2[102]-5027/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5027/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Hüseynova (Heydarova) Nabat

Məhərrəm qızı və Cavabdeh4 qarşı iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5027/2021

(Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, əqdin

formasına əməl edilməməsi)

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov

Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev
Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi,

Cavabdeh4 iştirakı ilə,

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Hüseynova (Heydarova) Nabat

Məhərrəm qızı və Cavabdeh4 qarşı “əqdin etibarlı sayılması” tələbinə dair mülki iş üzrə
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-506/2021 nömrəli, 24 fevral
2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 oktyabr 2021-ci il tarixdə
Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. İddiaçı və cavabdehlər Şəki rayonunun Qayabaşı kəndində yaşayırlar.
2. Cavabdehlərin həmin kənddə 7,48 ha kənd təsərrüfatı təyinatlı torpağı var.
3. İddiaçı həmin torpağa görə iddiaçılara pul ödəyib və torpaqdan istifadə etməyə

başlayıb.

4. İddiaçı torpağı satın aldığını, cavabdehlər isə verilən pulun borc olduğunu

bildirirlər.

a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki rayonu,

Qayabaşı kəndi ərazisində yerləşən JN:0040 (kod ********) saylı “Torpağın mülkiyyət
hüququna dair Dövlət aktı”na əsasən Cavabdeh1, Cavabdeh3, Hüseynova (Heydarova)
Nabat Məhərrəm qızı və Cavabdeh4 xüsusi mülkiyyətində olan 7.482299 ha kənd
təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında 28 fevral 2003-cü il
tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş
etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki,

iddiaçı cavabdehlərin xüsusi

mülkiyyətində olan 7.482299 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini pulunu tam
ödəməklə onlardan satın almışdır. 28 fevral 2003-cü il tarixdə torpaq sahəsinin dəyəri olan
19 250 000 (on doqquz milyon iki yüz əlli min) manat pul məbləğini cavabdehlərə tam
şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının 16
dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3,
Hüseynova (Heydarova) Nabat Məhərrəm qızı və Cavabdeh4 xüsusi mülkiyyətlərinə
verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən adlarına 18 mart 1998-ci il tarixli, JN:0040 (kod ********) saylı “Torpağa
mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır.

7. Torpaq sahəsinin dəyərini ödədikdən sonra cavabdehlər torpaq sahəsini və

torpaq sahəsinə dair onlarda olan JN:0040 (kod ********) saylı Torpağa mülkiyyət
hüququna dair Dövlət Aktının əslini iddiaçıya təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd
edilən tarixdən iddiaçının faktiki istifadəsindədir.

8. Cavabdeh1 iddiaçının həyat yoldaşı X1 dayısı, digər cavabdehlər isə onun ailə

üzvləridir. Bu səbəbindən iddiaçı qeyd edilən torpaq sahəsini satın almasına baxmayaraq
torpaq sahəsinin rəsmi sənədlərdə cavabdehlərin adlarında qalmasına əhəmiyyət
verməmişdir. 2014-cü ildə Cavabdeh1 iddiaçının yanına gələrək qızı Cavabdeh2 sosial
müavinət təyin edilməsi üçün “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın əslinin
lazım olduğunu bildirmiş və həmin sənədi ona verməyini xahiş etmişdir.

9. İddiaçı aralarındakı qohumluğa və torpağı satın aldıqdan sonra keçən 11 il

ərzində heç vaxt torpaq sahəsini mübahisələndirmədiklərinə arxayın olaraq, heç bir
şeydən şübhələnmədən dövlət aktının əslini Cavabdeh1 vermişdir. 22 dekabr 2014-cü il
tarixdə cavabdeh Heydarova (Hüseynova) Nabat Məhərrəm qızı qeyd edilən torpaq
sahəsinin özünə aid hissəsini notariat qaydasında, rəsmi müqavilə əsasında atası
Cavabdeh1 bağışlamışdır. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 bağlanmış
müqavilənin bir nüsxəsini və Dövlət Aktının notariat qaydasında təsdiq edilmiş surətini

iddiaçıya vermiş, bir daha nə vaxt istəsə torpaq sahəsini iddiaçının adına
rəsmiləşdirəcəyini bildirmişdir.

10. Torpaq sahəsini əvvəllər öz adına sənədləşdirməyə iddiaçı özü də tələsməmiş,

cavabdehlərə inandığından onların nə vaxtsa torpaq sahəsini adına rəsmiləşdirməkdən
imtina edəcəklərini güman etməmişdir.

11. Son bir neçə ildə isə qeyd edilən torpaq sahəsini öz adına rəsmiləşdirmək

məqsədilə cavabdehlərə müraciət edərək torpaq sahəsinin onlarda olan müvafiq
sənədlərilə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı
qismində imza etmələrini xahiş etmişdir.

12. Cavabdehlər bu yaxınlaradək torpaq sahəsini iddiaçıya satmış olmalarını,

torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də,
müxtəlif səbəblər göstərərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün müvafiq
notariat kontoruna gəlməkdən yayınır, guya torpağı iddiaçıya müddətsiz icarəyə
verdiklərini, icarə müddətinin artıq başa çatdığını deyərək torpaq sahəsini geri götürmək
istəyirlər.

13. İddiaçı qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün

öhdəlikləri hələ 28 fevral 2003-cü il tarixdə tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi
öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahəsini iddiaçının adına
rəsmiləşdirmək üçün notariat kontoruna gələrək müvafiq alqı-satqı müqaviləsinə imza
etməkdən yayınırlar.

14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2 və 336.2-ci

maddələrinə istinad etmişdir.

15. Cavabdehlər iddiaya yazılı

etiraz veriblər. Etirazın dəlilləri:

-

2003-cü ilin yanvar ayında ailə üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar pula

ehtiyacları olub. Həmin vaxtdan başlayaraq qohumları və həmkəndliləri olan iddiaçıdan 2003-cü ilin
iyun ayına kimi hissə-hissə 3500 manat borc pul alıblar;

- borcun qaytarılması yubandığı üçün iddiaçı narazılıq etmiş, bu səbəbdən qeyd edilən

torpağın mülkiyyət sənədlərini iddiaçıya veriblər, borc bitənədək torpaqdan istifadə etməsini
bildiriblər;

- 2005-ci ildə torpağın sənədlərini qaytarmağı tələb ediblər, iddiaçı borcun hələ

bağlanmadığını bildirib;

- 2007-ci ildən isə hər il taxıl biçilən vaxt torpağı qaytarmağı tələb etsələr də, iddiaçı müxtəlif

bəhanələrlə torpağı qaytarmaqdan yayınmışdır.

16. Şəki Rayon Məhkəməsinin 2(075)-1393/2020 nömrəli, 18.11. 2020-ci il tarixli

qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Pərviz Hacıyev)

17. Məhkəmə toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən

etmişdir ki, tərəflər arasındakı hüquq münasibəti 2003-cü ildə yaranmışdır. Tərəflər
arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il
tarixədək qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri
notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə,
digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra
etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin
sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci
maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən
əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə
məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu
halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır.

18. Birinci instansiya məhkəməsi maddi hüquq normaları və Konstitusiya

Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinadən qeyd edib ki, əqdin etibarlı hesab
edilməsi üçün onun notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri
ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən
yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair
tələbə əməl edilmiş olmalıdır. Hazırki işdə isə əqdin yazılı formasına riayət edilməmişdir.
Belə ki, iddiaçı və iddiaçı tərəfindən dəvət olunmuş şahidlər torpaq sahəsinin cavabdehlər
tərəfindən İddiaçı ömürlük satıldığını qeyd etmişlər. Halbuki, Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli
Qərarında vurğulamışdır ki, “əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl
edilmiş olmalıdır”.

19. Həmçinin, cavabdehlər torpaq sahəsinin iddiaçıya borc qarşılığında müvəqqəti

istifadə üçün verildiyini və onlara həmin torpağa görə hər hansı pul məbləği verilmədiyini
bildirmişlər. Bundan başqa iddiaçı tərəfindən əqdin notarial təsdiqlənməsi qaydasına riayət
edilməməsinin cavabdeh tərəfin təqsiri ucbatından baş verməsi və məhz cavabdeh tərəfin
əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması ilə bağlı hər hansı sübut
məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin

144.4, 335.2, 336.2-ci, Mülki

Prosessual Məcəllənin 88, 217.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar” 22 mart 2006-cı il tarixli,
“S.Əliyevanın şikayəti ilə əlaqədar” 31 may 2006-cı il tarixli Qərarları ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verib.
22. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlıb, şikayətdə

məhkəmə tərəfindən işin faktiki hallarının düzgün qiymətləndirilməməsinə, maddi və
prosessual hüquq normalarını pozulmasına istinad edilib.

23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-506/2021 nömrəli, 24

fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon
Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(075)-1393/2020 nömrəli qətnaməsi
dəyişdirilmədən saxlanmışdır. (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən,
məruzəçi)
, Gündüz Abbasov, Mahir Əsədli)

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və

əsaslandırma ilə razılaşıraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
“İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar” 22 mart 2006-cı il tarixli, “S.Əliyevanın şikayəti ilə
əlaqədar” 31 may 2006-cı il tarixli Qərarlarına istinadən qeyd etmişdir ki, Mülki Məcəllənin
335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında
mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci
maddəsinin tətbiqini istisna edir.

25. Birinci hal, yəni əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin

əks tərəfin təqsiri ucbatından baş verməli olması halı ilə bağlı apellyasiya məhkəməsi
vurğulayıb ki, əqdin bağlanması üçün ilk növbədə tərəflərin iradə ifadəsi olmalı və
tərəflərin nəzərdə tutduqları əqd ən azı formal baxımdan artıq bağlanmış olmalıdır. İş
materiallarına əsasən mübahisə yaranan zaman Torpağa mülkiyyət hüququna dair Dövlət
Aktı əldə olmuş və cavabdehlər həmin sənəd əsasında torpaq sahəsini qanuni şəkildə
(notarial qaydada) özgəninkiləşdirmək imkanına malik olmuşlar. Belə olduğu halda torpaq
sahəsinin alqı-satqısı barədə əqd bağlamaq üçün əvvəlcədən iddiaçının cavabdehlərə
notariat orqanına getmələrini niyə təklif etməməsi və buna mane olan səbəblər aydın
deyildir. Əgər həmin vaxt cavabdehlər notariat orqanına getməkdən yayınmışlarsa, deməli,
onların (yaxud onlardan hər hansı birinin və ya bir neçəsinin) həmin əqdi bağlamaq
niyyətləri olmamışdır.

26. İkinci hal, yəni məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən

yayınmalı olması halı ilə bağlı apellyasiya məhkəməsi qeyd edib ki, əgər həqiqətən də
torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərin nəzərdə tutduqları əqd bağlanmış
olsaydı və buna onların iradə ifadəsi mövcud olsaydı, o zaman cavabdehlərin notariat
kontoruna getməkdən yayınmaları üçün əsas və səbəb olmazdı.

27. Üçüncü hal, yəni əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada

tərtib edilməsinə dair tələbə əməl olunması halı ilə bağlı apellyasiya məhkəməsi göstərib
ki, bu hal qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala
gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında
müqavilə də belə əqdlərdən biridir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə

münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının
notarial formasına riayət edilməməsi onların etibarsızlığına səbəb olur.

28. Apellyasiya instansiyası onu da qeyd edub ki, məhkəmə mübahisəsi zamanı

daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı
formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin
əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması
yolverilməzdir.

29. Apellyasiya instansiyası əlavə olaraq Mülki Məcəllənin 329.1, 337.1, 647.1-ci

Mülki Prosessual Məcəllənin 81-ci maddələrinə də istinad etmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar
qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb,

şikayətdə maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib.

b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
32. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33.

Cavabdeh4 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci

maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə

baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin
səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü
maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab
etmişdir.

Tətbiq edilən hüquq
Mülki Məcəllə
Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya

tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə
bağlanılmış əqd etibarsızdır.

Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan

əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında
təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi
etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi
tələb edilmir.

Maddə 336.2. Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən

əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə
məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu
halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır.

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd

etibarsızdır.

Maddə 647.1. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada

bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.

Mülki Prosessual Məcəllə
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən

sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna
bilməz.

Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman

qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan
prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə 416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası

məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən
saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün

tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

 

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu
pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və

apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə
aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin

dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi iddiaçı ilə cavabdehlər arasında torpağın alqı-satqı müqaviləsinin

bağlanmış hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi torpaq sahəsini
2003-cü ildə faktiki olaraq cavabehlərdən satın almasına, torpağın dəyərini ödəməsinə,
cavabehlərin həmin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırımalarına,
hüquqi əsası kimi isə Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 335.2-ci maddəsinə
istinad etmişdir.

41. Məhkəmələr tərəfindən müəyyən edilən işin hallarından isə görünür ki, tərəflər

arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı hər hansı əqd mövcud olmamışdır.
Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək
qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiq ilə bağlı Azərbaycan
Respublikası Konstitusiya məhkəməsinin ayrı-ayrı işlər üzrə Qərarlardakı hüquqi
mövqeyinə görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi  üçün aşağıdakı halların
mövcudluğu tələb olunur:

-əqdin notarial  təsdiqlənməsi qaydasına  riayət edilməməsi əks tərəfin təqsiri

ucbatından baş verməli;

-məhz əks tərəf  əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;
-əqdin özü  qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair

tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam  qanunvericiliklə etibarlılığı  birbaşa yazılı
formada  tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün  xüsusi əhəmiyyət daşıyır.

42. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki

Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal
məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki
Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir.

43. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və

iddiaçının apellyasiya şikayəti üzrə hazırki qərarın 24-28-ci bəndlərində əks edilən
dəyərləndirməsini əsaslı sayır və əlavə şərhə zərurət görmür.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya

şikayəti

təmin

olunmamalı,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçı kassasiya şikayəti təmin edilməsin.
Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-506/2021 nömrəli, 24

fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.