2[102]-5011/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5011/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5011/21

(Açar sözlər: borcun tutulması, apellyasiya şikayətini hədlərindən kənara

çıxma)

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov

Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad
Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi,

iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun

vəkili Vəkil iştirakı ilə,

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi

üzrə yaranmış borcun ödənilməsi ” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya
Məhkəməsi Mülki kollegiyasının 2(106)-1411/2021 nömrəli,

22 aprel 2020-ci il tarixli

qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin

ləğvedicisi Əmanətlərin

Sığortalanması Fondunun kassasiya şikayətinə 11 oktyabr

2021-ci il tarixdə Ali

Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.06.2015-ci il tarixli kredit

müqaviləsi əsasında cavabdehə 24 ay müddətinə, illik 28 fazilə 2600 manat məbləğində
kredit verilib.

2. Cavabdeh

Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə

yetirməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat
3. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması

Fondu Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2140,86 manat əsas,
1421,23 manat faiz, 1310,36 manat cərimə borcunun, kredit müqaviləsinin müddəti
bitdikdən sonra Azərbaycan Respublikası Komstitusiya Məhkəməsinin Plenumunun
qərarına əsasən hesablanmış 327, 90 manat faiz məbləği olmaqla, cəmi 5200,35 manat
məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının
xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh

Cavabdeh

kredit

müqaviləsinin şərtlərini pozub, krediti və faizləri vaxtında qaytarmayıb.

5. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1,

445.2, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi 28 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə

məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, dilmiş, ekspert qarşısında cavabdehin
iddiaçı təşkilata əsas və faiz borcunun nə qədər olması barədə sual qoymuşdur.

8.

Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli, 9/3536 saylı

ekspert rəyinə əsasən, cavabdehin 09 iyun 2020-ci il tarixinə kimi (iddia tələbi tarixinə)
olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla
2140,86 manat əsas və 1261,03 manat faiz borcu vardır.

9. Cavabdeh birinci instansiya məhkəməsində iddianı etiraf etdiyini, lakin maddi

imkanı olmadığı üçün hər ay 30 manat verə biləcəyini bildirmişdir.

10. Salyan Rayon Məhkəməsinin 2(057)-1041/2020 nömrəli, 26 noyabr 2020-ci il

tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2140,86 manat əsas, 1261,03
manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 3451,89 manatın və iddia tələbinin
təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq
19,90 manat pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin
Sığortalanması Fondunun hesabına köçürülməsi, ekspertiza xərcinin cavabdehdən
tutulması, iddianını qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ağarza
Səmədov)

11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən ekspert rəyinə

əsasən, iddia tələbini əsas və faiz məbləği hissəsində ekspert rəyinə uyğun təmin etmiş,
cərimə məbləğini tənasübsüz surətdə çox hesablandığı üçün azaltmışdır.

12. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən və kredit
müqaviləsinin bitdiyi tarixdən sonra hesablanan 327,90 manat məbləğlə bağlı iddia təmin
edilmə bilməz, çünki iddiaçı borc məbləğinin ona vaxtında qaytarılacağı təqdirdə, bu
məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini sübut edə bilməmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1,

448.1, 449.1, 449.4, 467-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə
əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apelyasiya şikayəti verib, qətnamənin

ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

15. İddiaçının apelyasiya şikayətinin dəlilləri:
- birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ekspert rəyini əsas tutaraq

1421.23 manat faiz məbləğini və cavabdehdən tələb edilən 1310.36 manat cərimə
borcunu tam təmin etməməklə səhvə yol vermişdir;

- müqavilə müddəti bitəndən sonrakı dövr üçün 5 faizlik məbləğlə bağlı birinci

instansiya məhkəməsi qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun
03.06.2013-cü il tarixli 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini
nəzərə almamışdır.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1411/2021 nömrəli,

22 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon
Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(057)-1041/2020 saylı qətnaməsi dəyişdirilmiş,
cavabdeh Qubadov Sənubər Nüsrət qızından kredit borcu üzrə 2140, 86 manatın tutularaq
iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin
Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat
ekspertiza xərcinin 50 manatının Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin
ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 50 manatının Cavabdeh tutularaq
Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakimlər İsmayıl
Əhmədov (sədrlik edən və məruzəçi), 
Etibar Camalov və Tale Kərimov)

17. Apellyasiya instansiyası məhkəməsi internet portalından çıxarışa əsasən

müəyyən etmişdir ki,

cavabdeh Qubadov Sənubər Nüsrət qızının borcundan

restrukturizasiyaya yönəlmiş məbləğ 2140,86 manat olmuş, ona illik faiz dərəcəsi 1 faiz
olmaqla 5 il müddətinə bu məbləğlə bağlı müqavilə bağlanması təklif edilmişdir. Hazırda
mübahisələndirilən kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli
kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı ilə əhatə olunan kredit olmaqla cavabdeh
Qubadov Sənubər Nüsrət qızının kredit borcu Fərmana müvafiq qaydada hesablanaraq
2140 manat həcmində müəyyən edilmişdir. Fərmanın 8.3-cü bəndinə əsasən Fərmanın 5-
ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə, onların 2012-ci il yanvarın 1-
dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün
banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin
cəmi başa düşülür.

18. Apellyasiya məhkəməsi qeyd etdiklərinə əsasən hesab edib ki, birinci instansiya

məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməklə cavabdehdən
Problemli kreditlərin kompensasiyasına dair Məlumatdan götürülmüş məbləğ tutulmalıdır.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 445.2.1,

741.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
20.

İddiaçı ləğv prosesində olan

İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin

Sığortalanması Fondu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin olunması və ya
işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış,

əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh restrukturizasiyadan sonra bankla müqavilə
bağlamayıb.

b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin

ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Tural Nizami oğlu
kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdil.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə

cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə
məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü
maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab
etmişdir.

Tətbiq edilən hüquq
Mülki Məcəllə
Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan

boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin
hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə
həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya
onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün
üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin

hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin
kreditora ödənildiyi günə qədər tutulur.

Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək

dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak
mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra
onun miqdarının azaldılması istisna edilir.

Mülki Prosessual Məcəllə

Maddə

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri

sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin

qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi
üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona
etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə
tam yoxlayır.

Maddə 392.1.5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin

nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə 416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə

baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin

qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv
edilməsi üçün əsasdır. 

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir

25. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən faiz, cərimə,

borcu və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcunun təmin edilməməsi
hissəsində mübahisələndirilib.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

qətnamə çıxararkən prosessual hüquq normalarını pozmuşdur.

27. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 327,90
manat faiz tələbi hissəsində iddianı rədd edərkən həmin tələbin sübut edilməməsinə
istinad etmiş, iddiaçı bununla razılaşmayaraq apellyasiya şikayətində bununla bağlı
dəlillərini irəli sürmüş, apellyasiya məhkəməsi isə bu dəlillərə qiymət verməmişdir. Halbuki
qeyd edilən hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi həmin hissədə
iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

28. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 327,90 manat faizin təmin

edilməməsi hissəsində (həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin
dəyişdirilməməsi) apellyasiya məhkəməsinin qətnaməsi əsaslı sayıla bilməz. Çünki
qətnamədən həmin hissədə apellyasiya şikayətinin dəlillərinin hansı əsasla rədd edilməsi
görünmür.

29. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti

üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini
tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

30. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya

instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər
və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası
məhkəməsi isə cavabdehin apellyasiya şikayətində 327,90 manat faiz tələbi ilə bağlı irəli
sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin
tələblərini pozmuşdur.

31. Həmçinin apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddianın təmin edilən

hissəsindən

apellyasiya

şikayəti

verilməməsinə

baxmayaraq,

birinci

instansiya

məhkəməsinin qətnaməsini həmin hissədə də yoxlayıb, müqavilə üzrə faiz və cərimə
məbləği hissəsində iddianı rədd etməklə apellyasiya şikayətinin həddindən kənara

çıxmışdır. Çünki yalnız iddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti
verdiyi üçün apellyasiya məhkəməsinin səlahiyyəti də yalnız həmin şikayətin araşdırılması
ilə məhdudlaşmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə də apellyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun
barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv
edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş
dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Ümumiyyətlə, prosessual hüquq normalarının pozulması istisna olmaqla, işin

mübahisələndirilməyən hər hansı halının araşdırılması ədalət mühakiməsinin hamının
qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin
çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.

33. Bundan əlavə, apellyasiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində

apellyasiya şikayətinin qismən təmin edilməli olmasını göstərsə də, nəticə hissəsində
şikayətin təmin edilməməsini göstərməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir.

34. Üstəlik, apellyasiya məhkəməsi faiz və cərimə hissəsində iddianı təmin

etmirdisə, bu da qətnamənin dəyişdirilməsi yox, həmin hissədə birinci instansiya
məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə nəticələnməli idi.

35. Bütün qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsinin apellyasiya

şikayəti üzrə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə müşayiət olunub
və bu pozuntular düzgün qətnamə qəbul edilməməsinə gətirib çıxarıb. Bu da qətnamənin
ləğvi üçün əsasdır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya

şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv
edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki
qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı,
apellyasiya şikayətinə şikayət həddində və şikayətin dəlillərinə qiymət verməklə baxmalı,
tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq
normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun

kassasiya

şikayəti qismən təmin edilsin.

Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1411/2021 nömrəli, 22

aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.