2[102]-1337/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1337/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

 
 
 
 
 
 

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R I

 
İş № 2(102)-1337/2019                            18 fevral 2019-cu il                        Bakı şəhəri
 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev

Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və
Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi,

Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli, 2(107)-

2186/2018 nömrəli qətnaməsindən iddiaçı ***nın kassasiya şikayəti üzrə mülki işə
baxaraq,

MÜƏYYƏN ETDİ:

 
Şəki Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 18 may 2018-ci il tarixli,2(075)-

631/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Şəki

Apellyasiya

Məhkəməsi

Mülki

Kollegiyasının

(hakimlər

R.R.Rəfiyev,

G.Q.Abbasov və E.Ş.Hüseynov) 11.10.2018-ci il tarixli, 2(107)-2186/2018 nömrəli
qətnaməsi ilə iddiaçı ***nın apelyasiya şikayəti təminolunmamış, Şəki Rayon
Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İddiaçı *** və onun vəkili X4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının

11.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər.

İŞİN HALLARİ:

 
İddiaçı *** Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh

həkim müayinəsindən keçməsi və dərman pereparatlarının alınması üçün atası ***
tərəfindən 2015-ci ilin fevral ayında, 2016-cı il, 2017-ci illərdə borc verdiyi 1500 (bir min
beş yüz) manat pulun və nikah dövründə hədiyyə şəklində ona verilmiş, nikah
pozulduqdan sonra əlindən alınmış 6050 (altı min əlli) manat dəyərində qızıl- zinət
əşyalarının, 300 (üç yüz) manat dəyərində divan- kreslo dəstinin, 100 (bir yüz) manat
dəyərində madonna servisin, 500 (beş yüz) manat dəyərində mobil telefon, evdə qalan

özünə məxsus 200 (iki yüz) manat pulun Cavabdeh tərəfindən ona ödənilməsi və nikah
dövründə gəlin köçdüyü evdə yaşamaq hüququnun tanınması barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.

İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 oktyabr 2013-cü ildə Şəki

rayon Qeydiyyat şöbəsində nikah bağlamaqla ailə qurmuşdur. Bu nikahdan övladları
olmamışdır. Müntəzəm olaraq Cavabdeh həkim müayinəsindən keçsə də, müalicəsinin
heç bir müsbət nəticəsi olmamış və gələcəkdə də müsbət nəticəsinin olması qeyri-
mümkündür. O, Cavabdeh ilə birgə nikah dövründə yaşadıqları zaman həkim
müayinəsindən keçmək üçün 02 oktyabr 2015-ci il tarixdə Şəki Rayon MRX-nın
Dermatoveneroloji laboratoriyasında makroskopik müayinə edilərkən onda həmin xəstəlik
aşkar olunmuş və qeydə alınmışdır. Müalicə üçün resept yazılmışdır. Lakin heç bir nəticəsi
olmamışdır. İkinci dəfə 26 yanvar 2016-cı ildə yenə Cavabdeh Şəki MRX-nın
Dermatoveneroloji laboratoriyasında yoxlamadan keçmişdir. Təkrar analiz verərkən ilk
analizdə olduğu xəstəliklər aşkarlanmışdır. Müalicəsinə resept yazılmış və heç bir nəticəsi
olmamışdır. 3-cü dəfə həkim müayinəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Mingəçevir şəhərində yerləşən Dövlət Xəstəxanasına 04 fevral 2016-cı il tarixdə
aparmışlar. Ödənişli qaydada müayinə ilə bağlı pul köçürülmüş və resept yazılmışdır.
Sonra 06 aprel 2017-ci ildə Şəki MRX-da Radioloji laboratoriyasında yoxlanaraq
Cavabdeh resept yazılmışdır.  Həmin müalicələrin heç bir nəticəsi olmamışdır. Ümumilikdə
Cavabdeh 16 noyabr 2015-ci ildən 07 aprel 2017-ci ilədək müalicəsinə çəkilən bütün xərc
onun atası tərəfindən ödənilmişdir. Şəkidə, Bakıda və s. şəhərlərdə edilən ödənişlər və
alınan dərman peraparatlarına çəkilən xərclər cəmi 1500 (bir min beş yüz) manat
məbləğindədir. Ər-arvadın hər birinin mülkiyyəti, yəni zinət əşyaları istisna olmaqla fərdi
istifadə şeyləri (geyim, ayaqqabı və s) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına
əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 11 oktyabr 2013-
cü il tarixdə Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsinin Şəki Bölgə
Qazisinin tərtib etdiyi nikahnaməsində hədiyyə şəklində qeyd olunan qızıl-zinət əşyaları,
yəni 3000 (üç min) manat dəyərində 1 dəst brilyant komplekt, 650 (altı yüz əlli) manat
dəyərində 1 ədəd üzük, 1500 (bir min beş yüz) manat dəyərində boyunbağı və bilərzik
komplekti, 150 (bir yüz əlli) manat dəyərində 1 (bir) ədəd Fantaziya üzük, 650 (altı yüz əlli)
manat dəyərində 1 (bir) ədəd oğlan üzüyü nikah pozulmamışdan qabaq qaynanası *** və
baldızı *** tərəfindən ona müqavimət göstərərək ondan alınmışdır. Atası tərəfindən ona
alınmış 500 (beş yüz) manat dəyərində özünə məxsus “Samsung A3” markalı telefon
Cavabdeh tərəfindən onun əlidən alınmışdır.  100 (bir yüz) manat dəyərində Madonna
servis, 300 (üç yüz) manat dəyərində divan- kreslo dəsti, 200 (iki yüz) manat dəyərində
mətbəx mebeli, 200 (iki yüz) manat özünə məxsus pul isə ər evində qalaraq
götürülməmişdir. Qızıl- zinət əşyaları, divan- kreslo, mətbəx mebeli və evdə olan ona
məxsus pul ilə birlikdə cəmi 7250 (yeddi min iki yüz əlli) manat Cavabdeh alınaraq ona
ödənilməlidir. Cavabdeh evindən atası evindən apardığı cehizləri 10 dekabr 2010-cu il
tarixdə çıxararkən hal şahidlərinin iştirakı ilə akt tərtib edilmişdir. 10 dekabr 2017-ci il
tarixdə cehizləri götürərkən hal şahidlərinin iştirakı ilə tərtib etdikləri aktda onun da,
anasının da iştirakını qeyd edərkən *** *** və *** *** qızı və Cavabdeh evdə olmadıqlarını
və akta onların adlarının qeyd edilməsinin vacib olmadığını bildirdilər. 10 dekabr 2017-ci il
tarixdə *** ***un iştirakı ilə tərtib edilmiş aktın arxasında şəxsən öz xətti ilə qeyd edilmişdir
ki, daha doğrusu təsdiq edilmişdir ki, həmin əşyaların bir qismi guya 4 (dörd) il qabaq
özləri tərəfindən satılmışdır. Cavabdehin atası *** *** həmin əşyaların bir qisminin
satılıdığını etiraf etmişdir. Cavabdeh iddia ərizəsində adları çəkilən əşyaları və ya onların
dəyərini  ona qaytarmaqdan imtina etdiyindən o, hazırkı iddia ərizəsi ilə məhkəməyə
müraciət etmək məcburiyyətində qalmışdır.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

İddiaçı *** və onun vəkili X4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının

11.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni
apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər.

Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr işdə olan sübutlara

prosessual qanunvericiliyin verdiyi səlahiyyətlər baxımından düzgün qiymət verməyərək,
əsassız nəticəyə gəlmişlər. 


PROSESSUAL MƏSƏLƏLƏR:

 
Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də,

məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat
verməmişdirlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən

məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

 
Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.10.2018-ci il tarixli

qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Şəki Rayon
Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı
olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və
əsaslı qətnamə qəbul etmişdir.

Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin

hallarından göründüyü kimi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən
04 iyun 2016-cı il tarixdə verilmiş RH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, *** saylı ev X1
adına qeydə alınmışdır.

Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsinin Şəki Bölgə Qazılığı

tərəfindən verilmiş nikahnamənin notarial qaydada təsdiq edilmiş sürətinə əsasən,
Cavabdeh tərəfindən iddiaçı ***na mehr kimi 1 dəst brilyant komplek, 1 ədəd üzük, 1 ədəd
boyunbağı (sep) və 1 ədəd bilərzik hədiyyə edilmişdir.

Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki,

apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir.

Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa

Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri
müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun
əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə
işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”

Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi aşağıdakılardan ibarətdir:
-Cavabdehin həkim müayinəsindən keçməsi və dərman pereparatlarının alınması

üçün atası *** tərəfindən 2015-ci ilin fevral ayında, 2016-cı il, 2017-ci illərdə borc verdiyi
1500 (bir min beş yüz) manat pulun alınaraq iddiaçıya verilməsi.

-Nikah dövründə hədiyyə şəklində ona verilmiş, nikah pozulduqdan sonra əlindən

alınmış 6050 (altı min əlli) manat dəyərində qızıl-zinət əşyalarının, 300 (üç yüz) manat
dəyərində divan-kreslo dəstinin, 100 (bir yüz) manat dəyərində madonna servisin, 500
(beş yüz) manat dəyərində mobil telefonun, evdə qalan özünə məxsus 200 (iki yüz) manat
pulun cavabdeh tərəfindən ona ödənilməsi.

-Nikah dövründə gəlin köçdüyü evdə yaşamaq hüququnun tanınması.

Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin birinci hissəsi üzrə aşağıdakı

qaydada hüquqi dəyərləndirmə apararaq onu qeyd etmişdir ki, iş materiallarında olan
cavabdehin müayinə və müalicəsi ilə bağlı sübutlar onun həqiqətən də xəstə olmasını
təsdiq etsə də belə, həmin sübutlarla müayinə pulunun iddiaçı və yaxud onun atası
tərəfindən ödənilməsi öz təsdiqini tapmır. Bundan başqa da işə əlavə edilmiş reseptlərdəki
dərman preparatlarının həqiqətən də alınması və yaxud həmin dərmanlara nə qədər pulun
xərclənməsi, eyni zamanda həmin dərman preperatları alındığı halda doğrudan da həmin
dərmanların məhz iddiaçının atasının pulu ilə alındığını təsdiq edən sübut məhkəməyə
təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri
hesab edir ki, iddiaçı 1500 manat pulun özü tərəfindən deyil, atası tərəfindən cavabdehə
verildiyini qeyd edir. Halbu ki, iş materiallarından göründüyü kimi iddiaçının atasının
cavabdehə qarşı bununla bağlı hər hansı tələbi mövcud deyildir. Ona görə də məhkəmə
kollegiyası iddia tələbinin həmin hissəsi ilə bağlı dəlinini əsassız sayır və məhkəmə
kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissə üzrə düzgün nəticəyə
gəlmişdir.

İddianın nikah dövründə hədiyyə şəklində ona verilmiş, nikah pozulduqdan sonra

əlindən alınmış 6050 (altı min əlli) manat dəyərində qızıl-zinət əşyalarının, 300 (üç yüz)
manat dəyərində divan-kreslo dəstinin, 100 (bir yüz) manat dəyərində madonna servisin,
500 (beş yüz) manat dəyərində mobil telefonun, evdə qalan özünə məxsus 200 (iki yüz)
manat pulun cavabdeh tərəfindən ona ödənilməsinə dair tələbinə münasibətdə məhkəmə
kollegiyası onu qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki,
iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, o Cavabdeh
ilə 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və iddia etdiyi
qızıl zinət əşyaları ona hədiyyə edilmişdir. Ancaq 2014-cü ildə ona məlum olmuşdur ki,
həmin qızıl-zinət əşyaları onun baldızının olmuşdur. Ona görə də həmin əşyalar onun
qaynanası və baldızı tərəfindən ondan alınmışdır. Birinci instansiya məhkəməsinin iclas
protokolundan görünür ki, iddiaçı baldızı və qaynanası tərəfindən ona müqavimət
göstərilərək qızılların ondan alınmasını qeyd etmişdir ki, bu da onun məhkəmə
kollegiyasında verdiyi izahatla ziddiyyət təşkil edir və izahat verərkən səmimi olmadığını
göstərir. Bundan başqa da məhkəmə kollegiyası onu da qeyd edir ki, o 2014-cü ildə
qızılların baldızın olmasını bilmiş, 2017-ci ildə isə tərəflər arasındakı ailə münasibətləri
kəskinləşmişdir. Buna baxmayaraq o keçən 3 il ərzində qızıl-zinət əşyalarını tələb
etməmişdir. Bu da onu göstərir ki, qızıl-zinət əşyaları ona məxsus olsa da belə o özünə
məxsus əmlaka üzərində özü sərbəst şəkildə sərəncam vermişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka

(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək
üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya)
faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ
- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda
götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər,
törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın)
hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Bundan başqa aşağı instansiya məhkəmələri müəyyən etmişlər ki, iddiaçı

cavabdehdən 300 (üç yüz) manat dəyərində divan- reslo dəstinin ona toy ərəfəsində
hədiyyə edildiyini bildirsə də, Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsinin
Şəki Bölgə Qazılığı tərəfindən verilmiş nikahnamədə iddiaçı ***na mehr kimi hədiyyə
edilmiş əşyaların içərisində mebel əşyaları qeyd olunmamışdır. İddiaçı ***nın həmin
əşyanın ona toy ərəfəsində hədiyyə edilməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim
etməmişdir.

İddia tələbinin 3000 (üç min) manat dəyərində 1 dəst brilyant komplekt, 650 (altı yüz

əlli) manat dəyərində 1 ədəd üzük , 1500 (bir min beş yüz) manat dəyərində sep
boyunbağı və bilərzik komplekti, 150 (bir yüz əlli) manat dəyərində 1 (bir) ədəd Fantaziya

üzük, 650 (altı yüz əlli) manat dəyərində 1 (bir) ədəd oğlan üzüyü ilə bağlı iddiaçı tələbini
əsaslandıra bilməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

500 (beş yüz) manat dəyərində mobil telefona dair tələbi ilə bağlı məhkəmə

kollegiyası onu qeyd edir ki, telefonun hansı markaya aid olması, həmin telefonda hansı
mobil nömrənin aktivləşdirilməsi, telefonun digər texniki göstəricilərinə dair sübut da
məhkəmə kollegiyasına təqdim edilə bilinmədiyindən iddia tələbinin həmin hissəsi də
əsassızdır.

Məhkəmə kollegyası apellyasiya şikayətinin 200 manat pulunun da oğurlanmasına

dair dəlllərinə cavab olaraq onu qeyd edir ki, oğurluq cinayət əməli olmaqla cinayət
mühakimə icraatı qaydasında araşdırılmalı bir məsələdir və mülki işə baxan məhkəmə
tərəfindən həmin dəlillərə hüquqi qiymət yol verilməsi yol verilməzdir. Ona görə də
iddiaçının bununla bağlı müvafiq hüquq mühafizə orqanına ərizə ilə müraciət etməsi halı
istisna edilmir.

İddiaçının tələbindən biri də nikah dövründə gəlin köçdüyü evdə onun yaşamaq

hüququnun tanınmasından ibarətdir.

Apellyasiya instansiyası məhkəməsi bununla bağlı düzgün olaraq onu qeyd etmişdir

ki, iddiaçının gəlin köçdüyü *** saylı ev hazırki iş üzrə cavabdehə deyil, onun atası X2
məxsusdur ki, hazırki iddiaya da cavab verməli şəxs Cavabdeh deyildir.

AR MPM-nin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab

edilirlər.  İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

İddiaçının tələbi X2 məxsus evə köçürülməyə yönəlsə də, buna baxmayaraq tələbin

yönəldiyi şəxs Cavabdeh olmuşdur. Bundan başqa, iddiaçı *** və Cavabdeh arasında ailə
münasibətləri 11 oktyabr 2013-cü il tarixdə yaranmış və cavabdehin atasına məxsus evə
gəlin köçmüşdür. İddiaçı ilə evin mülkiyyətçisi olan X1 oğlu Cavabdeh arasındakı nikah
pozulmuş və onların arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Eyni zamanda,
ailə münasibətlərinə xitam verildikdə yaşayış sahəsindən istifadə hüququnun saxlanılması
barədə iddiaçı *** ilə mülkiyyətçi X3 arasında hər hansı razılaşma olmamışdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
- 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin

mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı
(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin
himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi
yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

- 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri

arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən
onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin
onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə
və onun saxlanmasını təmin etməyə borcludurlar.

- 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə

üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə
münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə
hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış
sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə
əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi
vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan
vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış
sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla
bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində həmin norma ilə

tənzimlənən mülki-hüquq (mənzil) münasibətləri üzrə mübahisə tərəflərinin dairəsi
müəyyən olunmuşdur: bir tərəfdən yaşayış sahəsinin mülkiyyətçisi, digər tərəfdən, onun
ailə üzvləri və ailə üzvü hesab edilə biləcək digər qohumları (sonuncular yalnız mülkiyyətçi
tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvü hesab olunurlar).
Tərəflərin dairəsini dürüst müəyyən etmək ona görə vacibdir ki, Mənzil Məcəlləsinin 30-cu

maddəsinin tətbiqi yalnız həmin sübyektlər barəsindən mümkündür və bu normanın qeyri-
subyektlər barəsində hüquqi qüvvəsi yoxdur.

“Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları

qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir.
Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və
ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları

Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı
sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər
sübutlarla sübut edə bilməmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın

şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd
etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə
iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.
İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ
müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun
iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya
fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin
qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni
mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə

razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış
vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm
alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə
ki, aşağı instansiya məhkəmələri tərəfindən prosessual qanunvericiliyin sübutlarla bağlı
bütün müddəalarına qanunauyğun şəkildə riayət etmişlər.

Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya

məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı ***nın kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli,

2(107)-2186/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 

Sədrlik edən:
Hakimlər:
 
Əsli ilə düzdür
Ali

Məhkəmənin

hakimi

                                                  

                       

         Sənan Hacıyev