2[102]-4923/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4923/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı cavabdeh Qədimov

Vüqar Sədi oğluna qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-4923/21

(Açar sözlər: aliment tələbinə dair)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu
və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,
Cavabdeh: Cavabdeh və vəkili X3 iştirakları ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-

4377/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci
il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları
müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq, onunla

aralarında bağlanmış 07 noyabr 2006-cı il tarixli nikahın pozulması, birgə nikahlarından 25
mart 2009-cu ildə doğulmuş Q.Güldanənin və 23 sentyabr 2014-cü ildə doğulmuş
Q.Rübabənin onun yanında saxlanılması və Cavabdeh hər ay, hər uşağa görə 170 manat
olmaqla, cəmi 350 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul
edilməsini xahiş edib.

Həmçinin Cavabdeh məhkəmədə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək,

nikahları pozulacağı təqdirdə, 25 mart 2009-cu ildə doğulmuş X1 onun yanında, 23
sentyabr 2014-cü il tarixdə doğulmuş X2 anası İddiaçı yanında saxlanılması barədə
qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə

(sədrlik edən, hakim İ.N.Abbasova) ilk iddia tam, qarşılıqlı iddia qismən təmin edilərək,
tərəflər arasında 07 noyabr 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə
nikahından 25 mart 2009-cu il tarixdə doğulmuş X4 və 23 sentyabr 2014-cü il tarixdə
doğulmuş X5 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh iki uşağın yetkinlik yaşına
çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350
manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi və alimentin tutulmasının
31 avqust 2020-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində
dərhal icra edilməsi qət edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 07 noyabr

2006-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 25 mart
2009-cu ildə Güldanə, 23 sentyabr 2014-cü ildə Rübabə adlı iki uşaqları doğulub. Bakı
şəhəri Xətai rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyası”nın 20
noyabr 2020-ci il tarixli rəyi ilə hər iki uşaqların anaları İddiaçı yanında saxlanılması
məqsədə müvafiq hesab edilib.

Yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən

hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşaqların üstün mənafeləri
rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın
valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi
keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın
tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların
maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin
yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Bundan başqa, 2021-ci
il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən
edildiyindən və uşaqlar anası İddiaçı yanında saxlanıldığından, Cavabdeh hər ay, hər
uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulub
İddiaçı verilməlidir. Ona ilk iddia tam, qarşılıqlı iddia qismən təmin edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 20.1, 22.1, 22.2.1-

ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.

Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə 100
manat olmaqla, ümumilikdə 200 manat alimentin tutulub İddiaçı ödənilməsi barədə yeni
qətnamə qəbul edilməsini xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və
X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon
Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə
dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi ilk iddianı tam, qarşılıqlı iddianı qismən təmin etməklə düzgün
nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 20.1, 22.1,

22.2.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası
məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında Cavabdeh və vəkili Vasif Qədirli kassasiya şikayətində

göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər.

İddiaçı və Cavabdeh vəkili Vəkil

məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi

qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün
kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü
maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını

saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması
bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Həmin

Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına

çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə
borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın
(gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,
yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından
(gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya
tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların
saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı
məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm
sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın
(gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Həmin

Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı

məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar

nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal
saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin

ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri
hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya

instansiyası

məhkəməsi

apellyasiya

instansiyası

məhkəməsinin

mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab
edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq
normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya
şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

Cavabdeh

kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, alimentin
miqdarının hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul
məbləğində müəyyən edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya
instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

Belə ki, i

şin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş

hallarından görünür ki, tərəflər 07 noyabr 2006-cı il tarixdə rəsmi nikah əsasında ailə
qurublar və onların birgə nikahından 25 mart 2009-cu ildə Güldanə, 23 sentyabr 2014-cü
ildə Rübabə adlı iki uşaqları doğulub. Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin
“Qəyyumluq və Himayəçilik Komissiyası”nın 20 noyabr 2020-ci il tarixli rəyi ilə hər iki
uşağın anaları İddiaçı yanında saxlanılması məqsədə müvafiq hesab edilib.

Hazırda Cavabdeh kassasiya şikayəti verərək alimentin miqdarı ilə razılaşmadığını,

alimentin məbləğinin onun maddi və ailə vəziyyətinə uyğun olmadığını göstərib, ilk iddiaya
etiraz edir.

Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və

hesab edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”
Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə
uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Apellyasiya

instansiyası

məhkəməsi,

birinci

instansiya

məhkəməsinin

mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə
edilmiş sübutları tədqiq edib düzgün olaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 78.2-ci
maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və

ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının
səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə

əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum
dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən

meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə,
yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün
tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya

instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin
gəldiyi nəticə ilə razılaşıb, ilk iddianı təmin edib, Cavabdeh hər ay, hər uşağa görə 175
manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyən
etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki
mülki mübahisəyə düzgün tətbiq edib.

Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, onun
himayəsində yaşayan ahıl yaşda atasının, xəstəlikdən əziyyət çəkən anasının mənafeyinin
nəzərə alınmadığını, hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat aliment
ödəməyə maddi imkanın olmadığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi
halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir
yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə
əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan
istifadə etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını

təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin
mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun
pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya
qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli

hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla
apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib.

Cavabdeh kassasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC mühafizəçi vəzifəsində

işləməsi və hər ay 340,50 manat əmək haqqı alması, habelə valideynlərinin ayrı-ayrı
xəstəliklərdən əziyyət çəkmələrinə dair kassasiya icraatı mərhələsində təqdim etdiyi
sübutlara gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual
Məcəllənin 407.2-ci maddəsinə əsasən onun bu dəlilləri ilə də razılaşmaq olmaz. Belə ki,
həmin maddənin mənasına görə, kassasiya şikayətində işin hallarının sübut
olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Bu baxımdan

kassasiya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayəti ilə

eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası
məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri
təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası
məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən,

kassasiya

şikayəti

təmin

edilmədən

saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
Cavabdeh kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli,

2(103)-4377/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.