2[102]-1445/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-1445/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

 
 
 
 
 
 

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R I

 
İş № 2(102)-1445/2019                            18 fevral 2019-cu il                        Bakı şəhəri
 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan

Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq
qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi,

Ərizəçi1 və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin vəkili
***nun iştirakı ilə,

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli, 2(104)-3344/2018

nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin kassasiya
şikayəti üzrə mülki işə baxaraq,

MÜƏYYƏN ETDİ:

 
Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək onun 1979-cu ilin əvvəlindən 1989-cu ilin

sonunadək ünvan 1 ünvanda yerləşən “Otdelspespromstroy” trestinin 1 və 2 saylı Kirovabad səyyar
Tikinti İdarələrində fəhlə, usta, iş icraçısı işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.

Gəncə şəhəri Nizami rayon Məhkəməsinin (hakim A.Mahmudov) 29 iyun 2018-ci il tarixli,

2(044)-3228/2018 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi və Ərizəçi1 Gəncə şəhərində
yerləşən “Otdelspespromstroy” trestinin 1 və 2 saylı Kirovabad səyyar Tikinti İdarələrində fəhlə, usta,
iş icraçısı işləməsinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi qət edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.S.Süleymanov, İ.Ə.Şəfiyev

və A.V.Bayramov) 18.10.2018-ci il tarixli, 2(104)-3344/2018 nömrəli qətnaməsi ilə ərizəçinin
apellyasiya şikayəti qismən  təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun
2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Ərizəçi1 1980-ci ilin əvvəlindən 1989-cu ilin sonunadək
“Otdelspespromstroy” trestinin 1 və 2 saylı Kirovabad səyyar Tikinti İdarələrində işləməsi faktı
müəyyən edilmişdir.

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi və vəkili *** iş üzrə Gəncə
Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya
şikayəti vermişlər.

KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

 
Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi və vəkili *** iş üzrə Gəncə
Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya
şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

Kassasiya şikayəti belə əsaslandırılmışdır ki,

qətnamədə işin həqiqi halları

araşdırılmamış, obyektsizliyə yol verilmişdir. Məhkəmə sözügedən qətnaməni
maddi və prosessual hüquq normalarına riayət etmədən qəbul etmişdir.

Ərizəçinin təqdim etdiyi sənədlərdə qeyd edilən iş stajlarının qarşılıqlı

yoxlanılması mümkün olmamışdır. Məhkəmə ən azından müvafiq təşkilatlara
sorğu verməklə müvafiq araşdırma apara bilərdi. Lakin məhkəmələr bu
istiqamətdə heç bir araşdırma aparmamış və nəticədə qeyri-obyektiv, əsassız
bir qətnamə qəbul etməklə “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərini pozmuşdur. Bundan başqa, yuxarıda
qeyd edilən iş stajlarının qarşılıqlı yoxlanılmasının mümkün olmaması
səbəbindən ərizəçinin “otdelspespromstroy” trestinin 1 və 2 saylı Kirovabad
səyyar Tikinti İdarələrində işləməsi faktı mübahisə doğurur və ona görə də
onun ərizəsi baxılmamış saxlanılmalı idi.

PROSESSUAL MƏSƏLƏLƏR:

 
Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon
şöbəsinin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərarın qəbul
olunmasını xahiş etmişdir.

Ərizəçi1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə

uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır.

HÜQUQİ MƏSƏLƏLƏR:

 
Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

Kassasiya kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi

18.10.2018-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq, hesab edir ki qətnamə maddi və prosessual
hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından

göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 26 aprel 2018-ci il tarixli,
185/5 nömrəli arxiv arayışına əsasən, “Otdelspespromstroy” trestinin Həmkarlar İttifaqının təklifi ilə
1980-ci ildən həmin Trestdə işləyən və 1984-cü ildə ev növbəsinə dayanan Ərizəçi1 Kirovabad
şəhər X3 İcraiyyə Komitəsinin  31.12.1987-ci il tarixli, 22 nömrəli qərar-protokoluna əsasən ona ***
nömrəli mənzili verilmişdir.

Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, Ərizəçi1 və ailə üzvləri

30 dekabr 2002-ci il tarixdən *** nömrəli mənzilində qeydiyyatdadırlar.

AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Ərizəçi1

mülkiyyətində olan  *** nömrəli mənzilini  27.09.2006-cı il tarixdə X1.

“Razvitie” Azərbaycan-Rusiya-Avstraliya-Türkiyə Birgə müəssisəsinin 07.06.2018-ci il tarixli

arayışına

əsasən,

“Razvitie”

Azərbaycan-Rusiya-Avstraliya-Türkiyə

Birgə

müəssisəsi

“Otdelspespromstroy” Tikinti Trestinin hüquqi varisidir. Ərizəçi1 həqiqətən “Otdelspespromstroy”
trestinin 1 və 2 saylı Kirovabad səyyar Tikinti İdarələrində (KSTİ-1 və KSTİ-2) 1979-1989-cu illərdə
fəhlə, usta, iş icraçısı işləmişdir. Lakin müəssisənin inzibati binası 1998-cı ildə Gəncə şəhərində
dislokasiya olunmuş Daxili Qoşun hissəsi tərəfindən tutulduğundan və arxiv sənədləri
dağıdıldığından onun sosial sığorta stajını günlər və aylar üzrə təsdiq edə bilməmişlər.

Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 16 fevral 2018-ci il tarixli, 72/5

nömrəli arxiv arayışına əsasən, Kirovabad şəhər 1 və 2 saylı Səyyar Tikinti İdarələrindən arxiv
sənədləri arxivə təhvil verilməmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial

Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin 02.06.2018-ci il tarixli, 50/1919 nömrəli
məktubuna əsasən, “Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikasının Qanununa əsasən
əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası
sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci hissəsinə əsasən,
Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının
nəzərə alınması üçün iş stajının əmək kitabçasına

əsasən müəyyən edildiyi bildirilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi

haqqında işlərə xüsusi icraat qaydasında baxır;

307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak

hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;

307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa

qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə
işlərə baxır;

308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə

bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud
itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu

qeyd etmişdir.
          “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək
pensiyalarının

təyin

edilməsi,

yenidən

hesablanması,

bir

növündən

başqa

növünə

keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək
sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı
sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:

3.2.1. əmək kitabçası;
3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın,

hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və
həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı;

Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü

səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün

olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər.

Lakin ərizəçinin aşağı instansiya məhkəmələrində işə baxılarkən verdiyi izahatından görünür

ki, o, əmək kitabçasını itirdiyindən və buna dair arxiv arayışı ala bilmədiyindən 1979-1989-cu

illərdə “Otdelspespromstroy” Tikinti Trestində işləməsi faktını məhkəməyə qaydasında təsdiq

edilməsi qənaətinə gəlmişdir.

Apellyasiya instansiyası məhkəməsi faktı müəyyən edərkən ərizəçinin istinad etdiyi halların

adıçəkilən qaydaların 3.2-ci bəndində əks olunmuş üzrlü halllara aid olub-olmadığını

yoxlamamışdır.

Digər tərəfdən, “Otdelspespromstroy” Tikinti Trestinin hüquqi varisi olan “Razvitie”

Azərbaycan-Rusiya-Avstraliya-Türkiyə Birgə müəssisəsinin 07.06.2018-ci il tarixli arayışı ilə də
ərizəçinin “Otdelspespromstroy” trestinin 1 və 2 saylı Kirovabad səyyar Tikinti İdarələrində (KSTİ-1
və KSTİ-2) 1979-1989-cu illərdə fəhlə, usta, iş icraçısı işləməsi müəyyən edilir.

Odur ki, İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin

tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti
qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən
baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə

baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün
məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən

kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası
məhkəməsinə göndərə bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini

rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin kassasiya şikayəti qismən
təmin edilsin.

İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli, 2(104)-

3344/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə
göndərilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.
 

 
Sədrlik edən:
Hakimlər:
 
Əsli ilə düzdür
Ali Məhkəmənin hakimi                                                                                      Sənan

Hacıyev