2[102]-4916/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4916/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar

Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Kərimova Fidan Arif qızının katibliyi ilə,

Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-811/2021 nömrəli iş üzrə

30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti
üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında
baxaraq, aşağıdakıları müəyyən etdi:

İşin halları

İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2015-ci il tarixli kredit

№DP/28748/50/15 saylı kredit sazişindən görünür ki, həmin sazişə əsasən Cavabdeh1 48
ay müddətinə illik 25 % olmaqla 10245 ABŞ dolları məbləğində kredit verilmişdir.

17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15 saylı kredit sazişindən görünür ki,

Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh2 və
Cavabdeh3 iddiaçı qarşısında öz üzərinə məsuliyyət götürmüşlər.

17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15 saylı kredit sazişindən görünür ki,

həmin saziş üzrə zaminlərin öhdəliklərinin icrası müddəti 17.03.2020-ci il tarixdə başa
çatmışdır.

02.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə

5971,83 ABŞ dolları əsas borc, 6869,54 ABŞ dolları faiz borcu və 0 ABŞ dolları cərimə
borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

İddiaçı ASC iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək

cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 5971,83 ABŞ dolları
əsas borc, 6869,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12841,37 ABŞ dolları borcun və
30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında

bağlanmış 17.03.2015-ci il tarixli kredit sazişinə əsasən cavabdehə 48 ay müddətinə illik
25 % olmaqla 10245 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş
cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır
və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.
Cavabdeh ilə aralarında bağlanmış kredit sazişinin müddətinin bitməsinə baxmayaraq
hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Zamin Cavabdeh2 və ikinci
zamin Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət
götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə
məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra
etməlidirlər.

Cəbrayıl Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim

M.Nuriyev, iş № 2(072)-313/2020) iddianın Cavabdeh1 aid hissədə təmin edilməsi,
Cavabdeh1 qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə
nisbətində milli valyuta ilə hesablanaraq 5971,83 ABŞ dolları əsas borc, 6869,54 ABŞ
dolları faiz borcu olmaqla, cəmi 12841,37 (on iki min səkkiz yüz qırx bir dollar otuz yeddi
sent) ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi,

iddiaçı ilə cavabdehlər arasında bağlanmış 17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15
saylı kredit sazişi üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliklərinə xitam verilməsi,
iddia tələbinin cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə təmin
edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə

zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının
çatdığı 17.03.2019-cu il tarixdən 1 il ərzində, yəni 17.03.2020-ci il tarixədək hər hansı bir
tələb irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 17.03.2015-ci il tarixli kredit
№DP/28748/50/15 saylı kredit sazişi üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə
xitam verilməlidir.

Apelyasiya instansiyası məhkəməsində icraat

Qətnamədən narazı qalan İddiaçı ASC-nin nümayəndəsi X1 apelyasiya şikayəti

vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin
2(072)-313/2020 saylı, 15 sentyabr

2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız

olduğu üçün aşağıda qeyd olunan əsaslarla ləğv edilərək iddia tələbinin təmin edilməsinə
dair yeni qətnamə qəbul edilməlidir. Qeyd olunmalıdır ki, daha öncə iş üzrə iddia
qaydasında məhkəməyə 30 dekabr 2016-cı il tarixdə müraciət edilmiş və iş məhkəmənin
icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il
tarixli 551 saylı Fərmanının icrası ilə bağlı 2019-cu ildə məhkəməyə müraciət edə
bilməmişlər. 13 iyun 2020-ci il tarixində Cəbrayıl rayon Məhkəməsinə ərizə ilə təkrar
müraciət etsələr də, məhkəmə həmin halı nəzərə almamışdır. Cəbrayıl Rayon Məhkəməsi
işə baxarkən cavabdehlər məhkəmə bildirişini qəbul etsələrdə məhkəmə iclasına
gəlməmiş, məhkəmədə zaminliklə bağlı müddətin tətbiqini xahiş etməmiş, bu barədə
məhkəməyə yazılı qaydada ərizə ilə müraciət etməmişdir və məhkəmə öz təşəbbüsü
əsasında zaminlik müqaviləsinə xitam vermişdir. Belə ki, zaminlər Cavabdeh2 və
Cavabdeh3 ilə bağlanmış 17 mart 2015-ci il tarixli İddiaçı ASC-nin kreditləşmə və xidmət
müqaviləsinin şərtlərində qeyd edilmişdir ki, (2.1) Müqaviləyə əsasən zamin müqavilə ilə
müəyyən olunan şərtlərdə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdəsinə götürür.
Xidmət şərtləri tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişlərinin ayrılmaz tərkib
hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu şərtləri imzalamaqla onlarla tanış
olduğunu və gələcəkdə bağlanacaq kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu
şərtlərlə müəyyən edildiyini qəbul edir. (9.2) Xidmət şərtləri tərəflər arasında gələcəkdə
bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri-müəyyən müddətdə
qüvvədədir. (9.3) Kredit Sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi
qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə
öhdəliklər Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. (11.18) Müqavilə, o
cümlədən xidmət şərtləri, hər hansı cəm şəkilçisi daxil edilib-edilməməsindən asılı
olmayaraq, kredit müqaviləsi üzrə eyni tərəfdə birdən artıq müqavilə iştirakçılarına
münasibətdədə qüvvədədir. (6.12) Zamin, Müqavilədən irəli gələn pul öhdəlikləri müştəri
tərərfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə
icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında müştəri ilə
birlikdə birgə məsuliyyət daşıyır. Tərəflərin qəbul etdiyi “Xidmət şərtləri” müqaviləsindən
göründüyü kimi zaminlər “Xidmət Şərtləri” müqaviləsi qüvvədən düşənə qədər, yəni
öhdəlik tam icra olunana qədər məsuliyyət daşıyırlar.

Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov, N.Mirzəyev, iş
№ 2(106)-811/2021) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən
verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin
cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun
tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin
2(072)-313/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi, İddiaçı Açıq Səhmdar
Cəmiyyətinin nümayəndəsi Fərid Mustafayev tərəfindən verilmiş apelyasiya şikayətinə
əsasən dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Açıq Səhmdar

Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2015-ci il tarixli kredit sazişinə
əsasən cavabdehə 48 ay müddətinə illik 25 % olmaqla 10.245 ABŞ dolları məbləğində
kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və
hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini
pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh ilə aralarında bağlanmış kredit
sazişinin müddətinin bitməsinə baxmayaraq hazırkı vaxtadək onun banka olan borcu
ödənilməmiş qalır. Zamin Cavabdeh2 və ikinci zamin Cavabdeh3 həmin sazişə əsasən
bank qarşısında öz üzərilərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn
öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə
bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Nəticədə borclunun 17 mart 2015-
ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5.971,83 ABŞ dolları
əsas borc, 6.869,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12.841,37 ABŞ dolları borcu
yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya
məhkəməsi tərəflər arasında mövcud olmuş 17 mart 2015-ci il tarixli kredit müqaviləsini
əsas götürməklə, Cavabdeh1 tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə
gəlməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin hər üç cavabdehdən
tələb edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin iddia tələbinin zaminlər
Cavabdeh2 və Cavabdeh3 münasibətdə zaminliyin qüvvədə olma müddətinin keçməsinə
görə zaminliyə xitam verildiyindən, onlara münasibətdə iddia tələbini təmin etməmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

İddiaçı ASC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən

apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol
vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-
811/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın tam
təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə

baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan
işə baxılmasını mümkün hesab etmişdir.

Kassasiya baxışının hədləri

Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı
instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və
ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki
hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması
ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlara təsir göstərə bilər.

Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya

şikayəti vermiş, qətnamənin qismən ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən
apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin
dəlillərinə uyğun qismən yoxlanması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin

(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş
görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun
isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya

lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə
qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra
edilməsi) başa düşülür.

443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin

əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət
qoyulmadıqda bu qayda qüvvədə olmur.

448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda

müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi
bütün hallar üçün cavabdehdir.

465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o

cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd
etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 

467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə

yüksək dəbbə pulunu azalda bilər.

470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru

qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün
məsuliyyəti öz üzərinə götürür.

472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə

və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin
subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə
məsuliyyət daşıyırlar.

472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə

tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra
etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin
əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə
məsuliyyət daşıyır.

477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə

müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin
icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi
halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə
bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik
müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi
halda xitam verilir.

739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı

əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini,
borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi

düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya
olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən
olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin

rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,
işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam

baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət
verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında

tədqiq olunmuş sübutlarla əsaslandırır.

218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə

qətnamə çıxarır.

416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası

məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini
yoxlayır.

417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya

instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin
etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu
baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər

mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları
ilə təsdiq

edilmir. Həmin

dəlillər əsassız olduğundan apelyasiya

instansiyası

məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərlə bağlı apellyasiya instansiyası

məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, «… Hazırkı zaminlik müqaviləsində belə bir
müddət dəqiq göstərilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü
maddəsinin tələbi baxımından iddiaçının apelyasiya şikayətində göstərildiyi dəlillər formal
mülahizəyə əsaslanmaqla, mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola
bilməz.

Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin zaminlərə münasibətdə

iddianın əsassız olaraq təmin edilməməsi, birinci dəfə məhkəməyə 30 dekabr 2016-cı il
tarixdə müraciət edilməsi və işin məhkəmənin icraatına qəbul edilməsi barədə dəlilləri ilə
bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə qəbul
etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks
etdirir, eləcə də qətnamə zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsində
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul olunmuşdur.
İddiaçı ASC-nin nümayəndəsi Fərid Mustafayev birinci dəfə məhkəməyə 30 dekabr 2016-
cı il tarixdə müraciət edilməsi və işin məhkəmənin icraatına qəbul edilməsi və zaminlərə
münasibətdə iddianın təmin edilməməsi hissəsində apelyasiya şikayətinin dəlillərini
əsaslandırmaq üçün apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, məhkəmə
iclasında iştirak edərək, belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə apelyasiya
şikayətinin formal mülahizələrlə əsaslandırıldığını göstərir. Odur ki, apelyasiya şikayəti
zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsində əsaslı olmadığından təmin
edilə bilməz.

Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin cavabdehlərin məhkəmədə

zaminliklə bağlı müddətin tətbiqini xahiş etməmələri, bu barədə məhkəməyə yazılı
qaydada ərizə ilə müraciət etməmələri və məhkəmənin öz təşəbbüsü əsasında zaminlik
müqaviləsinə xitam verməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, qanunun
tələbinə görə zaminlik müqaviləsi üzrə müddətin tətbiqi üçün cavabdehin ərizə verməsi
tələb olunmur. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya
şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya
məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və
əsaslı hesab edir.»

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə

müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual
qanun pozuntularına yol verməmişdir.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-811/2021 nömrəli iş üzrə

30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.