2[102]-203/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-203/2019

14.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası  adından

Azərbaycan Respublikası  Ali Məhkəməsinin

Mülki Kollegiyasının

 

Q Ə R A R İ

 

«14 » fevral 2019-cu il                       İş № 2(102)-203/19                                 Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman

Tatyana Aleksandrovnadan (sədrlik edən və məruzəçi-hakim), Mirzəliyev Əsəd Abdulla
oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi
Fərhadov Fuad Əlirza oğlunun, kassator İddiaçı və onun vəkili Vəkil iştirakları ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7434/2018 saylı 07 avqust

2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq  

      
                                                       MÜƏYYƏN  ETDİ:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli qətnaməsi ilə (hakim
İ.R.Burcayev, iş № 2(008)-4675/2016) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2
qarşı xx və 0.25 ha torpaq sahəsinə miras payın vərəsələr arasında bölünməsi tələbinə
dair iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 qəbul etmədikləri 2/12 payın faktiki
olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi,
İddiaçı 1/4 paya görə 7/24 pay, X1 1/4 paya görə 7/24 pay, X4 1/4 paya görə 7/24 pay,
Maraqlı şəxs2 1/12 paya görə 3/24 payın verilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli

qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi hakim), X.A.Cəmilova və
İ.K.Xəlilov, iş № 2(103)-7434/2018) Maraqlı şəxs2 apellyasiya şikayəti təmin olunmuş,
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 saylı iş üzrə 16 may 2016-
cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər
Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka açıq qalan 2/12 payın qanun üzrə
vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair
iddiası təmin olunmamışdır.

Göstərilən qətnamədən İddiaçı və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti

verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia
tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.   

İşə kassasiya instansiyası məhkəməsində baxılarkən İddiaçı məhkəmə iclasında

yazılı ərizə ilə müraciət edərək iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ataları X3
miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi “273 “a” saylı bağ evi və 0.25
ha torpaq sahəsindən onlara çatacaq mirası faktiki olaraq qəbul etdikləri üçün iddiadan
imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir.

İddiaçının vəkili Vəkil sözügedən miras əmlak cavabdehlər tərəfindən faktiki qəbul

edildiyindən iddiaçının iddiadan imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinin
iddiaçıya aydın olduğunu bildirmiş, ona görə də iddiadan imtinanın qəbul edilməsini, Bakı
Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7434/2018 saylı 07 avqust 2018-ci il
tarixli qətnaməsinin ləğv edilərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə

kollegiyası

iclasının

yeri

vaxtı

barədə

lazımi

qaydada

məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb
göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-
nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün
hesab etmişdir.

Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan

imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir.

Həmin Məcəllənin 52.5-ci maddəsində qeyd olunmuşdur ki, iddiaçının iddiadan

imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla
qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda
məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd

olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini
pozmadığından həmin imtinanın qəbul edilməməsi üçün hər hansı bir əsas mövcud
deyildir.

Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan

imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata
xitam verir.

Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni

tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində
məhkəməyə müraciət edilməsinə yol verilmir.

Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.5, 419-cu

maddələrinə əsasən məhkəmə kollegiyası

 
                                                      QƏRARA   ALDİ:
 
İddiaçı iddiadan imtinası qəbul edilsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7434/2018 saylı 07 avqust

2018-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.