2[102]-130/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-130/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

                                         
                        Azərbaycan Respublikası adından
                Azərbaycan Respublikası Ali Məhkəməsinin
                                     Mülki Kollegiyasının 
                                           Q Ə R A R İ               
  
 « 07 » yanvar 2019-cu il          İş № 2(102)-130/19           Bakı şəhəri
    
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov

Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan
Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçının vəkili
X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 avqust 2018-ci il tarixli
qətnaməsindən Cavabdeh və vəkili X2 kassasiya şikayəti üzrə işə baxaraq,  

                                     MÜƏYYƏN  ETDİ :
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(0)/2018 saylı

qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh”ndan 7000(yedi min) ABŞ
dolları məbləğində pul vəsaitinin alınması və İddiaçı verilməsi qət edilmişdir.(hakim N.
Tağıyeva).

Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 avqust 2018-ci il tarixli

qətnaməsi ilə (hakimlər İ.Xəlilov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov, İş
№ 2(103)-7456/2018) apellyasiya şikayəti təmin edilməyərək həmin iş üzrə Bakı şəhəri
Nəsimi rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.

 
                                          İŞİN  HALLARİ :
 
İddiaçı cavabdeh Cavabdehə qarşı “sığortalı əmanətin kompensasiya edilməsi”

tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən
7000 ABŞ dolları məbləğində pul vəsaitinin və sığorta hadisəsinin baş verdiyi günə qədər
hesablanmış faizlərin kompensasiya şəklində ödəniş günü Azərbaycan Respublikası
Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulub ona verilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 
                 KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ
                            TƏRƏFLƏRİN İZAHATLARİ :
 
Cavabdeh və vəkili X2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar

ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq
edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsinin
ləğv edilərək, iddianın təmin edilməsini barədə yeni qərar çıxarılmasını xahiş edirlər.

Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X1 kassasiya şikayətinin dəlilləri

ilə razılaşmadığınıı vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya
Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını
xahiş edir.

Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəfə lazımi qaydada

bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə iclasına
gəlməmişdir.

Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə

gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini

araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 avqust 2018-ci il
tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

 
                                        HÜQUQ  MƏSƏLƏLƏRİ :
 
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya

instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi
tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası
məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki
halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının
prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli
məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi
aktlarına təsir göstərə bilər.

Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının

“xxxx” ASC ilə 28 avqust 2015-ci il tarixli 12 nömrəli depozit müqaviləsi bağlaması, 1 illik
müddətə, yəni 28 avqust 2016-cı il tarixədək banka 12 faiz ödənilməsi şərti ilə 22000 ABŞ
dolları məbləğində əmanət qoyması, həmin əmanətin sığortalanması, “xxxx” ASC ilə X2
arasında 23 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi bağlanması, ona 10.000 ABŞ dolları
məbləğində kredit verilməsi, iddiaçının öz depozit hesabındakı vəsaitin 15000 ABŞ
dollarını həmin kreditin təminatı olaraq girov qoyması işin mübahisəsiz hallarıdır. Beləki,
iddiaçı tələbində həmin dəlilləri irəli sürmüş, qarşı tərəf isə onlarla razılaşaraq iddiaçının
depozit hesabı olması, onların girov qoyulması ilə razılaşmışdır. Ona görə həmin hallar
təsdiq olunan mübahisəsiz hallar kimi qəbul edilir. İşin mübahisəli halı-iddiaçının tələb
etdiyi 7000 ABŞ dolları pulun girov olub- olmaması, sərbəst vəsait olub-olmaması ilə
bağlıdır.

Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki

, işin yeganə mübahisəli halı ilə bağlı cavabdehin etirazı ondan ibarətdir ki, iddiaçının tələb
etdiyi həmin məbləğ də, sərbəst məbləğ deyil, girovda olduğu üçün bloklaşdırılmışdır.
Çünki iddiaçının başqa kreditləri üzrə borcu yaranmışdır. Hazırkı mülki iş məhkəmənin
icraatına daxil olandan bəri keçən müddət ərzində cavabdeh tərəf etirazı ilə bağlı sübutlar
təqdim etməmişdir. Hansıki, məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin iştirakı
təmin olunmuşdur. Etirazla bağlı halları sübutetmə yükü məhz cavabdeh təşkilatın üzərinə
düşür. Cavabdeh təşkilat sübut etməlidir ki, iddiaçının tələb etdiyi 7000 ABŞ dolları girov
qoyulmuş, hansl öhdəliyin təminatı olaraq girov qoyulmuşdur. Cavabdeh ləğv prosesində
olan banklara ləğvedici təyin edilmişdir. Ləğv prosesində olan bankın müştərilərinin
depozit, öhdəlik və kredit məlumatları bankın elektron bazasında yerləşdirilmişdir. Həmin
məlumatları təqdim etmək heç bir çətinlik törətmədiyi təqdirdə doqquz aydan artıq
müddətə müvafiq sübutlar təqdim edilməməsi məhkəmənin qərar qəbul etməsinə mane
ola bilməz və gələcəkdə təqdim ediləcək sübutlar artıq gecikmiş sübutlar kimi

dəyərləndirilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-
nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin
ləğv edilməsi üçün əsaslar ola bilməz, maddi və prosessual hüquq normaları birinci
instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün

olaraq bu qənaətə gəlmişdir ki, işə baxan məhkəmə müqavilə, öhdəlik hüquq
münasibətlərini nizama salan maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin
etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hər iki məhkəmə instansiyasının iddia
qismən tələbinin təmin edilməsi mövqeyi ilə razılaşır.

Məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin işin

hallarını obyektiv və ədalətli şəkildə tədqiq etməməsinə dair dəlili ilə bağlı hesab edir ki,
işə baxan məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibəti və mülki işin
materiallarına istinad edərək, eləcə də, maddi və prosessual hüquq normalarının düzgün
tətbiqi ilə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün aradırılmasının
son nəticədə düzgün olan qərarın qəbul edilməsinə gətirib çıxarması barədə gəldiyi
nəticəsi əsaslıdır.

Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti

əsassızdır. Apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin
faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan
sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün
hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və
prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti
təmin

edilmədən,

Apellyasiya

Məhkəməsinin

qətnaməsi

isə

dəyişdirilmədən

saxlanılmalıdır.

Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

                                          QƏRARA  ALDİ :
 
Cavabdeh kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 13 avqust 2018-ci il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 

          Sədrlik edən :                                
                                                                   
               Hakimlər :     
 
       Əsli ilə düzdür :
       Ali Məhkəmənin hakimi                                                    Q.Əsgərov