2[102]-5029/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5029/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

AzərbaycanRespublikasıadından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5029/2021

(Açar sözlər: torpaq sahəsinin boşaldılması, vindikasiya iddiası, ekspert rəyi)

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil

Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad
Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə,

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı zəbt olunmuş torpaq

sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki
Kollegiyasının 2(107)-815/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qətnaməsindən

Cavabdeh3

kassasiya şikayətinə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında

açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. DƏDRX tərəfindən verilmiş 29.10.2018-ci il tarixli RX ******* saylı çıxarışa əsasən

Göyçay rayon Ulaşlı-Şıxlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.1036 ha torpaq
sahəsi iddiaçının mülkiyyətindədir.

2. Mübahisə cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməsinə görə

yaranmışdır.

a) Birinci instansiya məhkəməsində icraat
3.

İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək,

29.10.2018-ci il tarixli RX ******* çıxarışına əsasən mülkiyyətində olan 1.1036 ha torpaq
sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 tərəfindən qanunsuz zəbt olunmuş
0.28 ha hissəsinin cavabdehlərin istifadəsindən alınaraq ona qaytarılması barədə qətnamə
qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər iddiaçının mülkiyyətində olan

1.1036 ha torpaq sahəsinin 0.28 ha hissəsini qanunsuz olaraq çəpərləmişlər.

5. İddiaçı cavabdehlərdən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasını tələb

etsə də, cavabdehlər buna əməl etməmişlər.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-

cü, Mülki Məcəllənin 152.1 və 152.2-ci maddələrinə istinad etmişdir.

7.

Cavabdehlər Cavabdeh3 və Ramil Abdullayev iddiaya etiraz olaraq iddiaçının

torpaq sahəsini zəbt etməmələrini göstəriblər.

8. Birinci instansiya məhkəməsi 08 oktyabr 2019-cu il tаrixli qərardadla iş üzrə

məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 28.11.2019-cu il tarixli 26843 saylı rəyinə

əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX
******* saylı 29.10.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.1036 ha
torpaq sahəsinin baş tərəfindən 0.1115 hissəsi cavabdehlər tərəfindən istifadə edilir.
Ekspert rəy verərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssis rəyinə
əsaslanmışdır.

10. Göyçay Rayon Məhkəməsinin 2(046)-29/2020 nömrəli, 14 yanvar 2020-ci il

tаrixli qətnaməsi ilə qismən iddiа təmin edilərək,

İddiaçı məxsus Hüquqların Dövlət

qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı 29.10.2018-ci
il tarixli çıxarışına əsasən Göyçay rayonu Potu kəndində yerləşən 1.1036 ha torpaq
sahəsinin 0.1115 hektarından cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 çıxarılsın. 10
manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməsi, iş
üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 87 manat məhkəmə xərcinin cavabdehlərdən
müştərək qaydada tutulması qət edilmişdir. (hakim İbrahim Fəttahov)

11. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki,

İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 1.1036 ha torpaq
sahəsinin 0.28 hektarı deyil, 0.1115 hektarı cavabdehlər tərəfindən hazırda istifadə edilir.

12. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehlər tərəfindən iddiaçıya

məxsus torpaq sahəsinin 0.1115 hektarının qanunsuz istifadə edilməsi iddiaçının mülkiyyət
hüququnu pozur. Cavabdehlər iddiaçıya məxsus 0.1115 hektar torpaq sahəsindən qanuni
əsaslarla istifadə etdiklərinə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər.

13.

Məhkəmə

öz

mövqeyini

Mülki

Məcəllənin

152.1-ci

maddəsi

ilə

əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd

edilməsini xahiş ediblər.

15. Apellyasiya şikayətinin dəlilləri:

- iddiaçının torpaq sahəsinə ekspert tərəfindən baxış keçirilməyib, torpaq sahəsinin

yerində uc nöqtələrindən ölçü götürülərək hesablanmayıb;

- ekspertiza tədqiqatında iştirak etməyiblər, halbuki hər gün mübahisəli torpaq

sahəsində olurlar, kimsə gəlmiş olsa idi, obyektiv rəy verməyə yardım edərdilər;

- bundan əlavə, mübahisə predmetinə aid olan torpaq sahəsindən 22 ilə yaxındır ki,

istifadə edirlər. Torpaq sahəsi mülkiyyətlərindədir.

16. Apellyasiya məhkəməsi 19 may 2020-ci il tarixli qərardadla təkrar məhkəmə-

tikinti ekspertizası təyin etmişdir.

17. “Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin 19 iyun 2020-ci il tarixli, 151 nömrəli

rəyinə əsasən, İddiaçı naturada məhkəmə ekspertiza baxışına təqdim etdiyi ərazi üzrə
tədqiq olunan koordinatlarla, ona məxsus RX ******* saylı 29.10.2018-ci il tarixli
“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” və
çıxarışın tərkib hissəsi olan A№-306344 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndəki
döngə nöqtələrinin koordinatları eynilik təşkil edir, lakin ərazinin şimal-şərq hissəsində
torpaq sahəsinin 0.1116 ha hissəsi hazırda cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2
tərəfindən metal torla hasara alınaraq istifadə edilir.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-815/2020 nömrəli, 11

avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon
Məhkəməsinin

14

yanvar

2020-ci

il

tarixli,

2(046)-29/2020

nömrəli

qətnaməsi“dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və
məruzəçi), 
Ələddin Məcidov, Mahir Əsədli )

19. Apellyasiya instansiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə, işin bütün

faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edib ki,
birinci instansiya“ məhkəməsinin gəlmiş olduğu bu nəticə əsaslıdır.

20.

Apellyasiya

məhkəməsi

qeyd

edib

ki,

Azərbaycan

Respublikasının

Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən
mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə
olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion
hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin“ hüquqi təsbit olunmuş
geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının
təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək,
əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan
qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını
pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində
üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə
görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının
Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına
dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata
keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı,
pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi
Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən
edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub
əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam
vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin
Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz
əmlakını geri tələb edə bilər.

21. Apellyasiya məhkəməsi hesab edib ki, hazırki mübahisəyə münasibətdə iddia

tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İşdə olan ilkin
sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçının qanuni
mülkiyyətindədir.

22. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya hesab edib

ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya
məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Cavabdehlər mübahisəli torpaq
sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə

etdiklərini bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə
bilməmiş, əksinə, iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İddiaçının
mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına
baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının
qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.

23. Həmçinin apellyasiya məhkəməsi vurğulayıb ki, mübahisəsi gedən torpaq

sahəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı
müqavilə əsasında baş verməmiş və iddiaçı tərəfin iradəsinə uyğun olmamışdır. Göstərilən
xüsusatlar və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq
sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehlərin çıxarılmasını tələb etmək
vəzifəsinin daşıyıcısıdır.

24. Apellyasiya instansiyası gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 157.2,

157.4-cü və Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh3

(VəkilCəfər oğlu)

kassasiya

şikayəti verərək apellyasiya

instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, pozulmuş hüquqlarının bərpa
edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri:
- ekspertiza rəyi ilə razı deyil;
- iddiaçının torpaq sahəsini heç kim zəbt etməyib;
- iddiaçıya verilmiş çıxarışın heç bir hüquqi əsası yoxdur;
- həmin torpaq sahəsi 35 ilə yaxındır ki, onun mülkiyyətindədir. Bu torpağa özünə

çıxarış alacaq;

- iddiaçıya məxsus çıxarışın ləğvi barədə inzibati məhkəmədə iddia qaldıracaq.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də,

iddiaçı və cavabdehlər Ramil Abdullayev və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş,
gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kassator Cavabdeh3 isə teleqram
vuraraq, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bu
səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası
teleqramda göstərilən xüsusatı təsdiq edən sübut olmadığı üçün vəsatəti əsaslı
saymamışdır. Həmçinin kassatorun vəkili də məhkəmə kollegiyasında iştirak etməklə
şikayəti müdafiə edə bilərdi. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual
Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını
mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq
Mülki Məcəllə
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların

məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına
alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz
əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə
alınmalıdır.

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz

istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət
tərəfindən tanınan və qorunan hüququdur.

Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb

edə bilər.

Torpaq Məcəlləsi

Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt

edilməsi) qanunla qadağan olunur.

Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə

zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Mülki Prosessual Məcəllə
Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə 416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə

baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin

qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv
edilməsi üçün əsasdır.“

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması

qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir

29. Hazırkı kassasiya apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş

edildiyindən və tələb bölünməz olduğundan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin

dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

32. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya

(mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

33. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları ondan ibarətdir

ki, boşaldılması tələb edilən əmlak iddiaçının qanuni mülkiyyətindədir. Həmin torpaq
sahəsinin bir hissəsindən faktiki olaraq cavabdehlər istifadə edirlər.

34. Həmçinin o da müəyyən edilib ki, cavabdehlər mübahisəli torpaq sahəsinin

onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiklərini
bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş,
əksinə, iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir.

35. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz

sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun

olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini
düzgün tətbiq etmişdir.

37. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual

Məcəllənin

88

103.1-ci

maddələrinin

tələblərinə

uyğun

olaraq

düzgün

qiymətləndirmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – ekspertiza rəyi ilə razı

olmaması, iddiaçının torpaq sahəsinin heç kim tərəfindən zəbt edilməməsi, həmin torpaq
sahəsinin 35 ilə yaxındır ki, cavabdehin mülkiyyətində olması – əsassız sayır. Belə ki, bu
dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 20-2ü-cü bəndlərində qeyd edilən
mövqeyi ilə tam təkzib edilir.

39. İddiaçıya verilmiş çıxarışın heç bir hüquqi əsasının olmaması, bu torpağa özünə

çıxarış alacağı, iddiaçıya məxsus çıxarışın ləğvi barədə inzibati məhkəmədə iddia
qaldıracağı barədə kassasiya şikayətinin dəlilləri isə hazırki işin predmetinə aid deyil.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya

şikayəti

təmin

olunmamalı,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini

rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh3

kassasiya şikayəti təmin edilməsin.

Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-815/2020 nömrəli, 11

avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.