2[102]-171/2019 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 2(102)-171/2019
07.01.2019
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının
QƏRARİ
“07” yanvar 2019-cu il iş №2(102)-171/19 Bakı
şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin
hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə
Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Süleymanova
Xurman Telman qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştrakları ilə,
Cavabdeh Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun
2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq,
MÜƏYYƏN ETDİ:
Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə
(hakim:A.Paşayev;
2(006) 5449/2017
)
iddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1,
Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit məbləğinin geri qaytarlması və
ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək,
Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 1229 manat əsas borc, 562 manat faiz borcu, cəmi
1791 manat məbləğində pul vəsaitinin tutulması, Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə iddia
qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma
yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilən 10 manat məbləğində
dövlət rüsumu və 23 manat notarius xərcinin tutulması, tutmanın Cavabdeh1 ilə bank
arasında bağlanmış 23 aprel 2013-cü il tarixli kredit müqaviləsinin təminatı qismində
banka ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, *********************** saylı
mənzilinə yönəldilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, *********************** saylı
mənzilinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması,
satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə olan borcunun
ödənilməsi, Cavabdeh1 ipoteka predmeti olan Bakı şəhəri, *********************** saylı
mənzili satıldıqdan sonra 1 ay ərzində həmin mənzili tərk etməsi qət edilmiş, iddia tələbi
qalan hissədə təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2018-ci tarixli
qətnaməsi ilə (hakimlər: X.Cəmilova (sədrlik edən və məruzəçi), A.Hüseynov, İ.Xəlilov;
2(103)-3821/2018) İddiaçı “xxxx” ASC və cavabdeh Cavabdeh1apellyasiya şikayətləri
qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5449/2017 saylı 10
oktyabr 2017-ci il tarixli qətnaməsi “ipoteka predmetinə tutma yönəldilməsi” hissəsində
dəyişdirilərək, İpoteka predmetinin ilkin satış qiyməti 105000 (yüz beş min) manat
müəyyən edilmiş, Cavabdeh1 ilə yanaşı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və
Cavabdeh4 ipoteka predmeti olan Bakı şəhəri, *********************** saylı mənzili
satıldıqdan sonra 1 ay ərzində həmin mənzili tərk edilməsi qət edilmişdir. Qətnamə digər
hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş
dövlət rüsumu apellyantlara aid edilmişdir.
Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 150 manat pul Cavabdeh1
tutularaq “xxxx” MMC-nin hesabına keçrilmişdir.
İşin halları
İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və
Cavabdeh4 qarşı «kredit məbləğinin geri qaytarlması və ipoteka predmetinə tutmanın
yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh
Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1229 (min ikiyüz iyirmi doqquz) manat əsas
borc, 562 (beş yüz altmış iki ) manat faiz borcu, cəmi 1791 (min yeddi yüz doxsan bir)
manat məbləğində kredit borcunun, 30 (otuz) manat dövlət rüsumunun, ipoteka
predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumun, kredit və ipoteka
müqavilələrinin, eləcədə mükiyyət və yüklülüyün çıxarışlarının notariat qaydada təsdiqi
üçün ödənilmiş 23 (iyirmi üç) manat rüsumun tutulması, tutmanın Cavabdeh1
mülkiyyətində olan Bakı şəhəri, *********************************** istifadədə olan 0.096 ha
torpaq sahəsində yerləşən 81 nömrəli 12 mərtəbəli binada 35.06 kv.m yaşayış
sahəsindən ibarət 2 otaqlı, 81 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda
satılması və satışdan əldə edilən pul vəsaitinin pul tələbinin təmin edilməsi üçün “xxxx”
ASC-yə ödənilməsi,ipoteka predmetinin satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər
Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ipoteka predmetlərindən əşyaları ilə
birlikdə 1 ay müddətinə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki,Cavabdeh1 arasında bağlanmış “xxxx”
ASC-nin Paytaxt filialı ilə Şükür oğlu arasında bağlanmış 23 aprel 2013-cü il tarixli
***********saylı, kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 19 faiz olmaqla 8000
manat məbləğində kredit vermişdir. Cavabdehlə bank arasıda bağlanmış 23 aprel 2013-cü
il tarixli ***********saylı, kredit müqaviləsinin təminatı qismində, Azərbaycan Respublikası
Daşınmaz Əmlakın Dövlət Retestri Xidmətinin MH serialı, ******* nömrəli, **********21-
******************* reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqlarn dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 tam
mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq
prospektində istifadədə olan 0.096 ha torpaq sahəsində yerləşən 81 nömrəli 12 mərtəbəli
binada 35.06 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 81 nömrəli mənzil banka ipotekaya
qoyulmuş, bu barədə cavabdehlə 23 aprel 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış
və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqaviləsi
qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 24 aprel 2013-cü il tarixli, RX seriyalı,
******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.3.
bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçün açılan ssuda hesabna
köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi ertəsi gün bərabər
hissələrlə «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürmə yolu ilə
4.1. bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə qaytarılır. «Kredit
müqaviləsi»nin 3.4. bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit
verən»ə illik 19 (on doqquz) faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər
kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi
sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə
yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir.Həmin
müqavilənin 5.2.-ci bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifələr
müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün
müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdannda cərimə ödəyir.
Həmin müqavilənin 5-3 bəndinə əsasən, müqavilənin 3.6. bəndində göstərilən vəzifənin
icra müddəti «Kredit alan» tərəfdən gecikdirildiyi halda o, «Kredit verən»ə 3.4. bəndi ilə
müəyyən olunan faizlərin iki misli miqdarnda cərimə ödəyir. Cavabdeh1 bank qarşısındakı
öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin 23 may
2017-ci il tarixə banka olan borcu 1229 (min iki yüz iyirmi doqquz) manat əsas borc, 562
(beş yüz altmış iki) manat faiz borcu, cəmi 1791 (min yeddi yüz doxsan bir) manat Bank
tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi
formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və
qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən iştifadəyə və öhdəliyin icrasının
gecikdirilməsinə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa
müddət ərzində banka ödənilməsi
tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik
bu günədək yerinə yetirilməmişdir. Ona görədə iddia tələbinin təmin edilməsini
məhkəmədən xahiş etmişdi.
Kassasiya şikayətinin dəlilləri
Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi
barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya
şikayəti
onunla
əsaslandırılmışdır
ki,
apellyasiya
instansiyası
məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosesessual Məcəllənin
9.1,9.3, 140.1, 217.1, 217.3, 405.0.1və 417.1.3-cü maddələrinin tələblərinin pozulması ilə
çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və
qanunsuz qətnamə qəbul edilmişdir.
Tərəflərin izahatları
Məhkəməkollegiyasınıniclasında
Cavabdeh1
və
vəkili
X2
kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər.
Məhkəmə
kollegiyası
iclasının
yeri
və
vaxtı
barədə
lazımi
qaydada
məlumatlandırılmasına baxmayaraq, iddiaçnn nümayəndəsi heç bir üzrlü səbəb
göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə
əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Hüquqi məsələlər
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını
araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları
yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq
normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün
qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması
vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd
etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət
edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına
dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və
məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən“xxxx” ASC-nin Paytaxt filialı
ilə Cavabdeh1 arasında bağlanmış ***********saylı, 23 aprel 2013-cü il tarixli kredit
müqaviləsinə əsasən “xxxx” ASC Cavabdeh1 36 ay müddətinə illik 19 faiz olmaqla 8000
manat məbləğində kredit vermişdir.
23 aprel 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən
irəli gələn öhdəliyin icrasının təmini məqsədi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi
rayonu, Azadlıq prospektində istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 81
nömrəli 12 mərtəbəli binada 35,06 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 81 nömrəli
mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən mənzilin
qiyməti 50000 manat məbləğində qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz
Əmlakın Dövlət Reyestıi Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial
qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri,
*********************** saylı mənzili “xxxx” ASC-nin Paytaxt filialının xeyrinə ipoteka ilə yüklü
edilmiş və bu barədə 24 aprel 2013-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ödəniş tarixi 23 may
2013-cü il tarixdən 23 aprel 2016-cı il tarixinədək, aylıq ödəniş 293 manat 25 qəpik
məbləğində müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən borclu Cavabdeh1 borcun
ödənilməsinin tələb edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi haqqında
xəbərdarlıq və bildirişlər göndərilmiş, ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi
haqqında bildiriş isə DƏDRX-də qeydə alınmışdır. İş materialları ilə də müəyyən edilir ki,
ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi
tərəflər arasında mübahisənin mövcud olub-olmadığını araşdırmamış və qətnamədə
ipoteka predmetinin satış qiymətini tərəflər arasında bağlanmış 23.04.2013-cü il tarixli
ipoteka müqaviləsinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, həmin müqavilənin 3.2-ci
bəndi ilə ipoteka predmetinin dəyəri 50000 manat göstərilmişdir.
Buna baxmayaraq apellyasiya baxışı zamanı ipoteka predmetinin müqavilədə
göstərilən qiyməti Cavabdeh1 tərəfindən mübahisləndirildiyindən iş üzrə əmtəəşünaslıq
ekspertizası keçirilmiş və “xxxx” MMC-nin verdiyi 01 iyun 2018-ci il tarixli *******************
saylı rəyə əsasən ipoteka predmetinin 01 iyun 2018-ci il tarixinə olan bazar dəyəri 105000
manat məbləğində qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin
(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı
verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən
çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
-
386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-
də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,
öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır.
-
739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən)
pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)
keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul
və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə
qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği
olduqda, o, kredit müqaviləsi adlandırılır.
-
442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya
lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə
qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra
edilməsi) başa düşülür.
-
443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin
əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət
qoyulmadıqda bu qayda qüvvədə olmur.
-
445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu
zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün
nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
-
445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə
icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
-
448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda
müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra
edilmədiyi bütün hallar üçün cavabdehdir.
-
421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf
müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə
nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin
müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə
vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan
xeyli dərəcədə məhrum olur.
-
741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini
şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa
çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
-
425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra
edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda
və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
-
269.4-cü maddəsinə əsasən ipoteka, habelə rəsmi reyestrdə qeydə alınmalı olan
daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
-
295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün
tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh
olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
-
279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov
saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir.
Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin
əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün
girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
-
298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş
məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş
xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın
tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir.
-
298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ
girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq
hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur.
-
319.1.-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya
verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə
yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən
borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın
tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
Həmin Qanununun 34.1-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka
predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas
öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə
faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması.
Həmin Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə
tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə
yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun
yaranması anıdır.
İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya
instansiyası məhkəməsidüzgün olaraq əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş rəyi
əsaslandırılmış, mötəbər və real hesab edərək, qətnamə ipoteka predmetinin ilkin satış
qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ipoteka predmetinin ilkin satış
qiyməti 105000 manat müəyyən etmişdir
Apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən maddi və
prosessual
qanunları
düzgün
tətbiq
olunaraq
birinci
instansiya
məhkəməsinin
qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə
qəbul edilmişdir.
İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki,
apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq
normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə
qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsasız olduğu
üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv
edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin
416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ :
Kassasiya şikayətləri təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 iyun 2018-ci il
tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Sədrlik edən: Əli Rüstəmov
Hakimlər: Mehparə Əhmədova
Əhməd
Nurməmmədov
Əsli ilə düzdür:
Azərbaycan Respublikası
Ali Məhkəməsinin hakimi Əli
Rüstəmov