2[102]-1328/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1328/2019

15.02.2019

ALİ MƏHKƏMƏ

                                                         

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

QƏRARİ

15 fevral 2019-cu il                     İş № 2(102)-1328/19                             Bakı  şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm

oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas
oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, “xxxx” Açıq Səhmdar
Cəmiyyətinin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, Cavabdeh Gəncə Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya
şikayəti üzrə işə baxaraq  

MÜƏYYƏN ETDİ:

 
Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il

tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən
baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

                                                                                                

İşin halları:

İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ipotekaya qoyulmuş əmlaka

yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl rayon məhkəməsinə müraciət etmişdir.

Göygöl rayon məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən

R.Məmmədov, iş 2(066)-2076/2017) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tutulacaq cəmi
27106,27 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 29 iyul 2015-ci il tarixli
128/OM/İP saylı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında
Cavabdeh məxsus olan Göygöl şəhəri, ünvan 1 ünvanında yaşayış sahəsi 34,6 kv.m, yardımçı
sahə 85,7 kv.m, ümumi sahə 120,3 kv.m olan 10 nömrəli fərdi yaşayış evinə, həmin evin tərkib
hissəsi olan tikili və qurğularla birlikdə və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, bu fərdi yaşayış
evi tikili və qurğularla birlikdə və 0,06 ha torpaq sahəsi açıq hərracda satılması, satışdan əldə
edilmiş məbləğ borcun ödənilməsi həcmində iddiaçı “xxxx” ASC-nin hesabına keçirilməsi, ipoteka
predmeti olan Göygöl şəhəri, ünvan 1 ünvanında yaşayış sahəsi 34,6 kv.m, yardımçı sahə 85,7
kv.m, ümumi sahə 120,3 kv.m olan 10 nömrəli fərdi yaşayış evinin, həmin evin tərkib hissəsi olan

tikili və qurğularla birlikdə və 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 43000 (qırx üç min)
manat müəyyən edilməsi qət edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli

qətnaməsi ilə (hakimlər N.Quliyev (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ş.Rzaquliyev, iş №
2(104)-1057/2018) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon
Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Göygöl şəhəri,ünvan 1
ünvanında yerləşən 10 saylı fərdi yaşayış evinin və həmin evin tərkib hissəsi olan tikili və
qurğuların birlikdə ilkin satış qiymətinin 43000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi,
Göygöl şəhəri, ünvan 1 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evinin və həmin evin tərkib
hissəsi olan tikili və qurğuların birlikdə ilkin satış qiymətinin 62000 (altmış iki min) manat müəyyən
edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Kassasiya şikayətinin dəlilləri:

Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya

instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də,
Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci iltarixli qətnaməsinin
ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini
xahiş edir.

Kassasiya şikayətinə qarşı verilmiş etiraz:

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
 

   Məhkəmə iclasında iştirak edənlərin izahatları:

 
“xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Zamin Əli oğlu göstərmişdir ki, işə

baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün
tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən
saxlanılmasını xahiş edir.

Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə
baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq

kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası
məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi
məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək
lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən
olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlarına təsir göstərə bilər.

Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» ASC ilə Cavabdeh

arasında bağlanmış 28 iyul 2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə
illik 22 faiz ödəmək şərtilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir.

Eyni zamanda «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən

Bank ilə Cavabdeh arasında bağlanmış 28.07.2015-ci il tarixli 128/OM-Km nömrəli kredit
müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə Cavabdeh xüsusi
mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və
həmin torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli Liter A, ümumi sahəsi 120.3 kv.m, yaşayış
sahəsi 34.6 kv.m, yardımçı sahəsi 85.7 kv.m ibarət 2 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin
tərkib hissəsi Liter B, Qaraj-anbar 1 mərtəbəli, tikintialtı sahə 45.9 kv.m, Liter C Ocaqxana 1
mərtəbəli tikinti altı sahə 14.6 kv.m, Liter D toyuq damı 1 mərtəbəli, tikintialtı sahə 21.7 kv.m Liter Ç
1 mərtəbəli, tikintialtı sahə 18.9 kv.m olan tövlə ipoteka ilə yüklü edilmişdir.

Göygöl Rayon Məhkəməsinin 18.01.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh

28.07.2015-ci il tarixli 128/OMKM saylı kredit müqaviləsi üzrə 22421.76 ABŞ dolları əsas, 4561.11
ABŞ dolları faiz, 123.40 ABŞ dolları cərimə, cəmi 27106.27 ABŞ dolları məbləğində pul və
ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması qət olunmuşdur.

Azərbaycan Respublikası DƏDRX 3 saylı ərazi idarəsi tərəfindən verilmiş rəyə görə, ipoteka

predmetinin bazar dəyəri 62000 manat təşkil edir.

Apellyasiya

instansiyası

məhkəməsi

mübahisəli

hüquq

münasibətinə

Azərbaycan

Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 442, 448.1, 448.2-ci maddələrini, “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 4.2, 34.1, 39.3, 39.3.3-cü maddələrini tətbiq
etmişdir.

Azərbaycan Respublikası Müki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu

təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın
satılmasını tələb edə bilər.

Müki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın

ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü
edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir.

Müki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun

pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və
xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra
edilməsi) başa düşülür.

Mülki Məcəllənin 448.1-ci maddəsinə görə,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda

müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün
hallar üçün cavabdehdir.

Müki Məcəllənin 448.2-ci maddəsinə müvafiq olaraq, borclu öz öhdəliklərinin hər bir təqsirli

pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə görə, ipoteka

müqaviləsinə əsas öhdəliyin konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin
edilmiş sayılmır.

Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında

icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə
pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma
yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər
hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır.

Həmin Qanunun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti

ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil
qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv

edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci ekspertiza
rəyi ilə kifayətlənmiş,  buna zərurət olmasına baxmayaraq təkrar ekspertiza təyin etməmişdir.

Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik
tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz
təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın
təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan
sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul
hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən

etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına
yol verməmişdir.

Kassasiya şikayətinə baxılmasının nəticələri:

Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq

olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol
verilməmişdir.

Kassasiya şikayətinin dəlilləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20

sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Kassasiya şikayəti təmin edilməsin.
Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci iltarixli qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
Sədrlik edən:
 
Əsli ilə düzdür.
Ali Məhkəmənin hakimi                                                                  Vəfaddin İbayev