2[102]-1388/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1388/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

 
 
 
 
 
 

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R İ

 
İş № 2(102)-1388/2019                            18 fevral 2019-cu il                        Bakı şəhəri
 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan

Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq
qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi,

Cavabdeh1 və onun vəkili Məhərrəmov Əbdül Azər oğlunun iştirakı ilə,
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(105)-

3457/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq,

 

MÜƏYYƏN ETDİ:

 
İddiaçı «xxxx» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ramiz oğluna qarşı

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və
E.R.İsmayılovdan müştərək qaydada «xxxx» QSC-nin xeyrinə 22556.51 ABŞ dolları məbləğində
kredit borcu, 2480.98 ABŞ dolları məbləğində faiz borcu və 8251.70 ABŞ dolları  məbləğində cərimə
olmaqla, ümumilikdə 33289.19 (otuz üç min iki yüz səksən doqquz dollar 19 sent) ABŞ dolları 
məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın
yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21
manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 19 nömrəli
evin 2-ci mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan  4 otaqlı, 84.5  kv/m ümumi sahədən
ibarət 19 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 33289.19
(otuz üç min iki yüz səksən doqquz dollar 19 sent) ABŞ dolları  məbləğində borcun və 30 manat
ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə
alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın
hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-nə ödənilməsi; Hərracdan əldə
olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2
və E.R.İsmayılovdan müştərək qaydada tutulması; Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,
19 nömrəli evin 2-ci mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan  4 otaqlı, 84.5  kv/m
ümumi sahədən ibarət 19 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra
Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə, onun  həmin torpaq
sahəsindən və fərdi mənzildən çıxarılması, mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi
barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Abşeron Rayon Məhkəməsinin (hakim Ş.H.Nəcəfova) 19 aprel 2017-ci il tarixli, 2(012)-

1655/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, «xxxx» QSC-i ilə Cavabdeh1
arasında bağlanmış 11.04.2012-ci il tarixli 17R000001538 saylı Kredit razılaşması üzrə əsas kredit
borcuna görə 22556.51 ABŞ dolları, faiz borcuna görə 2480.98 ABŞ dolları, cərimə borcu 8251.70
ABŞ olmaqla, ümumilikdə 33289.19 (otuz üç min iki yüz səksən doqquz dollar 19 sent) ABŞ dolları
məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın
yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat
xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ramiz oğlundan müştərək
qaydada «xxxx» QSC-nin xeyrinə tutulması, ödəmənin ipoteka qoyulmuş Cəfərli Cəfər Abil oğlunun
mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 19 nömrəli evin 2-ci
mərtəbəsində yerləşən 4 otaqlı, 84.5 kv/m ümumi sahədən ibarət 19 saylı mənzilinə yönəldilməsi,
həmin mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına
Cavabdeh1 ümumilikdə 33289.19 (otuz üç min iki yüz səksən doqquz dollar 19 sent) ABŞ dolları
məbləğində borcunun «xxxx» QSC-nın hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış
qiymətinin 38.523,80 (otuz səkkiz min beş yüz iyirmi üç manat 80 qəpik) manat məbləğində
müəyyən edilməsi, «xxxx» QSC-nə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi
ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan
hissəsinin cavabdeh Cəfərli Cəfər Abil oğluna qaytarılması və ya hərracdan əldə olunmuş vəsait
borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3
Ramiz oğlundan müştərək qaydada tutulması qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.F.Tağızadə, T.O.Quliyev

və E.M.Əhmədov) 29.10.2018-ci il tarixli, 2(105)-3457/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1
apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli,
2(012)-1655/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh1 və vəkili Məhərrəmov Əbdül Azər oğlu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi

Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər.

 

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

 
Cavabdeh1 və vəkili Məhərrəmov Əbdül Azər oğlu iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi

Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv,
işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər.

Kassasiya şikayəti belə əsaslandırılmışdır ki,

məhkəmə ipoteka predmetinin ilkin

satış qiymətini müəyyən edərkən, 06.04.2012-ci il tarixli 17M000000340 saylı
İpoteka Müqaviləsinə istinad etmişdir. Lakin həmin mənzilin hazırkı bazar
dəyəri 70.000 manatdan çox olmasına baxmayaraq məhkəmə tərəfindən bu
hal düzgün qiymətləndirilməmişdir.

 

PROSESSUAL MƏSƏLƏLƏR

 
Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Məhərrəmov Əbdül Azər oğlu kassasiya

şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul
olunmasını xahiş etmişdir.

Cavabdeh1 vəkilinin dediklərinə uyğun izahat verdi.
İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə

iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə
məlumat verməmişdir.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən

məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab
etmişdir.  

 

 
 
 
 

HÜQUQİ MƏSƏLƏLƏR:

 

Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

İlk növbədə qeyd edilməlidir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin

qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən, elə
həmin hissədə də yoxlanılmalıdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.10.2018-ci il tarixli

qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsini ipoteka
predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirmədən qüvvədə saxlayarkən haqlı olmamış,
maddi və prosessual hüquq normalarını pozaraq, iş üzrə səhv nəticəyə gəlmişdir.

Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından

göründüyü kimi, «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış  06.04.2012-ci il tarixli
17L000000749 saylı Kredit Xətti Müqaviləsinə əsasən, Bank, bu müqavilə ilə ümumi məbləği
100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açır. Kreditlər tərəflər arasında «Kredit
Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanan ayrıca
razılaşma əsasında veriləcək. Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə 06
aprel 2022-ci il tarixdən gec olmayaraq verilməlidir. Kredit alan isə bu müqavilənin ayrılmaz hissəsi
olan Ödəniş Planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit
alan kreditdən yalnız «Kredit Razılaşması»nda göstərilmiş məqsədi üçün istifadə etməyi öz
öhdəsinə götürür.

11.04.2012-ci il tarixli 17R000001538 saylı Kredit razılaşmasına əsasən, Bank məbləği

40000 (qırx min) ABŞ dolları olan krediti  aylıq faiz dərəcəsi 0.8333 faiz olmaqla 84 ay müddətinə
Kredit alana verir. Kredit alan bu Kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə
göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış
faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür 1 aprel 2012-ci il tarixli ödəniş planından
görünür ki, müştəri Cavabdeh1  hər ayın 11-dən gec olmayaraq, 84 ay müddətində hər ay 667
dollar 14 sent məbləğində Banka ödəniş etməlidir.

«xxxx» QSC ilə Cavabdeh2 və E.R.İsmayılov arasında bağlanmış 09 aprel 2012-ci il tarixli,

17S000001484 və 17S000001483 saylı Zaminlik Müqavilələrinin surətinə əsasən, Zaminlər
06.04.2012-ci il tarixli 17L000000749 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin
ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzlə Borclunun öhdəliklərinin icrasını təmin etmək
məqsədilə bağlamışlar. Borclunun Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra
etməsi üçün Zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə
Bank qarşısında birgə məsuliyyət daşıyırlar.

Borca dair cədvələ əsasən, «xxxx» QSC-nin müştərisi olan  Cavabdeh1 11.04.2012-ci il tarixli

17R000001538 saylı Kredit razılaşması üzrə 11.01.2017-ci il tarixə əsas kredit borcu 22556.51
ABŞ dolları, faiz borcu 2480.98 ABŞ dolları və cərimə borcu 8251.70 ABŞ dolları, ümumilikdə
33289.19 (otuz üç min iki yüz səksən doqquz dollar 19 sent) ABŞ dolları təşkil edir.

06.04.2012-ci il tarixli, 17M000000340 saylı İpoteka Müqaviləsinin surətinə əsasən, «xxxx»

QSC, «İpoteka verən» öz mülkiyyətində olan (Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,19
nömrəli evin 2-ci mərtəbəsində yerləşən 4 otaqlı, 84.5  kv/m ümumi sahədən ibarət 19 saylı
mənzilini) əmlakı Bank ilə Cavabdeh1 «Borclu» arasında bağlanmış 06.04.2012-ci il tarixli
17L000000749 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsininin ayrılmaz hissəsi olan
«Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında ayrıca
Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında yüklü
etmişdir. İpoteka predmetinin reyestr nömrəsi **********25-05101-093022, Qeydiyyat nömrəsi
**********, Qeydiyyat tarixi 07.03.2011. Daşınmaz Əmlakın Dövlət Reyestrində 13 №-li reyestr
kitabının 31 №-li vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı
razılığı ilə 38.523,80 (otuz səkkiz min beş yüz iyirmi üç manat 80 qəpik) qiymətləndirilmişdir. Mənzil
başqa öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilə bilməz və həbs alında deyil və
özgəninkiləşdirilə bilməz.

Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX  tərəfindən verilmiş 10.04.2012-ci il tarixli,

MA seriyalı, ******* saylı HDQH DƏDR-dən Çıxarışa əsasən,  «xxxx» QSC-nin «Xırdalan» filialı,
hüququ yüklü edilən şəxs C.A.Cəfərli  arasında Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,
bina 19 mənzil 19 - 120 ay müddətinə ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlak üzərindəki
hüquq daşınmaz əmlakın Dövlət Reyestrində 13 saylı reyestr kitabının 31 nömrəli vərəqində,
reyestr nömrəsi **********25-05101-093022, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
Öhdəliyin əsas mahiyyəti və icra müddəti 06.04.2012-ci il tarixli, 17L000000749 saylı kredit
müqaviləsi, müqavilənin məbləği 100000  ABŞ dollarıdır.

Xəbərdarlıq məktublarına əsasən, «xxxx» QSC tərəfindən cavabdehlər Cavabdeh1,

Cavabdeh2 və E.R.İsmayılovaborcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir.

C.A.Cəfərliyə ünvanlanmış 27683 saylı, 28.12.2016-cı il tarixli ipoteka predmetinə tutmanın

yönəldilməsinə dair bildirişə əsasən, «xxxx» QSC tərəfindən C.A.Cəfərlini ipoteka predmetinə
məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaqları barədə xəbərdar edilmişdir.

«xxxx» QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında

DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 0292 saylı, 10.01.2017-ci il tarixli ipoteka
predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəsinə
əsasən, ipoteka predmeti olan, ünvan 1 ünvanına tutmanın yönəldilməsi haqqında ipoteka qoyan
C.A.Cəfərliyə göndərilmiş 28.12.2016-cı il tarixli bildirişin qeydiyyata alınması ilə bağlı müraciət
etmişdir.

Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddianın qanuni əsaslarını

aşağıdakı kimi müəyyən etmişdir.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən  əgər

borclu təminat vasitəsi  ipoteka  olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlаkın satılmasını tələb edə bilər.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
1.0.6-cı  maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka

saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;

39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında

qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış
qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil
qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halları

baxımından təbiq etdiyi maddi hüquq normalarını yoxlayaraq belə qənaətə gəlir ki, məhkəmə ilkin
satış qiymətini 2012-ci ilin İpoteka Müqaviləsindəki qiymət əsasında müəyyən edən birinci
instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla maddi hüquq normasının tətbiqində
səhvə yol vermişdir.

Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
1.0.9-cu maddəsinə əsasaən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq

ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi
vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;

39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka

saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında
məhkəmə tərəfindən müəyyən edilir.

Göründüyü kimi, istinad edilən maddi hüquq normasının ilkin satış qiymətinin məhz qərarın

qəbulu zamanaı olan bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi ilə bağlı qeyd edilən
imperativ tələblərinin olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ilkin satış qiyməti
ilə bağlı tərəflər arasında mübahisənin olub-olmamasını müəyyən etmədən, birinci instansiya
məhkəməsinin ilkin satış qiymətini 6 il əvvəl bağlanmış müqavilədə əks olunmuş qiymət əsasında
müəyyən etmiş qətnaməsini qüvvədə saxlanılması qənaətinə gəlməklə maddi hüquq normasının
tətbiqində səhvə yol vermişdir.

İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb

etdiyi halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilməlidir.

Yeni apellyasiya baxışında müvafiq araşdırma aparılaraq, ipoteka predmetinin ilkin satış

qiyməti ipoteka predmetinin mövcud bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir.

Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə

baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün
məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən

kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası
məhkəməsinə göndərə bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini

rəhbər tutaraq, məhkəmə kollegiyası

 

QƏRARA ALDİ:

 

Cavabdeh1 kassasiya şikayəti təmin edilsin.
İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(105)-

3457/2018 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi
hissəsində ləğv edilsin.

İşə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 

 
Sədrlik edən:
Hakimlər:
 
Əsli ilə düzdür
Ali Məhkəmənin hakimi                                                                                      Sənan

Hacıyev