2[102]-5058/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5058/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Hafız oğlu, Cavabdeh2,

Cavabdeh3 və Cavabdeh4

qarşı iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5058/21

(Açar sözlər: borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi,

əmlakın aşıq hərracda satılması, apellyasiya şikayətinin dəlillərinə qiymət

verilməməsi)

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov

Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad
Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi,

iddiaçı “Bank BTB“ ASC-nin vəkili Məmmədov Tural Nizami oğlunun iştirakı ilə,

İddiaçı “Bank BTB“ ASC-nin cavabdehlər Cavabdeh1 Hafız oğlu, Cavabdeh2,

Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə
yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının
2(102)-3465/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Hafız
oğlunun kassasiya şikayətinə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq
məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. Bank BTB“ ASC ASC-nin “Promo” fılialı ilə Cavabdeh1 Hafız oğlu arasında

bağlanmış 18 oktyabr 2019-cu il tarixli, XDEN-003030-05/19A saylı kredit müqaviləsinə
əsasən bank sonuncuya 36 ay müddətinə, illik 23 faizlə 70000 manat məbləğində kredit
verib.

2. Kreditin təminatı olaraq, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu,

2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzil ipoteka ilə yüklü edilmişdir.

3. Cavabdeh1 Hafız oğlu bank qarşısındakı öhdəliklərini lazımınca yerinə

yetirməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bank "xxxx" ASC Yasamal Rayon Məhkəməsinə müraciət edərək,

Cavabdeh1 ilə bağlanmış 18.10.2019-ci il tarixli, XDEN-00030-05/19A saylı kredit
müqaviləsinin ləğv edilməsi, 68.452,72 manat əsas, 9.394,18 manat faiz, 1.181,70 manat
dəbbə borcu olmaqla, cəmi 79.028,60 manat məbləğində borcun, iddia qaldırılması üçün
ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, ipoteka
predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30
manat rüsumun Cavabdeh1 Hafız oğlundan iddiaçının xeyrinə tutulması, tutmanın tam
mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci
Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m
olan mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti
hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait borcu ödəməzsə, qalan
məbləğin Cavabdeh1 Hafız oğlundan tutulması, mənzildə qeydiyyatda olan Cavabdeh1
Hafız oğlunun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi
və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair

ərizə və yeni maliyyə arayışı təqdim edərək Cavabdeh1 Hafız oğlunun 18.10.2019-ci il
tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsi üzrə 04.11.2020-ci il tarixinə 62.993,40
manat əsas, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcunun
qaldığını göstərmiş, iddia tələbinin təqdim edilən maliyyə arayışına uyğun olaraq təmin
olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Hafız oğlu bank qarşısındakı

öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də,
nəticəsi olmamışdır.

7. Cavabdehin 04.11.2020-ci il tarixinə 62.993,40 manat əsas borc, 35,20 manat

faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcu vardır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 295,

317, 319, 443.1,

“İpoteka haqqında” Qanunun 34-cü maddələrinə istinad etmişdir.

9. Cavabdeh (eyni zamanda digər cavabdehlərin də nümayəndəsi) Cavabdeh1

Hafız oğlu iddiaya etiraz etmişdir ki, iddiaçıya olan borcunu qismən ödəmişdir. Buna görə
də iddia rədd edilməlidir.

10. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 14 oktyabr 2019-cu il tarixli rəyinə

əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu,
2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzilin real bazar dəyəri 160.000 manat,
likvid dəyəri 135.000 manatdır.

11. Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2020 nömrəli, 06 noyabr 2020-ci il

tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı
ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli XDEN-00030-05/19A saylı
kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18.10.2019-cu il tarixli XDEN-00030-
05/19A saylı kredit müqaviləsinə əsasən 04.11.2020-ci il tarixinə olan 62.993,40 manat
əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcun,
ödənilmiş 30 manat dövlət rüsumun və 0,40 manat bank xidməti haqqının, həmçinin 30
manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün
ödənilmiş rüsum olmaqla, cəmi 60,40 manat xərcin iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə
tutulması, tutmanın, ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə, tam mülkiyyət
hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov
döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə
yönəldilməsi və açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından
əldə edilmiş pul vəsaiti hesabına həmin ipoteka ilə təmin edilmiş kredit borcunun
ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit
borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, evə tutma yönəldikdə və o
satıldıqda ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət
edilmişdir. (hakim Fərid Əyyubov)

12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara əsasən müəyyən etmişdir ki,

Bank "xxxx" ASC-nin “Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il
tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfındən cavabdehə
şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faizlə 70000 manat məbləğində kredit
verilmişdir. Kreditin təminatı qismində 18.10.2019-cu il tarixdə ipoteka saxlayan Bank
"xxxx" ASC-nin “Promo” fılialı ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2
arasında XDENG-00030-05/19A saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə
əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu,
2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzil ipoteka ilə yüklü edilmişdir,
ipotekanın yüklülüyü qeydiyyata alınmışdır. 04.11.2020-ci il tarixli maliyyə arayışına
əsasən Cavabdeh1 həmin tarixə banka olan borcunun məbləği 62.993,40 manat əsas
borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat təşkil edir. Bank "xxxx" ASC
02.06.2020-ci il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında
bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət
etmiş və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə
alınmışdır. "xxxx" MMC-nin rəyinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2məxsus
olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzilin
real bazar dəyəri 160.000 manat, likvid dəyəri 135.000 manat məbləğindədir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqaviləyə əsasən iddiaçı bank

öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə
yetirmədiyi üçün iddia tələbi borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və
mənzilin boşaldılması hissəsində təmin edilməlidir..

14. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərin mənzilə istifadə

hüquqlarının itirilmiş hesab edilməsi hissəsini təmin etməmiş və bunu onunla
əsaslandırmışdır ki, iddiaçının buna subyektiv hüququ yoxdur.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 448.1, 739.1-ci,

“İpoteka haqqında” Qanunun 33, 34, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh1 Hafız oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4

apellyasiya şikayəti verib, qətnamənin

iddianın təmin edilən hissəsində ləğv, iddia

tələbinin tam rədd edilməsini xahiş etmişdir.

17. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri:
- birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmədən, borc

məbləği barədə yalnız bankın maliyyə arayışına istinad etməklə yekun nəticəyə gəlib;

- müqavilənin ləğvi qətnamədə əsaslandırılmayıb;
- sübutlara düzgün qiymət verilməyib.
18. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3465/2021 nömrəli, 07

aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon
Мəhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(004)-4442/2020 saylı qətnaməsi
mübahisələndirilən

hissədə

dəyişdirilmədən

saxlanılmışdır.

(hakimlər

Şeyda

Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov )

19. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, hazırki iş üzrə

apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin
və əsaslılığının iddianın qismən təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki,
cavabdehlər qətnaməni məhz həmin hissədə mübahisələndirmişlər, iddiaçı bank isə
ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir.

20. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini

apellyasiya şikayətinin dəlilləri həddində

yoxlayaraq birinci instansiya məhkəməsinin

gəldiyi nəticə ilə razılaşmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına
qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri:
- səhhəti ilə bağlı teleqram vurub, işin təxirə salınmasını xahiş etsə də, apellyasiya

məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edib;

- ekspertiza barədə vəsatət vermək imkanınıdan məhrum olub.

b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında “Bank BTB“ ASC-nin vəkili Məmmədov

Tural Nizami oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş
etdi.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına

baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat
verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsini
rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq
Mülki Məcəllə
Maddə

448.1,

əgər

bu

Məcəllə

ilə

müqavilə

ilə

ayrı

qayda

müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi
bütün hallar üçün cavabdehdir.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya

digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi
öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni
keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı
öhdəsinə götürür.

“İpoteka haqqında” Qanunun

Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,

ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın

yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir.

Mülki Prosessual Məcəllə
Maddə

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri

sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün

məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə
bilər.

Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən

müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və
məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun
və  hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə
çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən
iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf
edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

http://e-

qanun.az/framework/46945

(01.10.2021-ci ilədək olan redaksiyada)

Maddə 392.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin

nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə 416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası

məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən
saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün

tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

 

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu
pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir

27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam

mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş
edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki,

hazırki iş üzrə apellyasiya baxışının predmeti də iddianın təmin ediən hissəsi olmuş,
apellyasiya məhkəməsi də həmin hissə üzrə qətnamə çıxarmışdır. Bu baxımdan
qətnamənin tam yoxlanılması dedikdə, məhkəmə kollegiyası apellyasiya baxışının
predmeti olmuş hissələri yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən prosessual hüquq normaları pozulmuşdur.

29. İddia tələbindən görünür ki, iddiaçı kredit müqavilənsinin ləğvi barədə iddia irəli

sürmüş, birinci instansiya məhkəməsi həmin iddianı təmin etsə də, qətnamədə həmin
tələbə qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi isə tələb edir
ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları,
işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər
sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək
üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və
normativ hüquqi aktlar göstərilməlidir.

30. Cavabdehlər apellyasiya şikayətində digər dəlillərlə yanaşı, birinci instansiya

məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının keçirilməməsinə, kredit müqaviləsinin
ləğvi barədə iddia tələbinin əsaslandırlımamasını göstəriblər.

31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd

edilənləri təkrar etməklə bu dəlillərə qiymət verməmişdir.

32. Apellyasiya məhkəməsi qətnamədə apellyasiya şikayətində irəli sürülənlərin

yalnız formal mülahizə olduğunu qeyd etsə də, nəyə görə formal mülahizə olduğunu
əsaslandırmayıb. Nəticədə apellyasiya şikayətinin dəlillərinin hansı əsasla rədd edilməsi
qətnamədən görünmür. Halbuki apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət
vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir.
Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox
qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının
Azərbaycan

Respublikasının

Konstitusiyasına

qanunlarına

uyğunluğunun

yoxlanılmasına dair”)

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il

tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt
əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun
olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun,
məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin,
habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin

şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da
hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki,
 məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar
aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki
hallarına uyğun gəlsin.

35. Bu baxımdan, apellyasiya məhkəməsinin qətnaməsi əsası sayıla bilməz.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericiliyin qətnamənin

əsaslandırılmalı olması, dəlillərə qiymət verilməli olması barədə tələbinin məqsədlərindən
biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin
nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra
bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət
mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya

instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına
qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi
yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin

müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı
qərar qəbul etməlidir.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh1 kassasiya şikayəti təmin edilsin.
Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3465/2021 nömrəli, 07

aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.