2[102]-3762/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-3762/2022

07.06.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və
Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə,

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİ:

İddiaçı Cavabdeh

qarşı

kompensasiya

ödınilməsi tələbi barədə

qətnamə

çıxarılmasını xahiş etmişdir.

Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim

E.Hümbətov) İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə
iddiasının rədd olunması qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli

qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov, A.Abbasov, iş
№ 2(105)- 213/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmmiş,
Şamaxı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2019-cu il

tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev)
kassasiya

şikayətinin

təmin

edilməsi,

Sumqayıt

Apellyasiya

Məhkəməsi

mülki

kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və işin apellyasiya
qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov, İ.Dəmirov, iş №
2(105)- 148/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon
Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulması hissəsində
ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış və Cavabdeh 3000 (üç min)
manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Cavabdeh qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi

15 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması
barədə qərar sıxarılmasını xahiş etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)

402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən
hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə
qətnamələr

istisna

olmaqla,

apellyasiya

məhkəmələrinin

mülki

kollegiyasının

qətnamələrindən kassasiya şikayəti verilə bilər.

İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 dekabr

2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən 3000 (üç min) manat məbləğində pulun

tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin məbləğ kassasiya şikayəti verilməsi
üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, cavabdeh Cavabdeh
həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.

MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və

407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi
tərəfindən qaytarılır.

Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq

üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə
dair qərardad qəbul edilir.

Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya

instansiyası məhkəməsinə qaytarılmalıdır.

Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər

tutub, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh X1 Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-148/21

saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün
hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.