2[102]-4979/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-4979/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı cavabdeh Rüstəmov

Rauf Camal oğluna qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-4979/21

(Açar sözlər: əmlak bölgüsü)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu
və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,
İddiaçı: İddiaçı və nümayəndəsi X1 iştirakları ilə,

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli,

2(105)-922/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 02 noyabr
2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq,

sonuncudan "xxxx" ASC olan kredit borcunun yarı hissəsinin, yəni 5.262 manat, nikahdan
əvvəl verdiyi 3.000 ABŞ dolları və mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona
ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, birgə mülkiyyətləri

sayılan dəyəri 18.000 manat olan “BMW X-5” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı
nəqliyyat vasitəsində dəyərində payının ½ hissəsinin, yəni 9.000 manat, dəyəri 10.000
manat olan Siyəzən şəhəri, 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot
torpaq sahəsində payının ½ hissəsinin və yaxud dəyərində payının 1/2 hissəsinin, dəyəri
1.000 manat olan “LC markalı” televizorun dəyərində payının 1/2 hissəsinin, dəyəri 540
manat olan soyuducunun və ya dəyərinin 1/2 hissəsinin, dəyəri 150 manat olan
paltaryuyan maşının dəyərinin 1/2 hissəsinin, dəyəri 1.158 manat olan “Alfon-7” markalı
telefonun dəyərinin 1/2 hissəsinin, evdən gedərkən apardığı 400 ABŞ dollar və 100
avronun 1/2 hissəsinin, cəmi dəyəri 30.848 manat olan birgə mülkiyyətlərində olan
əmlakın 1/2 hissəsinin və yaxud onların dəyəri olan 15.424 manat pulun, 200 ABŞ
dollarının, 50 avronun və evdən gedərkən özü ilə apardığı anasına məxsus çəkisi 4 qram,
dəyəri 300 manat olan nişan üzüyünün, habelə "xxxx" KB ASC-dən 25 oktyabr 2018-ci ildə
birinci dəfə götürülmüş 5.000 manat və sonradan 26 aprel 2019-cu ildə götürülmüş
10.439,73 manat pulun 1/2 hissəsini təşkil edən 5.219 manat pulun İddiaçı tutulub ona
verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik

edən, hakim Ç.Ə.İsgəndərov) ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək,
Cavabdeh "xxxx" ASC olan borcun yarısı, yəni 4.627,79 manat pulun (Kapitalbank ASC
ödənilməsi üçün) pulun tutulub İddiaçı ödənilməsi, habelə İddiaçı “BMW X-5” markalı, **
XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ½ hissəsinin, Siyəzən
şəhəri, 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində
payının 1/2 hissəsinin, dəyəri 700 manat olan “LC markalı” televizorun dəyərinin 1/2
hissəsinin, dəyəri 540 manat olan soyuducunun dəyərinin 1/2 hissəsinin, dəyəri 150 manat
olan paltaryuyan maşının dəyərinin ½ hissəsinin alınıb Cavabdeh verilməsi və qalan
hissədə qarşılıqlı iddianın rədd olunması qət edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 10 iyun

2016-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahdan övladları
olmayıb. Tərəflər bir ailədə yaşadıqları müddətdə 08 iyun 2018-ci il tarixli kredit
müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə, illik 27.84 faizlə
6.300 manat kredit verilib. 2018-2019-cu il tarixli qəbzlərə əsasən İddiaçı müxtəlif
vaxtlarda "xxxx" ASC olan kredit borcundan ödənişlər edib. Habelə 25 oktyabr 2018-ci il
tarixli ödənişin təyinatı sənədlərinə əsasən Cavabdeh "xxxx" KB ASC-dən 10.439.73
manat kredit götürüb. Eyni zamanda tərəflər birgə nikahda olub bir yerdə yaşadıqları
müddətdə İddiaçı alqı-satqı yolu ilə “BMW X-5” markalı nəqliyyat vasitəsini satın alıb. 05
mart 2018-ci il tarixli çıxarışa əsasən Siyəzən şəhərində yerləşən 0,5 ha həyətyanı torpaq
sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Bundan əlavə, Cavabdeh ailənin
birgə istifadəsi üçün 700 manat dəyərində “LG markalı” televizor, 540 manat dəyərində
“soyuducu” və 95 manat dəyərində “paltaryuyan maşın” alıb. Həmin əmlaklar İddiaçı qalıb.
Qeyd olunan əmlaklar tərəflərin birgə mülkiyyəti hesab edilməklə, həmin əmlaklarda

onların hər birinin 1/2 hissədə payları vardır. Ona görə də ilk və qarşılıqlı iddialar qismən
təmin edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3,

37.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissələrində
ləğv edilib, ilk iddianın tam təmin, qarışlıqlı iddianın rədd olunması barədə yeni qətnamə
qəbul edilməsini xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və
L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şabran Rayon
Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən- İddiaçı “BMW X-5” markalı,
** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin 1/2 hissəsinin, qiyməti 700
manat olan “LC markalı” televizorun dəyərinin 1/2 hissəsinin, qiyməti 540 manat olan
soyuducunun dəyərinin 1/2 hissəsinin, qiyməti 150 manat olan paltaryuyan maşının
dəyərinin 1/2 hissəsinin alınıb Cavabdeh verilməsi hissəsində ləğv edilib, həmin hissədə
qarşılıqlı iddia rədd edilib, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən
saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 10

iyun 2016-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahdan
övladları olmayıb. Tərəflər bir ailədə yaşadıqları müddətdə 08 iyun 2018-ci il tarixli kredit
müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə, illik 27.84 faizlə
6.300 manat kredit verilib. 2018-2019-cu il tarixli qəbzlərə əsasən İddiaçı müxtəlif
vaxtlarda "xxxx" ASC olan kredit borcundan ödənişlər edib. Habelə 25 oktyabr 2018-ci il
tarixli ödənişin təyinatı sənədlərinə əsasən Cavabdeh "xxxx" KB ASC-dən 10.439.73
manat kredit götürüb. Eyni zamanda “BMW X-5” markalı nəqliyyat vasitəsi mülkiyyət
hüququ üzrə Mehman Bayramovun adına qeydə alınıb. 05 mart 2018-ci il tarixli Çıxarışa
əsasən Siyəzən şəhərində yerləşən 0,5 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə
İddiaçı adına qeydiyyatdan keçib. Bundan əlavə, mübahisəli 700 manat dəyərində “LG
markalı” televizorun, 540 manat dəyərində “soyuducu”nun və 95 manat dəyərində
“paltaryuyan maşın”nın tərəflərin ümumi gəlirləri hesabına əldə olunması mülki iş
materialları ilə təsdiq olunmur. Ona görə də qarşılıqlı iddia ərizəsi sözügedən əmlaklara
aid hissədə rədd edilməlidir.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 34.1,

37.1-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilib, mülki işin həmin
hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması
barədə qərar qəbul edilməsini xahiş edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçı və nümayəndəsi Mehman Bayramov məhkəmə iclasında iştirak etsələr də

vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan
Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə
iclasında dinləmədi.

Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada

xəbərdar edilsələr də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya
instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən
onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə

etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Həmin Məcəllənin 32.2.2-ci maddəsində göstərilir ki, ər-arvadın ümumi gəlirləri

hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və
s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və
əmlakın ər- arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya
kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər
hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi

nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə
kreditor ödəməni ər- arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək
üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Həmin Məcəllənin 36.8-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı

bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə
sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

Həmin Məcəllənin 37.1-ci maddəsinin tələbinə əsasən, ər-arvad arasındakı

müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı
bu əmlakdakı payları bərabər hesab edilir.

Həmin Məcəllənin 37.3-cü maddəsində göstərilir ki, ümumi əmlak bölünərkən ər-

arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Həmin Məcəllənin

77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi

qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi xahiş olunduğundan,
qətnamənin

əsaslılığı

kassasiya

şikayətinin

dəlilləri

hüdudlarında

yalnız

mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya

instansiyası

məhkəməsi

apellyasiya

instansiyası

məhkəməsinin

mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab
edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq
normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya
şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş

hallarından görünür ki, tərəflər 10 iyun 2016-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar
və onların birgə nikahdan övladları olmayıb.

Hazırda Cavabdeh, mübahisəli “BMW X-5” markalı nəqliyyat vasitəsinin; 700 manat

dəyərində “LG markalı” televizorun, 540 manat dəyərində “soyuducu”nun və 95 manat
dəyərində “paltaryuyan maşın”nın İddiaçı ilə birgə nikahları dövründə, ümumi gəlirləri
hesabına əldə etdiklərini və bu səbəbdəndə həmin əmlakların onlar arasında bərabər
paylarda bölünməsini iddia edir.

Apellyasiya

instansiyası

məhkəməsi,

birinci

instansiya

məhkəməsinin

mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki,
Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri
əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına

əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s.
kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın
ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim
tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı
sair əmlak daxildir.

Həmin Məcəllənin 34.1-ci maddəsinə nikaha daxil olanadək onlara məxsus olan

əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz
əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın
hər birinin əmlakıdır).

Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki

mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən İddiaçı apellyasiya
şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, 23 noyabr 2018-ci il tarixli “Nəqliyyat
vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən mübahisəli “BMW X-5” markalı nəqliyyat
vasitəsi mülkiyyət hüququ üzrə İddiaçı deyil, Mehman Bayramovun adını qeydə alınıb və
bu gün də həmin sənədlər qüvvədədir. Belə olan halda sözügedən nəqliyyat vasitəsi
tərəflər arasında bərabər paylar üzrə bölünə bilməz.

Həmçinin, qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin 26 sentyabr 2019-

cu il tarixli qətnaməsi ilə Azad Novruzovun “BMW X-5” markalı nəqliyyat vasitəsinin İddiaçı
və Mehman Bayramovun qanunsuz sahibliyindən geri qaytarılması barədə iddiası əsassız
olduğundan rədd edilib.

Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, birinci

instansiya məhkəməsi qarşılıqlı iddia üzrə İddiaçı dəyəri 700 manat olan “LC markalı”
televizorun dəyərinin 1/2 hissəsinin, dəyəri 540 manat olan soyuducunun dəyərinin 1/2
hissəsinin, dəyəri 150 manat olan paltaryuyan maşının dəyərinin 1/2 hissəsinin alınıb
Cavabdeh verilməsi hissəsində də səhv nəticəyə gəlib. Belə ki, Cavabdeh sözügedən
əmlakın İddiaçı ilə birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə etdiklərini
göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç
bir mötəbər yazılı sübut təqdim etməyib.

Eyni zamanda, həmin əmlakların məhz tərəflərin birgə nikahları dövründə və

Cavabdeh tərəfindən alınması və sözügedən əmlakların İddiaçı qanunsuz sahibliyində
qalması inandırıcı olmayıb, başqa sübutlarla öz təsdiqini tapmır və işin araşdırılan halları
ilə təkzib olunur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən,
məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə
etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın

əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin
mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun
pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya
qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli

hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla
apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib.

Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin

mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab
edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi
nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə
yol verilmədiyi üçün kassasiya şikayətində göstərilən dəlillər üzrə araşdırma aparılmır və
onlara qiymət vermir (Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb həmçinin

hesab edir ki, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan qarşılıqlı iddia
tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi
qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş
üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə
dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Cavabdeh

kassasiya şikayəti təmin edilməsin.

İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il

tarixli, 2(105)-922/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən
saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.