2[102]-4926/2021 qərar mətni
Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 2(102)-4926/2021
02.11.2021
ALİ MƏHKƏMƏ
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki kollegiyasının
İddiaçı: LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması
Fondunun Cavabdeh1
oğluna qarşı
iş üzrə
Q Ə R A R İ
iş № 2(102)-4926/21
(Açar sözlər: kreditin tutulması)
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri
Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və
Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,
Əzimova Səbinə Yaşar qızının katibliyi ilə,
Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(106)-
1255/2021 saylı qərardadından iddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin
Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali
Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi
İşin halları
İşin
hallarına
görə,
iddiaçı
“LPO
"xxxx"
ASC
Ləğvedicisi
Əmanətlərin
Sığortalanması Fondu məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia
qaldıraraq, onlardan müştərək qaydada əsas borca görə 2.769,92 manat, kredit
müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faizə görə 390,64 manat, cəriməyə
görə 2.493,87 manat olmaqla, cəmi 5.654,43 manat kredit borcunun tutulub iddiaçıya
ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik
edən, hakim R.A.Məmmədov) iddia rədd edilib.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında
kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranıb və cavabdehlər kredit
müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyiblər. Lakin iddiaçı hazırki iddia tələbi ilə
məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş iddia müddətinin ötürüb. Belə
ki, tərəflər arasında 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi 2 il müddətinə bağlanıb və
həmin müqavilənin müddəti 28 aprel 2017-ci il tarixdə bitib. İddiaçı isə hazırki iddia tələbi
ilə məhkəməyə 20 may 2020-ci il tarixdə müraciət etməklə qanınla müəyyən edilmiş iddia
müddətini ötürüb. Ona görə də iddia rədd olunmalıdır.
Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 373.2,
375.2-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.
İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin
qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi
xahiş edib.
Apellyasiya instansiyası məhkəməsində icraat
Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli
qətnaməsi ilə (hakimlər M.K.Həsənov sədrlik edən, məruzəçi, İ.Q.Əsədov və
Z.A.Zeynalov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Lənkəran Rayon
Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv
edilib, iddia qismən təmin edilərək, Cavabdeh1 2.769,92 manat əsas borcun tutulub
iddiaçıya ödənilməsi qət edilib.
Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci
instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini
pozub. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq
münasibəti yaranıb və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və
onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Ona görə
də iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir.
Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il
tarixli qərardadı ilə iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli
qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilib, iddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi
Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı
“əsas borca görə 2.769,92 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra
hesablanmış faizə görə 390,64 manat, cəriməyə görə 2.493,87 manat olmaqla, cəmi
5.654,43 manat kredit borcunun tutulması” iddiasına dair mülki iş üzrə Cavabdeh2 öldüyü
üçün ona münasibətdə işin icraatına xitam verilib.
Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki,
Cavabdeh2 15 aprel 2016-cı il tarixdən ölməsinə baxmayaraq, iddiaçı 20 may 2020-ci il
tarixdə məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh2 da cavabdeh qismində göstərib.
Belə olan halda Cavabdeh2 münasibətdə işə məhkəmədə baxılmalı olmadığından iş üzrə
icraata xitam verilməlidir.
Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin
48, 49.1, 261.0.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb.
Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının
izahatları
Kassasiya şikayətinin dəlilləri
İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin
qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası
məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə
baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qərardad qəbul edib.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.
Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili
Vəkil, iddiaçı Cavabdeh1
məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada
xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya
instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən
onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun
doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Həmin Məcəllənin 49.1-ci maddəsində göstərilir ki, öz fəaliyyəti ilə məhkəmədə
hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını
nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə
yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə məxsusdur.
Həmin
Məcəllənin
58.1-ci
maddəsinə
əsasən,
mübahisə
edilən
hüquq
münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə) məhkəmə həmin tərəfi
onun hüquq varisi ilə əvəz etməyə yol verir.
Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə
icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir.
Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi
nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).
Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).
Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya
instansiyası
məhkəməsinin
işin
faktiki
hallarını
araşdırması
kimi
qiymətləndirilməməlidir.
İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin
qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya
şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi
nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə
apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi
və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən
maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, Cavabdeh2 münasibətdə
iş üzrə icraata xitam verilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya
instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
Belə ki, işdən görünür ki, 28 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən,
iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 32 faizlə 3.300 manat kredit verilib.
Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər
Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanıb.
31 may 2020-ci il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət
edərək, sözügedən kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək
qaydada əsas borca görə 2.769,92 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra
hesablanmış faizə görə 390,64 manat, cəriməyə görə 2.493,87 manat olmaqla, cəmi
5.654,43 manat kredit borcu tələb edir. İşdən isə görünür ki, Cavabdeh2 15 aprel 2016-cı
ildə ölüb.
Göründüyü kimi iddiaçı, 15 aprel 2016-cı il tarixdə ölmüş Cavabdeh2 qarşı 31 may
2020-ci il tarixdə məhkəmədə iddia qaldıraraq kredit borcunu tələb edir.
Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun
doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.
Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsində göstərilir ki, öz fəaliyyəti ilə
məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını
nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə
yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə məxsusdur.
Həmin
Məcəllənin
58.1-ci
maddəsinə
əsasən,
mübahisə
edilən
hüquq
münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə) məhkəmə həmin tərəfi
onun hüquq varisi ilə əvəz etməyə yol verir.
Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə
icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir.
Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb
hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə birinci
instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ona münasibətdə işin icraatına xitam
verərkən düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mübahisəli
məsələyə düzgün tətbiq edib. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinin
mənasına görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq
münasibəti hüquq varisliyinə yol verərsə, işə baxan məhkəmə iş üzrə icraata xitam
vermədən həmin tərəfi onun hüquq varisi ilə əvəz edə bilər.
Hazırki halda Cavabdeh2 ümumiyyətlə iş üzrə tərəf olmayıb və o, iddia
qaldırılandan dörd il əvvəl artıq ölmüşdü. Eyni zamanda mübahisə edilən hazırki hüquq
münasibətində prosessual hüquq varisliyinə yol verilməsi prosessual qanunvericiliklə
istisna olunur.
K
assasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb,
apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb
hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən,
kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və
419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
İddiaçı LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun
kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli,
2(106)-1255/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.
Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.