2[102]-4925/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4925/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

Ərizəçi İddiaçı ərizəsinə dair iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar

Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Kərimova Fidan Arif qızının katibliyi,

Ərizəçinin nümayəndəsi X1 və vəkili Həsənov Emil Fuad oğlunun, maraqlı şəxsin

vəkili Vəkil Samir qızının iştirakı ilə,

Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-835/2021 nömrəli iş üzrə

30 mart 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı
Regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 oktyabr 2021-ci il
tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları
müəyyən etdi:

İşin halları

Ərizəçinin Beyləqan rayonundakı Araz kolxozunda işləməsinə dair 24 sentyabr 2019-

cu il tarixli arxiv arayışından görünür ki, ərizəçinin soyadı Hüseyinov, adı İlyas (Eliyaz), ata
adı isə Bəhrəm kimi qeyd edilmişdir.

AZE 09729712 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçi İddiaçıdur.
DT756344 nömrəli diplomdan görünür ki, ərizəçi İddiaçıdur.
Beyləqan rayon İHB-nin Yuxarı Çəmənli İƏD üzrə nümayəndəliyinin 115 saylı,

07.09.2020-ci il tarixli arayışından görünür ki, 08.11.1959-cu il təvəllüdlü Yuxarı Çəmənli
kənd sakini İddiaçı və Hüseyinov Eliyaz (Elyas) Bəhrəm oğlu hər ikisi eyni adamdır,
nümayəndəliyin ərazisində bu adda adamdan başqa heç bir sakin yaşamır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Beyləqan rayon arxiv idarəsi

tərəfindən İddiaçı (Eliyaz) Bəhrəm oğlunun adına verilmiş arxiv arayışının ona, yəni İddiaçı
məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 noyabr 1959-cu ildə anadan

olmuşdur. 1977-ci ildə texnikoma daxil

olmuş, 1982-ci ildə isə texnikomu bitirmişdir.

Texnikomda oxusa da, 1978-ci ildə əsgərliyə gedib 1980-ci ildə qayıtmışdır. 1981-1982-ci
ildə texnikomdan

kolxoza praktikaya göndərilmişdir. 1974-1997-ci illərdə Araz adına

kolxozda əmək fəaliyyətində olmuş və əmək haqqı almışdır. O, əvvəl sürücü, sonradan
traktor briqadiri olmuşdur. Qeyd olunan kolxozda işləməsi barədə arxiv arayışı vardır.
Beyləqan rayon Dövlət arxivinin 24 sentyabr 2019-cu il tarixli arxiv arayışında onun soyadı
Hüseynov, adı İlyas (Eliyaz), ata adı isə Bəhrəm kimi qeyd edilmişdir. Hazırda o,
pensiyaya çıxmaq üçün Beyləqan rayon DSMF-na müraciət etmişdir. Arxiv arayışında
ərizəçinin adının səhv yazılması ona sənədlərinin hazırlanmasında çətinlik yaradır. Ona
görə də, Beyləqan rayon arxiv idarəsi tərəfindən İddiaçı (Eliyaz) Bəhrəm oğlunun adına
verilmiş arxiv arayışının ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsi
barədə qətnamə çıxarılmasını xahiş etdi.

Beyləqan Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim

R.Nurullayev, iş № 2(020)-1053/2020) ərizə təmin edilərək, Beyləqan rayon Dövlət Arxivi
tərəfindən Hüseyinov İlyas (Eliyaz) Bəhrəm oğlunun adına verilmiş 24 sentyabr 2019-cu il
tarixli 340 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət
edilmişdir.

Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 08 noyabr 1959-cu ildə

anadan olmuşdur. 1977-ci ildə texnikoma daxil

olmuş, 1982-ci ildə isə texnikomu

bitirmişdir. Texnikomda oxusa da, 1978-ci ildə əsgərliyə gedib 1980-ci ildə qayıtmışdır.
1981-1982-ci ildə texnikomdan kolxoza praktikaya göndərilmişdir. 1974-1997-ci illərdə
Araz adına kolxozda əmək fəaliyyətində olmuş və əmək haqqı almışdır. İddiaçı qeyd
olunan kolxozda işləməsi barədə arxiv arayışı vardır. Beyləqan rayon Dövlət arxivinin 24
sentyabr 2019-cu il tarixli arxiv arayışında ərizəçinin soyadı Hüseynov, adı İlyas (Eliyaz),
ata adı isə Bəhrəm kimi, 28 avqust 2020-ci il tarixli arxiv arayışında isə ərizəçinin soyadı
Hüseyinov, adı İlyas (Elyas) ata adı isə Bəhrəm kimi qeyd edilmişdir. Hazırda ərizəçi
pensiyaya çıxmaq üçün Beyləqan rayon DSMF-na müraciət etmişdir. Arxiv arayışında
ərizəçinin adının səhv yazılması ona pensiyaya çıxması üçün sənədləşdirmə
aparılmasında çətinliklərlə üzləşirlər.

Apelyasiya instansiyası məhkəməsində icraat

Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Q.Kərimov,
iş № 2(106)-835/2021) maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin
Beyləqan rayon filialının direktoru vəzifəsini icra edən Mansur Tağıyev tərəfindən verilmiş
apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, ərizəçi İddiaçı “arxiv
arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” ərizəsi ilə bağlı mülki iş
üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1053/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli
qətnaməsi, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Beyləqan rayon
filialının direktoru vəzifəsini icra edən Mansur Tağıyev tərəfindən verilmiş apelyasiya
şikayətinə və apelyasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün
nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci
instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli
olduğundan, işdə, həmçinin apelyasiya şikayətində və apelyasiya şikayətinə əlavədə iş
üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata
xitam verilməsi üçün əsaslar olmadığından, Beyləqan Rayon Məhkəməsinin 2(020)-
1053/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə maraqlı
şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Beyləqan rayon filialının direktoru
vəzifəsini icra edən Mansur Tağıyevin apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə
təmin edilmədən saxlanılmalıdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı

(Vəkil Samir qızı) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən
apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol
vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-
835/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia
tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının
vəkili Vəkil Samir qızı kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin
olunmasını xahiş etdi.

Ərizəçinin nümayəndəsi X2 və vəkili Həsənov Emil Fuad oğlu kassasiya şikayətinə

etiraz edərək təmin olunmamasını xahiş etdilər.

Kassasiya baxışının hədləri

Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı
instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və
ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki
hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması
ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlara təsir göstərə bilər.

Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız maraqlı şəxs

kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya
baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam
yoxlanması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab

edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi
gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə
qeydlər göstərilir.

Azərbaycan

Respublikası

Dövlət

Sosial

Müdafiə

Fondunun

Kollegiyasının

24.09.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta

stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən
əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın,
hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə
bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o
cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında
müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları

araşdırmalı və onlardan istifadə etməlidir.

77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları

qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və
hallarla əlaqədardır.

81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən

müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq
oluna bilməz.

88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam

baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət
verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və

onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı
yoxlanılmalı və qiymətləndirilməlidir.

307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak

hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən
edir.

307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası

nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə
işlərə baxır.

308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman

müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada
ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə

məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən
sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq

hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya

instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin
etmədən saxlaya bilər.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə

təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli
Qərarının 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası

Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1
yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi
halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını
təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının
11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən
hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2,
3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların
qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti
barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar,
milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin
sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı əsasında müəyyən edilir.

Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək

kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.)
mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri
olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi
yolverilməzdir.

Həmin qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən

edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin
tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar
olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən
şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla
(məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu
baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər

mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları
ilə təsdiq

edilmir. Həmin

dəlillər əsassız olduğundan apelyasiya

instansiyası

məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə

müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual
qanun pozuntularına yol verməmişdir.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı
tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-835/2021 nömrəli iş üzrə

30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.