2[102]-4947/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4947/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh2, maraqlı şəxslər Tovuz rayon

Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi

İdarəsinə qarşı iş üzrə

Q Ə R A R İ

(Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin

kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə

görə, icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından

çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar

Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Kərimova Fidan Arif qızının katibliyi,
İddiaçı və Cavabdeh2 iştirakı ilə,

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-541/2021 nömrəli iş üzrə

05 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və
cavabdeh X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 07 oktyabr
2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları

İddiaçı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh2, maraqlı şəxslər Tovuz rayon

notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz
Rayon Məhkəməsində iddia qaldıraraq, Tovuz rayon notariat ofisi tərəfindən verilmiş 25
noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv
edilməsi, həmin tarixdə bağlanmış bağışlama müqaviləsinin və Azərbaycan Respublikası
Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab olunması;
mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,1125 kv.m torpaq sahəsi və həmin
torpaq sahəsində olan ümumi sahəsi 165 kv.m fərdi yaşayış evindən ibarət olan miras
əmlakdan mərhum X7 vərəsəlik payının müəyyən edilməsi və həmin payın irsi
transmissiya əsasında birinci dərəcəli vərəsələri kimi onun və uşaqları Əli, Sücayət və
Cavidin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

Tovuz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim

N.Mustafayev, iş № 2(062)-784/2020) İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3
qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlanma
müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras əmlakdan
payların müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

Apelyasiya instansiyası məhkəməsində icraat

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli qətnaməsi ilə

(hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov, iş № 2(104)-
541/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 21 may
2020-ci il tarixli 2(062)-784/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin
edilməsi, Tovuz rayon notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli 2V-1358 reyestr
nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Tovuz rayon
notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli 3M-297 reyestr nömrəli miras payın
bəxşiş müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 dekabr 2019-cu il tarixli **********
qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında və torpaq sahəsinin ümumi birgə
Cavabdeh2 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi, X7 26 aprel 2005-ci ildə
ölmüş X5 ünvan 2 ünvanda yerləşən miras qalmış ümumi sahəsi 165 kv.metrdən ibarət fərdi
yaşayış evinin 1/3 hissəsinə (ümumi əmlakın 3/9 hissəsi) və fərdi yaşayış evinin yerləşdiyi 0,1125

ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsində payı 3/9 hissədə müəyyən edilməsi, 24 aprel
2017-ci il tarixdə ölmüş X11 miras qalmış fərdi yaşayış evindən çatası 1/3 pay, eləcə də fərdi
yaşayış evinin yerləşdiyi 0,1125 ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsində ona çatası 3/9
pay onun uşaqları 08 sentyabr 2004-cü il təvəllüdlü X20, 27 avqust 2005-ci il təvəllüdlü X8 və 09
noyabr 2009-cu il təvəllüdlü X14 arasında bərabər bölünməklə fərdi yaşayış evinə münasibətdə
ümumi əmlakda hər birinin payı 1/9 hissə, miras qalmış 0,1125 ha torpaq sahəsinə münasibətdə isə
hər birinin payı ümumi əmlakda 3/27 hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin
edilməməsi qət edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (vəkil X2) kassasiya şikayətini onunla

əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual
qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki
Kollegiyasının 2(104)-541/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsini
tamamilə ləğv edib, işi yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinin
məhkəmə baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

Cavabdeh X4 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən

apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol
vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-
541/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edib, işi
yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinin məhkəmə baxışına qaytarılması
barədə yeni qərar qəbul edilməsini xahiş edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

İddiaçı (vəkil X9) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən

apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq
etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya
şikayətlərinin təmin edilməməsi, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05
mart

2021-ci

il

tarixli

2(104)-541/2021

nömrəli

qətnaməsinin

dəyişdirilmədən

saxlanılmasını xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki

Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı və Cavabdeh2
izahatları dinlənilməmişdir.

Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar

edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların
iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və cavabdeh X1 Apelyasiya Məhkəməsi Mülki

Kollegiyasının 2(104)-541/2021 nömrəli iş üzrə 05 mart 2021-ci nömrəli qətnaməsindən
kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2021-ci il
tarixli, 2(102)-4947/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Azərbaycan Respublikası

Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda, Gəncə Apellyasiya
Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(104)-541/2021 nömrəli qətnaməsindən maraqlı
şəxslər X15, X6, X12 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin
Azərbaycan

Respublikası

MPM-in

407-ci

maddəsinin

tələblərinə

uyğunluğunun

yoxlanılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması xahiş
edilmişdir.

Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, X15, X6, X12 və

onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun
yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Gəncə Apellyasiya
Məhkəməsinə göndərilməlidir.

Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci

maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin
bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul
olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə
müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya
baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:
İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki

Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(102)-4947/2021 nömrəli qərardadı ləğv edilsin.

X15, X6, X12 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin
tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından
çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.