2[102]-298/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-298/2019

14.02.2019

ALİ MƏHKƏMƏ

AzərbaycanRespublikasıadından

AzərbaycanRespublikasıAliMəhkəməsinin

MülkiKollegiyasının

QƏRARİ

14 fevral 2019-cuil                İş№ 2(102)-298/2019                            Bakışəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana

Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz
Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının vəkili Məmmədov Tahir Əli
oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6461/2018
saylı 29 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətiüzrəişəbaxaraq

M Ü Ə Y Y Ə N    E T D İ :

 
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim

R.N.Quliyev, iş № 2(005)-7541/2016) iddia təmin edilmiş, X1 «xxxx» MMC-yə direktor
vəzifəsinə təyin edilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, x5 və
Cavabdeh3 Mercanın iştirakı ilə «xxxx» Kompani MMC-nin yığıncağının 01 iyul 2015-ci il tarixli
protokolu etibarsız hesab edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi

ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışinski, iş №
2(103)-6461/2018) Cavabdeh1 və üçüncü şəxs (qətnamə hüquq və vəzifələrinə toxunan
şəxs) X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov
Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(005)-7541/2016 saylı qətnaməsi ləğv
edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «protokolun etibarsız hesab
edilməsi» tələbinə dair iddiası təmin olunmamışdır.

Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir.

İşin halları:

 
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, x5, Cavabdeh3 Mercana və

«xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı «protokolun etibarsız hesab edilməsi» tələbinə dair
iddia ərizəsi məhkəməyə müraciət edərək, X1 «xxxx» MMC-nə direktor təyin edilməsi barədə
«xxxx» MMC-nin təsisçiləri Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, x5 və Cavabdeh3 Mercanin
iştirakı ilə keçirilmiş ümumi yığıncağın 01 iyul 2015-ci il tarixli protokolunun etibarsız hesab edilməsi
barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 fevral 2013-cü il tarixli, **********

qeydiyyat nömrəsi ilə «xxxx» MMC X4 tərəfindən təsis edilərək dövlət qeydiyyatına
alınmışdır. X4 Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda 13 fevral 2007-ci il tarixdə
bağlanmış, 3m-131 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən «xxxx»
MMC-nin nizamnamə kapitalındakı özünə məxsus 2 payın 25%-ni ona 3 manata, 25%-ni

Cavabdeh1 3 manata, 9%-ni Cavabdeh5 0.9 manata, 12%-ni Cavabdeh2 1.2 manata, 20
%-ni x5ə 2 manata, 9%-ni etibarnaməyə əsasən Uzun Ahmetə 0.9 manata satmışdır. Alqı-
satqıdan sonra iddiaçı təkbaşına olaraq alqı-satqı müqaviləsi ilə Azərbaycan Respublikası
Vergilər Nazirliyinin müvafiq qurumuna müraciət edərək hüquqi qeydiyyatdan keçib
müvafiq reyestrdən çıxarış almaq istəsə də həmin orqan tərəfindən bundan imtina
edillərək bunun üçün alqı-satqı müqaviləsi əsasında yeni təsisçilərin birgə yığıncağının
müvafiq protokolunun, Nizamnaməsinin tərtib edilərək təqdim edilməli olduğu bildirilmişdir.
Lakin, Cəmiyyətin yeni təsisçilərinin yığıncağının keçirilməsini təmin etmək mümkün
olmadığından «xxxx» MMC-nin nizamnaməsini yeni redaksiyada qeydiyyatdan keçirmək
mümkün olmamışdır. Sonradan ona məlum olmuşdur ki, təsisçi kimi hüquqları digər
təsisçilər, yəni cavabdehlər tərəfindən pozulmuşdur. Belə ki, MMC-nin yeni təsisçilərinin 01
iyul 2015-ci il tarixdə yığıncağı keçirilmiş və X2 direktor vəzifəsinə təyin edilmişdir. Hesab
edir ki, keçirilmiş yığıncaq səlahiyyətsiz olmaqla yanaşı qəbul edilmiş Protokol
qanunsuzdur. Belə ki, «xxxx» MMC-nin direktorunun vəzifəyə təyin edilməsi və vəzifədən
azad edilməsi səlahiyyəti Cəmiyyətin bütün təsisçilərinin iştirakı ilə keçirilən ümumi
yığıncağının birbaşa səlahiyyətinə aid olan məsələdir. Lakin, onun təsisçi kimi iştirakının
təmin edilməməsi, onun xəbəri olmadan belə bir yığıncağın keçirilməsi və Cəmiyyətə
direktor təyin edilməsi onun təsisçi kimi hüquqlarını pozmaqla yanaşı həm Nizamnaməyə
və həm də Mülki Məcəllə ilə nəzərdə tutulmuş normalara ziddir.

Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir.
 

Kassasiya şikayətinin dəlilləri:

 
İddiaçı və onun vəkili Məmmədov Tahir Əli oğlu kassasiya şikayəti verərək apellyasiya

instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin

qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə
çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır.

Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual

hüquq normalarını pozmuş, o cümlədən MPM-nin  9.3, 88-ci maddələrinin tələblərinə riayət
etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir.

Prosessual məsələlər:

 
Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili kassasiya şikayətinin

məzmununa uyğun izahat verməklə, iddiaçının sübyektiv hüququnun olduğunu, tərəflər arasında
müqavilənin mövcud olduğunu, məhkəmənin hüquqi şəxsin nizamnaməsinin 9.8-ci bəndini nəzərə
almadığını bildirmiş, kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsi Mülki
Kollegiyasının 2(103)-6461/2018 saylı 29 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin
yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə
kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər
tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilini dinləyib, işin materiallarını tədqiq edib,

kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam
həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən
saxlanılmalıdır.

Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, vətəndaşların hüquq və azadlıqlarının təmin

edilməsi dövlətin ali məqsədidir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə

təminat verir (Azərbaycan Respublikası Konstitusiyasının 12, 26-cı maddələri). Konstitusiyada
təsbit edilmiş təminatlar sırasında hüquq və azadlıqların məhkəmə təminatı mühüm əhəmiyyət
kəsb edir. Bununla əlaqədar olaraq, qanunverici MPM-nin 2.1-ci maddəsində müəyyən etmişdir ki,
mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi
şəxsin

Azərbaycan Respublikasının Konstitusiyasından

qanunlarından və digər normativ hüquqi

aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə
icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən
hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-nin 2.2-ci maddəsi).

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən
olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları
yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və
hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakılar müəyyən olunmuşdur:
«xxxx» MMC-nin X4 tərəfindən 19 aprel 2004-cü il tarixdə təsis edilərək, nizamnaməsinin

təsdiq edilməsi və 21 aprel 2004-cü il tarixdə dövlət qeydiyyatına alınması işin mübahisəsiz halıdır.

Həmçinin, iş materiallarında olan Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda 13 fevral

2007-ci il tarixdə bağlanmış, 3m-131 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən
X4 «xxxx» MMC-nin nizamnamə kapitalındakı özünə məxsus 2 payın 25%-ni iddiaçıya 3 manata,
25%-ni Cavabdeh1 3 manata, 9%-ni Cavabdeh5 0.9 manata, 12%-ni Cavabdeh2 1.2 manata, 20
%-ni x5ə 2 manata, 9%-ni etibarnaməyə əsasən Uzun Ahmetə 0.9 manata satmışdır.

İşdə olan 38-ci Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 noyabr 2007-ci il tarixli «xxxx»

görünür ki, təsisçi Taleh Abdullayev MMC-nin nizamnamə kapitalında ona məxsus olan 2 payın
45%-ni Cavabdeh1 4,50 manata, 25%-ni İddiaçı 2,50 manata, 9%-ni Cavabdeh5 0,90 manata, 9%-
ni Mevlanə Mercana 0,90 manata, 3%-ni x5ə 0,30 manata, 9%-ni Ebubekir Mercana 0,90 manata
satmışdır.

Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlardan və qanuni

qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuş hallardan görünür ki, təsisçilərin dəyişməsi
ilə əlaqədar «xxxx» MMC-nin Nizamnaməsi yenidən qeydiyyatdan keçirilməmiş və müvafiq orqan
tərəfindən reyestrdə müvafiq qeydiyyat aparılmamış, 2013-cü ildə 3-cü redaksiyada qeydiyyatdan
keçmiş nizamnamə əvvəlki təsisçi kimi X4 tərəfindən təsdiq olunmuşdur.

İşdə olan, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2013-

cü il tarixli, 2iqt(82)254/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh «xxxx» Kompani
MMC-yə qarşı «çoxmənzilli yüksək mərtəbəli binalarda onun 25% payının naturada müəyyən
edilərək ayrılması və təhvil verilməsi» barədə iddiası təmin edilməmişdir.

Həmin iş üzrə də İddiaçı Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda 13 fevral 2007-ci il

tarixdə bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək «xxxx» MMC-nin təsisçisi X4 tərəfindən
MMC-nin nizamnamə kapitalındakı payının 25%-ni ona satmasını, bu səbəbdən də həmin nisbətdə
payının naturada müəyyən edilərək ayrılmasını və ona təhvil verilməsini məhkəmədən xahiş
etmişdir.

Lakin, qeyd edilən qətnamə ilə müəyyən olunmuşdur ki, «xxxx» MMC-nin təsis

sənədlərindən alqı-satqı müqaviləsinin məzmununa dair hər hansı dəyişiklik aparılaraq
dövlət qeydiyyatına alınmadığından, iddiaçının MMC-də təsisçilik hüquqlarına istinad
etməklə qaldırdığı hazırki iddia təmin oluna bilməz.

Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, hüquqi şəxsin nizamnaməsində

hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası
müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti
və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli
özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama
funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına
alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir (Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 47.2, 47.3-cü maddələri).

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 9-cu

maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və filiallarının
təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı
dəyişikliyi baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş

dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə ziddd olmadıqda, müvafiq icra
hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 89-cu maddəsinin

tələbinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında;
iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya
qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların
məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar
qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul
edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Göründüyü
kimi, MMC-nin təsisçiləri tərəfindən təsdiq edilərək dövlət qeydiyyatına alınmalı olan nizamnamədə,
həmçinin cəmiyyətin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti barədə qərarların yekdilliklə və ya
şərtləşdirilmiş səs çoxluğu ilə qəbul edilməsi məsələsi öz həllini tapmalıdır. İddiaçı isə alqı-satqı
müqaviləsinə əsasən MMC-də müvafiq paylara sahib olmuş digər şəxslərlə (hazırki iş üzrə
cavabdeh fiziki şəxslər) birlikdə yeni redaksiyada nizamnaməni təsdiq edərək dövlət qeydiyyatına
aldırmamış, cəmiyyətin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti barədə qərarların yekdilliklə və
ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul edilməsi məsələsini razılaşdırmamışdır.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi nizamnamə öz

payını satmış təsisçi X4 tərəfindən 28 fevral 2013-cü ildə təsdiq olunmuşdur ki, həmin
nizamnaməyə istinad edilməsi özü-özlüyündə əsassızdır. Eyni zamanda, apellyasiya instansiyası
məhkəməsi düzgün qeyd etmişdir ki, işdə olan, qanuni qüvvəsini almış digər məhkəmə qərarı, yəni
Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 yanvar 2014-cü il tarixli qətnaməsi ilə
müəyyən olunmuşdur ki, «xxxx» MMC-nin təsisçisi Taleh Abdullayev satılan müəssisənin iştirakçısı
statusu ilə bağlı malik olduğu bütün hüquqlarını, vəzifələrini və öhdəliklərini 30 noyabr 2007-ci il
tarixli müqavilə bağlandığı andan itirmişdir. Bu səbəbdən də Taleh Abdullayev və İddiaçı (hazırki iş
üzrə iddiaçı) 30.11.2007-ci il tarixdən sonrakı müddət ərzində MMC-nin direktoru adı ilə
müqavilələri, MMC-nin fəaliyyəti ilə bağlı hər hansı bir sənədləri, əməliyyatları aparmaqda
səlahiyyətli olmamışlar. Qeyd edilən qətnamə ilə, həmçinin X5 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən
«xxxx» MMC-yə dair verilmiş 19 fevral 2013-cü il tarixli **********871400 №-li X5 Dövlət
Reyestrindən çıxarış da etibarsız hesab edilməlidir.

Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvədə olan məhkəmə qərarı

ilə Taleh Abdullayev «xxxx» MMC-də iştirakçısı statusu ilə bağlı malik olduğu bütün hüquqları,
vəzifələrini və öhdəlikləri 30 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı andan
itirmişdir. Bu səbəbdən də X5 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən «xxxx» MMC-yə dair verilmiş 19
fevral 2013-cü il tarixli **********871400 №-li X5 Dövlət Reyestrindən çıxarış etibarsız hesab
edilməlidir. Belə olan halda isə, Taleh Abdullayev tərəfindən 28 fevral 2013-cü il tarixdə təsdiq
olunmuş, MMC-nin 3-cü redaksiyada olan nizamnaməsinə istinad hazırki iş üzrə iddia tələbinin
qanuni əsasını təşkil edə bilməz. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, həmin nizamnamə və onun
istinad edilən 4.5-ci bəndi alqı-satqı müqaviləsi əsasında MMC-nin paylarını əldə etmiş şəxslərin
razılaşdırılmış iradə ifadəsi kimi də nəzərə alına bilməz. Eyni zamanda, apellyasiya məhkəməsi
tərəfindən Vergilər Nazirliyinə sorğu verilərək əldə olunmuş, «xxxx» MMC-nin təsis sənədlərinə
baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, MMC-nin 21 aprel 2004-cü il tarixdə qeydiyyatdan
keçmiş nizamnaməsində analoji maddə (icra orqanının üzvlərinin təsisçilərin yekdilliklə qəbul
olunmuş qərarı əsasında təyin olunması) mövcud olmamışdır.

Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin rədd edilməsi

barədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı qənaətə
gəlmişdir ki, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından, qanunvericinin qeyd
olunan normalarından və qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuş hallardan
aydın olur ki, iddiaçının hazırki iddianı irəli sürməkdə tələb hüququ, həmçinin tələbinin hüquqi
əsasları mövcud deyildir.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun

şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının
04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn
elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan
məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk
növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə

edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən
etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət
hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini
ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç

elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu)
şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri
birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən
olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn
digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun
yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla kassasiya şikayətində

göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının
göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası
məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq
məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə
zərurət yoxdur.

Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası

məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına
yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə
etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri
apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas
ola bilməz.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
İddiaçı kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6461/2018 saylı 29 iyun 2018-ci il

tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.