2[102]-5021/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5021/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qarşı iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5021/21

(Açar sözlər: mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsə kimi

tanınma, tələbin sübuta yetməməsi )

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov

Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev
Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi,

İddiaçı1, onun vəkili Vəkil,
Cavabdeh iştirakı ilə

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vərəsə kimi tanınma, mirasın qəbul

edilməsi müddətinin uzadılması, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair
mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3532/2021 nömrəli,
16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə 11 oktyabr 2021-
ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı
qəbul etdi.

İşin halları

1. Cavabdeh iddiaçıların mərhum qardaşı X3 arvadıdır.
2. İddiaçıların atası X6 10 yanvar 1986-cı il tarixdə, anası X4 01.04.2017-ci il

tarixdə, qardaşı X7 24.05.2018-ci il tarixdə vəfat etmişlər.

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı

fərdi yaşayış evi ½ hissədə iddiaçıların anasının, ½ hissədə qardaşı X3 mülkiyyətində
olub.

4. Hazırda qeyd edilən evin iddiaçıların anasının mülkiyyətində olan ½ hissəsi ilə

bağlı mübahisə vardır. İddiaçılar həmin hissəyə vərəsəlik hüquqlarının həyata keçirilməsini
istəyirlər.

a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh

Cavabdeh qarşı Xəzər

Rayon

Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan
qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evinin anaları X2 aid ½ hissəsinə
onların qanun üzrə vərəsə kimi tanınması, miras əmlakın qəbul edilməsi müddətinin
gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, miras əmlakın ½ hissəsinə onların payının
tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Bakı şəhəri 7 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli

sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan

qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50 saylı fərdi yaşayış evi ½ hissədə anaları X1, ½ hissədə
qardaşları X3 mülkiyyətindədir.

8. Qardaşları sağ olanda iddiaçılar daim həmin miras əmlakdan istifadə edirdilər,

əmlakı idarə edirdilər, lakin qardaşları Rəfi Babayev vəfat etdikdən sonra onun arvadı –
Cavabdeh onları miras əmlakdan istifadə etməkdən, əmlakı idarə etməkdən məhrum
etmişdir.

9. Hazırda həmin miras əmlakla bağlı cavabdehlə aralarında mübahisə var,

cavabdeh onlara miras mülkdən istifadə etməyə, əmlakı idarə etməyə, vərəsəlik
hüquqlarını reallaşdırmağa imkan vermir, sənədləri gizlədir, müvafiq sənədləşdirmə işləri
aparmağa mane olur. Cavabdeh çalışır ki, iddiaçılara miras mülkdən məhrum etsin.

10. İddiaçılar iddia tələbinin hüquqi əsası kimi sını Mülki Məcəllənin 1146, 1159.1.1,

1193, 1194, 1196, 1243.2, 1243.3, 1246 və 1248.1-ci ilə əsaslandırmışdır.

11. Cavabdeh Cavabdeh iddu=iya etiraz edib. Etirazın dəlilləri:
- iddiaçılar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50

saylı fərdi yaşayış evində uzun illərdir ki, yaşamırlar. İddiaçılar çox uzun illərdir ki, ailə
qurublar, daimi yaşamaq üçün ər evinə köçüb gediblər, öz evləri var. İddiaçı1 Bakı şəhəri,
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz ildırım küçəsi, döngə 4, ev 1-də, İddiaçı2 isə Bakı
şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 62, mənzil 61-də yaşayırlar;

- iddiaçılar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İsgəndərov küçəsi 50

saylı fərdi yaşayış evinə həmişə qonaq kimi gəliblər, onlar heç vaxt həmin evdən öz evləri
kimi istifadə etməyiblər, evi idarə etməyiblər, onların iddia ərizəsində göstərdikləri həqiqət
deyil;

- cavabdehin əri X7 vəfat etdikdən sonra o, iddiaçıların evə gəlmələrinə mane

olmamışdır. İddiaçılar vərəsə kimi tanınmalarını istəyirdilərsə, cavabdeh onlara mane
olurdusa, iddiaçılar vaxtında Notariat orqanına və ya məhkəməyə müraciət edə bilərdilər;

- iddiaçılar analarına aid hissədən pay istəyirlər. İddiaçıların anası X4 01 aprel

2017-ci ildə vəfat edib, həmin tarixdən iddiaçıların vərəsə kimi tanınmaları üçün kifayət
qədər vaxtları və imkanları var idi. Cavabdeh iddiaçıların notariat və ya məhkəmə
orqanına müraciət etmələrinin qarşısını kəsməmişdir. İddiaçılar özləri müraciət etməyib, 3
və 6 aylıq müddəti də ötürüblər.

- cavabdehin əri X7 24 may 2018-ciildə vəfat edib, onun hissəsinə iddiaçılar vərəsə

deyil. Hətta vərəsə olsaydılar belə, yenə müddət ötürülmüş sayılardı.

12. Xəzər Rayon Məhkəməsinin 2(003)-3006/2020 saylı, 26 noyabr 2020-ci il tarixli

qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Sabit Bəhramzadə)

13. Birinci instansiya məhkəməsi mirasın qəbulu ilə bağlı maddi hüquq normalarına

istinadən qeyd edib ki, iddiaçılar miras qoyan X1 vərəsəsi kimi mirasın açıldığı onlara bəlli
olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş
hərəkətlər etməli idilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın
açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud
əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini
şəksiz nümayiş etdirmək. Lakin iddiaçılar notariat kontoruna mirası qəbul etmək barədə
müddəti ötürməklə müraciət etmişlər. Mirasın açıldığının onlara bəlli olmasına və buna dair
hər hansı maneənin olmamasına baxmayaraq, iddiaçılar notariat kontoruna mirası qəbul
etmək barədə ərizələri qanunla müəyyən edilmiş müddətlər ərzində verməmişdir. Notariat
orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzrlü səbəbləri barədə iddiaçılar
tərəfindən hər hansı sübut təqdim olunmamışdır.

14. Birinci instansiya məhkəməsi iş materiallarına və şahid ifadələrinə əsasən

həmçinin müəyyən edib ki, iddiaçılar miras əmlakı faktiki olaraq da qəbul etməmişlər.

15. Birinci instansiya məhkəməsi qeyd edib ki, miras əmlakın faktiki olaraq qəbul

edilmədiyi ilk növbədə iddiaçıların özlərinin izahatları ilə təsdiq olunur. Belə ki, İddiaçı1
verdiyi izahata əsasən, o, anasının evinə anasına baş çəkmək üçün aradabir gedib-
gəlmişdir. Bunu iş üzrə ifadə vermiş şahidlərdə ifadələrində qeyd etmişlər. İddiaçı2
izahatına əsasən, qardaşları sağ olanda o, həmin miras əmlakdan istifadə etmiş, yay
aylarında bir aydan çox orada yaşamaqla əmlakı idarə etmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə faktiki sahiblik etmək üsulu

ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ
keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə
hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın
saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda isə qeyd
edilənlər formasında miras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapmır.

17. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçıların miras qoyanın

vəfatından sonra miras əmlakı faktiki qəbul etdikləri sübut edilmir. Mirasın qəbuluna dair
hərəkətlər özündə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağı və
bununla da mirasın qəbul edildiyinin şəksiz nümayiş etdirilməsini ehtiva edir. İddiaçılar
tərəfindən belə məzmunlu hər hansı hərəkətlər edildiyi iş materialları ilə təsdiq olunmur.
Arabir həmin əmlakda müvəqqəti olaraq qalmaq isə yuxarıda qeyd edilən hərəkətlkərin
edilmiş hesab olunması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən
iddiaçılara buna dair hər hansı maneçilik yaradıldığı iş materialları ilə təsdiq olunmur.
Əvvəla, iddiaçılar özlərinin anaları öləndən sonra ora gedib-gəlmələrini qeyd etməklə
yalnız qardaşları öləndən sonra həmin əmlakdan istifadələrinə cavabdehin mane olmasını
qeyd etmişlər. Yəni, miras əmlakın faktiki qəbulu üçün də hər hansı məhdudiyyət
olmamamışdır. Bununla yanaşı, belə bir maneə olmuş olsaydı belə, hazırki ərizə ilə

məhkəməyə müraciət edənədək belə maneənin mövcudluğu və onun aradan qaldırılması
ilə bağlı hər hansı orqana müraciət etməmişlər. Odur ki, miras əmlak iddiaçılar tərəfindən
faktiki olaraq da qəbul edilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1243, 1246, 1248.1, 1255-ci, Mülki

Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçılar apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini

xahiş etmişlər.

20. Apelyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, iddia ərizəsinə uyğun

əsaslandırılıb, şikayətdə birinci instansiya məhkəməsinin faktlara düzgün qiymət
verməməsinə, qanunvericilik normalarını pozmasına istinad edilib.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3532/2021 nömrəli, 16

aprel 2021-ci il tarixli, qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon
Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(003)-3006/2020 saylı qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və
məruzəçi)
, Tofiq Səmədov və İkram Şirinov )

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq

etdiyi maddi hüquq normaları ilə razılaşmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkil X5) qətnamədən kassasiya şikayəti verib,

qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edilmişlər.

24. Kassasiya şikayətində işin faktiki hallarına, qətnamənin maddi və prosessual

hüquq normalarının pozuntusu ilə çıxarılmasına istinad edilməklə, şikayət iddia ərizəsinə
və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.

b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və hər iki iddiaçının vəkili Vəkil

kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

27. Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci

maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də,

mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7
saylı Notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun
səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki
Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan
işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi

barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik
başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə
tərəfindən qəbul edilmiş sayılır.

Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda

hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o,
mirası tamamilə qəbul etmişdir.

Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç

ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın
qəbuluna yol verilmir.

Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə,

gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası
qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də
qəbul oluna bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və

onlardan istifadə etməlidir.

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə 416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası

məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən
saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün

tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

 

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu
pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam

mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş
edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş

hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

33.

Hazırki

iddia tələbləri miras əmlakın qəbul müddətinin üzrlü sayılmaqla,

vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Həmin tələblər üzrə ilk növbədə
iddiaçıların mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmələrinin üzrlü halla
bağlı olması müəyyən edilməlidir.

34. İşə mahiyyəti üzrə baxan məhkəmələrin müəyyən etdiyi hallardan isə görünür

ki, iddiaçılar mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin
olmamasına baxmayaraq, notariat kontoruna mirası qəbul etmək barədə ərizələri qanunla
müəyyən edilmiş müddətlər ərzində verməmişlər. Notariat orqanına mirasın qəbulu barədə
ərizələrin verilməməsinin üzrlü səbəbləri barədə iddiaçılar tərəfindən hər hansı sübut
təqdim olunmamışdır. Həmçinin iddiaçılar tərəfindən miras əmlakın faktiki olaraq qəbul
edilməsi də təsdiqini tapmayıb.

35. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq

normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir. Buna
görə də iddianı rədd edən birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı
dəyərləndirməsi (hazırki qərarın 13-17-ci bəndləri) və bununla razılaşan apellyasiya
məhkəməsinin mövqeyi düzgün olmuşdur.

36. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı məhkəmələrin dəyərləndirməsini

əsaslı saydığı üçün əlavə şərhə zərurət görmür. Çünki məhkəmələr iddia tələbi ilə bağlı
bütün xüsusatları araşdırmış və bütün bunlardan çıxış edərək tələbə tətbiq edilməli olan
maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişlər.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya

şikayəti

təmin

olunmamalı,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçıların verdiyi kassasiya şikayəti təmin edilməsin.
Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-

3532/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.