2[102]-5056/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5056/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı cavabdeh Əfəndiyeva

Türkan Eldar qızına qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5056/21

(Açar sözlər: uşaqla ünsiyyət hüququnun verilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və
Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,
İddiaçı: İddiaçı iştirakları ilə,

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-

2613/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci
il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları
müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, övladı 07

iyun 2017-ci il tarixdə doğulmuş X3 ilə həftədə 3 dəfə, 2, 4, 6-cı günlər eyni zamanda
uşağın ad günlərində və rəsmi bayram günlərində saat 11:00-dan, saat 17:00-dək onunla
qalması şərti ilə ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini
xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə

(sədrlik edən, hakim C.C.Musayeva) iddia qismən təmin edilərək, iddiaçıya övladı 07 iyun
2017-ci il tarixdə doğulmuş oğlu X4 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü saat
10:00-dan saat 14:00-dək və uşağın ad gününün ikinci günü saat 10:00-dan həmin gün
saat 18:00-dək görüş vaxtının müəyyən edilməsi və ünsiyyətin şəxsi görüş formasında
həyata keçirilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, valideynlər ayrı

yaşadıqda uşaqların hər biri onlarla ünsiyyət hüququna malikdir. Uşaqlardan ayrı yaşayan
valideynin onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll
edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarından ayrı yaşayan valideynlər
valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər.
Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra
hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. İşin hallarını, maddi hüquq
normalarının tələblərini, qəyyumluq, himayəçilik komissiyanın rəyini, uşağın yaşını və sair
nəzərə alınaraq iddiaçıya övladı ilə ünsiyyətdə olması üçün yuxarıda göstərilən qaydada
ünsiyyət vaxtının müəyyən edilməsi həm uşağın, həm də tərəflərin mənafeyinə tam
uyğundur. Bu səbəbdən də iddia qismən təmin edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 61.1, 61.2, 61.3-

cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.

Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini
xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli

qətnaməsi

ilə

(hakimlər

İ.S.Şirinov

sədrlik

edən,

məruzəçi,

T.S.Səmədov

A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon
Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə
apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və
prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 58.1, 61-ci

maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası
məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün

kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin
tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi.

Cavabdeh və vəkili Vəkil2

məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada

xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya
instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən
onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaq

onların hər biri ilə ünsiyyət hüququna malikdir.

Həmin

Məcəllənin 61.1-ci maddəsinə görə, uşaqlardan ayrı yaşayan valideyn

onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll
edilməsində iştirak etmək hüququna malikdir.

Həmin Məcəllənin 61.2-ci maddəsinə görə, uşaqlarla yaşayan valideyn uşağın fiziki,

psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın
ünsiyyətinə mane olmamalıdır.

Həmin

Məcəllənin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər

valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilər.
Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra
hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin

ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri
hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə
apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi
və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin
edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun
bu dəlilləri ilə razılaşmır.

Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş

hallarından görünür ki, tərəflər 30 noyabr 2017-ci il tarixdə rəsmi nikah əsasında ailə
qurublar və onların birgə nikahından 07 iyun 2017-ci il tarixdə Eldar adlı bir uşaqları
doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan Bakı şəhəri Xətai Rayon
Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah
pozulub və onların birgə nikahından 07 iyun 2017-ci il tarixdə doğulmuş X1 anası
Cavabdeh yanında saxlanılması və sair qət edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 03

mart 2020-ci il tarixli rəyinə görə, 07 iyun 2017-ci il tarixdə doğulmuş X2 atası İddiaçı ilə
həftədə 2 dəfə həftənin 2 və 3-cü günləri saat 12:00-dan, həmin gün saat 16:00-dək, ad
günlərində isə saat 11:00-dan, həmin gün saat 16:00-dək ünsiyyətdə olmasını
məqsədəmüvafiq hesab edib.

Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən,

İddiaçı fərdi-psixi xüsusiyyətlərində uşağın emosional-iradi sferasına neqativ təsir göstərə
biləcək aqressivlik əlamətləri müəyyən olunmur. 07 iyun 2017-ci il tarixdə doğulmuş X2
yaşı ilə əlaqədar onunla məhkəmə psixoloji müayinənin aparılması mümkün deyil.

Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, analıq,

atalıq, uşaqlıq qanunla mühafizə edilir.

Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək

hüququna malikdirlər.

Həmin Məcəllənin “uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq

hüququ” başlıqlı 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları,
bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin
nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın
hüquqlarına təsir etmir.

Həmin Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn

onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll
edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki,
psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın
ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik
hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan
birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə
məhkəmə tərəfindən həll edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-18-ci

maddələrinə əsasən, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək
hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə
zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq,

habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi

şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin
olunmasına şərait yaratmalıdır.

Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci

bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna
zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə,
məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı
təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen

Norveçə qarşı” Qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa
Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə
valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur.

Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə

və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq
qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün
nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib.

Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün
olmayan qətnamə qəbul etməsini, iddiaçının öz övladı ilə görüşmək niyyətində
olmamasını, alimentdən imtina etməsi üçün bu iddianı qaldırmasını və sair göstərsə də,
etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut
təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən
məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə
etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın

əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin
mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun
pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya
qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli

hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla
apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib.

Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb,

apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır
və kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti
təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
Cavabdeh kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli,

2(103)-2613/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən
saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.