2[102]-181/2019 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 2(102)-181/2019
07.01.2019
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının
QƏRARİ
“07” yanvar 2019-cu il iş № 2(102)-181/19 Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası
Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və
məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan
ibarət tərkibdə, Süleymanova Xuraman Telman qızının katibliyi ilə, iddiaçı X4 və onun
vəkili X5, Cavabdeh və vəkili X7 iştirakları ilə
İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-citarixli
qətnaməsindənverdiyi kassasiya şikayəti üzrə işə baxaraq,
MÜƏYYƏN ETDİ:
Sumqayıt şəhər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə
(hakim:R.Əsgərova; 2(060)-8620/2017) iddiaçı X2 Cavabdeh qarşı fərdi yaşayış evinə
köçrülmə tələbinə dair iddiası təmin edilməmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli
qətnaməsi ilə (hakimlər: A.Hüseynov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev;
2(105)-3359/17) iddiaçı X2 apelyasiya şikayəti təmin olunmamış, Sumqayıt şəhər
Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2018-ci il
tarixli qərarı ilə (hakimlər:V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev, Ə.Əliyev;
2(102)-1676/18) iddiaçı X2kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş
yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun2018-ci tarixli
qətnaməsi ilə (hakimlər: E.Rəhimov (sədrlik edən və məruzəçi), L.Məmmədova, S.Qafari;
2(105)-1905/2018) iddiaçı X1 apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt şəhər
Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır.
İşin halları
İddiaçı X4 Cavabdeh qarşı fərdi yaşayış evinə köçrülmə tələbinə dair iddia ərizəsi
ilə məhkəməyə müraciət etmişdir.
İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək
bildirmişdir ki, cavabdeh Cavabdeh ilə 20.10.2003-cü ildə el adəti ilə ailə həyatı qurmuş,
15.12.2003-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 31,07.2005-ci il
təvəllüdlü E6, 23.09.2009-cu il təvəllüdlü Ə6 anadan olmuşdur. Cavabdehlə nikahları
məhkəmə qaydasında pozulmuşdur. Ailə həyatı qurandan sonra o, cavabdehin yaşadığı
Sumqayıt şəhəri, ********************************************* gəlin köçmüşdür. Onlar 2014-cü
ildən həmin ərazidə sənədsiz fərdi yaşayış evi inşa etmişlər.Cavabdeh 2014-cü ildə onu
uşaqlarla qovaraq evdən çıxarmış, hazırda valideynlərinin yanında yaşayır. Onun cehiz
əşyaları, qızılları, şəxsi əşyaları həmin evdə qalmışdır. O istəsə də, əşyalarını ona vermir,
dəfələrlə cehiz əşyalarının götürülməsi üçün xəbər göndərmiş, lakin onun başqa yeri
olmadığı üçün götürməmişdir. Həmin evin tikintisinə atası da maddi köməklik etmişdir.
Sumqayıt şəhəri, *************************** saylı evin həyətində yerləşən və hazırda
Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçrülməsi barədə qətnamə qəbul edilməsini xahiş
etmişlər.
Kassasiya şikayətinin dəlilləri
İddiaçı
X4kassasiya
şikayətində
apellyasiya
instansiyası
məhkəməsinin
qətnaməsinin ləğv edilərək iddia tələbini təmin edilməsi barədə qərar çıxarılmasını xahiş
etmişdir.
Kassasiya
şikayəti
onunla
əsaslandırılmışdır
ki,
apellyasiya
instansiyası
məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası MM-in 11, 27.1, 68, 69, 180, 228-ci
maddələrinin, MPM-in 8.1, 14, 14.1, 77, 78, 88-ci maddələrinin tələblərinin pozulması ilə
çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul
edilmişdir.
Tərəflərin izahatlarıı
Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 və vəkili X5 kassasiya şikayətinin
məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.
Məhkəməkollegiyasınıniclasında Cavabdeh və vəkili X9 məhkəmə iclasında
kassasiyaşikayətini qəbul etməyərəkşikayətintəminedilməməsinixahişetdilər.
Hüquqi məsələlər
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını
araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-
olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları
yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq
normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün
qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması
vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına
istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd
etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət
edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına
dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıqəbul etdiyi qətnaməni gəldiyi
nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 178.1,152.1-
maddələrinə istinad etməklə onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisəli özbaşına
tikiliyə nə istifadə, nə sahiblik, nə də ki, sərəncam hüququ tanınmamışdır, hətta həmin
tikiliyə müəyyən vəsait qoyması da öz təsdiqini tapmamışdır. Yəni cavabdeh həm də
hazırki tələb üzrə cavab verməli şəxs deyildir.
İş materiallarında olan rəsmi sənədlərə əsasən İddiaçı müxtəlif ünvanlarda yaşaması
və qeydiyyatda olması bildirilir. Bununla yanaşı iddiaçının köçürülməsini tələb etdiyi
yaşayış sahəsinin kimə məxsus olması bəlli deyildir, yəni özbaşına tikilini inşa etdirmiş
qaynana vəfat etmiş, miras əmlakın kim tərəfindən qəbul edilməsi müəyyənləşdirilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası
aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş
16.08.2005-ci il tarixli, AZ-İ seriyalı ********** saylı doğum haqqında şəhadətnaməyə
əsasən, X12 31.07.2005-ci il tarixdə Cavabdeh ilə X3 birgə nikahından anadan olmuşdur.
Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.02.2010-cu il tarixli, AZ-İ
seriyalı ********* saylı doğum haqqında şəhadətnaməyə müvafiq olaraq, X13 23.09.2009-
cu il tarixdə Cavabdeh ilə X3 birgə nikahından anadan olmuşdur.
Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.05.2015-ci il tarixli, AZ-İ
seriyalı ******** saylı nikahın pozulması haqqında şəhadətnaməyə görə, Cavabdeh ilə X6
arasında nikah pozulmuş, qadına İbrahimova soyadı verilmişdir.
Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən
verilmiş arayışlara əsasən, Cavabdeh Sumqayıt şəhəri, ****************** saylı evin
həyətində yerləşən fərdi sənədsiz evdə yaşayır, həmin evdə İddiaçı 15.08.2014-cü il
tarixədək yaşamışdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
-372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya
məhkəməsinin
qətnaməsinin
əsaslılığını
onun
düzünə
və
ya
dolayısı
ilə
mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya
apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin
predmeti bölünməz olduqda isə tam yoxlayır.
-372.7-ci maddisnə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət
etməsini yoxlayır.
-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi
istinad etdiyi halları sübut etməlidir.
-88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli
və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq
qiymət verir.
-106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və
onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı
yoxlanılmalı və qiymətləndirilməlidir.
-217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və
tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
-218.1-ci maddəsinə əsasənqətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş
üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən
edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun
tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
-220.4-cü maddəsinə əsasən qətnaməninəsaslandırıcı hissəsində işin məhkəmə
tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı
sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad
etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin
qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir
“S8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə
Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında da
şərh olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan
sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll
olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun
çıxarılmalıdır (MPM-nin 81, 88, 217.1 və 218.1-ci maddələri).
Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə, özü
tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya
digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları
qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları
sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu
qətnamədə şərh edilməli, sübutlar əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-
edilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı
maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək
ilk növbədə sözü geden müxtəlif maraqlar bütünlüklə aydınlaşdırlmalıdır. Nəzərə
alınmalıdır ki, konvensiyanın məqsədi “ praktiki və səmərəli “ hüquqları təmin və müdafiə
etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin
mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər
tərəfli və obyektiv araşdırılmalıdır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli
məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli
məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə
dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya
instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın
olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin
əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü
il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyayaqarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli
Qərar).
Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 mart 2018-ci il tarixli
qərarında qeyd edildiyi kimi iş materiallarından görünür ki, apellyasiya instansiyası
məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər 2003-cü ildə ailə qurduqdan sonra ilkin
olaraq Sumqayıt şəhəri,************************************ yaşamış, 2007-ci ildən isə həmin
ərazidə birgə tikdirdikləri sənədsiz fərdi yaşayış evinə köçüblər, iddiaçı və uşaqları 2014-
cü ilədək cavabdehlə birlikdə həmin evdə yaşamışdır. Göstərilənlər iş materiallarında olan
02.05.2017-ci il tarixli Kimyaçılar qəsəbəsi üzrə 1 saylı Məhəllə Komitəsinin möhürü ilə
təsdiq olunmuş aktda öz əksini tapmışdır.
Tərəflər birlikdə həmin yaşayış evi üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün
vacib olan üç elementdən ikisini, yəni sahiblik və istifadə hüququnu əldə etmişlər.
Mülkiyyət hüququnun əldə edilməsi üçün isə həmin tikilinin daşınmaz əmlakın dövlət
reyestri xidmətində qeydə alınması tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət
hüququ onun daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alındığı andan əmələ
gəlir. Həmin yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə
alınmaması isə tərəflərin həmin tikiliyə olan sahiblik və istifadə hüquqlarını həyata
keçirmək imkanını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub
əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam
vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunverici sahiblik, istifadə
və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, qeyd etmişdir ki, sahiblik hüququ
əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan)
istifadənin fayda, gəlir, artım, bəhər, törəmə və başqa formaları nəzərə alınmaqla, onun
faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ
isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş
imkanıdır. Göründüyü kimi, mülki qanunvericilik sərəncam hüququnun əldə olunmamasına
görə yalnız əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etmə imkanını məhdudlaşdırır
və bu hüququn olmaması digər iki hüququn, yəni sahiblik və istifadə hüququnun, həyata
keçirilməsini istisna etmir.
Tərəflərin yaşayış evini birlikdə, birgə vəsaitləri hesabına tikmələri onu ehtimal
etməyə əsas verir ki, həmin tikili üzərində tərəflər hər ikisi bərabər hüquqlara malikdirlər.
Onların hər ikisinin həmin yaşayış evi üzərində bərabər hüquqlara malik olma ehtimalı
nəzərə alındıqda, həmin yaşayış sahəsindən birinin istifadə etməsi, digərinə isə maneçilik
yaradılması Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş bərabərlik hüququ
və insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi prinsiplərinin pozulması
deməkdir. Belə ki, həmin prinsiplərə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını
müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə
təminat verir.
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin fərdi yaşayış
evinə köçürülmə barədə iddianın rədd edilməsi barədə qətaməsini dəyişdirmədən
saxlayarkən həmin prinsipləri nəzərə almamış və eyni zamanda Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş qanun və məhkəmə
qarşısında bərabərlik prinsipini də pozmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç
kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
İddiaçı iddia ərizəsində və izahatlarında qeyd etdiyi kimi kasassiya şikayətində də
göstərmişdir ki, “cavabdehlə ailə həyatı qurandan sonra o, cavabdehin yaşadığı Sumqayıt
şəhəri, ******************************** gəlin köçmüş, sonradan yataqxananın qarşısında
olan torpaq sahəsində fərdi yaşayış evi tikmək qərarına gəlmişlər. Bu məqsədlə həmin
ərazidə öz şəxsi vəsaitləri hesabına ev tikməyə başlamış və yaşadıqlar yataqxananı da
4000 manata sataraq həmin tikiliyə qapı, pəncərə qoymuşlar. Lakin pul vəsaiti çatmadığı
üçün o, məcburiyyət qarşısında qalaraq öz adına «xxxx» ASC-dən 1200 manat
məbləğində kredit götürməklə həmin tikilidə əlavə yardımçı sahələrin də tikintisini başa
çatdırmışlar. 2007-ci ildən 2014-cü ilədək o, uşaqları ilə bu evdə yaşamış, lakin cavabdeh
ona bu evdə yaşamağa imkan verməmiş, hər gün onu döyüb söyərək uşaqlarının gözü
qarşısında işgəncələr vermiş, son nəticədə isə o 30.04.2014-cü ildə onu uşaqları ilə
birlikdə bu evdən qovub çıxardı və bir daha evə buraxmadı, mənə hədə-qorxu gələrək
bildirdi ki, bir daha bu evə gəlsəm, məni tikə-tikə doğrayacaqdır. Mən həmin vaxtdan
uşaqlarımla qohum-tanışların evlərində müvəqqəti sığınacaq tapmaq məcburiyyətində
qalmışam.Özümə və uşaqlarıma məxsus olan bütün əşyalarım, cehizlərim, şəxsi
əşyalarım, qızıllarım həmin evdə qalmış, dəfələrlə cavabdehdən şəxsi əşyalarımı və
qızıllarımı istəsəmdə mənə verməmişdir.”
İddiaçının cavabdeh tərəfindən qeyd olunan özbaşına tikilidən çıxarılması iddiaçının
izahatlarından əlavə iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehin izahatı ilə
də təsdiq olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya
cavabdeh qismində çıxış edə bilərlər.
- 50.2 -ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış
fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya
dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda
dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
- 50.3-cü maddəsinin tələbinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər
cavabdeh hesab olunurlar.
Cavabdeh tərəfindən iddiaçı azyaşlı uşaqları ilə mübahisəli tikilidən çıxarıldığına
görə sonuncu cavabdehə qarşı qeyd olunan iddia tələbini irəli sürmüşdür.
Buna baxmayaraq apellyasiya qaydasında işə baxan məhkəməsi kollegiyası
əsassız olaraq belə hesab etmişdir ki, Cavabdeh iddiaçının hazırki tələbi üzrə cavab
verməli şəxs deyildir.
Digər tərəfdən miras əmlakın anlayışı verilmiş Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü
məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi)
toplusu daxildir.
Mübahisəli tikili özbaşına tikili olduğuna görə miras əmlak sayıla bilmədiyi halda və
apellyasiya instansiyası məhkəməsi özü də qeyd olunan tikilinin özbaşına tikili olduğunu
müəyyən etdiyi halda, eyni zamanda qəbul etdiyi qətnamədə əsassız olaraq həmin
özbaşına tikilini həm də miras əmlak hesab edərək belə bir ziddiyətli nəticəyə gəlmişdir ki,
“özbaşına tikilini inşa etdirmiş qaynana vəfat etmiş, miras əmlakın kim tərəflərdən qəbul
edilməsi müəyyənləşdirilməmişdir.”
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən
maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması
apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün
əsasdır.
İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya
şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına
göndərilməlidir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin
416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ :
Kassasiya şikayəti qismən təmin olunsun.
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 iyun 2018-ci il
tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya
Məhkəməsinə göndərilsin.
Sədrlik edən: Əli Rüstəmov
Hakimlər:
Mehparə
Əhmədova
Əhməd
Nurməmmədov