2[102]-2047/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-2047/2019

18.02.2019

ALİ MƏHKƏMƏ

İş № 2(102)-2047/2019              

    Q Ə R A R D A D

Kassasiya şikayətinin icraata qəbul edilməsindən  imtina haqqında

                              

« 18» fevral 2019-cu  il                                                                           Bakı şəhəri
 

Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov

Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək,

                                     M Ü Ə Y Y Ə N    E T D İ M:
 
Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-10772/2018 saylı 26 sentyabr

2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir.

Azərbaycan

Respublikası

Mülki

Prosessual

Məcəlləsinin405.0.1-ci

maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən
kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi
gündən 2 ay müddətində verilə bilər.

Hazırki işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə 26

sentyabr 2018-ci il tarixdə qəbul edilmişdir.

İş materiallarının 87-ci vərəqindəki poçt qəbzinə əsasən müəyyən olunur ki,

qətnamənin surəti Cavabdeh imza etdirilməklə 19 oktyabr 2018-ci il tarixdə təqdim
olunmuşdur.

Cavabdeh isə işdən göründüyü kimi kassasiya şikayətini 28 dekabr 2018-ci il

tarixdə, yəni qətnaməni almasından 2 ay 9 gün keçdikdən sonra təqdim etmiş və bu
zaman buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.

MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş

müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair
vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul

edilməməli və mülki iş kassasiya şikayəti ilə birlikdə şikayətin qaytarılması üçün
apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci

maddəsini rəhbər tutaraq

                                       Q Ə R A R A   A L D İ M:
 
Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-10772/2018 saylı 26 sentyabr

2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti
icraata qəbul edilməsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə
Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.