2[102]-301/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-301/2019

14.02.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

MülkiKollegiyasının

QƏRARİ

14 fevral2019-cuil                          İş№ 2(102)-301/2019                                  Bakışəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana

Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz
Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının
nümayəndəsi x7 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1729/2018
saylı 17 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdehlər x4 və x5 tərəfindən birgə verilmiş
kassasiya şikayəti üzrə işə baxaraq

M Ü Ə Y Y Ə N    E T D İ :

 
Balakən Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş

№ 2(019)-357/2018) iddia qismən təmin edilmiş, cavabdehlər x2, x3, x4ndan, x5ndan və x6
müştərək qaydada 3039.66 manat əsas, 56.21 manat faiz, 50 manat məbləğində cərimə olmaqla
cəmi 3145.87 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı x1
xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə

(hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyev, iş № 2(107)-
1729/2018) cavabdeh x4nun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon
Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi cavabdeh x4na münasibətdə dəyişdirilmədən
saxlanılmışdır.

Göstərilən qətnamədən cavabdehlər x4 və x5 birgə kassasiya şikayəti vermişlər.

İşin halları:

 
İddiaçı x1 cavabdehlər x2, x3, x4na, x5na və x6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət

edərək, 3039.66 manat əsas, 56.21 manat faiz, 240.73 manat məbləğində cərimə olmaqla cəmi
3336.60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb
iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlərlə iddiaçı arasında bağlanmış 03.05.2013-

cü il tarixli, ŞƏK-394/5 nömrəli kredit müqaviləsinə əsasən borclulara birgə borclular kimi
Ümumdünya bankının və Azərbaycan hökumətinin birgə vəsaiti hesabına 7000 (yeddi min) manat
məbləğində qısa müddətli kredit verilmişdir. Həmin müqavilənin 4.1.5-ci maddəsinə əsasən Birgə
borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə x1 qalan digər birgə borclulardan
həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. Borclularla bağlanmış kredit
müqaviləsinin 5.1-ci maddəsinə əsasən birgə borclular götürülmüş kredtə görə birgə və ayrı-
ayrılıqda (fərdi) məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən borclular tərəfindən hazırki vaxta

3039.66 manat əsas, 56.21 manat faiz, 240.73 manat məbləğində cərimə olmaqla cəmi 3336.60
manat məbləğində borcları yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq borc
ödənilməmişdir.

Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir.
 

Kassasiya şikayətinin dəlilləri:

 
Cavabdehlər x4, x5 və onların vəkili Emçiyeva Məlahət Maisovna kassasiya şikayəti verərək

apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına
göndərilməsini xahişetmişlər.

Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki,

apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual 
hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış,
işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır.

Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual

hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 739, 385.1, 386.1, 442, 445, 448.1,
465.2, 373.2, 373.3, 377.1, 377.2-ci, MPM-nin 4.1, 14.1, 217-ci maddələrinin tələblərinə riayət
etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir.
Kassasiya şikayətinə görə cavabdeh x5 11 mart 2015-ci ildə iddiaçı təşkilata hər hansı pul
ödəməmiş, onun adından ödənilən çekə imza etməmiş, bunu iddia vermək hüququnun keçməməsi
məqsədi ilə iddiaçı təşkilatın kredit mütəxəssisləri etmişdir, cavabdeh x5 hər iki məhkəmə
instansiyasında işə baxılarkən bu barədə bildirsə də məhkəmələr bu hallara heç bir qiymət
verməmişlər.

Prosessual məsələlər:

 
İddiaçının nümayəndəsi x7 Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə

əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında
iştirak etməmişdir.

Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına

baxmayaraq işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının
iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların
iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər:

 
Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya
instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti
həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır.

Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya

şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə
də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə
dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə

müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və
azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və
qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və
127-ci maddəsinin İİ hissəsi).

Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan

Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn
hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və
ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə
edilməsinə rəvac verir (MPM-in 2.1 və  2.2-ci maddələri).

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır,

yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən

olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları
yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və
hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından

görünür ki, x1 ilə cavabdehlər x2, x3, x4, x5 və x6 arasında 03.05.2013-cü il tarixli, ŞƏK-394/5
nömrəli kredit müqaviləsi bağlanmış və kredit verən tərəfindən birgə borclulara 12 ay müddətinə
7000 manat məbləğində kredit verilmişdir. İddia tələbinə görə birgə borclular olan cavabdehlərin
iddiaçıya 3039.66 manat əsas, 56.21 manat faiz borcu qalmış, dəbbə pulu birinci instansiyası
məhkəməsi tərəfindən tənasübsüz hesab edilib azaldılaraq 50 manat həcmində müəyyən edilmiş,
borcun məbləği ümumiyyətlə mübahisələndirilməmişdir.

Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə

iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər
iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq
olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə
qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit
müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri).

Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti

etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya
müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər
əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun
iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya
lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və
ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri  pozmaqla icra edilməsi) başa düşülür.
Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı
gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən
baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti
çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı
gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına
baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası
barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər
tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk
dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əgər öhdəliyin icrası
bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə
edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə
borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən
əmələ gəlir. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə
bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 500.1, 500.2, 501-ci
maddələri).

Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi

mübahisəni cavabdeh x4na münasibətdə düzgün həll etmişdir.

Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə

ki, müəyyən olunmuşdur ki, cavabdeh tərəf kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra
etməmişlər. Cavabdeh tərəf iddiaçı təşkilata olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və
qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də onlar, risk dairəsinə daxil olan
öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli
pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz
borcu ilə birlikdə iddiaçıya ödəməlidirlər.

Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilinə qiymət

verib müəyyən etmişdir ki, birgə borclulardan x5 03 noyabr 2015-ci ildə, x6 isə 30 sentyabr 2015-ci
ildə məlum kredit borcu ilə bağlı ödənişlər etmişlər. Ona görə də apellyasiya instansiyası
məhkəməsi Mülki Məcəllənin 380.1-ci maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddia
müddətinin axımı qanunvericiliyin tələbinə görə cavabdehin iddia etdyi kimi kredit müqaviləsinin
müddətinin bitdiyi vaxtdan deyil, uyğun olaraq 03 noyabr 2015-ci ildən hesablanmalıdır.

Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilənlərlə əlaqədar qeyd etməyi zəruri

hesab edir ki, kassatorlar cavabdeh x5nın 11 mart 2015-ci ildə iddiaçı təşkilata hər hansı pul

ödəmədiyini, onun adından ödənilən çekə imza etmədiyini, həmin ödənişin iddiaçı təşkilatın kredit
mütəxəssisləri tərəfindən edildiyini, bu barədə işə baxılarkən hər iki məhkəməyə bildirildiyini yalnız
sözlə ifadə edirlər, məhkəmə iclasları barədə məlumatlı olsalar da (məlumatsız olmaları
mübahisələndirilməmişdir) bu dəlillərini sübut etmək üçün məhkəmə baxışlarında iştirak edib hər
hansı tədbir görməmişlər və beləliklə qeyd edilən bu dəlillər hər hansı bir sübutla, o cümlədən iş
materialları ilə təsdiq olunmur.

Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası

məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına
yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə
etibarı ilə mübahisələndirilən hissədə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də
kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və
ya dəyişdirilməsi üçün əsas ola bilməz.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALİR:

 
Cavabdehlər x4 və x5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1729/2018 saylı 17 avqust 2018-ci il

tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən
saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.