2[102]-4931/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4931/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: icraata xitam verilməsi ilə bağlı)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar

Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Kərimova Fidan Arif qızının katibliyi ilə,

Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5091/2021 nömrəli iş üzrə

18 may 2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti

üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında
baxaraq, aşağıdakıları müəyyən etdi:

İşin halları

İddiaçı ASC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbi barədə iddia

ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 vərəsəsi Cavabdeh 692,66 manat
əsas borcunun, 0,01 manat faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40
manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş
etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərardadı ilə (hakim

– E.Məmmədli, iş № 2(003)-864/2021) İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas və faiz
borcunun qaytarılması” tələbi barədə iddiasına xitam verilmişdir.

Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud iddia ərizəsi ilə

məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh
hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə
də, iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun
vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli qərardadı ilə

(hakim X.Mərdanova (sədrlik edən və məruzəçi), hakimlər E.Həsənov və F.Babayev, iş № 2(103)-
5091/2021) İddiaçı ASC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin
2(003)-864/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə

müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, cavabdeh kimi ona qarşı məhkəmədə iddia
qaldırıla bilməzdi.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri

İddiaçı ASC (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki

Kollegiyasının 18 may 2021-ci il tarixli 2(103)-5091/2021 nömrəli qərardadının ləğv
edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə
göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar

edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların
iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Kassasiya baxışının hədləri

Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı
instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və
ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası
məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki
hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması
ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin
hüquqi aktlara təsir göstərə bilər.

Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya

şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası
məhkəməsinin qərardadı tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini
apellyasiya instansiya məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanması təşkil
edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

2.1.-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə

icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının
Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq
və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan

hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla
müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

5.1.-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya

qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət
etdiyi hallarda məhkəmədə iş başlanılır.

50.1.-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.

Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh
qismində çıxış edə bilərlər.

50.3.-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər

cavabdeh hesab olunurlar.

50.5.-ci maddəsinə əsasən qanun üzrə başqasının hüquq, azadlıq və qanunla

qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin
ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir
və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan
bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.

261.0.-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:
261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə;
417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya

instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin
etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş

üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının
pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan
apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi
üçün əsas yoxdur.

Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər

mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları
ilə təsdiq

edilmir. Həmin

dəlillər əsassız olduğundan apelyasiya

instansiyası

məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə

müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual
qanun pozuntularına yol verməmişdir.

Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini

rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5091/2021 nömrəli iş üzrə

18 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.