2[102]-4921/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4921/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı1 cavabdeh “Azəriqaz”

İstehsalat Birliyinə qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-4921/21

(Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və
Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,
İddiaçı: İddiaçı2 iştirakları ilə,
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)-

4151/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İB kassasiya şikayəti üzrə işə 02

noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı1 məhkəmədə cavabdeh “Azəriqaz” İB qarşı iddia

qaldıraraq, ona məxsus olan “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat
nişanlı nəqliyyat vasitəsinin yanması nəticəsində dəymiş maddi zərərə görə 15.000 manat,
nəqliyyat vasitəsinin yanması nəticəsində nəqliyyat xidmətindən istifadə etmək nəticəsində
dəymiş zərərə görə 3.840 manat və mənəvi zərərə görə 10.000 manat pulun cavabdehdən
tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə

(sədrlik edən, hakim P.M.Zamanlı) iddia qismən təmin edilərək, cavabdehdən 13.500
manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət
edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 12 may 2017-ci

ildən “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi
iddiaçının mülkiyyətindədir. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus nəqliyyat
vasitəsinə maddi zərər dəyib. Fövqəladə Hallar Nazirliyinin 09 yanvar 2020-ci il tarixli
“Yanğın haqqında” Akta əsasən, ünvan 1 ünvanda yeraltı qaz xəttində qazın sızması
nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəyib. Belə ki, Bakı şəhəri,
Xətai rayonu, M. Rüstəmov küçəsindən keçən 108 mm-lik yeraltı qaz kəmərinə texniki
baxış qrupu tərəfindən 07 noyabr 2019-cu ildə aparılan texniki baxış zamanı həmin
ünvanda 108 mm-lik polad boru xəttində 5 Vol partlayış həddində sızma aşkar edilib.
Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2020-ci il tarixli ekspert rəyinə görə, sözügedən
nəqliyyat vasitəsinin təxminən 13 il istismar müddəti nəzərə alınmaqla 25 dekabr 2019-cu
il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti ilə iddiaçıya məxsus nəqliyyat
vasitəsinə dəymiş maddi ziyanın təxminən məbləği 13.500 manat təşkil edir. Bundan
başqa, iddiaçı cavabdehin təqsiri üzündən

nəqliyyat vasitəsinin yanması nəticəsində

nəqliyyat xidmətindən istifadə etmək nəticəsində 3.840 manat zərər, 3.840 manat mənəvi
zərər dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün
məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia qismən təmin edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2,

1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul
edilməsini xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi

ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov)
apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı

ş

əhə

ri

Xətai Rayon Məhkəməsinin 17

noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə düzgün
nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1,

1097.1, 1115-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini
xahiş edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçı2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün

kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin
tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi.

İddiaçı1, cavabdeh “Azəriqaz” İB və vəkili Nümayəndə

məhkəmə iclasının vaxtı və

yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına
gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin
415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab
etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb

etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb
edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda
ödənilməsi nəzərdə tutulmasın.

Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş

şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,
əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ
pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən
çıxmış fayda) başa düşülür.

Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)

hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya
zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını
pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq
məsuliyyəti daşıyır.

Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt)

nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi
şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam
həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin
öhdəsinə qoyula bilər.

Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə

bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik
enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və
i.a.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə
mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin
qarşısıalınmaz qüvvəni təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta
yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət
hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə
qoyulur.

Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini

təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin
hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak
vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək
öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim

etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz,

hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən
edilmiş qüvvəsi yoxdur.

Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya
şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya
instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya
dəyişdirilməsi üçün əsaslar yoxdur.

Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş

hallarından görünür ki, 12 may 2017-ci il tarixdən “Volkswagen Touran” markalı, ** LE ***
dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir və o, həmin
nəqliyyat vasitəsinə dair 15 may 2017-ci ildə 11 oktyabr 2023-cü il tarixədək qüvvədə
olmaqla İddiaçı2 adına etibarnamə verib. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus
nəqliyyat vasitəsinə maddi zərər dəyib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin 09 yanvar
2020-ci il tarixli “Yanğın haqqında” Aktına əsasən, ünvan 1 ünvanda yeraltı qaz xəttində
qazın sızması nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəyib. Eyni
zamanda, "xxxx" QSC cavabdehə ünvanladığı 06 fevral 2020-ci il tarixli məktubla
müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsindən keçən 108
mm-lik yeraltı qaz kəmərinə baxış keçirilib və texniki baxış qrupu tərəfindən 07 noyabr

2019-cu ildə aparılan texniki baxış zamanı həmin ünvanda 108 mm-lik polad boru xəttində
5 Vol partlayış həddində sızma aşkar edilib.

Həmçinin, araşdırma zamanı cavabdehdə çilingər vəzifəsində işləyən Mirhəsən

Ağamirovun izahatı ilə müəyyən edilib ki, 25 dekabr 2019-cu ildə cavabdehin 104 qaynar
xəttinə ünvan 1 ünvandan keçən yeraltı qaz xəttindən qaz sızması barədə məlumat daxil
olub. Hadisə yerinə getdikdə sözügedən nəqliyyat vasitəsinin yanğına məruz qaldığını və
yanğın söndürənlər tərəfindən söndürüldüyünü görüb, nəqliyyat vasitəsinin dayandığı
yerdən keçən yeraltı dəmir qaz xəttindən qazın sızması baş verdiyini və qaz sızan yerin
alovlanaraq yandığını müşahidə edib. Qaz verilişinin dayandırılması üçün ərazini qazıb
qaz xəttinin hər iki tərəfi kəsilib qaynaq vasitəsilə dayandırılıb, qaz xətti kəsildikdən sonra
qaz sızan yerdən çıxan alov sönüb.

"xxxx" QSC xətt baxıcısı işləyən Pərvin Ağaxanov izahatında göstərib ki, 07 noyabr

2019-cu ildə ünvan 1 ünvanda yeraltı qaz xətlərinə baxış keçirərkən qeyd olunan
ünvandan keçən yeraltı 108 mm-lik polad boruda qaz sızması aşkar edilib və bu barədə
cavabdehə məlumat verilib.

Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2020-ci il tarixli ekspert rəyinə görə,

“Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 13 il
istismar müddəti nəzərə alınmaqla, 25 dekabr 2019-cu il tarixə Respublikadaxili orta bazar
pərakəndə satış qiyməti ilə zərərçəkmişə dəymiş maddi ziyanın təxminən məbləği 13.500
manat müəyyən edilir.

Hazırda sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı, 25 dekabr 2019-

cu ildə ünvan 1 ünvandan keçən yeraltı qaz xəttindən qaz sızmasına görə baş vermiş
yanğın nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb
edir.

Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə birinci instansiya

məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, hazırki iddia tələblərinin
hüquqi əsaslarını nəzərdən keçirib düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, Mülki
Məcəllənin 1096.1, 1097.1 və 1108-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırki iddia
tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olub.

Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu

(delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və
ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin
normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki
hüquq məsuliyyəti daşıyır.

Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)

nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi
şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam
həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin
öhdəsinə qoyula bilər.

Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki

mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki,
hazırki iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097.1-ci
maddələrinin tələblərinin hazırki mülki mübahisəyə tətbiqi üçün aşağıdakı şərtlərin eyni
vaxtda mövcud olması tələb olunur: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin
hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər
arasında səbəbli əlaqənin olması və təqsir.

Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan

şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.

Hazırki işdə, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-

hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur.

Belə ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti

nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan
sübutlarla tam təsdiq olunur.

Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan

apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib qeyd
etmişdir ki, sözügedən yanğın hadisəsində cinayət hadisənin olmaması əsası ilə cinayət
işinin başlanılmasının rədd edilməsi cavabdehi hazırki mülki hüquqi məsuliyyətdən (delikt)
azad etmir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80

saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü bəndinə əsasən,
qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi
ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə təmirprofilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən
saz vəziyyətdə saxlamaq vəzifəsini yerinə yetirməlidir.

Həmçinin, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək

təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli
elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən
zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin
həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi
şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu
şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində
əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə
mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat
vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya
hüquqi şəxsin öhdəsinə qoyulur.

Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini

təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin
hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak
vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək
öhdəliyi qoyur.

Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kassasiya şikayəti
ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası
məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri
təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası
məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən,

kassasiya

şikayəti

təmin

edilmədən

saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli,

2(103)-4151/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.