2[102]-5040/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5040/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi

Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5040/21

(Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, ekspert

rəyi)

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov

Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev
Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi,

iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi

Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə,

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi

Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun
ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının
2(103)-914/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar
Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 11
oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1İddiaçı ASC  ilə Cavabdeh1 arasında 23.09.2011-ci il tarixli 02 saylı və

24.09.2013-cü il tarixli 07 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 23.09.2011-ci
il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən illik 12 faizlə 24 ay müddətinə 325500 manat,
24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən illik 12 faizlə 12 ay müddətinə
281400 manat məbləğində kredit verilmişdir.

2. 23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsinin vaxtı 24 sentyabr 2014-cü ilə

qədər uzadılmışdır.

3. Kredit müqavilələri ilə eyni tarixdə Cavabdeh2 ilə də zaminlik müqavilələri

bağlanmışdır.

4. Mübahisə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə

yaranmışdır.

a) Birinci instansiya məhkəməsində icraat
5.

İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin

Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə
Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada
23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300070 (üç yüz min yetmiş) manat
əsas, 64365 (altmış dörd min üç yüz altmış beş) manat faiz borcunun, 24.09.2013-cü il
tarixli 07 saylı kredit müqaviləsi üzrə 281276 (iki yüz səksən bir min iki yüz yetmiş altı)
manat əsas, 60569 (altmış min beş yüz altmış doqquz) manat faiz borcunun, ümumilikdə
isə 706280 (yeddi yüz altı min iki yüz səksən) manat borcun və ödənilmiş 30 (otuz) manat
dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi
barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia onunla əsaslandırılmışdır ki, hər iki kredit müqaviləsinə əsasən borcalan

krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit müqavilələri
üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq Cavabdeh1 keçən müddət ərzində öz
üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə
hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcun ödənilməsindən yayınmışdır.

7. Digər Cavabdeh2 ilə zaminlik müqavilələrinə əsasən borclunun kreditor

qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu
zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və
borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar.

8. Hər iki müqavilə üzrə borc 26 iyul 2017-ci il tarixinə hesablanıb.
9. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425, 442, 443.1 və

472.2-ci maddələrinə istinad etmişdir.

10. Sonradan hər iki müqavilə üzrə müddətin sonuna olan borc barədə maliyyə

arayışı təqdim edilib. Arayışlara əsasən 23 sentyabr 2011-ci il tarixli müqavilə üzrə əsas
borc 300070 manat, müddətin sonuna faiz borcu 13254 manatdır. Müqaviləni bitdiyi
tarixdən 45511 manat 5 faizlik borc vardır. 24 sentyabr 2013-cü il tarixli müqavilə üzrə

əsas borc 281276 manat, müqavilə müddətinin sonuna faiz borcu 12658 manatdır.
Müqavilənin bitdiyi tarixdən 42660 manat 5 faizlik borc vardır.

11. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin

qarşısında hər iki müqavilə üzrə müqavilə müddətinin sonuna borcun müəyyən edilməsi
barədə suallar qoymuşdur.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 24.05.2018-ci il tarixli 32541 nömrəli ekspert

rəyinə əsasən Cavabdeh1 23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə
300.472,42 manat əsas, 951,50 manat faiz borcu; 24.09.2013-cü il tarixli 07 saylı kredit
müqaviləsi üzrə 281322,50 manat əsas, 12.566,03 manat faiz borcu vardır.

13. Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2018 nömrəli, 03 iyul 2018-ci il

tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh  Cavabdeh2 ərizəsi
əsasında qiyabi qətnamə ləğv olunmuşdur.

14. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3247/2020 nömrəli, 06 oktyabr 2020-ci

il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 23.09.2011-ci il tarixli
02 saylı kredit müqaviləsi üzrə 300.070 (üç yüz min yetmiş) manat əsas borc, kreditdən
istifadəyə görə hesablanmış 951.50 (doqquz yüz əlli bir manat əlli qəpik) manat faiz borcu
və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.276 (iki yüz səksən bir min iki
yüz yetmiş altı)  manat əsas borc, 12.566,03 (on iki min beş yüz altmış altı manat üç
qəpik) manat faiz borcunun, ümumilikdə isə 594.863,53 (beş yüz doxsan dörd min səkkiz
yüz altmış üç manat əlli üç qəpik)  manat məbləğində borcun, həmçinin ödənilmiş 30
manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq
Səhmdar Cəmiyyətinin xeyrinə ödəniməsi, qalan hissədə iddianın təmin olunmaması,
aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutulub dövlət
büdcəsinə ödənilməsi qtə edimişdir. (hakim Gültəkin Əsədova)

15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, İddiaçı

ASC  ilə Cavabdeh1 arasında 23.09.2011-ci il tarixli 02 saylı və 24.09.2013-cü il tarixli 07
saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 23.09.2011-ci il tarixli, 02 saylı kredit
müqaviləsinə əsasən illik 12 faizlə 24 ay müddətinə 325.500 manat, 24.09.2013-cü il tarixli
07 saylı kredit müqaviləsinə əsasən illik 12 faizlə 12 ay müddətinə 281.400 manat
məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə
əsasən ödəməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 ilə 23.09.2011-ci il tarixli və
24.09.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqaviləyə görə zamin
borclunun kreditor qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə
götürmüşdür.

16. Birinci instansiya məhkəməsi hesab edib ki, zaminlik müqaviləsinin 1.1-ci

bəndinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq
edilməlidir. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə
alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və
zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər.

17. Bu baxımdan birinci instansiya məhkəməsi qeyd edib ki, 23.09.2011-ci il tarixli

02 saylı və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqavilələri üzrə zaminlik konkret
müddət təyin edilməklə verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü
maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir
il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Cavabdeh1
ilə bağlanmış 23.09.2011-ci il tarixli 02 saylı nömrəli kredit müqaviləsində tərəflər
razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən
edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 23.10.2011-ci il tarixdə,
sonuncu ödəniş 23.09.2013-cü il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında
bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona
hesablanmış faizləri ən geci 23.09.2013-cü il tarixdə qaytarılmasını razılaşdırmışlar. Eyni
bankla cavabdehilə Cavabdeh1 arasında bağlanmış 24.09.2013-cü il tarixli 07 saylı
nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış
faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir,
birinci ödəniş 24.10.2013-cü il tarixdə, sonuncu ödəniş 24.09.2014-cü il tarixdə həyata

keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar
kredit borcunun və ona hesablanmış faizləri ən geci 24.09.2014-cü il tarixdə qaytarılmasını
razılaşdırmışlar.

18. İşin qeyd edilən hallarına əsasən birinci instansiya məhkəməsi hesab edib ki,

23.09.2011-ci il tarixli 02 saylı və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqavilələrindən
irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin Cavabdeh2 birgə və eyni həcmdə
məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 23.09.2014-cü və 24.09.2015-ci il
tarixlərədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə
etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il
müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi,
eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış
etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı
tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin
zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki
Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün
tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

19. Birinci instansiya məhkəməsi iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış

borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmayaraq belə nəticəyə gəlib
ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı
tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu
səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir.

20. Bununla belə birinci instansiya məhkəməsi müəyyən edib ki, Cavabdeh1 kredit

müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə
nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini
pozmuşdur.

21. Birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməli olan

kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən
keçirərək, hesab edib ki, iddia tələbi əsas məbləğdə tam təmin olunmalı, faiz məbləği isə
Məhkəmə Ekspertizası Mərkəzinin 24.05.2018-ci il tarixli 32541 nömrəli ekspert rəy ilə
müəyyən olunmuş məbləğlərdə tutulmalıdır.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 448.1, 471,

472.1, 472.2 və 477.0.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamənin faiz məbləği və iddianın zaminə qarşı təmin edilməyən

hissələrindən apellyasiya şikayəti verib.

24. Apellyasiya şikayətinin dəlilləri:
- faiz məbləği barədə sübutlar təqdim edilsə də, məhkəmə buna əhəmiyyət

verilməyib, ekspert rəyinə istinad edib;

- zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunanadək

qüvvədədir və buna əsasən bank zamindən öhdəliyin icrasını tələb etmək hüququnu
itirməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-914/2021 nömrəli, 16

mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri
Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(005)-3247/2020 saylı
qətnaməsi

apellyasiya

şikayətinə

əsasən

yoxlanılan

hissədə

dəyişdirilmədən

saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Ziya Şirinov,
Fuad Talışınski)

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq

etdiyi maddi hüquq normaları ilə razılaşaraq, iddiaçının

apellyasiya şikayətinin dəlillərinə

münasibətdə qeyd edib ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini borcun
(faizlərin) tutulması hissəsində mübahisələndirsə də, həmin hissədə tələbinin əsası kimi
istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki işdə olan ekspertiza
rəyindən görünür ki, Cavabdeh1 23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə əsas

borcu 300472,42 manat, faiz borcu 951,50 manat, 24.09.2013-cü il tarixli 07 saylı kredit
müqaviləsi üzrə əsas borcu 281322,50 manat, faiz borcu isə 12566,03 manat təşkil edir.

27. Apellyasiya məhkəməsi vurğulayıb ki, iddiaçı apellyasiya şikayətində ekspertiza

rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, dəlillərini ümumi sözlərlə
əsaslandırmağa çalışmışdır. Belə olan halda, faizlər hissəsində apellyasiya şikayətinin
dəlilləri əsassız hesab edilməlidir.

28. Apellyasiya məhkəməsi iddianın zaminə aid hissədə təmin olunmaması ilə bağlı

hissədə də iddiaçının dəlillərini qəbul etməmiş və göstərmişdir ki, əsas öhdəliyin icrasının
təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir.
MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru
qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün
məsuliyyəti öz üzərinə götürür.  Kreditor və borclu arasında bağlanan müqavilədən irəli
gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır.
Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya
lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun
öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin
birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb
etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra
etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik – əvəzsiz
müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi
müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır.

29. Zaminlik müddətsiz deyildir və kreditorun zaminə qarşı qanunla müəyyən

olunmuş müddət ərzində iddia irəli sürmək hüququ vardır. Əks halda, zaminliyə xitam
verilir. Bu hal, Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinin dispozitiv şərtlərindən
irəli gəlir. Belə ki, qeyd edilən normaların tələblərinə görə, zaminlik müqaviləsində
göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə
onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə
qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

30. Apellyasiya məhkəməsi də işdə olan sübutlara (kredit, zaminlik müqaviləsi və s.)

əsasən müəyyən edib ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqavilələrinin
müddəti (kreditin qaytarılması müddəti) 2014-cü il tarixdə bitmiş, lakin iddiaçı zaminə qarşı
həmin vaxtdan sonra 1 il müddətində kredit və zaminlik müqaviləsinin şərtlərindən irəli
gələn müvafiq iddianı irəli sürməmişdir. Hazırki iddia ərizəsi 25 avqust 2017-ci il tarixdə,
yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 3 il müddət keçdikdən
sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bu da təsdiq edir ki, iddiaçı
Cavabdeh2 qarşı sonuncunun zaminliyinə qanunla xitam verildikdən sonra iddia irəli
sürmüşdür ki, həmin vaxtı da zaminin məsuliyyəti aradan qalxmış, tələb hüququ mövcud
olmamışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı

ləğv prosesində olan

İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin

Sığortalanması Fondu (Vəkil)

kassasiya şikayəti verərək apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin faiz borcu və tələbin zaminə qarşı təmin edilməyən hissədə
ləğv, iddianın tam edilməsi və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş
etmişdir.

32. Kassasiya şikayət apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iddiaçı

ləğv prosesində olan

İddiaçı ASC-nin

ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə
edərək şikayətin təmin edilməsini xahiş etdi.

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də,

cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat
verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü
maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab
etmişdir.

Tətbiq edilən hüquq
Mülki Məcəllə
Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti

qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin
etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia
irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və
müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə
zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı
iddia irəli sürmədiyi halda xitam verilir.

Mülki Prosessual Məcəllə
Maddə

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri

sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan

sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç
bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə

əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra
bilər.

Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda,

habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını
başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci

maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə 416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası

məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən
saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün

tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

 

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu
pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının

ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə
kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun
məbləği və zaminə qarşı təmin edilməyən hissəsindən də yalnız iddiaçı apellyasiya
şikayəti verib, apellyasiya baxışının predmeti də iddiaçının apellyasiya şikayəti üzrə həmin
hissələr olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, iddiaçının apellyasiya
şikayəti üzrə apellyasiya baxışının predmeti olmuş hissələr başa düşülür.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün
tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya
dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya

şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
41. İddia tələbi kredit müqavilələri üzrə öhdəliyin icrası, borcun ödənilməsi

barədədir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi borc məbləğini, o
cümlədən faiz borcunun məbləğini ekspert rəyinə əsasən müəyyən edib. İddiaçı
apellyasiya şikayətində ekspert rəyinin əsassız olmasını göstərsə də, apellyasiya
məhkəməsi həmin dəlillərlə razılaşmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya
şikayətinin həmin dəlilləri üzrə apellyasiya məhkəməsinin hazırkı qərarın 26-27-ci
bəndlərinə əks edilən mövqeyi ilə razılaşır.

42. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin ekspert

rəyi ilə razı olmaması özü-özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir.
Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun
üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud
olmalıdır.

43. Zaminə qarşı iddianın təmin olunmamasına gəldikdə, işin apelyasiya

instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, bankla Cavabdeh1
arasında bağlanmış kredit müqavilələrinin müddəti (kreditin qaytarılması müddəti) 2014-cü
il tarixdə bitmiş, lakin iddiaçı zaminə qarşı həmin vaxtdan sonra 1 il müddətində kredit və
zaminlik müqaviləsinin şərtlərindən irəli gələn müvafiq iddianı irəli sürməmişdir. Hazırki
iddia ərizəsi 25 avqust 2017-ci il tarixdə, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası
vaxtının çatdığı gündən 3 il müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil
olmuşdur. Bu da təsdiq edir ki, iddiaçı Cavabdeh2 qarşı sonuncunun zaminliyinə qanunla
xitam verildikdən sonra iddia irəli sürmüşdür ki, həmin vaxtı da zaminin məsuliyyəti aradan
qalxmış, tələb hüququ mövcud olmamışdır

44. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də apelyasiya

məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

46. Mülki Məcəllənin 477.0.4-cü maddəsi zaminlik müqaviləsinə xitam verilməsinin

üç halını müəyyən etmişdir. Hazırki iş üzrə bu hallardan biri zaminliyin təmin etdiyi
öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli
sürməməsidir.

46. Məhkəmə kollegiyası iddianın zaminə qarşı hissəsi ilə bağlı apellyasiya

məhkəməsinin hazırki qərarın 28-30-cu bəndlərində əks edilən mövqeyi ilə razılaşır və
əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks olunanlardan görünür ki,
apellyasiya məhkəməsi zaminə qarşı iddianın qanuni həlli üçün mühüm əhəmiyyət
daşıyan halları – kredit və zaminlik müqaviləsinin şərtləri, müddəti və s. ilə bağlı
xüsusatları tam araşdırmış və tətbiq edilməli maddi hüquq normaları baxımından həmin
tələbə qiymət vermişdir.

47. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki,

kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması

Fondunun kassasiya şikayəti təmin edilməsin.

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-914/2021 nömrəli, 16

mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.