2[102]-1276/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1276/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                                                        
                                                       

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası Ali Məhkəməsi

 

Mülki Kollegiyasının

 

QƏRARİ

 

15 fevral 2019-cu il                İş № 2(102)-1276/19                                Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Cavabdeh vəkili Mirzəyev
Vasif Sücahət oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının
03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq  

 

MÜƏYYƏN ETDİ:

 
Cavabdeh Bakı Apellyasiya  Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul
edilməsini xahiş etmişdir.

 

İşin halları:

 

İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların onun yanında qalması və aliment”

tələbinə dair iddia ərizəsi ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların onun
yanında qalması və aliment” tələbinə dair  iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə
müraciət etmişdilər.

Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərardadı ilə qeyd olunan

iddia tələbləri ilə  bağlı 2(007)-4225/2017 və 2(007)-4257/2017 nömrəli mülki işlər birlikdə
baxılması üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş icraatda 2(007)-4225/2017 nömrəsi
saxlanılmışdır.

Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən

M.Sadıqov, iş 2(007)-226/2018) İddiaçı və Cavabdeh iddiaları qismən təmin edilmiş, Cavabdeh ilə
İddiaçı arasında bağlanmış və Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 21 noyabr 2000-ci il
tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 637 nömrə ilə qeyd edilmiş nikahın
pozulması, tərəflərin birgə nikahından 21 yanvar 2002-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh

yanında, 21 mart 2006-cı il tarixdə doğulmuş X2 anası iddiaçının yanında qalmaları,Cavabdeh 21
iyun 2017-ci il tarixdən başlayaraq, 21 mart 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına
çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında
aliment alınıb, İddiaçıya, İddiaçı 27 mart 2018-ci il tarixdən başlayaraq, 21 yanvar 2002-ci il tarixdə
doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,0 manat sabit pul
məbləğində alimentin alınıb, Cavabdeh verilməsi, iddiaların qalan hissələrdə təmin edilməməsi,
qətnamənin alimentin alınması hissəsində dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumlarının
tərəflərə aid edilməsi, məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə sərf edilmiş 180,0 manat
pulun İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə köçürülməsi qət
edilmişdir.

Bakı Apellyasiya  Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), hakimlər S.Hacıyev  və R.Eyvazov, iş № 2(103)-
9767/2018 ) iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.

 

  Kassasiya şikayətinin dəlilləri:

 

Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də,
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv
edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir.

 

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

 

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
 

Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Cavabdeh vəkili Mirzəyev Vasif Sücahət oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş,
prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı  Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 03 oktyabr 2018-ci  iltarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul
edilməsini xahiş  edir.

Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə
baxılmasını mümkün hesab etmişdir.

 

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X9  ilə Cavabdeh 21 noyabr

2000-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx xxxxx 2002-ci il tarixdə X5 və  xx xxxxx
2006-cı il tarixdə X6 anadan olmuşlar.

Bakı Şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və

himayəçilik üzrə Komissiya boşandıqdan sonra hər iki uşağın - X1 və X2 ataları Cavabdeh
himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir.

Hazırda 17 yaşlı X5 atası Cavabdeh himayəsində yaşamaqla onun yanında, 13 yaşlı X6

anası İddiaçı yanında yaşamaqla eyni qaydada  X5 atası ilə X6 isə anası ilə yaşamaqda davam
etmələrini arzulayırlar.

Apellyasiya

instansiyası

məhkəməsi

mübahisəli

hüquq

münasibətinə

Azərbaycan

Respublikası Ailə Məcəlləsinin 17.2, 21.1, 22.2.1, 22.2.2, 75.1, 75.4, 76.1.1, 78.1, 78.2-ci
maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. 

Cavabdeh kassasiya şikayətində Nizami rayon məhkəməsinin 12.06.2018-ci il tarixli, 2(007)-

226/2018 saylı qətnaməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2018-ci
il tarixli 2(103)-9767/18 saylı qətnaməsini qismən ləğv edərək xx.xx.2005-ci il təvvəlüdlü qızı X2
onun yanında saxlanması, xx.xx.2005-ci il təvvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək İddiaçı X2
saxlanması üçün sabit pul məbləğində ayda 154 manat aliment tutulub ona verilməsini və həm X1,
həm də X2 saxlanması üçün veriləcək alimentin 22.07.2017-ci il tarixdən hesablanmasını, qətnamə
qanuni qüvvəyə mindikdən sonra qızı X2 İddiaçı alınıb ona verilməsi barədə qərar qəbul edilməsini
xahiş etmiş  və ona istinad etmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyası hər iki uşağın onun
himayəsinə verilməsini məqsədəmüvafiq hesab etsə də məhkəmələr bu xüsusatı nəzərə
almamışlar. Həmçinin psixoloji ekspertin rəyi ilə də müəyyən edilir ki, qızı X2 anasının psixoloji
təsiri altında olmaqla onunla yaşamaqdan imtina edir.

Kassasiya şikayətinin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, uşaqların mənafeyi

baxımından  bacı və qardaşın bir yerdə, yəni bir ailədə yaşayıb böyüməsi, onların gələcək həyatda
qardaş-bacı kimi sıx ünsiyyətdə olub doğmalaşması üçün vacib şərtdir. Kassasiya şikayətinin
qardaş və bacının  bir ev və ailədə yaşaması barədə dəlili bu baxımdan əsaslı hesab oluna bilər və
uşaqların mənafeyinə cavab verir. Lakin son dərəcə həssaslıq tələb edən bu məsələdə 17 və 13
yaşında olan uşaqların rəylərinin nəzərə alınması da önəmlidir. Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin
həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində
dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına
çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə
və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.

Məhkəmə kollegiyası X1 atası Cavabdeh ilə, 13 yaşlı  X2 isə anası İddiaçı ilə yaşamaq

istəyini və bu məsələdə israrlı olmalarını nəzərə almamaq üçün  onların birlikdə yaşamalarının
üstün mənafelərinə xidmət edəcəyi kifayətedici əsas kimi qəbul edə bilmir. Hesab edir ki, 13 yaşlı
Leylanın anasından alınaraq atasının himayəsinə verilməsi X6 üçün psixoloji problemlər doğura,
məhkəmə aktının icrasında çətinliklər yarada bilər.

Hər iki valideynin, uşaqların mənafeyini nəzərə alaraq onlar üçün daha çox ünsiyyətdə olmaq

imkanı yaradılmasının uşaqların bacı-qardaş kimi normal inkişafına xidmət edəcəyini nəzərə alıb 
Məhkəmə kollegiyası bu cür ünsiyyətin yaradılmasını tərəflərə tövsiyyə etməyi zəruri hesab
etməklə, kassasiya şikayətinin X2 anası  X4 alınaraq atası Cavabdeh himayəsinə verilməsi barədə
dəlilinin rədd edilməsini məqsədəmüvafiq sayır.

Məhkəmə kollegiyası alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə kassasiya

şikayətinin qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi alimentin
tutulması hissəsində ləğv edilib, həmin hissədə həm ilkin həm də qarşılıqlı iddia rədd olunmalıdır.
Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh 21 iyun 2017-ci il tarixdən başlayaraq, 21
mart 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay
qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb, İddiaçıya, İddiaçı 27
mart 2018-ci il tarixdən başlayaraq, xx xxxxx 2002-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına

çatanadək saxlanılması üçün hər ay 154,0 manat sabit pul məbləğində alimentin alınıb, Cavabdeh
verilməsi barədə  birinci instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmışdır.

Məhkəmə kollegiyası qeyd edir ki, mülki işdə Cavabdeh işləməsi və aldığı əmək haqqı

barədə heç bir rəsmi sənəd mövcud deyildir. Onun əmək haqqı və digər qazancı barədə müvafiq
sübut olmadan qazancının və başqa gəlirinin dörddə bir hissəsi  miqdarında alimentin tutulması
barədə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz
və bu xüsusat gələcəkdə Cavabdeh aliment tutulmasının qeyri-mümkünlüyü ilə nəticələnə bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında
yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment
verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın
(gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud
onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən)
müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya
marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait
tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli
olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin
76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Məhkəmə kollegiyası Cavabdeh qazancı və başqa gəlirlər haqqında heç bir sübut olmadığına

görə ondan qazancının və ya başqa gəlirlərinin ¼ hissədə aliment tutulmasının çətinlik
törədəcəyini, həmçinin azyaşlı uşaqlardan birinin ananın, digərinin isə atanın himayəsində
yaşamalarını nəzərə almağı məqsədəmüvafiq hesab edir. Belə olan halda valideynlərdən qarşılıqlı
olaraq alimentin sabit pul məbləğində tutularaq bir-birinə verilməsi səmərəli hesab oluna bilməz.

Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə

əsasən,aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı
müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,
məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər
və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla
aliment ödəməkdən azad edə bilər.

Məhkəmə kollegiyası hesab edir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində

dəyişiklik olarsa tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən edilməsi imkanı
saxlanıldığına, tərəflərdən hər birinin himayəsində bir yetkinlik yaşına çatmamış uşağın olmasını
nəzərə alınmaqla tərəflərin aliment tutulması ilə bağlı tələbləri rədd olunmalı, qətnamə qalan
hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4.-cü maddəsinə əsasən

kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını tamamilə, yaxud qismən ləğv edib  apellyasiya instansiyası məhkəməsində müəyyən
edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

 

Kassasiya şikayətinə baxılmasının nəticələri:

 

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan

maddi və prosessual qanun pozuntularına yol verilmişdir.

Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03

oktyabr 2018-ci iltarixli qətnaməsinin qismən ləğv edilməsi  və ləğv olunmuş hissədə yeni qərar
qəbul edilməsi üçün əsas hesab edilir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual

Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

 

QƏRARA ALİR:

 

Kassasiya şikayəti qismən təmin edilsin.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsi

alimentin tutulması hissəsində ləğv edilsin, həmin hissədə həm ilkin, həm də qarşılıqlı iddia rədd
olunsun

Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
Sədrlik edən:                                                                               
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                               Vəfaddin İbayev