2[102]-5033/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5033/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı Aslanbəyov  Nizami  Sulaydinoviçin cavabdehlər “Ə.Cavabdeh2

adına  X6” ASC-yə, “Ə.Cavabdeh2 adına X6”  ASC-nin Müşahidə Şurasının sədri

Cavabdeh2, “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin  sədri Cavabdeh3 

Əliyeviçə qarşı iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5033/21

(Açar sözlər: hərəkətlərin və ümumi yığıncağın protokolunun qanunsuz hesab

edilməsi, “Mühasibat balansı və onların əlavələri”nin, “Mənfəət vergisinin

bəyannamələri və onların əlavələri”nin və “Əmlak vergisinin bəyannamələri və

onların əlavələri”nin etibarsız sayılması, subyektiv hüququn olmaması )

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov

Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Şamayev Elşad
Yaquboviçdən ibarət tərkibdə, Məhərrımova Çinarə Ədalət qızının katibliyi ilə,

İddiaçı Aslanbəyov  Nizami  Sulaydinoviç cavabdehlər “Ə.Cavabdeh2 adına  X6”

ASC-nə, “Ə.Cavabdeh2 adına X6” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2,
“Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin  sədri Cavabdeh3  Əliyeviçə,

Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə   qarşı
“hərəkətlərin və ümumi yığıncağın protokolunun qanunsuz hesab edilməsi, “Mühasibat
balansı və onların əlavələri”nin, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri”nin
və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması” tələbinə
dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10)-666/2021
nömrəli, 13 aprel 2021 il tarixli qətnaməsindən iddiaçı Aslanbəyov  Nizami  Sulaydinoviçin
verdiyi kassasiya şikayətlərinə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında
açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları, iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Aslanbəyov  Nizami  Sulaydinoviç cavabdehlər “Ə.Cavabdeh2 adına  X6”

ASC-yə, “Ə.Cavabdeh2 adına X6”  ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2,
“Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin  sədri Cavabdeh3  Əliyeviçə və
Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə  qarşı iddia
ərizəsi ilə məhkəməyə müraciət edərək,

- “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin  sədri Cavabdeh3  Əliyeviçin və

Müşahidə  Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi;

- Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının 13.10.2018-ci il tarixli ümumi

yığıncağının protokolunun qanunsuz hesab edilməsi;

- “Ə.Cavabdeh2 adına X6  ASC-nin 2017-ci il üzrə tərtib olunmuş  “Mühasibat

balansı və onların əlavələri”nin, “Mənfəət vergisinin bəyannamələri  və onların əlavələri”nin
və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və
məlumatın Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına və 
Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi;

- Azərbaycan Respublikası Vergilər Nazirliynin 13 saylı Ərazi Vergilər İdarəsinin

sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi;

- Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə 

“Ə.Cavabdeh2 adına X6” ASC-nin qeydiyyat qovluğunda olan sənədlərin, dövlət
reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi
orqanı tərəfindən “Ə.Cavabdeh2 adına X6” ASC-də aparılmış vergi yoxlamaları barədə
məlumatların; “Ə.Cavabdeh2 adına X6” ASC tərəfindən vergi qanunvericiliyinin pozulması
və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi ödənişləri üzrə borclar
haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının;
“Ə.Cavabdeh2 adına X6” ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək
müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və  “Ə.Cavabdeh2 adına X6”
ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa, onların fəaliyyəti ilə
bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-
2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim edilməsi
öhdəliyinin qoyulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdeh “ASC-nin  336 səhminin

sahibidir.

3. “Ə.A. Ansuxski adına X6” ASC-nin idarəetmə orqanlarının (cəmiyyətin müşahidə

şurasının, təftiş komissiyasının və cəmiyyətin icra orqanının) üzvləri tərəfindən öz vəzifə
borcunun yerinə yetirlməməsi və onların qanunsuz hərəkətləri nəticəsində iddiaçının
hüquqları və qanuni maraqları kobud şəkildə pozulmuşdur. Belə ki, 26 may 2004-cü il
tarixdə "xxxx" ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir. 26 may 2004-
cü il tarixli İclas Protokolundan görünür ki, səhmdarların ümumi yığıncacının qərarı ilə
cəmiyyətin yeni redaksiyasında Nizamnaməsi təsdiq edilmiş və cəmiyyətin rəsmi adı
“Ə.A. Ansuxski adına X6” Açıq Səhmdar Cəmiyyəti adına dəyişdirilmişdir.

4. Həmçinin həmin iclasın qərarı ilə Müşahidə şurasının sədri Cavabdeh2, İdarə

Heyətinin sədri Cavabdeh3, Maliyyə Təftiş Komissiyasının sədri Azad Balayev və üzvləri
Fizuli Varanosov, Həqiqət Süleymanova seçilmişlər. İddiaçının səhmdarı olduğu
“Ə.Cavabdeh2 adına X6” ASC-nin nizamnaməsi 22.09.2004-cü ildə 0904-B1-192 nömrəli
şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına
alınmışdır.

5. Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı ********** (bir

milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZM və ya 140979 ədəd adi
səhmdir. ASC-nin Nizamnaməsinin 7.20-ci bəndində göstərilir ki, səhmdarların ümumi
yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: cəmiyyətin illik hesabatlarının,
mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəət və
zərərin bölüşdürülməsi, həmçinin, törəmə müəssisələr, filiallar və nümayəndəliklərin təsis
edilməsi, müştərək müəssisələr yaradılması haqqında qərarın qəbul edilməsi. 21.02.2015-
ci il tarixdə Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 tərəfindən səhmdarlara
göndərilmiş bildirişdən görünür ki, 30 mart 2005-ci il tarixində saat 11:00-a təyin edilmiş
səhmdarların ümumi yığıncağının gündəliyində ikinci məsələ kimi “Cəmiyyətin iştirakı ilə
müştərək müəssisəsnin yaradılması” məsələsi qoyulmuşdur.

6. 13.07.2006-cı il tarixində Cəmiyyətin idarə X7 Ansuxski tərəfindən səhmdarlara

göndərilmiş 09.06.2006-cı il tarixli bildirişdən görünür ki, 24 iyul 2006-cı il tarixində saat
15-ə təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində üçüncü məsələ kimi
"xxxx", dördüncü məsələ kimi  BalaCans  MMC törəmə şirkətinin yaradılması məsələləri
qoyulmuşdur.

7. Cəmiyyətin nizamnaməsinin 7.24-cü bəndində göstərilir ki, Səhmdarların ümumi

yığıncağı tərəfindən qəbul edilmiş qərarlar 15 təqvim günündən gec olmayaraq
səhmdarlara elan edilməlidir. Cəmiyyətin Nizamnaməsinin 7.20.8-ci bəndində göstərilir ki,
səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə həmçinin, cəmiyyətin xalis
aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan hissəsinə xüsusi əhəmiyyətli
əqdlərin bağlanması barədə qərarların qəbul edilməsi aiddir. Ümumi Yığıncağın bu barədə
qərarı 15 təqvim günü müddətində səhmdarlara yazılı bildiriş göndərilməlidir. X8 sədri
Cavabdeh3 30 mart 2005-ci il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul
edilmiş “Cəmiyyətin iştirakı ilə müştərək müəssisənin yaradılması”, həmçinin 24 iyul 2006-
cı il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarı, "xxxx" MMC
törəmə şirkətininin yaradılması” və "xxxx" barədə məlumatları iddiaçıya verməmişdir.

8. Beləliklə, İdarə Heyətininin sədri Cavabdeh3 tərəfindən Mülki Məcəlləsinin 99.3

və 107-5-3-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozmuşdur. “Ə.Cavabdeh2 adına
X6” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyi zaman heç vaxt mənfəətlə
işləməmişdir. Bununla da iddiaçı Mülki Məcəllənin 106-1.3.7-ci maddəsində nəzərdə
tutulmuş səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququndan mərhum
olmuşdur. Müəssisənin «zərərlə işləməsinin” səbəblərini araşdırmaq və onun maliyyə
təsərrüfat fəaliyyəti haqqında tam və düzgün məlumat almaq məqsədi ilə iddiaçı
cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb, Cəmiyyətə aid bir sıra sənədlərin surətlərini tələb
edib. Lakin idarə X7 Ansuxski iddiaçıya cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında
heç bir məlumat verməmişdir.

9. Cəmiyyətin rəhbərliyi iddiaçının Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti haqqında

məlumat almaq hüququnu pozduğuna görə iddiaçı Balakən Rayon Məhkəməsinə müraciət
etmişdir.

10. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli

qətnaməsi ilə iddiaçının pozulmuş hüquqları bərpa edilərək “Ə.Cavabdeh2 adına X6”
ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin
iddiaçıya təqdim edilməsi “Ə.Cavabdeh2 adına X6”nun rəhbərliynə həvalə edilmişdir.

11. Balakən Rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli qətnaməsi qanuni

qüvvəyə minəndən sonra icra vərəqəsi 08.02.2016-cı il tarixində Balakən rayon İcra və
Probasiya şöbəsinə daxil olmuşdur. “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə X7 Ansuxski
üzərinə qoyulmuş öhdəliklərin icrasından üç ilə yaxın qərəzli olaraq yayındığına görə, icra

məmuru borclunun qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb
olunması üçün inzibati xəta haqqında protokol tərtib etmiş və iş 05.04.2018-ci il tarxində
Balakən Rayon Məhkəməsinə göndərmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, 14.09.2018-ci il tarixli

qərarı ilə “Ə.Cavabdeh2 adına X6” ASC İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan
inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir.
Lakin İdarə X7 Ansuxski Balakən Rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli qətnaməsini
icra etmək əvəzinə, 13.09.2018-ci il tarixdə iddiaçıya göndərdiyi bildirişdə göstərmişdir
ki,13.10.2018-ci il tarixdə saat 18-də səhmdarların ümumi yığıncağı keçiriləcəkdir və
iclasın gündəliyində “Cəmiyyətin ləğv edilməsi” məsələsi qoyulmuşdur.

13. Bununla əlaqədar 29.09.2018-ci il tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə

ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı
MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, MM-nin 107.1.4-
cü maddəsində göstərilir ki, səhmdarların ümumi yığıncağının çağrılmasına qırx beş gün
qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməlidir.
Habelə səhmdarlara və nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir.

14. Cəmiyyətin rəhbərliyinin hal-hazırda səhmdarların ümumi yığıncağının

gündəliyinə Cəmiyyətin ləğv edilməsi məsələsini qoyması qanuna ziddir. Cəmiyyətin ləğv
edilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün cəmiyyətin rəhbərliyi mühasibat uçotu
subyektinin maliyyə vəziyyəti haqqında əhəmiyyətli hesab olunan informasiyanı
səhmdarlara təqdim etməlidlir.

15. Şəki Apellyasiya Məhkəməsinin 14.09.2018-ci il tarixli qərarından göründüyü

kimi, cəmiyyətin rəhbərliyi ASC-nin maliyyə təsərrüfat fəaliyyəti haqqında sənədləri
(məlumatı) iddiaçıya tam təqdim etməmişdir. Balakən Rayon Məhkəməsininin 13.08.2015-
ci il tarixli qətnaməsinin icra sənədinin icrası ilə bağlı icra məmurunun apardığı
tədbirlərdən sonra cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməmələri
məlum olmuşdur. 31.07.2017-ci il tarixli məktubunda İdarə X7 Ansuxski Balakən rayon icra
və probasiya şöbəsinə bildirmişdir ki, 2011-2015-ci illərdə maliyyə-təftiş komissiyasının və
auditorun aktları: 2010-2014-cü illərdə  müəssisə balansları və onların Əlavələri” tərtib
edilməmiş, 2011-2015-ci illər üzrə Müşahidə şurasının islasları keçirilməmiş, 2009-2014-cü
illərdə “aktivlərin və öhdəliklərin, mal-materialların inventarizasiyası” aparılmamış və 2011-
2015-ci illər üzrə ASC tərəfindən əqdlər üzrə heç bir müqavilə bağlanmamışdır. Beləliklə
idarə X7 Ansuxski tərəfindən MM-nin 107.6-cı maddəsində və Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli əmri ilə təsdiq
edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda nəzərdə tutulmuş
tələblər pozulmuşdur.

16. Digər tərəfdən səhmdarın ümumi yığıncağında idarə Heyətinin sədri

Cavabdeh3 Cəmiyyət tərəfindən yaradılmış "xxxx" MMC törəmə və müştərək
müəssisələrin fəaliyyəti ilə bağlı hesabatları, habelə cəmiyyətin 2.000.000 manatdan çox
kreditor borclarının necə yarandığı barədə səhmdarlara hesabat təqdim etmir. Həmçinin,
cəmiyyətin aktivlərinin bü günkü bazar dəyəri bilinmir. Cəmiyyətin rəhbərliyi tərəfindən
ASC-nin aktivlərinin qiymətləndirilməsinin aparılmasına böyük ehtiyac yaranmışdır.
29.09.2018-ci il tarixli ərizəsində iddiaçı cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki,
13.10.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-nin 107-1.4-cü
maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın gündəliyinə qoyulmuş
“Cəmiyyətin ləğv edilməsi” məsələsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən
yaradılmış "xxxx" MMC törəmə və müştərək müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti
ilə bağlı hesabatları”, “Cəmiyyətin kreditor və debitor borcları haqqında hesabatları”nın
verilməsi, “Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması” barədə məsələləri
iclasın gündəliyinə daxil etsinlər.

17. Lakin İdarə X7 Ansuxski 23.10.2018-ci il tarixli cavab məktubunda növbəti dəfə

bildirmişdir ki, 2016, 2017, 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun
aktları yoxdur. 2015, 2016, 2017-ci və 2018-cii illər üzrə Müşahidə Şurasının protokolları
yoxdur. 2015, 2016, 2017 və 2018-ci illər üzrə “aktivlərinin və öhdəliklərinin, mal-

materiallarının inventarizasiyası” aktları və əsas vəsaitlərin ləğv aktları yoxdur, 2016-2017
və 2018-ci illər üzrə “Ə. Cavabdeh2 adına X6 n müqavilələr və icarə müqavilələri barədə
məlumatlar yoxdur; 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə vergi orqanı tərəfindən
“Ə.Cavabdeh2” adına X6” ASC-də aparılmış səyyar vergi yoxlamalarının nəticəsi ilə
əlaqədar tərtib edilmiş yoxlama aktları yoxdur.

18. Bunlar göstərir ki, İdarə X7 Ansuxskinin hərəkətləri qanunsuzdur.
19. Müşahidə şurasının sədri Cavabdeh2 də hərəkətləri qanunsuzdur. Müşahidə

şurasının sədri Cavabdeh2 nəinki cəmiyyətin ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti
üzərində nəzarəti həyata keçirməmiş, hətta Müşahidə şurasının iclasları keçirilməmiş və
müşahidə Şurasının protokollarını tərtib etməmişdir. Digər tərəfdən idarə X7 Ansuxski
tərəfindən təqdim edilmiş 13.10.2018-ci il tarixli “Ə.Cavabdeh2 adına X6” ASC-nin
səhmdarlarının ümumi yığıncağının protokollarından görünür ki, 13.10.2018-ci il tarixində
səhmdarların ümumi yığıncağı keçirilmişdir.

20. “Ə.Cavabdeh2 adına X6” ASC-nin 13.10.2018-ci il tarixli səhmdarlarının ümumi

yığıncağının protokolu qanuna zidldir.

Çünki Azərbaycan Respublikasının Maliyyə

Bazarlarına Nəzarət Palatası ********** №li,10.05.2018-ci il tarixli məktubunda bildirir ki,
iddiaçının müraciətinə əsasən aparılmış araşdırma zamanı aşkar olunmuşdur ki,
“Ə.Cavabdeh2 adına X6” ASC tərəfindən 27.05.2017-ci il tarixinə səhmdarların ümumi
yığıncağının çağrılması barədə yazılı bildiriş iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş
müddətə göndərilməmişdir. Bununla əlaqədar olaraq həmin səhmdar cəmiyyətinə Palata
tərəfindən icrası məcburi göstəriş verilmiş və səhmdarların növbəti ümumi yığıncaqlarının
qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinin təmin edilməsi tələb edilmişdir.

21. Cəmiyyətin İdarə X7 Ansuxski növbəti səhmdarların ümumi yığıncağının

13.10.2018-ci il tarixinə çağrılmasını təşkil edərkən növbəti dəfə qərəzli olaraq MM-nin
107-1.4-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin fakt Palata tərəfindən
********** №li, 31.10.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Bundan əlavə cəmiyyətin
rəhbərliyi MM-nin 106-1.3.4-cü maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi
yığıncağının gündəliyinə dəyişikliklərin edilməsi və gündəliyə yeni müzakirə mövzularının
əlavə olunması barədə iddiaçının verdiyi təkliflərə baxmamışdır. Bu da, İdarə X7 Ansuxski
tərəfindən iddiaçının MM-nin 106-1.3.4-cü maddəsində nəzərdə tutulmuş hüququnun
pozulmasıdır.

22. Səhmdarların 13.10.2018-ci il tarixli ümumi yığıncağının protokolundan görünür

ki, birinci məsələ ilə, yəni “Ə.Cavabdeh2 adlına X6” ASC-nin 2017-ci ilin maliyyə hesabatı
və balansının təsdiqi ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmişdir. Digər
tərəfdən, həmin məsələ ilə bağlı protokolda qeyd edilən maliyyə göstəricisi, yəni
cəmiyyətin daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlir-3.677.90 manat
məbləğində olduğu üçün etibarsız sayılmalıdır. İdarə Heyətiinin sədri Cavabdeh3
23.10.2018-ci il tarixli məktubunda qeyd edir ki, Cəmiyyətin heç bir icarə müqaviləsi
yoxdur. Bundan əlavə, səhmdarların 13.10.2018-ci il tarixli ümumi yığıncağının
protokolundan görünür ki, ikinci məsələ ilə, yəni «A.Cavabdeh2 adlına X6” ASC-nin
maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası qərar
vermişdir ki, təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün
hesabat qəbul edilmədi.

23. Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında
rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik
balansı təsdiq edilə bilməz, buna görə də hesab edir ki, “Ə.Cavabdeh2 adına X6 ASC-nin
2017-ci il üzrə tərtib edilmiş “Mühasibat balansı və onların əlavələri”; habelə 2017-ci il üzrə
tərtib edilmiş “Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri” və “Əmlak Vergisinin
bəyənnamələri və onların Əlavələri” etibarsızdır. Səhmdarların 13.10.2018-ci il tarixli
ümumi yığıncağının protokolundan görünür ki, üçüncü məsələ ilə, yəni İdarəetmə və
nəzarət orqanlarının seçilməsi ilə bağlı iclasın qərarları ilə bu şəxslər vəzifələrə təyin
olunmuşlar. Cəmiyyətin idarə Heyətinin sədri – Fizuli Varansov, Müşahidə Şurasının sədri
– Cavabdeh2, şuranın üzvləri – M.Dibirov və Cavabdeh3.

24. İdarə heyətinin sədri vəzifəsinə Fizuli Varansovun təyin olunması MM-nin 107-

11.3-cü maddəsində nəzərdə tutulmuş tələbə ziddir. X10 Cəmiyyətin təftiş komissiyasının
üzvüdür. Buna görə də o təftiş komissiyasının üzvü olduğuna görə, cəmiyyətin idarə
heyətinin sədri təyin edilə bilməz. Digər tərəfdən, Cavabdeh3 İdarə Heyətinin sədri
vəzifəsindən getməmişdən əvvəl Cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiyası
aparılmalı idi. Sonra isə Fizuli Varansova Cəmiyyətin bütün aktivləri, kapitalı, gəlir və
xərcləri barədə məlumatlar verilməli idi. Habelə maliyyə, vergi və digər hesabatlar,
həmçinin baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri təhvil-təslim
edilməli idi. Lakin cəmiyyətdə idarə X7 Ansuxski həmin sənədləri tərtib etməmişdir.

25. Cəmiyyətin idarə X7 Ansuxski Balakən Rayon Məhkəməsininin 2(019)-

828/2015 saylı ,13.08.2015-ci il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra
etməmiş vəzifəsindən gedə bilməz. İdarə X7 Ansuxski auditor aktlarının: aktivlərin və
öhdəliklərin inventarizasiya aktlarının “Ə.Cavabdeh2 adına X6” ASC tərəfindən digər
təşkilatlarla bağlanmış əqdlərin, kontraktların və icarə müqavilələrinin olmamasının səbəbi
kimi cəmiyyətin 2009-2018-ci illər ərzində heç bir fəaliyyətinin olmadığını göstərmişdir.

26. Cəmiyyətin idarə etmə orqanlarının hərəkətləri nəticəsində Cəmiyyətə külli

miqdarda zərər vurulmuşdur və bu da son olaraq Cəmiyyətin müflişməsinə gətirəcəkdir ki,
bu da iddiaçının hüquqlarına və qanuni maraqlarına ziyan vuracaqdır.

27. Cavabdeh “Ə.Cavabdeh2 adına X6» ASC-nin nümayəndəsi iddiaya etiraz edib.

Etirazın dəlilləri:

- İddiaçı ASC-nin səhmdarlarından biridir, 2,23 % pay sahibidir. İddiaçı indiyədək

heç bir əsas və səbəb olmadan ASC-yə qarşı qərəzli mövqe nümayiş etdirərək ASC-dən
dəfələrlə dövlətin müxtəlif qurumlarına və orqanlarına şikayət etmişdir;

- ASC-nin müşahidə şurasının sədri Cavabdeh2, keçmiş İdarə X7 Ansuxskinin və

ASC-nin hərəkətlərində və fəaliyyətində indiyədək heç bir qanun pozuntuları olmamışdır,
sadəcə olaraq İddiaçı bu şəxslər və ASC-yə qarşı açıq-aydın qərəzli mövqe nümayiş
etdirir;

- ASC-nin səhmdarlarının növbəti iclasının keçirilməsi 13.10. 2018-ci il tarixinə təyin

edilmişdir. İclasın keçirilməsi ilə bağlı səhmdarlara 13.08.2018-ci il tarixində xəbərnaməli
poçt göndərişi vasitəsilə bildirişlər göndərilmiş, eyni zamanda “Vergilər” qəzetinin
29.08.2018-ci il tarixli, 32(444) saylı xüsusi buraxılışında elan dərc edilmişdir. Buna
baxmayaraq iddiaçı tərəfindən 04.10.2018-ci il tarxində ASC-yə iclasın təxirə salınması ilə
bağlı, eyni zamanda iclasın gündəliyinə qoyulan “ASC-nin ləğv edilməsi” məsələsinin
gündəlikdən çıxarılması barədə müraciəti daxil olmuşdur. Müraciətə baxılmış ASC-nin
iclasının təxirə salınması mümkün hesab edilməməsi barədə iddiaçıya rəsmi qaydada
məlumat verilmişdir. 13.10.2018-ci il tarixində əməkdaşların iclası keçirilmiş, ASC-nin ləğv
edilməsi məsələli səsverməyə qoyulmuş, səsvermənin nəticəsinə görə ASC-nin ləğvi
barədə müsbət qərar qəbul olunmamışdır;

- iddiaçı müəyyən sənədlərin ona verilməməsini bəhanə gətirərək (hansı ki, onun

tərəfindən

qəbul

edilən

sənədlər

ona

dəfələrlə

göndərilmişdir)

Azərbaycan

Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etmişdir. Maliyyə
Bazarlarına Nəzarət Palatası həmin şikayətin surətini ASC-yə göndərmişdir. ASC
tərəfindən həmin şikayətə baxılmış, şikayət ərzində qeyd olunan sənədlər təkrarən
23.10.2018-ci il tarxində iddiaçıya göndərilmişdir. Eyni zamanda bu barədə 23.10.2018-ci il
tarixli Maliyyə Bazarlarına Nəzarət palatasına rəsmi qaydada cavab verilmişdir;

- ASC-nin Səhmdarlarının iclası 13.10.2018-ci ildə keçirilmişdir. İclasda gündəliyə

qoyulan məsələlər müzakirə olunmuş və bu barədə protokol tərtib edilərək həmin
protokolun surətləri 23.10.2018-ci il tarixində həm Maliyyə Bazarlarına Nəzarət Palatasına,
həm də iddiaçıya göndərilmişdir. İclasın gündəliyinə qoyulan məsələlərin birində ASC-nin
idarə heyətinin sədrinin sədr vəzifəsindən öz xahişi ilə getməsi məsələsi olmuşdur. Bu
məsələ səhmdarlar tərəfindən müzakirəyə çıxarılmış, səs çoxluğu ilə ASC-nin sədrinin
vəzifəsindən öz xahişi ilə getməsi barədə qərar verilmişdir. Eyni zamanda səs çoxluğu ilə
yeni sədr seçilmişdir. Hazırda ASC-ninin İdarə Heyətininin sədri vəzifəsini X5 həyata
keçirir;

- Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin

26.10.2018-ci il tarixli Dövlət Reyestrindən X1 ASC-nin qanuni təmsilçisi olmağı təsdiq
olunmuşdur. ASC icarə müqaviləsinə əsasən özünə məxsus qeyri-yaşayış sahələrini
"xxxx" MMC-yə icarəyə vermişdir. 2016-cı ilin sentyabr ayından icarə müqaviləsinə əsasən
1204.2 kv.m üçün hər ay üzrə 250 manat, 2017-ci ilin may ayından etibarən əlavə olaraq
1260.1 kv.m üçün 250 manat razılaşdırılmışdır. ASC-nin səhmdarlarının 13.10.2018-ci il
tarixli iclas protokolunda göstərildiyi kimi ASC daşınmaz əmlakın icarəyə verilməsindən
3677.90 manat gəlir əldə etmişdir. Xərclər – əmək haqları 3720 manat, DSMF – 818,40
manat, torpaq vergisi – 1800 manat, əmlak vergisi – 19853.34 manat, Amortiziasiya
ayrılmaları – 26908,20 manat, cəmi xərclər 35199,94 manat. Zərər 31522.04 AZN təşkil
edib;

- ASC hər il və eyni zamanda 2017-ci il üçün tərtib edilmiş mühasibat balansları,

mənfəət vergisinin və əmlak vergisinin bəyannamələri haqda hesabatları Vergilər
Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinə təqdim etmişdir. Burada da heç bir qanun
pozuntusuna yol verilməmişdir. ASC uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır.
Sadəcə olaraq müəyyən bir sahəni "xxxx" MMC icarəyə vermişdir. Özəlləşmə aparıldığı
gündən indiyədək heç bir səhmdar gəlir və mənfəət əldə etməmişdir. ASC-nin normal
fəaliyyəti üçün böyük həcmdə xərclər tələb olunur. Bu günədək ASC-nin ərazisinin
qorunması və ərazidə olan daşınmaz obyektlərin saxlanması üçün çəkilən xərclər itkilər
hesabına başa gəlir. Cəmiyyətin balansında olan əsas vəsaitlərin hamısı keçən əsrin 80-cı
illərində alınmış və inşa edilmişdir. Balansda olan nəqliyyat vasitələri, binalar, qurğular və
avadanlıqlar öz amortizasiya müddətini bitirmişdir. Buna baxmayaraq həmin əsas vəsaitlər
balansda qaldığı üçün onlara müvafiq vergilər hesablanır və vaxtlı-vaxtında ödənilir;

- bundan başqa ASC fəaliyyət göstərmədiyi üçün İdarə heyətinin sədrindən başqa,

heç bir işçi personalı yoxdur. Yuxarıda qeyd olunan səbəblərə görə ASC-də audit, təftiş,
səyyar və s. yoxlamalar aparılmamış, yoxlamalar aparılmadığından aktlar tərtib edilməmiş,
eyni zamanda ASC fəaliyyət göstərmədiyi üçün cəmiyyətin maliyyə təsərrüfat fəaliyyəti
barədə təftiş komissiyasının hesabatı aparılmamışdır. Bu barədə dəfələrlə iddiaçıya rəsmi
qaydada məlumatlar verilmiş, eyni zamanda arayışlar təqdim olunmuşdur.

28. İddiaçı ərizə verərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı

Ərazi İdarəsinə qarşı iddiasından imtina etmişdir.

29. Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 nömrəli, 18 mart 2019-cu il

tarixli qərardadı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vegilər
İdarəsinə qarşı iddia tələbi üzrə icraata xitam verilmişdir.

30. Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 saylı, 18 mart 2019-cu il tarixli

qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-
nin səhmdarlarının ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolunun qanunsuz
hesab edilməsi, “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş
“Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların
əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması,
iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Hümbət Səlimov)

31. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “Ə.Cavabdeh2

adına X6” ASC-nin 336 səhminin sahibidir. ASC-nin idarəetmə orqanları iddiaçıya
cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat vermədiyindən,
cəmiyyətin maliyyə təsərrüfat-fəaliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna
görə iddiaçı həmin sənədlərin ona verilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət
etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli
qətnaməsi ilə ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş
surətlərinin iddiaçıya təqdim edilməsi ASC-nin rəhbərliynə həvalə edilmişdir. Balakən
Rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra
icra üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, ASC-nin İdarə X7
Ansuxski üzərinə qoyulmuş öhdəliklərin icrasından üç ilə yaxın müddətdə yayındığına
görə, icra məmuru tərəfindən borclunun qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati
məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki

Apellyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, 14.09.2018-ci il tarixli qərarı ilə ASC
İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib
üç min manat məbləğində cərimə edilmişdir. ASC-in İdarə X7 Ansuxski 13.09.2018-ci il
tarixdə iddiaçıya bildiriş göndərərək 13.10.2018-ci il tarixdə saat 18-00-da səhmdarların
ümumi yığıncağının keçiriləcəyini bildirmişdir. 29.09.2018-ci il tarixdə iddiaçı Cəmiyyətin
rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının
çağrılması zamanı MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona
qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir.

32. Birinci instansiya məhkəməsi işin hallarını, səhmdar cəmiyyəti ilə bağlı Mülki

Məcəllənin müvafiq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi
yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir.

33. Məhkəmə mövqeyini Mülki Məcəllənin 99.1-99.3, 106-1.1-106-1.7, 107.1-

107.2, 107-1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

34. Cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyəti apellyasiya şikayəti

vermiş, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də
rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayətinin dəlilləri:
- Balakən Ravon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən sübutlara

düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış,
nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir;

- ASC-nin səhmdarlarının ümumi yığıncağının 13 oktyabr 2018-ci il tarixli

protokolunun qanunsuz hesab edilməsi, Ə.Cavabdeh2 adına X6" ASC-nin 2017-ci il üçün
tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri"nin, "Mənfəət vergisinin
bəyannamələri və onlarm əlavələri"nin və "Əmlak vergisinin bəyannamələri və onların
əlavələri"nin etibarsız sayılması üçün heç bir qanuni əsas olmamışdır;

- İddiaçı "Ə.Cavabdeh2 adına X6" ASC-nin səhmdarlarının ümumi yığıncağının 13

oktyabr 2018-ci il tarixli protokolunun onun hansı hüququn pozması ilə bağlı məhkəməyə
sübut təqdim etməmişdir;

- ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və onların əlavələri",

"Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak vergisinin
bəyannamələri və onların əlavələri" aidiyyatı dövlət orqanlarına təqdim olunmuş və həmin
sənədlərin qanunsuzluğu ilə bağlı da həmin dövlət orqanları ASC-yə irad bildirməmişdir;

- iddiaçı özü də ASC-nin 2017-ci il üçün tərtib olunmuş "Mühasibat balansı və

onların əlavələri", "Mənfəət vergisinin bəyannamələri və onların əlavələri" və "Əmlak
vergisinin bəyannamələri və onların əlavələri"ndə hansı qeydlərin etibarsızlığa dəlalət
etdiyini iddiasında əsaslandırmamışdır;

- birinci instansiya məhkəməsi isə bütün bunlara baxmayaraq, heç bir əsaslandırma

aparmadan iddiaçının iddiasını qismən əsaslı hesab etmişdir.

36. İddiaçı də qətnamənin iddianın təmin edilməyən hissəsindən apellyasiya

şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun
əsaslandırılmışdır.

37. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2019 nömrəli, 22

iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş,

Balakən

Rayon Məhkəməsinin 2(019)-254/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi),
Mahir Əsədli və İnşallah Quliyev)

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi

nəticə ilə razılaşaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar
nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya
qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

39. Cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin  kassasiya

şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

40. İddiaçı da kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin

iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, işin həmin hissədə yeni apellyasiya
baxışına qaytarılmasını xahiş etmişdir.

41.

Kassasiya

şikayətləri

apellyasiya

şikayətlərinin

dəlillərinə

uyğun

əsaslandırılmışdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7789/2019

nömrəli iş üzrə 09 dekabr 2019-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin
olunmuş, apellyasiya instansiyası məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi ləğv
edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

43. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur

ki, apellyasiya instansiyası məhkəməsi hər iki tərəfin apellyasiya şikayətlərinin iş üçün
mühüm əhəmiyyət kəsb edən dəlillərinə hər hansı qiymət vermədən birinci instansiya
məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsini olduğu kimi qərarında qeyd etməklə
kifayətlənmişdir.

ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-690/2020 nömrəli, 17

iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon
Məhkəməsinin 2(019)-254/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır (hakimlər İmamverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov
və Rəfail Əliyev)

45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya

məhkəməsi iddianın “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin  sədri
Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz
hesab edilməsi hissəsini təmin edilməməsi barədə qətnamə qəbul edərkən haqlı
olmuşdur. Çünki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və
etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin öyrənilən işdən bəlli olur
ki, iddiaçı «Ə.Cavabdeh2 adına X6» ASC-nin İdarə Heyətinin  sədri Cavabdeh3 Əliyeviçin
və Müşahidə Şurasının sədri Cavabdeh2 hansı hərəkətlərinin qanunsuz hesab edilməsi
barədə sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən əgər söhbət burada
«Ə.Cavabdeh2 adına X6» ASC-nin rəhbər vəzifəli şəxslərinin iddiaçının tələb etdiyi
sənədlərinin verilməməsindən gedirsə, artıq bununla bağlı iddiaçı özü də etiraf edir ki, o
müəssisənin “zərərlə işləməsinin” səbəblərini araşdırmaq və onun  maliyyə-təsərrüfat
fəaliyyəti  haqqında  tam və düzgün məlumat almaq məqsədi ilə  cəmiyyətin rəhbərliyinə 
dəfələrlə yazıb, Cəmiyyətə aid olan bir sıra  sənədlərin təsdiqlənmiş surətlərini tələb
etmişdir. X9 sədri Cavabdeh3 ona cəmiyyətin  maliyyə-təsərrüfat  fəaliyyəti haqqında  heç
bir məlumat verməmişdir. Cəmiyyətin rəhbərliyi  onun Cəmiyyətin  maliyyə təsərrüfat
faəliyyəti haqqında məlumat almaq hüququnu pozduğuna görə iddiaçı Balakən Rayon
Məhkəməsinə müraciət etmiş və Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı,
13.08.2015-ci il tarixli  qətnaməsi ilə “Ə.Cavabdeh2 adına X6” ASC-nin maliyyə-təsərrüfat
fəaliyyəti haqqında   sənədlərin təsdiqlənmiş surətlərinin iddiaçıya təqdim edilməsi ASC-
nin rəhbərliynə  həvalə edilmişdir. Eləcə də, iş materiallarının İ cildinin 47-48 və 56-cı
səhifələrində olan və iddiaçıya ünvanlanmış 23 oktyabr 2018-ci il tarixli məktublara əsasən
iddiaçının Cəmiyyətdən tələb etdiyi sənədlər (hansıkı bu sənədlər Cəmiyyətdə faktiki
mövcuddur) sonuncuya göndərilmişdir.

46. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində Cəmiyyətin İdarə X7 Ansuxskinin

götürdüyü 1.990.000 ABŞ dolları məbləğində kredit pullarının hara xərclədiyi barədə
təsdiq edici sənədləri təqdim etməməsini göstərmişdir. Halbuki, iddiaçı özü də etiraf edir ki,
Cəmiyyətin İdarə Heyətinin sədri X4 Rayon Məhkəməsinə təqdim etdiyi 01.03.2019-cu il
tarixli cavab məktubuna əsasən ASC-nin Azərbaycan Beynəlxalq Bankından götürdüyü
1.990.000 ABŞ dolları məbləğində kredit, ASC mənfəətlə işləmədiyi üçün faizi ilə birlikdə

cəmiyyətin səhmdarlarından biri olan Cavabdeh2 Əli oğlu tərəfindən sonradan ona
qaytarılması şərti ilə ödənilmişdir.

47. Həmçinin, ASC-nin fəaliyyət  göstərdiyi zaman heç vaxt mənfəətlə işləməməsi

barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münaibətdə apellyasiya məhkəməsi
qeyd edib ki, iddiaçı hazırkı iddia ərizəsində səhmdar cəmiyyətin xalis mənfəətindən
dividend almaq istəməsi barədə hər hansı bir tələb irəli sürməmmişdir. MPM-in 218.3-cü
maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə
çıxarır. 

48. Bu baxımdan da, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə

bvelə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi iddianın “Ə.Cavabdeh2 adına X6”
ASC-nin İdarə Heyətinin  sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri
Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsinin təmin edilməməsi barədə
qətnamə qəbul edərkən düzgün hüquqi nəticəyə gəlmişdir

49. Apellyasiya instansiyası cavabdehin də apellyasiya şikayətinin dəlilləri ilə

razılaşmayaraq qeyd edib ki, İddiaçı ASC-nin  336 səhminin  sahibidir. ASC-nin  idarəetmə
orqanları iddiaçıya cəmiyyətin maliyyə təsərrüfat  fəalliyyəti haqqında  heç bir məlumat
vermədiyindən, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumat almaq hüququ
pozulduğuna görə iddiaçı həmin sənədlərin ona verilməsi üçün Balakən Rayon
Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı,
13.08.2015-ci il tarixli  qətnaməsi ilə  ASC-nin maliyyə-təsərrüfat  fəaliyyəti haqqında
sənədlərin  təsdiqlənmiş surətlərinin iddiaçıya təqdim edilməsi  ASC-nin rəhbərliynə 
həvalə edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(0119)-828/2015 saylı, 13.08.2015-ci il
tarixli qətnaməsi qanuni  qüvvəyə minəndən sonra  icra üçün Balakən rayon İcra və
Probasiya şöbəsinə göndərilmiş, ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 üzərinə 
qoyulmuş  öhdəliklərin icrasından üç ilə  yaxın  müddətdə yayındığına görə, icra məmuru
tərəfindən  borclunun qanunvericiliklə nəzərdə  tutulmuş qaydada inzibati məsuliyyətə 
cəlb olunması üçün  inzibati xəta haqqında protokol  tərtib edilmiş və Şəki Apellyasiya
Məhkəməsinin 3(107)-183/2018 saylı, 14.09.2018-ci il tarixli  qərarı ilə «Ə.Cavabdeh2
adına X6”  ASC İXM-in  528.1-ci  maddəsində nəzərdə tutulan inzibati xətanın
törədilməsində  təqsirli bilinib  üç min manat məbləğində cərimə edilmişdir.

50. Apellyasiya instansiyası qeyd etmişdir ki, “Ə.Cavabdeh2 adına  X6” ASC-in

İdarə Heyətinin sədri  Cavabdeh3 13.09.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək
13.10.2018-ci il tarixdə saat 18-də səhmdarların ümumi yığıncağının keçiriləcəyi
bildirilmişdir. 29.09.2018-ci il tarixdə iddiaçı Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət
edərək

səhmdarların

ümumi

yığıncağının

çağrılması

zamanı

MM-in 107-1.4-cü

maddəsinin  tələblərinə riayət olunmamasını, ona qanunla müəyyən edilmiş müddətdə və
qaydada məlumat verilməməsini bildirmişdir. Daha sonra iddiaçı ərizəsində cəmiyyətin
rəhbərliyinə təklif etmişdir ki, 13.10.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi
yığıncağını MM-in 107-1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın
gündəliyinə qoyulmuş “Cəmiyyətin ləğv edilməsi”  məsələsini gündəlikdən çıxarsın, əlavə
olaraq

isə cəmiyyət

tərəfindən yaradılmış

"xxxx"

MMC

törəmə

müştərək

müəssisələrinin maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı hesabatları”; Cəmiyyətin kreditor və
debitor

borcları

haqqında

hesabatları”nın

verilməsi,

“Cəmiyyətin

aktivlərinin

qiymətləndlirilməsinin aparılması” barədə məsələlər iclasın gündəliyinə daxil edilsin. Lakin
zəruri sənədlər iddiaçıya göndərilməmiş və ümumi yığıncaq  iddiaçının iştirakı olmadan 
keçirilmişdir.

51. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə qəbul

edərkən əsas götürdüyü halları əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə
razılaşmışdır.

52. Bununla bağlı apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ASC-

in İdarə Heyətinin sədri Cavabdeh3 13.09.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək
13.10.2018-ci il tarixdə saat 18-də səhmdarların ümumi yığıncağının keçiriləcəyi bildirsə
də, MM-in 107-1.4-cü maddəsinin tələbinə görə səhmdarların ümumi yığıncağının
çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya

vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi
yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal
saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin
səhmdara çatdırılmasını təmin etməlidir. Öz növbəsində iddiaçı 29.09.2018-ci iil tarixdə
Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi
yığıncağının çağrılması zamanı MM-in 107-1.4-cü maddəsinin  tələblərinə riayət
olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir.
Digər tərəfdən müəyyən edilmiş bu fakt həmçinin, işdə olan Azərbaycan Respublikası
Maliyyə X2 ********** №li, 31.10.2018-ci il tarixli  məktubu ilə  bir daha təsdiq edilmişdir.
Bundan əlavə təhlil olunan 13.10.2018-ci il tarixli  səhmdarların ümumi  yığıncağının
protokolundan görünür ki, ASC-nin  2017-ci ilin  maliyyə hesabatı və balansının təsdiqi ilə
bağlı  səhmdarların ümumi yığıncağı qərar verməmiş, həmçinin, sözügedən protokoldan 
görünür ki,  ASC-nin   maliyyə təsərrüfat-fəaliyyəti  barədə  təftiş  komissiyasının qəbul
edilməyib. Halbuki, Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş
Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar
əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı
illik balansı təsdiq edilə bilməz.

53. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, birinci

instansiya məhkəməsi “Ə.Cavabdeh2 adına X6” ASC-nin  2017-ci il üzrə  tərtib
edilmiş “Mühasibat balansı və  onların əlavələri”; habelə 2017-ci il üzrə tərtib
edilmiş  “Mənfəət vergisinin bəyənnamələri və onların Əlavələri” və “Əmlak Vergisinin
bəyənnamələri və onların Əlavələri”ni etibarsız hesab etməkdə haqlı olmuşdur.

54. Apellyasiya məhkəməsi də Mülki Məcəllənin 99.1-99.3, 106-1.1-106-1.7, 107.1-

107.2, 107-1-ci maddələrinə istinad etmişdir.

d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
55. “Ə.Cavabdeh2 adına X6” ASC kassasiya şikayəti verərək apellyasiya

məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya
baxışına qaytarılmasını xahiş etmişdir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının

2(102)-

5359/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti
təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi
ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə
göndərilmişdir.

57. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur

ki, iş materiallarına əsasən “Ə.Cavabdeh2 adına X6” ASC-nin  səhmdarlarının ümumi
yığıncağının keçirilməsi ilə bağlı elan29.08.2018-ci il tarixində 32(444) saylı “Vergilər”
qəzetində dərc edilmişdir. Həmin qəzetdə ümumi yığıncağın 13.10.2018-ci il tarixində saat
10:00-da keçiriləcəyi göstərilmişdir. Göründüyü kimi ümumi yığıncağın keçirilməsinə dair
elan qəzetdə 45 gün əvvəl dərc edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 107-1.4-cü maddəsinin tələblərinə uyğundur. Həmin maddəyə görə:
“Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın
çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar
cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla),
habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir.
Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir”. Həmin
maddənin tələbinə görə yalnız elanın 45 gün əvvəl kütləvi informasiya vasitələrində dərc
edilməli olduğu təsbit olunmuşdur. Bu heç də səhmdarlara yazılı bildirişin 45 gün əvvəl
çatdırılması kimi təfsir olunmamalıdır. Həmin maddədə səhmdarlara “bu barədə” yazılı
bildirişin

göndərilməsi

qeyd

olunmuşdur.

Səhmdarların

növbədənkənar

ümumi

yığıncağının çağırılması ilə əlaqədar müddətlər isə Mülki Məcəllənin 107-1.8-ci
maddəsində

təsbit

olunmuşdur:

107-1.8.

Səhmdarların

növbədənkənar

ümumi

yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra
orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların

ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin
səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi
informasiya vasitələrində elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində səhmdarların
ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3.
otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının
keçirilməsini təmin etməlidir. Həmin maddənin tələbindən göründüyü kimi səhmdarın
növbədənkənar ümumi yığıncaqda iştirakının təmin olunması üçün azı 25 gün qalmış
yazılı bildirişin göndərilməsi təsbit olunmuşdur. Buna görə səhmdar MM-nin 107-1.4 və
107-1.5-ci maddəsini tələbləri baxımından ümumi yığıncaqda iştirakının təmin olunması
üçün ona kifayət edən məqsədəmüvafiq vaxtda qabaqcadan məlumatın verilməməsini
mübahisələndirə bilər. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya
instansiyası məhkəməsi səhmdarların ümumi yığıncağının çağrılmasına 45 gün qalmış
yığıncağın çağırılması haqqında “Vergilər” qəzetində məlumatın verilməsini ümumiyyətlə
nəzərə almamış, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələbləri
baxımından iddia tələbinin ümumi yığıncağın 13.10.2018-ci il tarixli protokolunun
qanunsuz hesab edilməsi hissəsinə tam düzgün hüquqi qiymət verməmişdir.

58. Ali Məhkəmə onu da qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi iddia

tələbinin “Ə.Cavabdeh2 adına X6  ASC-nin  2017-ci il üzrə tərtib olunmuş “Mühasibat
balansı və onların əlavələri” nin etibarsız hesab edilməsi hissəsinə də düzgün hüquqi
qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində düzgün
olaraq qeyd etmişdir ki, Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş
Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar
əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı
illik balansı təsdiq edilə bilməz. Lakin apelyasiya instansiyası məhkəməsi bununla
əlaqədar ümumi yığıncağın 13 oktyabr 2018-ci il tarixli protokol qərarını tam düzgün
nəzərə almamışdır. Həmin qərara əsasən: “ Təftiş komissiyasının hesabatı ümumi
yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi”. (1-ci cild, i/v 77).

59. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin 2017-ci

ildə tərtib edilmiş “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak
Vergisinin bəyannamələri və onların əlavələri” nin etibarsız hesab edilməsi hissəsi
əsaslandırılmamış, iddia tələbinin həmin hissəsinin mübahisələndirilməsinə iddiaçının
subyektiv hüququnun olub-olmamasına qiymət verilməmişdir.

e) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
60. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-666/2021 nömrəli, 13

aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Balakən
Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(019)-254/2019 saylı qətnаməsi qismən –
cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağının
13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X6”
ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət
vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və
onların əlavələri”nin etibarsız sayılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni
qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də təmin edilməmişdir. (hakimlər
Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov, Mirbahəddin Mirdamət)

61. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən, birinci instansiya

məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “Ə.Cavabdeh2 adına X6”
ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsi ilə bağlı elan 29.08.2018-ci il
tarixində 32(444) saylı “Vergilər” qəzetində dərc edilmişdir. Həmin qəzetdə ümumi
yığıncağın 13.10.2018-ci il tarixində saat 10:00-da keçiriləcəyi göstərilmişdir. Göründüyü
kimi, ümumi yığıncağın keçirilməsinə dair elan qəzetdə 45 gün əvvəl dərc edilmişdir. Bu
isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-cü maddəsinin tələblərinə
uyğundur. Həmin maddədə göstərilmişdir ki, səhmdarların ümumi yığıncağının
çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya
vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi

yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal
saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin
səhmdara çatdırılmasını təmin etməlidir”. Həmin maddənin tələbinə görə yalnız elanın 45
gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli olduğu təsbit olunmuşdur. Bu heç
də səhmdarlara yazılı bildirişin 45 gün əvvəl çatdırılması kimi təfsir olunmamalıdır. Həmin
maddədə səhmdarlara “bu barədə” yazılı bildirişin göndərilməsi qeyd olunmuşdur.

62. Apellyasiya məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 107-1-ci

maddəsinin əsasən səhmdarın növbədənkənar ümumi yığıncaqda iştirakının təmin
olunması üçün azı 25 gün qalmış yazılı bildiriş göndərilməlidir. Buna görə səhmdar MM-
nin 107-1.4 və 107-1.5-ci maddəsinin tələbləri baxımından ümumi yığıncaqda iştirakının
təmin olunması üçün ona kifayət edən vaxtda qabaqcadan məlumatın verilməməsini
mübahisələndirə bilər.

63. Apellyasiya məhkəməsi hesab etmişdir ki, səhmdarların ümumi yığıncağının

çağrılmasına 45 gün qalmış yığıncağın çağırılması haqqında “Vergilər” qəzetində
məlumatın verilməsini birinci instansiya məhkəməsi ümumiyyətlə nəzərə almamış, Mülki
Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımından iddia tələbinin ümumi
yığıncağın 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi nəticəsinə
gəlməkdə səhvə yol vermişdir.

64. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, Səhmdar Cəmiyyətinin

13.10.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokoluna əsasən ikinci məsələ
ilə, yəni «Ə.Cavabdeh2 adlına X6” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş
komissiyasının hesabatı ilə bağlı iclası aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının
hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Cəmiyyətin
Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-
təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş
Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə
bilməz.

65. Apellyasiya məhkəməsinə görə birinci instansiya məhkəməsi heç bir

əsaslandırma aparmadan “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib edilmiş
«Mühasibat balansı və onların əlavələri»ni və “Mənfəət vergisinin bəyannamələri və
onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”ni etibarsız
saymışdır. Lakin ümumi yığıncağın 13 oktyabr 2018-ci il tarixli protokolunda göstərilmişdir
ki, “Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat
qəbul edilmədi”.

66. Apellyasiya məhkəməsi iddia tələbinin 2017-ci ildə tərtib edilmiş “Mənfəət

vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak Vergisinin bəyannamələri və
onların əlavələri”nin etibarsız hesab edilməsi hissəsi ilə bağlı Vergi Məcəlləsinin 14-1.2,
16.1.1.4, 16.2, 37.2, 57.1, 72.1, 72.2, 72.5 və 85.4-cü maddələrinə istinadən qeyd edib ki,
Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə vergi hesabatını (vergi
bəyannaməsini) vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Həmçinin, vergi ödəyicisinin vergi orqanına dəqiqləşdirilmiş hesabat (bəyannamə) təqdim
etmək hüququ var. Vergi ödəyisisinin qanunla müəyyən olunmuş qaydada və müddətdə
vergi hesabatlarını (bəyannamələrini) təqdim etməməsi müəyyən sanksiyalara səbəb olur.
Həmin sanksiyaların tətbiqi vergi orqnının səlahiyyətindədir. Vergi Məcəlləsində
bəyannamənin etibarsız hesab edilməsi anlayışı nəzərdə tutulmamışdır.

67. Apellyasiya məıhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddia

tələbinin

həmin

hissəsinin

mübahisələndirilməsinə

iddiaçının

subyektiv

hüququ

olmamışdır. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

ə) Kassasiya şikayətinin dəlilləri
68. İddiaçı (Vəkil2) kassasiya

şikayəti vermiş və qətnamənin ləğv, işin yeni

apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

69. Kasassiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası

məhkəməsi qətnamədə tamamilə yanlış qanun normalarına istinad etmişdir.

f) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
70. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

g) Məhkəmə icraatı iştirakçılarının izahatları
71.

Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş

üzrə

tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə

məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin
415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün
hesab etmişdir.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün

qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli
(qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları
istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı
bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin
etməlidir.

Maddə 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması

haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları
yerinə yetirməlidir:

107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və

yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının
çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan
verməlidir;

107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması

barədə bildirişləri səhmdarlara göndərməlidir;

107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi

yığıncağının keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Maddə 16.1.4.  Vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və

qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə
edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir
şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq
olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə
tutulan müddətlərdə arayışı təqdim etmək vergi ödəycisinin vəzfəsidir.

Maddə 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər

vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə,
hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış
təqdim edilir.

Maddə 57.1. Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna

olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş
arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi
orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə
sanksiyası tətbiq edilir.

Maddə

72.1.

Bu

Məcəllənin

məqsədləri

üçün

vergi

hesabatı

vergi

bəyannaməsindən ibarətdir.

Maddə 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun

olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu
Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi

formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən
şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə
təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd
formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.

Maddə 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna

olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot
sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin
hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Eləcə də vergi ödəyicisi
tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində
səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Maddə 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat

dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə
sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin
və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb
edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası

məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən
saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün

tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

 

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu
pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh

edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Kassasiya baxışının hədləri
72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin

aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə
kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən iddiaçı ikinci dəfə kassasiya
şikayəti verməmişdir. Apellyasiya baxışının predmeti apellyaisya məhkəməsində iddianın
yalnız təmin edilən hissəsi olmuşdur. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə,

cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti olmuş iddianın təmin
edilən hissəsi başa düşülür.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən
hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırki kassasiya

şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki
hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq
normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə
uyğun olaraq düzgün qiymətləndirmiş, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki
qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və cavabdehin

apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 61-67-ci bəndlərinə əks edilən
dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə
əks edilənləri təkrar etməyə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki,
apellyasiya məhkəməsi iddia tələbi və iddiaya etirazda göstərilən xüsusatları hazırki iş
üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişləri nəzərə almaqla
tam araşdırmış və bütün bunlardan çıxış edərək tələbə tətbiq edilməli olan maddi hüquq
normaları baxımından düzgün hüquqi qiymət vermişdir.

78. Kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin hazırki qərarın 61-67-ci

bəndlərinə əks edilən mövqeyi ilə təkzib edildiyi üçün onlara əlavə qiymət verilməsinə
məhkəmə kollegiyası lüzum görmür.

79. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya

şikayəti

təmin

olunmamalı,

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçı kassasiya şikayəti təmin edilməsin.
Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-666/2021 nömrəli, 13 aprel

2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.