613 nömrəli
rəy) eyni nəticəyə gəlinmiş, cavabdehin Banka 02.07.2016-cı il tarixə olan əsas kredit borcunun
məbləği 6.509,80 ABŞ dolları, faiz borcu isə 12,30 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 739.1, 421.1, 422.1, 385.1, 442, 445.1, 445.2.1, 448, 467, 269.1, 319.1-ci maddələrini, 
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1-ci  maddələrini tətbiq etmişdir.

 Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs

(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,
iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan
vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Müki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən)

pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə
götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan
eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Müki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya

verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti
açıq hərracda satmaq hüququna malikdir.

Müki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması

və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya
öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Müki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində

vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

Müki Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş

müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Müki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda

müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün
cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün
məsuliyyət daşıyır.

Müki Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz

surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,
həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması
istisna edilir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu

əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi
üçün ipoteka predmetinə yönəldilə bilər.

Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra

olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka
müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin
yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə
yönəldilməsi hüququnu yaradır.

Cavabdeh

kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

edilməsinin əsaslarından biri kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə
ona istinad edərək qeyd etmişdir ki, “ iş materiallarında Xətai rayon məhkəməsi tərəfindən iddia və
məhkəmə prosesi barədə cavabdehin məlumatlandırılması, eləcə də qətnaməni alması barədə heç bir
sübut olmadığı halda Bakı Apellyasiya Məhkəməsi bu hala diqqət yetirməmişdir.”

Məhkəmə kollegiyası mülki işlərə baxılarkən çəkişmə prinsipinin gözlənilməsinə önəm verir.

Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi müəyyən edir ki,
ədalət mühakiməsi, çəkişmə və tərəflərin bərabərliyi əsasında keçirilir. Məcəllədə başqa hal
nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə
baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi
nəticələr barədə biri-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün
müdafiəsini təşkil edə bilsin. Hakim  bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O
öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi
izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq
mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində

tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində
təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların
verilməsini nəzərdə tutmalıdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerl v. Switzerland” iş üzrə qərarında qeyd

etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə
tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı
şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin
təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun
qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin  faktiki hallarını məhz məhkəmə
baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını
təmin etməlidirlər.

Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 21, 29, 33, 82-ci

 vərəqlərində olan protokollardan görünür ki, cavabdeh məhkəmənin iclaslarında iştirak etmişdir. Həmçinin,
birinci instansiyası məhkəməsi 06 mart 2018-ci il tarixli  bildirişlə məhkəmə  iclasının vaxtı və yeri barədə
cavabdehi məlumatlandırmış, cavabdeh ona ünvanlanmış bildirişi həmin tarixdə qəbul etmiş və bu barədə
iş materiallarının 111-ci vərəqində olan xəbərnaməyə imza etmişdir. Bundan əlavə iş materiallarının 118-ci
vərəqində olan xəbərnamədən məlum olur ki, cavabdeh  Nizami rayon məhkəməsinin 16 mart 2018-ci il
tarixli  qətnaməsini 21 aprel 2018-ci il tarixdə xəbərnaməyə imza etməklə almışdır. Cavabdeh  apelyasiya
şikayətində də birinci instansiyası məhkəməsinin qətnaməsini 21 aprel 2018-ci il tarixdə aldığını qeyd
etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda apellyasiya instansiyası məhkəməsi

tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinin pozulmasından söhbət gedə
bilməz.

Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi

sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq tamamilə əsassız
qətnamə qəbul etmişdir.

Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət

verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə
qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən
şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların
qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair”
31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və
qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər
tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin

məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-
edilməməsinin səbəbləri aydın göstərilməlidir”.

Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin

həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları
araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki

hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

Kassasiya

şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyas

ı hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmu

ş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol

verilməmi

şdir.

Kassasiya

şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust

2018-ci  iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxar

ıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas

ı

Q

ƏRARA ALİR:

 
Kassasiya

şikayəti təmin edilməsin.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas

ının 03 avqust 2018-ci iltarixli qətnaməsi

dəyi

şdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                 Vəfaddin İbayev