2[102]-5015/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5015/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kənd ümumi orta məktəbinə qarşı iş

üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina,

müddətin ötürülməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

Şirvan Apellyasia Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(106)-1017/22 saylı,

qətnaməsindən iş üzrə cavabdeh Amankənd kənd ümumi orta məktəbinin direktoru
İmanov Anar Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü
yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi

İşin halları

1. İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kənd ümumi orta məktəbinə qarşı

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Amankənd kənd ümumi
orta məktəbdə 6 saat dərs yükü ilə təmin olunmasının qeyri-qanuni olduğu və müəllim kimi
fəaliyyətinin dərs dediyi sinifdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-
cu il tarixli 397 saylı qərarının tələblərinə uyğun bərpa edilməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
2. Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(022)-72/2022 saylı

qətnaməsi ilə (hakim P.Əhmədov) iddia tələbi rədd edilmişdir.

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin

olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şirvan Apellyasia Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(106)-1017/22 saylı

qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Biləsuvar
Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(022)-72/2022 saylı qətnaməsi ləğv
edilmiş və iddia tələbi təmin edilmişdir.

5. Şirvan Apellyasia Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh

Amankənd kənd ümumi orta məktəbinin direktoru İmanov Anar Vəkil oğlu kassasiya
şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini
xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının

və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının
iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan

sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya
qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar

olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul
edilir.

9.

Maddə

407.1. Bu

Məcəllə

ilə

müəyyən

edilmiş

formada

verilən

kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:

10. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci

maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud  hüququ olmayan və ya
vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək

hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası
məhkəməsi tərəfindən qaytarılır:

11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
12. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu

Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu
Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti
ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti
bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq,

aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və
apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

14. Belə ki, MPM-nin 407-ci maddəsində kassasiya şikayətinin forma və məzmunu

üçün zəruri olan tələblər müəyyən olunmuşdur.

15. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə

Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmiş, kassasiya şikayətinin forma və
məzmununa dair əlavə edilmişdir.

16. Lakin cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 2 saylı

əlavəsində müəyyən olunmuş forma və məzmuna uyğun deyildir.

17. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya

instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

18. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil

olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya
şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla
nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin
qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli,
göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması
barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

19. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl

etməmiş, kassasiya şikayəti forma və məzmun tələblərinə əməl olunmadığına görə geri
qaytarılmalı halda baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Kassasiya şikayətinin
geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, verilmiş kassasiya
şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə
qaytarılmalıdır.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Şirvan Apellyasia Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(106)-1017/22 saylı,

qətnaməsindan iş üzrə cavabdeh Amankənd kənd ümumi orta məktəbinin direktoru
İmanov Anar Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün sayılsın.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir