2[102]-4912/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4912/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı cavabdeh "xxxx"
MMC-yə və digərlərinə qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-4912/21

(Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və
Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,
İddiaçı: İddiaçı, vəkili X1,

Cavabdeh: "xxxx" MMC-nin vəkili Vəkil iştirakları ilə,
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)-

442/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC kassasiya şikayəti üzrə işə 02
noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" MMC və digərlərinə qarşı

iddia qaldıraraq, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 Rafael oğlu və Cavabdeh2
müştərək qaydada maddi zərərə görə 3.150 manat, mənəvi zərərə görə 5.000 manat
pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə

(sədrlik edən, hakim S.B.Mehrəliyev) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC
dəymiş maddi zərərə görə 3.100 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan
hissədə iddianın rədd olunması qət edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının

mülkiyyətində olan “X3” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin
"xxxx" MMC təmir mərkəzinin işçisi çilingər Cavabdeh1 tərəfindən təmiri zamanı yol
verilmiş xətalar üzündən iddiaçıya 3.100 manat maddi zərər dəyib. İddiaçıya cavabdeh
"xxxx" MMC təqsiri üzündən iddia olunan məbləğdə maddi zərərin dəyməsi mülki iş
materialları ilə də təsdiq olunur. Lakin iddiaçıya 5.000 manat məbləğində mənəvi zərərin
dəyməsi mülki iş materialları ilə müəyyən olunmur. Ona görə də iddia qismən təmin
edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1097.1,

1099.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya

məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni
qətnamə qəbul edilməsini xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Bakı Apel

l

yasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və
X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı

ş

əhə

ri

Xətai Rayon

Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə
dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə düzgün
nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1,

1099.1, 1114.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul
edilməsini xahiş edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil kassasiya şikayətində

göstərilənlərə uyğun olaraq izahat verdi.

İddiaçı və vəkili Məhəmməd Məmmədov məhkəmə iclasında kassasiya şikayətinin

dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2

məhkəmə iclasının vaxtı və yeri haqqında

lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri
üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü
maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb

etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb
edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda
ödənilməsi nəzərdə tutulmasın.

Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş

şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,
əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ
pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən
çıxmış fayda) başa düşülür.

Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)

hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya
zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını
pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq
məsuliyyəti daşıyır.

Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt)

nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi
şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam
həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin
öhdəsinə qoyula bilər.

Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin

törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb)
vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə

bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik
enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və
i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi
və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə
mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin
qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta
yetirməsinlər.

Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və

ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.)
vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar
müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim

etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz,

hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən
edilmiş qüvvəsi yoxdur.

Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Cavabdeh "xxxx" MMC kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı
kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya
instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya
dəyişdirilməsi üçün əsaslar yoxdur.

Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş

hallarından görünür ki, “X3” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi
iddiaçının xüsusi mülkiyyətindədir və həmin nəqliyyat vasitəsində "xxxx" MMC çilingər
peşəsində işləyən Cavabdeh1 tərəfindən təmir işləri aparılıb və təmir zamanı yol verilmiş
xəta üzündən iddiaçıya cəmi 3.100 manat məbləğində maddi zərər dəyib.

Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə

və hüquqi əsaslandırma ilə razılaşıb müəyyən etmişdir ki, 07 fevral 2019-cu il tarixli əmək
müqaviləsinə əsasən, Cavabdeh1 digər cavabdeh "xxxx" MMC çilingər peşəsində işləyib
və hər ay 260 manat əmək haqqı alıb. Cavabdeh "xxxx" MMC təmir mərkəzinin 01 avqust
2019-cu il və 06 avqust 2019-cu il təmir kartlarının surətlərinə əsasən, iddiaçıya məxsus
“X3” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ayrıc (paylayıcı)
qutusunun və sürət qutusunun təmiri üçün onun tərəfindən cəmi 3100 manat ödəniş edilib.

Eyni zamanda işə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək

müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1la bağlanmış 07 fevral 2019- cu il
tarixli əmək müqaviləsinə 09 sentyabr 2019-cu il tarixdən xitam verilib.

Azərbaycan Respublikası Texniki Universitetinin “Avtomobil texnikası” kafedrasının

baş müəllimi Məsud Rüstəmbəyov tərəfindən tərtib edilmiş 05 fevral 2020-ci il tarixli texniki
rəyə əsasən, aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, “Range Rover” markalı

nəqliyyat vasitəsinin texniki göstəricisinə görə, ayrıc (paylayıcı) qutunun birbaşa sürət
qutusu ilə əlaqəsi var. Zəncir ötürməsi vasitəsilə burucu momenti avtomatik sürət
qutusundan alır və qabaq-arxa oxda olan reduktora (baş ötürücü) paylaşdırır. Nəqliyyat
vasitəsinin ayrıc (paylayıcı) qutusunda hansı bir nasazlıq baş versə, texniki normativlər
əsasında sökülüb yığıla bilər. Nəqliyyat vasitəsinin ayrıc (paylayıcı) qutusunda hər hansı
bir nasazlıq baş versə, hökmən avtomatik sürət qutusunda fəsadlar törədə bilər.

Apellyasiya instansiyası məhkəməsi sadalanan sübutları tədqiq edib haqlı olaraq

qeyd etmişdir ki, Mülki Məcəllənin 21.1 maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona
vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

Həmin Məcəllənin 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan

şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa
etməlidir.

Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)

nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi
şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam
həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin
öhdəsinə qoyula bilər.

Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin

törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb)
vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək
təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli
elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən
zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin
həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi
şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu
şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində
əmələ gəldiyini sübuta yetirməsinlər.

Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və

ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.)
vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar
müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Apelyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki

mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin
dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan “X3”
markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində cavabdeh "xxxx" MMC
təmir mərkəzinin işçisi olmuş çilingər Cavabdeh1 tərəfindən təmir işləri aparılarkən yol
verilmiş xəta üzündən ona cəmi 3.100 manat məbləğində maddi zərər dəyib. Ona görə də
iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün
nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq
edib.

Apellyasiya

instansiyası

məhkəməsinin

gəldiyi

nəticə

apellyasiya

icraatı

mərhələsində mütəxəssis qismində dindərilmiş Məsud Rüstəmbəyovun rəyi ilə də istisna
olunmur. Belə ki, o rəyində qeyd edib ki, “X3” markalı nəqliyyat vasitəsinin surət qutusu
sökülüb-yığılmır, onu yenisi ilə əvəz etmək lazımdır. Cavabdeh "xxxx" MMC çalışan ustalar
nəqliyyat vasitəsinə lüzumsuz müdaxilə edərək ona istifadə edilmiş ehtiyat hissələri
quraşdırıblar və paylayıcı qutuya edilmiş müdaxilə nəticəsində surət qutusu sıradan çıxıb.

Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh "xxxx" MMC kassasiya
şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası
məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri
təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası
məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən,

kassasiya

şikayəti

təmin

edilmədən

saxlanılmalıdır.

Həmçinin, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə görə,

kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə
üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamədə
ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol
verilmədiyi üçün, kassasiya instansiyası məhkəməsi ümumiyyətlə kassasiya şikayətində
göstərilən belə dəlillər üzrə heç bir araşdırma aparmır və onlara qiymət vermir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli,

2(103)-442/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.