2[102]-1308/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1308/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                      

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARİ

15 fevral 2019-cu il                İş № 2(102)-1308/19                                Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı Şəki Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya
şikayəti üzrə işə baxaraq  

MÜƏYYƏN ETDİ:

 
İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli

qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar
çıxarılmasını xahiş etmişdir.

İşin halları:

İddiaçı cavabdeh qarşı “ünvan 1 evin 2 saylı ünvanındakı mənzildən cavabdehin istifadə

hüququna xitam verilməsinə dair”

 iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət

etmişdir.

Qax rayon məhkəməsi

nin

21 iyun 2018-ci il

tarixli qətnaməsi ilə (sədrlik edən

M.Qarayev

, iş 2(024)-363/2018)iddia tələbi rədd edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov, iş №

2(107)-

2223/2018)iş üzrə Qax rayon məhkəməsi

nin

21 iyun 2018-ci il

tarixli qətnaməsi

dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya şikayətinin dəlilləri:

İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası

məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə
yeni qərar qəbul edilməsini xahiş edir.

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

K

assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

      Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə
baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Qax Rayon Xalq Deputatları Sovetinin

İcraiyyə Komitəsinin 13 iyun 1983-cü il tarixli qərarı ilə Qax şəhəri ünvan 1 ünvanında mənzilində İddiaçı
və onun ailə üzvləri olan X2, X5 və X3 mənzil sahəsini tutmaq hüququ verilmiş və bu barədə 05 iyul 1983-
cü il tarixli, 17 saylı order verilmişdir. 30.06.2010-cu il tarixdə iddiaçıya Qax RİH Mənzil İstismar Sahəsinin
kirayənişinə müvəqqəti yaşayış üçün müqavilə əsasında verilən 24 saylı mənzil sənədi verilmişdir. Həmin
tarixdə Qax RİH Mənzil İstismar Sahəsi ilə iddiaçı arasında “Dövlət koorperativ və ictimai yaşayış evlərinin
kirayəsi” haqqında nümunəvi müqavilə bağlanmış və həmin müqavilədə ünvan 3 ünvanında yerləşən 43
kv.m. mənzilin İddiaçı və onun ailə üzvlərinə istifadə üçün verildiyi göstərilmişdir. İddiaçı birinci instansiya
məhkəməsinin iclasında qızı X1 2003-cü ildə ailə qurduqdan sonra mübahisəli mənzildən çıxdığını, hazırda
həmin mənzildə yaşamadığını, formal olaraq qeydiyyatda olduğunu göstərərək cavabdehin istifadə hüququna
xitam verilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının

tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan

Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz

hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

 Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və

daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka
sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs
məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə

təminat verilir.

Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi

Bəyannamənin” 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur.

“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1 saylı

Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə
etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi
prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən

qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və
açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və

daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və
xitamı dövlət qeydiyyatına alınmalıdır.

Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin

daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq
daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi
mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ

onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin

əsası kimi ona istinad etmişdir ki, “Yeganə yaşayış yerim olan mənzilə dair konstitusion hüququmun
reallaşdırmağıma isterika sərgiləməkdən başqa dəlili olmayan, hikkə ilə mənə maneə olacağını məhkəməyə
təzyiq olaraq sürdürən cavabdehin hər hansı subutla təsdiqlənməyən anlaşılmaz mövqeyini məhkəmə
kollegiyası araşdırılıb uyğun hüquqi qiymət verməməklə, məhkəmə kollegiyası cavabdehin qanunsuz
mövqeyi ilə razılaşmaqla iş üzrə səhv nəticəyə gəlib, mahiyyətcə qanuni olan tələbimi təmin etməməklə
həmdə hazırda qüvvədə olan maddi hüquq normalarının kobud pozuntusuna yol verib.”

Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi
qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir:

“...İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsini tələb etdiyi ünvan 1 evin 2 saylı

ünvanındakı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, iddiaçının həmin mənzil
üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər mövcud deyildir. Yəni, sözügedən mənzil İddiaçı xüsusi
mülkiyyətində deyildir. Odur ki, İddiaçı mübahisə predmeti olan mənzildən cavabdehin istifadə hüququna
xitam verilməsini tələb etsə də, həmin tələbin irəli sürülməsi üçün zəruri olan daşınmaz əmlak üzərində
mülkiyyət hüququ olmadığından İddiaçı ünvan 1 evin 2 saylı ünvanındakı mənzildən cavabdehin istifadə
hüququna xitam verilməsini tələb etməkdə haqlı olmamışdır.”

Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir

ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını
düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual

Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə
bilməmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən

etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına
yol verməmişdir.

Kassasiya şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol
verilməmişdir.

Kassasiya şikayətinin dəlilləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  10

oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci iltarixli qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                  Vəfaddin İbayev