2[102]-4928/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4928/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı Cavabdeh qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: valideynlik hüququndan məhrum edilmə)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar

Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Kərimova Fidan Arif qızının katibliyi,
İddiaçı X1, vəkili Vəkil1, Cavabdeh iştirakı ilə,

Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-389/2021 nömrəli iş üzrə 08

aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə
07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları

İddiaçı ilə cavabdeh 12.05.2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar.

Tərəflərin bu nikahdan 1 övladları var – 22.12.2018-ci il təvəllüdlü Milana. İş üzrə tərəflərin
münasibətləri pozulmuş və onlar ayrılmışlar. Tərəflər arasında 12.05.2018-ci il tarixdə
bağlanmış nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.05.2019-cu il tarixli
qətnaməsi ilə pozulmuşdur.

İşdə olan cavabdehin notarial qaydada təsdiq edilmiş 12.03.2019-cu il tarixli

ərizəsindən görünür ki, cavabdeh 22.12.2018-ci il təvəllüdlü Milanaya münasibətdə
valideynlik hüququndan məhrum edilməsinə etiraz etmir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və

Himayəçilik Komissiyasının 10.06.2020-ci il tarixli 2/467 nömrəli rəyindən görünür ki,
Komissiya, iddiaçının cavabdehə qarşı irəli sürdüyü “valideynlik hüququndan məhrumetmə
tələbi barədə” iddiasının təmin edilməsini uşağın hüquq və mənafelərinə uyğun hesab
etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

İddiaçı onunla cavabdehin birgə övladları – 22.12.2018-ci il təvəllüdlü X3

münasibətdə cavabdehin valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər 12.05.2018-ci il tarixdə rəsmi

nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan tərəflərin bir övladı – 22.12.2018-ci il
təvəllüdlü X4 var. Tərəflərin münasibətləri pozulduğuna görə, onlar arasında bağlanmış
nikah məhkəmə qaydasında pozulmuş, azyaşlı Milana anasının (iddiaçının) yanında
saxlanılmışdır. Həmin işin məhkəmə baxışı zamanı iddiaçı cavabdeh ilə razılığa gəlmişdir
ki, Milananın saxlanılması üçün cavabdeh aliment ödəmir və atalıq hüququndan məhrum
olunmasına etiraz etmir. Lakin işə baxmış məhkəmə bununla bağlı iddiaçının ərizəsini
qəbul etməkdən imtina etmişdir. İş üzrə tərəflər arasında nikah pozulduqdan sonra
cavabdeh övladı Milananın saxlanılması üçün iddiaçıya hər hansı maddi və mənəvi dəstək
göstərməmişdir.

Yevlax Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim

G.Cavadova, iş № 2(039)-548/2020) İddiaçı Cavabdeh “valideynlik hüququndan məhrum
edilmə tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.

Məhkəməsi hesab etmişdir ki, cavabdehin yuxarıda göstərilən məzmunda ərizə

yazması və məhkəmə iclasında verdiyi izahatı onun öz valideynlik vəzifələrindən irəli
gələn məsuliyyətdən yayınmaq niyyəti güdür. Digər tərəfdən Məhkəmə qeyd etmişdir ki,
cavabdehin yuxarıda göstərilən ərizəsi, onun iddianı etiraf etməsi kimi qəbul edilə bilməz.
Çünki MPM-nin 191-ci maddəsinin mənasına görə, cavabdeh tərəfindən iddia etiraf
edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü

tələblərin təmin olunması barədə qətnamə çıxarır (maddə 191.3.). Cavabdehin iddianı
etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokol cavabdeh tərəfindən
imzalanır. Cavabdehin iddianı etiraf etməsi məhkəməyə göndərilən yazılı ərizədə də ifadə
oluna bilər (maddə 191.1.). Göründüyü kimi, mülki prosessual qanunvericilik iddianın
etirafı ilə bağlı iki qayda müəyyən etmişdir – etiraf ərizəsinin işə baxan məhkəməyə
ünvanlaması və ya etirafın məhkəmə iclas protokoluna yazılması. Lakin iş materiallarından
görünür ki, cavabdehin valideynlik hüququndan məhrum edilməsi barədə ərizəsi işə baxan
Yevlax Rayon Məhkəməsinə ünvanlanmamışdır. Belə olan halda, Məhkəmə cavabdehin
yuxarıda göstərilən ərizəsini qəbul etmir. Bunlardan başqa, Məhkəmə Qəyyumluq və
Himayəçilik Komissiyasının hazırki iş üzrə verdiyi rəyini də iddianın təmin edilməsi üçün
əsas hesab etmir. Çünki, Qəyyumluq və Himayəçilik Komissiyası, həmin rəyi
əsaslandırmamış, yalnız cavabdehin, valideynlik hüququndan məhrum edilməsinə
etirazının olmamasına istinad etmişdir.

Apelyasiya instansiyası məhkəməsində icraat

Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə İddiaçı tərəfindən

apellyasiya şikayəti verilmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə maddi və

prosessual hüquq normaların tələbləri pozulmaqla çıxarıldığından, qeyri-qanuni, qərəzli və
əsassız olduğundan tamamilə ləğv edilməlidir. Belə ki, iş üzrə tərəflər 12.05.2018-ci il
tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan tərəflərin bir övladı
22.12.2018-ci il təvəllüdlü X4 var. Tərəflərin münasibətləri pozulduğuna görə, onlar
arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, azyaşlı Milana anasının
(iddiaçının) yanında saxlanılmışdır. Həmin işin məhkəmə baxışı zamanı iddiaçı cavabdeh
ilə razılığa gəlmişdir ki, Milananın saxlanılması üçün cavabdeh aliment ödəmir və atalıq
hüququndan məhrum olunmasına etiraz etmir. Lakin işə baxmış məhkəmə bununla bağlı
iddiaçının ərizəsini qəbul etməkdən imtina etmişdir. İş üzrə tərəflər arasında nikah
pozulduqdan sonra cavabdeh övladı Milananın saxlanılması üçün iddiaçıya hər hansı
maddi və mənəvi dəstək göstərməmişdir. Bundan əlavə Qəyyumluq və Himayəçilik orqanı
da cavabdehin valideynlik hüququndan məhrum edilməsini məqsədəmüvafiq hesab
etmişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli

qətnaməsi ilə (hakim M.Əsədli (sədrlik edən və məruzəçi), hakimlər Ə.Məcidov və
A.Mahmudov, 2(107)-389/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin
edilməmiş, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(039)-548/2020 saylı
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki,

apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki,
hər hansı bir şəxsin valideynlik hüququndan məhrum edilməsi yalnız Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsi ilə müəyyən edilmiş halların mövcud olması
ilə şərtləndirilir. Bu maddənin mənasına görə, valideynlər (onlardan biri) öz valideynlik
vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzrlü səbəb
olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial
müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlarla amansız davrandıqda, onları fiziki
və psixi təzyiq altında saxladıqda; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların

və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət
törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. İş materiallarında cavabdehin
yuxarıda sadalanan hallara yol verdiyini təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur.
Bundan əlavə cavabdehin alimenti ödəyə bilməməsi onun alimenti ödəməkdən qəsdən
yayınması kimi şərh edilə bilməz. Bundan əlavə cavabdehin valideynlik hüququndan
imtina etməsi barədə ərizəsi də onun öz valideynlik vəzifələrini yerinə yetirmədiyini,
alimenti qəsdən ödəmədiyini etiraf etməsi demək deyildir. Bundan əlavə Qəyyumluq və
Himayəçilik Komissiyası da öz rəyini əsaslandırmamış, yalnız cavabdehin valideynlik
hüququndan məhrum edilməsinə etirazının olmamasını bildirmişdir ki, bu da apellyasiya
şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Valideynlik hüququndan məhrum etmə,
valideyn borcunu qəsdən yerinə yetirməməyə görə ailə-hüquqi məsuliyyət, müstəsna
tədbir, eyni zamanda ən yüksək ailə hüquqi məsuliyyət tədbiri hesab edilir. Məhkəmə
cavabdehi valideynlik hüququndan məhrum etməməklə, uşağın mənafeyini, hazırki halda
onun gələcək fizioloji və mənəvi inkişafını, başlıcası isə onun maraqlarını nəzərə alır, həm
də qanunvericiliyin tələbləri baxımından məqsədəmüvafiq hesab etmir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyasının 08 aprel 2021-ci il tarixli 2(107)-389/2021 nömrəli qətnaməsinin maddi və
prosessual qanunlarının kobud surətdə pozuntuları ilə çıxarıldığından ləğv edilərək, işi
yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul
edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçı X2 və vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək

təmin olunmasını xahiş etdi.

Məhkəmə

kollegiyası

iclasında

vəkilsiz

iştirak

etdiyinə

görə

Azərbaycan

Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh
izahatını dinləməmişdir.

Kassasiya baxışının hədləri

Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı
instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və
ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası

məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki
hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması
ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlara təsir göstərə bilər.

Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı

kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən
kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam
mübahisələndirildiyindən,

kassasiya

baxışının

hədlərini

apellyasiya

instansiya

məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara

qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

64.0–cı maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından

aşağıdakı hallarda məhrum edilə bilər:

64.0.1.-ci maddəsinə əsasən öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
64.0.2.-ci maddəsinə əsasən alimenti qəsdən ödəmədikdə;
64.0.3.-cü maddəsinə əsasən heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən

və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər
analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

64.0.4.-cü maddəsinə əsasən valideynlik hüquqlarından sui-istifadə etdikdə;
64.0.5.-ci maddəsinə əsasən uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi

təzyiq altında saxladıqda;

64.0.6.-cı maddəsinə əsasən xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
64.0.7.-ci maddəsinə əsasən uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya

həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə məhrum edilirlər.

65.1.-ci maddəsinə əsasən, valideynlik hüquqlarından məhrumetmə məhkəmə

qaydasında həll edilir.

65.2-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə

valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti
orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya
müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi

düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya
olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən
olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi

istinad etdiyi halları sübut etməlidir.

76.2-ci maddəsinə əsasən  bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin

rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,
işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə

məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr,
arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

416.-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq

hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya

instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin
etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən

mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq
olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu
baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər

mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları
ilə təsdiq

edilmir. Həmin

dəlillər əsassız olduğundan apelyasiya

instansiyası

məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə

müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual
qanun pozuntularına yol verməmişdir.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-389/2021 nömrəli iş üzrə 08

aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.