2[102]-136/2019 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 2(102)-136/2019
07.01.2019
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının
Q Ə R A R İ
« 07 » yanvar 2019-cu il İş № 2(102)-136/19 Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov
Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan
Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi,
Cavabdeh1, vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının
27 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili X1 kassasiya şikayəi
üzrə işə baxaraq,
MÜƏYYƏN ETDİ :
Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə
iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə
qaydada 8896 ABŞ dolları əsas borc, 1463.46 ABŞ dolları fiz borcu, 100 ABŞ dolları
cərimə olmaqla, cəmi 10459.46 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, ödənilmiş
30 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1
ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun tutularaq Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
Bakı
Apellyasiya
Məhkəməsi
Mülki
Kollegiyasının
27
iyun
2018-ci
il
tarixli, 2(103)-2358/2018 saylı qətnaməsi ilə (hakimlər X.Cəmilova sədrlik edən,
məruzəçi A.Hüseynov və İ.Xəlilov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək
Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5080/2017 saylı 17 oktyabr 2017-ci il tarixli
qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsi üzrə “1463,46 ABŞ dolları
(Azərbaycan manatına olan məzənnə ilə) məbləğində faiz borcunun tutulması” hissəsində
dəyişdirilərək, İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 1050.76 ABŞ dolları
məbləğində müəyyən edilsin və həmin məbləğ ödəniş gününə manata olan məzənnə ilə
həyata keçirilməsi, qətnamə iddianın qalan Cavabdeh1 qarşı təmin olunmuş hissəsi üzrə
«əsas borc və cərimənin tutulması» hissəsində dəyişdirilmədən saxlanılması, işin
apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat pul
Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası
Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 15 (on beş) manat
məbləğində dövlət rüsumu ona aid edilməsi qət edilmişdir.
İŞİN HALLARİ :
İddiaçı ASC-nin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında bağlanmış 29-
MK/2265 saylı 22.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 24 ay
müddətinə, illik 28%-lə, 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Borcalan kreditin
əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayının 22-30 günü hər ay üçün 524.02
ABŞ dolları, sonuncu ay üçün 818.12 ABŞ dolları olmaqla bərabər hissələrlə ödəməyi və
müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədikdə hər gecikdirilmiş gün üçün
gecikdirilmiş əsas məbləğin 73%-i miqdarında cərimə ödəyəcəyinə vəd etmişdir.
22.07.2014-cü il tarixli məxaric kassa orderinə əsasən 15000 ABŞ dolları kredit məbləği
Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Həmin kreditin təminatı olaraq Bank ilə
Cavabdeh3 (zamin) və Cavabdeh1 (borcalan) arasında ***** saylı 22.07.2014-cü il tarixli
zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 20.09.2016-cı il tarixli
maliyyə arayışına əsasən Cavabdeh1 ***** saylı 22.07.2014-cü il tarixli kredit müqaviləsi
üzrə 8896 ABŞ dolları əsas borc, 2819 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə
borcu olmuşdur. İddiaçı ASC tərəfindən cavabdehə ***** saylı 05.09.2016-cı il tarixli
pretenziya məktubu göndərilsə də, borcun tam ödənilməsi təmin edilməmişdir.
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ
TƏRƏFLƏRİN İZAHATLARİ :
Cavabdeh1 və onun vəkili X1 kassasiya şikayəti verərək şikayəti onunla
əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona
görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli
qətnaməsinin ləğv olunmasını xahiş edrilər.
Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili X1 kassasiya şikayətinin
dəlillərini müdafiə edərək şikayətin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdilər.
Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada
bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər.
Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə
gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini
araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 iyun
2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən
saxlanılmalıdır.
HÜQUQ MƏSƏLƏLƏRİ :
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını
araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi
tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası
məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki
halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının
prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli
məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi
aktlarına təsir göstərə bilər.
Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, birinci
instansiya məhkəməsi düzgün olaraq mülki qanunvericiliyin sadalanan normalarını işin
müəyyən edilmiş hallarına tətbiq etməklə Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra
edilməməsi kimi qiymətləndirmişdir. Lakin məhkəmə kredit borcu üzrə yaranmış faiz
borcunun məbləğinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya
baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən
edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış əsas
götürülməklə Cavabdeh1 22 iyul 2016-cı il tarixədək banka olan borcu 10199.43 manat
məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 9148.67 manat, faiz borcu üzrə
1050.76 manat. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddia tələbinə uyğun
olaraq 8896 ABŞ dolları məbləğində əsas borcun tutulması barədə düzgün nəticəyə gəlsə
də, 1463.46 ABŞ dolları məbləğində faiz borcunun tutulması barədə qənaətə gəlməkdə
haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddianın
Cavabdeh1 qarşı təmin olunmuş hissəsi üzrə 1463,46 ABŞ dolları faiz borcunun tutulması
hissəsində dəyişdirilərək, qətnamə ilə tutulmalı olan faiz borcunun məbləği ekspert rəyinə
uyğun olaraq 1050,76 ABŞ dolları məbləğində müəyyən edilməli, cərimə məbləği isə
birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbinə görə əsaslı şəkildə
azaldıldığı üçün qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
Apellyasiyainstansiyasıməhkəməsigəldiyinəticəni
aşağıdakı
maddi
hüquq
normaları ilə əsaslandırmışdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə
görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət
hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc
alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü
əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin
predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə
fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq
qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə
əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli,
məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya
müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək
hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya
lazımınca
icra
edilməməsi
başa
düşülür
(442).
Öhdəliyin
onun
icrası
üçün
müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır
(445.2.1).
Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu
gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş
icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və
müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan
öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin
nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks
etdirdiyi üçün qanuni və əsaslıdır.
Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd
edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit
hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə
yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş,
nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin
öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə
etmək məcburiyyətində qalmışdır.
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün
faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan
hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə
çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona
görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu
maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ :
Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 27 iyun 2018-ci il tarixli
qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Sədrlik edən :
Hakimlər :
Əsli ilə düzdür :
Ali Məhkəmənin hakimi Q.Əsgərov