2[102]-1424/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1424/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

 
 
 
 
 
 

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R I

 
İş № 2(102)-1424/2019                            18 fevral 2019-cu il                        Bakı şəhəri
 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev

Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və
Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi,

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli, 2(105)-

4491/2018 nömrəli qərardadından cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla
Xeyirbəy oğlunun kassasiya şikayəti üzrə mülki işə baxaraq,

MÜƏYYƏN ETDİ:

 
İddiaçıCavabdeh qarşı iddia ərizəsi iləməhkəməyə müraciət edərək,Qusar şəhəri,

S.Stalski küçəsi ev 28-də yerləşən evə və həyətyanı torpaq sahəsinə istifadə hüququnun
tanınması, yetkinlik yaşına çatmayan uşaqları 21 yanvar 2003-cü təvəllüdlü X3 və 24 aprel
2005 təvəllüdlü X8 ilə birlikdə mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmış,
Qusar şəhəri, S.Stalski küçəsi 28 saylı evə köçürülməsi barədə qətnaməninqəbul
edilməsini xahiş etmişdir.

Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qusar

şəhəri, S.Stalski küçəsi, ev 28-də yerləşən və onun mülkiyyətində olan yaşayış evinə
qeydiyyatdan çıxarılması və həmin şəxsə məxsus olan əmlakın onun evindən
aparılmasının ona tapşırılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Qusar Rayon Məhkəməsinin (hakim A.Y.Vəliyev) 26 sentyabr 2017-ci il tarixli, 2(029)-

1095/2017 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh xüsusi
mülkiyyətində olan Qusar şəhəri, S.Stalski küçəsi, 28 saylı fərdi yaşayış evinə İddiaçı
istifadə hüququ tanınmaqla onun yetkinlik yaşına çatmayan uşaqları 21 yanvar 2003-cü il
təvəllüdlü X3 və 24 aprel 2005-ci il təvəllüdlü X8 ilə birlikdə həmin evə köçürülməsi, qalan
hissədə iddianın rədd edilməsi və Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi qət
edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.O.Quliyev,

A.Q.Hüseynov və G.F.Tağızadə) 24.01.2018-ci il tarixli, 2(105)-626/2018 nömrəli
qətnaməsi

ilə

Cavabdeh

apelyasiya

şikayəti

təminolunmamış,

Qusar

Rayon

Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər

Q.Ə.Allahverdiyev, İ.R.Xələfov və Ə.Ə.Şadıyev) 30.05.2018-ci il tarixli, 2(102)-3770/2018
nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təminolunmamış, Sumqayıt Apellyasiya
Məhkəməsi Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.

Bundan sonra, Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli

qətnaməsindən cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu
apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın rədd edilməsi barədə qətnamənin
qəbul edilməsini xahiş etmişdirlər.

Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 03 oktyabr 2018-ci il tarixli, 2(029)-

1095/2017 saylı qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək, ona
əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

Qusar Rayon Məhkəməsinin (hakim A.Vəliyev) 22 oktyabr 2018-ci il tarixli, 2(029)-

1095/2017 saylı qərardadı Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli
qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt
Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Ə.Abbasov,

Ş.R.Abasov və T.Q.Məmmədov) 15.11.2018-ci il tarixli, 2(105)-4491/2018 nömrəli
qərardadı ilə cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlunun
apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

Cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu və onların vəkili X9

iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli
qərardadından kassasiya şikayəti vermişlər.

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

 
Cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu və onların vəkili X9

iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli
qərardadından kassasiya şikayəti verərək, onun ləğv, şikayətə baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər.

Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, sadə bir tarix səhvinə görə şikayətin

qeyri-mümkün hesab edilməsi əsassızdır.

PROSESSUAL MƏSƏLƏLƏR:

 
Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də,

məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat
verməmişdirlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən

məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

 
Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.11.2018-ci il

tarixli qərardadı ilə X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlunun apellyasiya
şikayətini qeyri-mümkün hesab edərkən prosessual hüquq normalarını düzgün tətbiq
etmişdir.

Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.3-cü  maddəsinə əsasən  apelyasiya

şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi,
qətnaməni qəbul edən məhkəmənin adı qeyd edilməlidir.

Prosessual qanunvericiliyin tələbindən də görünür ki, şikayətdə şikayət edilən

məhkəmə qərarının qəbul edilmə tarixi qeyd edilməlidir.

İş materiallarından görünür ki, X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu

tərəfindən Qusar rayon Məhkəməsinin 2(029)-1095/2017 saylı, 08 oktyabr 2018-ci il tarixli
qərardadından şikayət verilmiş, şikayətin nəticə hissəsində Qusar Rayon Məhkəməsinin
2(029)-1095/2017 saylı, 08 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi xahiş
edilmişdir.

İş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin hazırki iş üzrə 08 oktyabr

2018-ci il tarixli qərardadı mövcud deyildir.

Göründüyü kimi, X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlu faktiki olaraq

Qusar Rayon Məhkəməsinin 2(029)-1095/2017 saylı iş üzrə mövcud olmayan
qərardadının ləğv edlməsini xahiş etmişdir. Bu da Mülki Prosessual Məcəllənin 361.1.3-cü 
maddəsində apelyasiya şikayətinin məzmununa dair irəli sürülən tələblərə uyğun deyil.

Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apelyasiyanın

mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün
prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya
instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apelyasiya şikayətinin səlahiyyətli
şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apelyasiya şikayətinə
müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən
sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində
verilib-verilməməsi daxildir.

Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın

mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət mövcud

olmayan qərardaddan verildiyindən, işə apellyasiya qaydasında baxılması üçün
prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir.

Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə

razılaşaraq

qeyd

edir

ki,

tətbiqedilməliolanprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin
dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəarardadının
ləğvi üçün qanuni əsas deyildir.

Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya

məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehlər X4, X2, X5, X1 və Yahyayev Xeyrulla Xeyirbəy oğlunun kassasiya

şikayəti təmin edilməsin.

İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.11.2018-ci il tarixli,

2(105)-4491/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 
 

Sədrlik edən:
Hakimlər:
 
Əsli ilə düzdür

Ali

Məhkəmənin

hakimi

                                                   

                       

         Sənan Hacıyev