2[102]-4975/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4975/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı cavabdeh Bəşirov

Tofiq Ağadadaş oğluna qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-4975/21

(Açar sözlər: pul tələbi barədə)

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov

Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,

İddiaçı: İddiaçı vəkili X1,
Cavabdeh: Cavabdeh iştirakları ilə,
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli,

2(105)-1246/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 02 noyabr
2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, ondan

130.000 manat, ona hesablanmış faizə görə 13.000 manat olmaqla, cəmi 143.000 manat
pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Sumqayıt Şəhər Məhkəmənin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik

edən, hakim R.N.Qoşqarlı) iddia qismən təmin edilərək, cavabdehdən 130.000 manat
pulun tutulub iddiaçıya ödənilməsi qət edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı xammalın

alqı-satqısına görə cavabdehə ümumilikdə 130.000 manat pul ödəyib və sonuncu həmin
məbləği aldığını qeyd edib. İddiaçının təqdim etdiyi dəftərdə aparılan qeydiyyatla müəyyən
olunur ki, iddiaçı cavabdehə 06 noyabr 2017-ci ildə 80.000 manat, 08 noyabr 2017-ci ildə
20.000 manat və 3 noyabr 2017-ci ildə 30.000 manat pul verdiyini iddia edir. Cavabdeh isə
həmin pulu aldığını və sonradan həmin pulu qaytardığını məhkəmə iclasında etiraf edib.
Hazırki mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdehin
varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini
iddiaçıya qaytarmalıdır. İddiaçı, 13.000 manat faiz tələbi barədə cavabdehlə aralarında hər
hansı bir müqavilənin mövcudluğunu və bu barədə hər hansı bir razılaşmanın olmasına
dair heç bir sübut təqdim etməyib. Ona görə də iddia qismən təmin edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739, 740, 1091,

1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini
xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və
T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin
01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və
prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739, 740,

1091, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın rədd edilib və ya mülki işin yenidən baxılması üçün

apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini
xahiş edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün

kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin
tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi.

İddiaçı vəkili Zaur Abbasov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə

razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İddiaçı və Cavabdeh vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi

qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün
kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü
maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və

ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi,
mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu
Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı
qaydasında ümumi məhkəmələr baxır.

Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki
məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının

pozulmasına yol verilmir.

Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim

etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi

kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya
şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub.

Belə ki, işə əlavə edilmiş sübutlardan, o cümlədən iddia ərizəsindən, işdə iştirak

edən şəxslərin izahatlarından görünür ki, tərəflər fərdi sahibkarlıq fəaliyyətləri ilə məşğul
olurlar, İddiaçı "xxxx" MMC-nin, Cavabdeh isə "xxxx" MMC-nin qanuni təmsilçiləridirlər.

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə” məlumatdan görünür ki, İddiaçı və

Cavabdeh fərdi sahibkar kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçota alınmaqla,
İddiaçı adına ********** nömrəli VÖEN, Cavabdeh adına isə ********** nömrəli VÖEN verilib.

“Vergi ödəyicisinin uçota alınması haqqında” 03 avqust 2007-ci il tarixli

Şəhadətnaməyə əsasən, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fərdi sahibkar- vergi
ödəyicisi Aslan Rəfiyevin adına ********** nömrəli VÖEN verilib.

Eləcə də “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” 22 oktyabr 2007-ci il tarixli

Şəhadətnaməyə əsasən, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fərdi sahibkar- vergi
ödəyicisi Feyruz Rəfiyevin adına ********** nömrəli VÖEN verilib.

Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi

məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin
subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə
alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı
qaydasında ümumi məhkəmələr baxır.

Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki
məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət

qaydalarının pozulmasına yol verilmir.

Sadalanan normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya

kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi,
mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən
edilir.

Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan

mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə,
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya
mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya
məhkəmələrində baxılır.

Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn

mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin
səlahiyyətinə aid olması başa düşülür.

İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları

işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq
münasibətinin xarakteri ilə bağlıdır.

İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs

yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada
fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir.

Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti

hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş
qaydada fərdi sahibkar statusu əldə etmiş olsun.

Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid

edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı
yaranmamış olsun.

Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə

aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr
arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında
da təsbit edilib göstərilib.

Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin

xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya
kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar
hesab edilir.

Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm

mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı olmasını tələb edir.

Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən

edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin
xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas
tələblərdən ən azı biri
) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı
tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da
tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir
sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb
olunur.

Apellyasiya instansiyası məhkəməsi, sadalanan mülki prosessual normaların

tələblərini pozaraq, hazırki mübahisənin ümumi məhkəməyə və ya kommersiya
məhkəməsinə aidiyyəti ilə bağlı işdə iştirak edən şəxslərin subyektiv tərkibini
araşdırmadan, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini, yəni tərəflərin
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər olmasını, hazırki mübahisənin onlar
arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmasını və
beləliklə də hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə deyil, kommersiya
məhkəməsində baxılmasını nəzərə almadan, hazırki işə mahiyyəti üzrə ümumi
məhkəmədə baxmaqla aidiyyəti qaydalarını pozub. Halbuki, Mülki Prosessual Məcəllənin
31.1-ci maddəsinin mənasına görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

Həmin Məcəllənin 418.4.9-cu maddəsində göstərilir ki, işə ərazi aidiyyəti və ya

məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, kassasiya şikayətinin
dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya
qaydasında ləğv edilməlidir.

Həmin Məcəllənin 418.5-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 418.4.9-cu

maddəsində nəzərdə tutulmuş halın mövcudluğu apellyasiya instansiyası məhkəməsi
tərəfindən

prosessual

hüquq

normalarının

kobud

şəkildə

pozulması

kimi

qiymətləndirilməlidir.

Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 739, 740-cı

maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib tərəflər arasında borc hüquqi
münasibətlərin olduğu, yəni iddiaçının xammalın alqı-satqısına görə cavabdehə
ümumilikdə 130.000 manat pul ödədiyi, sonuncunun həmin məbləği almasını etiraf etdiyi,
bu halın iddiaçının məhkəməyə təqdim etdiyi dəftərdə aparılan qeydiyyatla da müəyyən
olunduğu və sair qənatinə gəlsə də, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və
tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq və məhkəmə iclasında tədqiq edilmiş
sübutlarla kifayət qədər əsaslandırmayıb və bununla Mülki Prosessual Məcəllənin 217.3,
217.4-cü maddələrinin tələblərini pozub.

Bundan başqa, iddiaçının tələblərini əsaslandırdığı faktları, digər tərəfin yəni,

cavabdehin ondan həqiqətən borc olaraq 130.000 manat pul almasını etiraf etməsi mülki
iş materialları ilə istisna olunur və Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin
tələblərinə uyğun olaraq cavabdehin sözügedən faktı etiraf etməsi məhkəmə iclasının
protokoluna yazılmayıb və onun faktı etiraf etməsi məhkəməyə təqdim etdiyi hər hansı
yazılı ərizəsində ifadə olunmayıb.

Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya

instansiyası məhkəməsi cavabdehin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar
barədə

izahatlarını

üzrə

toplanmış

digər

sübutlarla

yanaşı

yoxlayıb

qiymətləndirməməklə Mülki Prosessual Məcəllənin 106.1, 106.3-cü maddələrinin
tələblərini də pozub.

Əksinə, cavabdehin iddiaya etiraz edərək iş üzrə məhkəmə aktlarından apellyasiya

və kassasiya şikayətləri verməsi də, açıq-aşkar onun iddiaçının tələblərini əsaslandırdığı
faktları etiraf etməsi nəticəsinə gəlməyə əsas vermir.

Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları

təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının
müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin
məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin
gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları
sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun
qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi

Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu
qaydalara əməl etmələri tövsiyə olunub.

Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və

prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya
instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını

və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya
şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti
təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli,
mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə
yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla
yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər
görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin
tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
Cavabdeh kassasiya şikayəti təmin edilsin.
İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il

tarixli, 2(105)-1246/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün
həmin məhkəməyə qaytarılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.