2[102]-5065/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5065/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı:

İddiaçı Cavabdeh

ASC-yə

qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5065/21

(Açar sözlər: pul tələbinə dair)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və
Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,

İddiaçı: İddiaçı vəkili X2,
Cavabdeh: Cavabdeh vəkili Vəkil2 və nümayəndəsi X1 iştirakları ilə,
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli,

2(103)-7625/2020 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 02 noyabr
2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan 4.080

ABŞ

dolları əsas, 174,25 ABŞ dolları faiz borcunun, aviabiletə çəkilən xərcə görə 383,90 ABŞ
dolları, hüquqi xidmət üçün çəkilmiş xərcə görə 1.000 manat, mənəvi zərərə görə 2.000
manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qətnaməsi

ilə (sədrlik edən, hakim R.N.Quliyev) iddia rədd edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında

bağlanmış 29 dekabr 2013-cü il tarixli bank əmanəti müqaviləsinə əsasən, iddiaçı
cavabdehin ona bonus ödəməsi barədə üzərinə hər hansı öhdəlik götürməyib.
Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi mülki iş materialları ilə
təsdiq olunmur. Ona görə də iddia tələbləri rədd edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448-ci

maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.

İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul
edilməsini xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli

qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli)
apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin
24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş
edib.

Kassasiya instansiyası məhkəməsində birinci icraat
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci il

tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, G.A.Quliyev və İ.R.Xələfov)
kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki
Kollegiyasının 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması
üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli

qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov)
apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon
Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul
edilməklə iddia qismən təmin edilib, cavabdehdən ödəniş günü milli manata məzənnədə
əsas borca görə 4.080 ABŞ dolları, faiz borcuna görə 174,25 ABŞ dolları, hüquqi xidmətə
görə 1.000 manat, dəymiş mənəvi zərərə görə 500 manat pulun tutulub iddiaçıya
ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini
pozub. Belə ki,

29 dekabr 2013-cü il tarixli bank əmanəti müqaviləsinə əsasən, iddiaçı 60

ay müddətinə, illik 13 faizlə cavabdehə 102.000 ABŞ dolları məbləğində əmanət qoyub.
Lakin cavabdeh əmanət müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi
qaydada icra etməyib və nəticədə cavabdehin iddiaçıya sözügedən müqavilə üzrə 4.080
ABŞ dolları əsas borcu yaranıb. Bu baxımdan iddiaçı cavabdehdən 174,25 ABŞ dolları
faiz borcu tələb etməkdə də haqlı olub. Belə ki, cavabdeh 03 yanvar 2018-ci ildən 05
oktyabr 2019-cu il tarixədək iddiaçıya olan əsas borcunu ödəməyib və nəticədə onun
174,25 ABŞ dolları faiz borcu yaranıb. İddiaçı cavabdehin təqsiri üzündən mənəvi sarsıntı
və iztirab keçirib, ona görə də cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 500
manat pulun tutulması qanuni olmaqla ədalətlidir. Eyni zamanda iddiaçıya hüquqi xidmətin
göstərilməsi üçün Vəkil1 müvafiq olaraq 100 manat və 900 manat xidmət haqqı ödənilib.
Ona görə də iddia qismən təmin edilməlidir.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 944.1,

948.1, 949.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş
edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında Cavabdeh-nin vəkili Vəkil2 və nümayəndəsi Aqşin Atalızadə

kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər.

İddiaçı vəkili Dilarə Qurbanova məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə

razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə

də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi
Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə
baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə

onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu

kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə

ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin
icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir

təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin

təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi

iddianın təmin olunan hissəsində mübahisəndirildiyindən, qətnamənin əsaslılığı kassasiya
şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya

instansiyası

məhkəməsi

apellyasiya

instansiyası

məhkəməsinin

mübahisəndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir
ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual
hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə,
kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar
yoxdur.

Cavabdeh

kassasiya

şikayətində

apellyasiya

instansiyası

məhkəməsinin

mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının
tələblərini pozmasını, iddianın rədd edilməsi üçün əsasların olmasını göstərsə də,
kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

Belə ki, işdən görünür ki,

29 dekabr 2013-cü il tarixli bank əmanəti müqaviləsinə

əsasən, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 13 faizlə 102.000 ABŞ dolları
əmanət qoyulub. X3 16 sentyabr 2019-cu il tarixli, 08/13 saylı protokol-qərarına əsasən,
“əmanətçilərə daha yaxın olmaq və onların banka qarşı loyallığını artırmaq məqsədi ilə
imtiyazlar təqdim edən virtual “Əmanət klubu” yaradılıb; əmanətçilərin bankda əmanət
tarixçəsi 01 yanvar 2005-ci ildən başlayaraq hesablanıb; əmanət tarixçəsi ən azı 12 ay
olan və eyni zamanda əmanətləri üzrə qalıq məbləğlərinin cəmi (şərti vahidlə) ən azı 1.000
manat olan hər bir əmanətçi klubun üzvü hesab edilib; klub üzvlərinin bankla əməkdaşlıq
müddəti 3 qrupa bölünüb: - Prestij (12-35 ay); - Lüks (36-59 ay); - Elit (60 ay və daha
artıq). Hər qrup əmanətlərin qalıq məbləği (bir əmanətçinin bütün cari əmanətlərinin
ümumi qalıq məbləği şərti vahidlə) 3 kateqoriyaya bölünüb. Hər qrupa uyğun əmanətçilərə
xüsusi dizaynlı kartlar və imtiyazlar təqdim edilib”.

Göründüyü kimi, Bank daha çox əmanət cəlb etmək məqsədilə “Əmanət klubu”

yaradıb və Bankla əmanət müqaviləsi bağlayacaq şəxslərin (klub üzvlərinin) müəyyən
imtiyazlar əldə edəcəyini (o cümlədən bonus faizinin hesablanacağını) açıq elan edib.
Başqa sözlə, bank yazılı əmanət müqaviləsi bağlayacaq şəxslər qarşısında həmin şərtlər

çərçivəsində öz üzərinə öhdəliklər götürüb. Beləliklə, “Əmanət klubu”na və onun üzvlərinə
dair imtiyazlar X3 yazılı sənədləri ilə təsdiq olunduğu və bankın bu şərtlərlə əmanət
müqaviləsi bağlamaq iradəsi açıq şəkildə elan edildiyi üçün həmin tarixdən sonra əmanət
qoyan şəxslər bu ofertanı (təklifi) qəbul edib və yazılı müqavilənin mühüm şərtləri ilə
yanaşı həmin şərtləri də bağlamış sayıblar.

Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm

şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və
ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma
əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta
(müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu)
vasitəsi ilə bağlanır.

Həmin Məcəllənin 408.7 və 409.1-ci maddələrinə əsasən, əgər müqavilənin bütün

mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə
müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif
ümumi oferta sayılır. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı
aksept sayılır.

Həmin Məcəllənin 407.1-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin

onun akseptini aldığı anda bağlanmış sayılır.

Həmin

Məcəllənin

944.1-ci

maddəsinə

əsasən,

bank

əmanəti

(depozit)

müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf
(əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə
tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün
faizlər ödəməyi öhdəsinə götürür.

Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki

mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb, bonusa dair yazılı müqavilənin
olmaması barədə cavabdehin mövqeyi ilə bağlı bildirib ki, mülki münasibətlərdə riayət
edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan
dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki,
qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini

qorumur

. Dürüstlük qaydası, hər

şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu
xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş
adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası
və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına
uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq
prinsipidir. Bu səbəbdən Mülki Məcəllənin 560.3.2-ci və 560.3.4-cü maddələrinə əsasən,
şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi,
habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata
keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.

Hazırkı işdə, Bankın yaratdığı “Əmanət klubu” üzvlərinə müəyyən imtiyazlar vəd

etməklə iddiaçını əmanət qoymağa cəlb etməsinə, bonusa faiz hesablanacağına dair onda
haqlı güvən yaratmasına, bu şərtləri iddiaçı ilə bağladığı yazılı əmanət müqaviləsinə daxil
etməməsinə, iddiaçının 102.000 ABŞ dollar pul vəsaitini qəbul edib 5 il istifadə etməsinə,
habelə əmanətə 1.020 ABŞ dolları bonus faizi ödəməsinə baxmayaraq, mübahisə
yarandıqdan sonra özünün səbəb olduğu hala- bonusa dair yazılı müqavilənin tərtib
olunmamasına istinad etməsi hüquqdan sui-istifadə təşkil edir. Sui-istifadə edilən hüquqa
söykənən tələblər və ya etirazlar isə müdafiə oluna bilməz.

Belə ki, Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar

hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi
ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində
həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Apellyasiya instansiyası məhkəməsi, cavabdehin etirazı ilə razılaşmayıb Banka

qoyulan əmanətə bonus məbləğinin illik, yaxud birdəfəlik hesablanması ilə bağlı bildirir ki,
tərəflər arasında bağlanmış müqavilədə (o cümlədən bonusa dair şərtlərdə) bu məsələ

açıqca ifadə edilməyib. Belə olan halda, tərəflərin əmələ gətirmək istədiyi hüquqi nəticə
baxımından mövcud iradə bəyanlarına müqavilənin təfsiri, bu zaman nəzərə alınmalı olan
güvən prinsipi, müqavilənin mühüm və standart şərtlərinə dair qaydalar nəzərə alınmaqla
qiymət verilməlidir.

Nəzərə alınmalıdır ki, iki tərəfin iradə bəyanlarının bir-birinə uyğun olub-olmadığı

yoxlanılarkən bu bəyanların təfsir edilməsi zərurəti ortaya çıxır. Təfsirin isə mülki hüquqda
əsas götürülən güvən prinsipi çərçivəsində edilməsi məqsədəuyğun sayılır. Güvən
prinsipinə görə bir şəxs, dürüstlük qaydasına (hal və şəraitə) görə ona edilmiş təklifi
anladığı mənada başa düşməkdə haqlıdırsa sözügedən davranış və ya şərt onu ehtiva
etməsə belə həmin mənada iradə bəyanı varmış kimi hüquqi nəticə doğurur.

Təsadüfi deyil ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri

zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan
mühakimə əsasında müəyyənləşdirilməlidir.

Həmin Məcəllənin 404.1, 404.2 və 404.3-cü maddələrinə əsasən, müqavilə

şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını
deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi
mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün
müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin
qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri
nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə,
müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük
verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

Hazırki halda Bank, müştəriləri cəlb etmək üçün açıq elan etdiyi ümumi ofertada

əmanətə birdəfəlik bonus verəcəyini deyil, məhz faiz hesablayacağını bildirib. Bu
məzmunda ifadə olunan təklif qarşısında müştəri faizin hər il üçün hesablanıb ödəyəcəyini
güman etməkdə haqlı görünür. Ona görə ki, əmanətçi bir qayda olaraq qoyduğu vəsaitə
görə aylıq və illik faizlər əldə etməyi hədəfləyir.

Faizlə bağlı oxşar münasibətlərə baxdıqda məlum olur ki, məsələn, əgər

müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq
surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun
qaytarılması ilə bir vaxtda ödənilməlidir (Mülki Məcəllənin 741-ci maddəsi).

Yaxud Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə

müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı
haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun
müəyyənləşdirilən miqdarda ödəməlidir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda
nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb
başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin
müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini
artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir (Mülki
Məcəllənin 948.1 və 949.2-ci maddələri).

Göründüyü kimi kredit və bank əmanəti münasibətlərində faizlərin dövri olaraq

hesablanmasına və bir qayda olaraq müvafiq dövrün, yaxud ilin sonunda ödənilməsinə
dair analoji qaydalar fonunda müştərinin bir neçə il üçün qoyduğu əmanətə görə faizlə vəd
edilən bonusun hər il üçün hesablanacağına güvənməsi ağlabatandır. Başqa sözlə, bankın
öz ofertasında əmanətə “bonus məbləğinin veriləcəyi” deyil, “bonusa faiz hesablanacağı”nı
bildirdikdə müştərinin bu vəsaitin birdəfəlik ödəmə olmayıb, müvafiq dövrlər üzrə faiz
məbləğlərinin hesablanacağını güman etməsi güvən prinsipi baxımından əsaslı və haqlı
görünür.

Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulayıb ki,

mübahisəli hala dair şərt təfsir edilərkən tərəflərin müqavilədən sonrakı hərəkətləri də
nəzərə alınmalıdır (Mülki Məcəllə maddə 404.2).

İddiaçı bildirir ki, cavabdehin internet səhifəsindəki şəxsi kabinetinin çıxarışında

bonusun məbləği məhz 5.100 ABŞ dolları göstərilib. Cavabdeh isə bu məlumatı təkzib
etməyərək bildirmişdir ki, həmin rəqəm heç də hamı üçün açıq olmayan saytda deyil,

yalnız iddiaçının və həvalə etdiyi şəxslərin daxil ola bildiyi “İnternet Bankçılıq” sistemindəki
fərdi səhifəsində yerləşdirilmiş kalkulyatorun məlumatlarıdır. Müştərinin müraciətindən
sonra həmin məlumatların texniki səhv səbəbindən düzgün əks olunmaması aşkar edilib
və aradan qaldırılıb.

Göründüyü kimi tərəflər arasında müqavilə bağlandıqdan sonra Bank bonus

faizlərini məhz 5 il üçün hesablamaqla iddiaçının “İnternet Bankçılıq” sistemindəki şəxsi
kabinetində 5.100 ABŞ dolları məbləğində göstərilib. Cavabdeh bu məlumatı texniki
səhvlə izah etməyə çalışsa da, yanlış olduğu bildirilən rəqəm əlaqəsiz bir məbləğ olmayıb,
məhz iddiaçının əmanət məbləğinə və müddətinə uyğun qaydada illik hesablanmış faiz
məbləğidir. Başqa sözlə, hətta bankdakı sistem və ya əməkdaşların özü belə bonus faizini
illik hesabladığı və bunu müştəriyə bildirdiyi halda, iddiaçının sözügedən şərti bu
məzmunda anlaması və həmin faizlərə dair gözləntisi daha çox başa düşüləndir.

Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə alır ki, tərəflərin bonus faizinə

dair razılaşması birmənalı deyil, təfsirə bağlı şəkildə ifadə edildiyi üçün bu münasibətlər
zamanı adətən tətbiq edilən qayda nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.3-cü
maddəsi).

Yuxarıda qeyd olunduğu kimi bonus faizinə dair müddəada bonusun birdəfəlik,

yoxsa hər il üçün hesablanan faiz şəklində veriləcəyi açıqca göstərilmədiyinə görə,
tərəflərin yaşayış yerindəki bankçılıq təcrübəsi nəzərə alınmalı, bonusun müddətin sonu
üçün birdəfəlik verildiyi hallarda bankların bunu mübahisəyə yer buraxmayacaq şəkildə
qeyd edib-etməmələri aydınlaşdırılmalıdır. Əgər bir qayda olaraq müqavilələrdə əmanət
üçün bonusun birdəfəlik verildiyi xüsusi olaraq qeyd edilirsə, deməli bank praktikasında

sənədləşmənin

bu qaydada aparılması qəbul edilmiş sayılır. Belə olan halda, hansısa bir

bank sözügedən qeydi açıqca göstərmədən, yəni bonus faizi şərtini adətən qəbul edilən
qayda və mənadan fərqli ifadə etdikdə onun riskinə və nəticələrinə qatlaşmaq öhdəliyi
daşıyır.

Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və

vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni
şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin
tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya
adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası
onu da vurğulayır ki, bonus faizinə dair bankın tərtib etdiyi müddəa müqavilənin standart
şərti hesab edildiyi üçün təfsir zamanı bu institutla bağlı qaydalar da nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onu da vurğulayıb ki, bonus

faizinə dair bankın tərtib etdiyi müddəa müqavilənin standart şərti hesab edildiyi üçün təfsir
zamanı bu institutla bağlı qaydalar da nəzərə alınmalıdır.

Məlum olduğu kimi qanunverici hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün,

xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir.
Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha
çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini
ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari
(dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha
səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq
verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil,
əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən
edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə Mülki Məcəllənin 390-cı
maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu
müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə
azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə
bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin
şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
Halbuki, müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər
toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin
etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək

imkana (nə zaman, nə də bilik, nə də məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul
edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin
(məsələn, bank mütəxəssisinin) belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ
yoxdur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks
olunmuşdur.

Mülki Məcəllənin 417-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri

əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları
bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş
normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə
müəyyənləşdirilir.

Belə olan halda, müqavilənin standart şərtlərini qeyd edilən şəkildə hazırlamaq və

onları qəbul edən tərəfin ziyanına olan bir vəziyyətdə diktə etmək və bu zaman müqavilə
azadlığı prinsipinə söykənmək adı çəkilən prinsipin mahiyyətinə və məqsədinə ziddir. Yəni,
müqavilə azadlığı prinsipindən bu şəkildə istifadə etmək əslində həmin prinsipin
pozulmasıdır. Standart şərtlər vasitəsilə müqavilə azadlığı prinsipindən istifadə etməklə
haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı
ixtiyari hüquq qaydalarından bütövlükdə və həmişəlik kənara çıxılmasının bir adət halını
alması arzuolunmaz hüquqi vəziyyətdir. Odur ki, standart şərtlər vasitəsi ilə müqavilə
azadlığı faktiki olaraq bir tərəfin əlindən alındığından, ixtiyari hüquq qaydalarından
müqavilə azadlığı prinsipinin məqsədi xaricində istifadə edilməməsi və bu prinsipin sui-
istifadəsinə səbəb olmaması üçün qanunvericilik standart şərtlərlə bağlanan müqavilələrin
hüquqa uyğunluq mexanizmini müəyyən etmişdir.

Belə ki, standart şərtin müqavilənin tərkib hissəsi halına gəlməsi üçün həmin şərtə

dair müqavilədə əyani qeyd yazılmalı, müqavilədə standarta şərtə istinad edilməli, qəbul
edən tərəf standart şərtlərlə tanış olmaq imkanına malik, habelə həmin şərtlərlə razı
olduğunu və onları qəbul etdiyini ifadə etmiş olmalı (Mülki Məcəllə 418-ci maddəsi) və
standart şərt qeyri-adi olmamalıdır (Həmin Məcəllənin 419-cu maddəsi). Standart şərt
müqavilənin tərkib hissəsinə çevrildikdən sonra etibarlılıq tələblərinə cavab verməlidir.
Yəni standart şərtlər onu qəbul edən şəxsə qanunla verilmiş hüquqları onun əlindən alan,
onun məsuliyyətini artıran mahiyyətdədirsə və bunun müqabilində qəbul edən tərəf heç nə
əldə etməyibsə həmin standart şərtlər etibarsız sayılır (Həmin Məcəllənin 420-ci maddəsi).

Mülki Məcəllənin 419.2-ci maddəsinə görə, müqavilənin standart şərtləri təfsir

edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin
müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

Hazırkı işdə bonus faizinə dair bank tərəfindən tərtib edilmiş şərt “əmanətçi

əmanətini müqavilə şərtlərinə uyğun olaraq müddətin sonuna kimi saxlayarsa, qruplara
uyğun olaraq ona əlavə bonus faiz hesablanır və hesabına köçürülür” kimi ifadə
olunmuşdur.

Göründüyü kimi bu müddəa bonusun birdəfəlik, yoxsa hər il üçün hesablanan faiz

şəklində veriləcəyi baxımından qeyri-müəyyəndir. Nəzərə aldıqda ki, həmin şərti bankçılıq
sahəsində professional şəkildə məşğul olan şəxslər (və ya şəxslər qrupu) hazırlamışdır,
müştərinin isə bir qayda olaraq müvafiq bilik və məlumatlılıq baxımından onu müzakirə
etmək və dəyişdirmək imkanı yoxdur, o zaman qanunda göstərildiyi kimi qeyri-müəyyən
şərtin bankın ziyanına (əleyhinə) təfsir edilməsi daha ədalətlidir.

Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni

məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı
cavabdehə qarşı hazırki iddia tələblərini irəli sürməkdə haqlı olub.

Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun

pozulması və ya lazımınca icra edilməməsi başa düşülür;

Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu

kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə

ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin
icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir

təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki

mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki,
Bank sözügedən əmanət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi
qaydada icra etməyib və nəticədə Bakın iddiaçıya ödənilməmiş 4.080 ABŞ dollar borcu
yaranıb. Ona görə də, cavabdehdən həmin məbləğ tutulub iddiaçıya verilməlidir.

Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddia tələbinin “faiz borcunun

tutulması” hissəsi ilə bağlı qeyd edib ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu
pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək
daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə
borcludur.

Qeyd olunan maddənin mənasından da görünür ki, iddiaçı cavabdehdən 174,25

ABŞ dollar faiz borcu tələb etməkdə də haqlı olub. Belə ki, cavabdeh 03 yanvar 2018-ci
ildən 05 oktyabr 2019-cu il tarixədək iddiaçıya olan əsas borcunu ödəməyib və nəticədə
174,25 ABŞ dolları faiz borcu yaranıb. Ona görə də cavabdehdən 174,25 ABŞ dollar faiz
borcu tutulub iddiaçıya verilməlidir.

Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda Mülki Məcəllənin 21.1, 1097-ci

maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, cavabdehin kassasiya
şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd
etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçı

nın

mənəvi sarsıntı və iztirablara məruz

qalması mülki iş materialları ilə istisna olunmur. Ona görə də apellyasiya instansiyası
məhkəməsi iddia tələbini mənəvi ziyanın tutulması hissəsində qismən əsaslı sayıb,
cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 500 manat pul tutmaqla düzgün
nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq
edib.

Apellyasiya instansiyası məhkəməsi,

iddia tələbini hüquqi xidmətə görə 1.000

manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsini qət edərkən 254557 və 410899
saylı mədaxil qəbzlərinə əsasən, iddiaçı tərəfindən Vəkil1 müvafiq olaraq 100 və 900
manat xidmət haqqı ödəməsi ilə əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir

ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə
apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət
verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə
apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsi

mübahisələndirilən

hissədə

dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
Cavabdeh-nin kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il

tarixli, 2(103)-7625/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən
saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.