2[102]-5043/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5043/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı Cavabdeh

ASC-yə qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5043/21

(Açar sözlər: məhkəmə aidiyyəti barədə)

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov

Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,
Cavabdeh: Cavabdeh ASC-nin vəkili X1 iştirakları ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-

4336/2021 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il
tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları
müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh ASC qarşı iddia qaldıraraq,

2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız
hesab edilməsi, onunla cavabdeh arasında əhali istehlakçı qrupu üzrə müqavilə
bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulması, onun tərəfindən 2014-2017-
ci il tarixədək kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılması və 2017-
2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat istilik
enerjisi borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə

(sədrlik edən, hakim İ.Ş.Rüstəmli) iddia təmin edilərək, 2014-2019-cu illər tarixində
iddiaçının şəxsində “istehlakçı” yaradıcılıq emalatxanası ilə cavabdeh arasında bağlanmış
müqavilələrin etibarsız hesab edilməsi, iddiaçı ilə istilik enerjisi və isti suyun verilməsi
haqqında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə
qoyulması, 2014-2017-ci il tarixədək qeyri-əhali istehlakçı qrupu kimi ödənilən 303 manat
vəsaitin iddiaçıya geri qaytarılması, 2017-2020-ci illər ərzində iddiaçıya qeyri-əhali qrupu
üzrə borc kimi hesablanmış 542,57 manat istilik enerjisi borcunun silinməsi qət edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında

01 yanvar 2017-ci il tarixdə “istilik enerjisi və isti suyun verilməsi haqqında” müqavilə
bağlanıb. Həmin müqavilənin şərtlərinə görə, tərəflər mərkəzləşdirilimiş isitmə, isti su və
buxar təchizatı haqqında müqavilə bağlayıb və qüvvədə olan istilik enerjisindən istifadə
qaydasına əməl etməyi öz öhdələrinə götürüblər. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 25 may 2007-ci il tarixli, 84 saylı Qərarı ilə təsdiq edilmiş “Rəssam və
heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndinə
əsasən, emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltəraşlar tərəfindən
əhali istehlak qrupu üçün müəyyən edilmiş tariflərə uyğun olaraq ödənilməlidir. İddia
olunan hal sözügedən Qaydaların tələbləri ilə tənzimləndiyindən iddia tələbi istilik haqqının
əhali istehlakçı qrupu üzrə ödənilməsi hissəsində təmin edilməlidir. Qalan hissədə də iddia
tələbləri əsaslı olduğundan təmin edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-ci

maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.

Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini
xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərardadı

ilə

(hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və

R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail
Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş məhkəmə
aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işdə iştirak

edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin
xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya
Məhkəməsinə göndərilməlidir.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin

24.2, 25, 26-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qərardadının

ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası

məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qərardad qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında Cavabdeh ASC-nin vəkili Elxan Aslanov kassasiya şikayətinin

dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin
qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh ASC və Azərbaycan Respublikası

İqtisadiyyat Nazirliyinin Taarif Qiymət Şurası məhkəmə iclasının vaxtı və yeri haqqında
lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri
üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü
maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və

ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi,
mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu
Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı
qaydasında ümumi məhkəmələr baxır.

Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki
məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının

pozulmasına yol verilmir.

Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim

etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qərardadının

ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya

şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki
mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin
qərardadının kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.

Belə ki, işdən görünür ki, tərəflər arasında 01 yanvar 2017-ci il tarixdə “istilik enerjisi

və isti suyun verilməsi haqqında” müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə,
tərəflər mərkəzləşdirilimiş isitmə, isti su və buxar təchizatı barədə razılığa gəliblər və
qüvvədə olan istilik enerjisindən istifadə qaydasına əməl etməyi öz öhdələrinə götürüblər.

Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə

və hüquqi əsaslandırma ilə razılaşmayıb müəyyən etmişdir ki, iddiaçı, mübahisəli
emalatxanada rəssamlıq və heykəltəraşlıq fəaliyyətinin həyata keçirilməsi ilə məşğuldur və
həmin fəaliyyətin həyata keçirilməsi üçün 26 dekabr 2014-cü il tarixdə vergi orqanında
vergi ödəyicisi kimi qeydiyyata alınıb.

Hazırda iddiaçı, 2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanmış

müqavilələrin etibarsız hesab edilməsini, onunla cavabdeh arasında əhali istehlakçı qrupu
üzrə müqavilə bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulmasını, onun
tərəfindən 2014-2017-ci il tarixədək kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona
qaytarılmasını və 2017-2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi
hesablanmış 542,57 manat istilik enerjisi borcunun silinməsini iddia edir.

Göründüyü kimi cavabdeh kommersiya hüquqi şəxsdir, iddiaçı isə fərdi sahibkar

statusuna malik olan fiziki şəxsdir və hazırki mübahisəli məsələ iddiaçıya məxsus
emalatxana sahəsinə istilik enerjisi və isti suyun verilməsi ilə bağlı kommunal xərclərin
əhali istehlak qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilməsi ilə bağlı yaranıb.

Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi

məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin
subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə
alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı
qaydasında ümumi məhkəmələr baxır.

Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki
məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət

qaydalarının pozulmasına yol verilmir.

Sadalanan normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya

kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi,
mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən
edilir.

Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan

mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə,
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya
mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya
məhkəmələrində baxılır.

Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn

mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin
səlahiyyətinə aid olması başa düşülür.

İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları

işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq
münasibətinin xarakteri ilə bağlıdır.

İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs

yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada
fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir.

Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti

hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş
qaydada fərdi sahibkar statusu əldə etmiş olsun.

Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid

edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı
yaranmamış olsun.

Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə

aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr
arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında
da təsbit edilib göstərilib.

Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin

xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya
kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar
hesab edilir.

Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm

mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı olmasını tələb edir.

Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən

edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin
xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas
tələblərdən ən azı biri
) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı
tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da
tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir
sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb
olunur.

Apellyasiya instansiyası məhkəməsi, sadalanan mülki prosessual normaların

tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, mübahisənin ümumi məhkəməyə və ya
kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı işdə iştirak edən şəxslərin subyektiv tərkibini,
mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə alıb düzgün olaraq
qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki işə məhkəmə aidiyyəti qaydalarını
pozmaqla baxıb. Halbuki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin mənasına görə,
aidiyyət qaydalarının pozulmasına yol verilmir. Ona görə də birinci instansiya
məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün
Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə
ümumi məhkəmədə baxılması üçün prosessual əsaslar yoxdur.

Belə ki, iddiaçı, kassasiya şikayətində rəssamlıq fəaliyyəti ilə məşğul olmaqla

yaradıcı şəxs olduğunu və bu səbəbdən də hazırki işə məhkəmə aidiyyəti üzrə

kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olmasını göstərsə də,
kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Çünki işin 89-cu vərəqində olan
Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin 05 iyun 2020-ci il tarixli məktubundan
görünür ki, vergi uçot baza məlumatına əsasən iddiaçı 26 dekabr 2014-cü il tarixdən vergi
orqanında uçota alınıb və ona ********** saylı VÖEN verilib.

Göründüyü kimi birinci instansiya məhkəməsi, mülki işi məhkəmə aidiyyəti

qaydalarına riayət etməməklə öz icraatına qəbul edib. Ona görə də kassatorun kassasiya
şikayətində iş kommersiya məhkəməsinə aid olsa da, mahiyyəti üzrə ümumi məhkəmədə
baxılmalı olmasına dair dəlili ilə razılaşmaq olmaz.

Belə ki, Mülki Prosessual Məcəllənin 31.2, 44.1-ci maddələrinin mənasına sonradan

başqa məhkəməyə aid olsa da, iş mahiyyəti üzrə həmin məhkəmədə o, vaxt həll edilə bilər
ki, iş əvvəldən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına düzgün qəbul
edilmiş olsun. Hazırki işdə bu hal istisna olunur.

Daha sonra, kassator kassasiya şikayətində, cavabdehin apellyasiya şikayətində

məhkəmə aidiyyətini mübahisələndirməməsini, tərəflər arasında hər hansı kommersiya
mübahisəsinin olmamasını, hazırki mübahisənin əslində Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 25 may 2007-ci il tarixli, 84 saylı qərarının tələblərinin iddiaçıya münasibətdə
tətbiq edilməməsi ilə bağlı yaranmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi
onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə
əsasən, məhkəmə özü də mübahisənin məhkəməyə aidiyyətinin olmamasını aşkara
çıxara bilər.

Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, aidiyyət haqqında məsələ

qalxdıqda, məhkəmə işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad
çıxarır.

Göründüyü kimi mülki prosessual qanunvericilik icraatın istənilən mərhələsində

mübahisənin məhkəmə aidiyyətinin yoxlanılmasını istisna və bunu şikayətin dəlillərindən
asılı etmir.

Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb

hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılması,
iddiaçının hazırki tələblərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2007-ci
il tarixli, 84 saylı Qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltəraşlar üçün yeni
emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın tələbləri baxımından hüquqi qiymət
verilməsini istisna etmir.

Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir

ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya
şikayəti təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
İddiaçı kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli,

2(103)-4336/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.