2[102]-4248/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-4248/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

Q Ə R A R D A D İ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov

Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli
oğlundan ibarət tərkibdə,

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-616/2022 nömrəli iş üzrə

13 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya
şikayətinə dair işə 21 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat
qaydasında baxaraq,

MÜƏYYƏN ETDİ:

İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmadığının

müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma və həmin sahəyə köçürülmə və
Cavabdeh İddiaçı qarşı qarajüstü sahənin tikilməsinə sərf olunmuş vəsaitdə payların
müəyyən edilməsi və fərdi yaşayış sahəsinə dair reyestr çıxarışının ləğv edilməsi
tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin
(bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-266/2020 nömrəli, 28 sentyabr
2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı iddiası rədd, Cavabdeh iddiası
qismən təmin olunmuşdur.

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya

instansiyası məhkəməsi) 2(103)-616/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi
ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı
tərəfindən verilmiş apellyasiya qismən təmin edilərək, birinci instansiya məhkəməsinin
qətnaməsi qismən – Cavabdeh iddiasının qismən təmin olunması hissəsində ləğv
olunmuş, Cavabdeh iddiası rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən
saxlanılmışdır.

İddiaçı (Vəkil3) həmin qətnamədən kassasiya şikayəti vermiş və şikayət 01 iyul 2022-

ci il tarixli qərardadla icraata qəbul edilmişdir.

Sonradan Cavabdeh da qətnamədən apellyasiya instansiya məhkəməsi vasitəsilə

kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən 11 avqust 2022-ci il
tarixli məktubla şikayət baxılması üçün Ali Məhkəməyə göndərilmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya

şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –
MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş

apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya
baxışından çıxarılmalıdır.

MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası

məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi
kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə
uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya
şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata
qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə
müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya
baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə
417.1.7).

Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq,

Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-

616/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya
şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 01 iyul
2022-ci il tarixli qərardadı ləğv edilsin.

2(102)-4248/2022 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın.
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-616/2022 nömrəli, 13

yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin
MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş
Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.