2[102]-5073/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5073/2021

11.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,

Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5073/21

(Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iddiaçının iddiadan imtina barədə

ərizəsi )

Bakı şəhəri, 11 oktyabr 2021-ci il

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov

Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad
Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi,

iddiaçı İddiaçı vəkili X1 ilə,

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5

və Cavabdeh6 qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi
zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki
Kollegiyasının 2(103)-2626/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qərardadından İddiaçı
kassasiya şikayətinə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq
məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,

Cavabdeh5 və Cavabdeh6 qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” ilə bağlı
iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1678/2019 saylı iş üzrə

26.11.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı şərəf, ləyaqət və
işgüzar nüfuzunu alçaldan və ləkələyən, müxtəlif orqanlara ünvanlanmış müraciətin
məzmunundakı məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi və bu cür
məlumatların yayılmasına görə “İddiaçı üzr istəyirik.” olmaqla eyni orqanlara müraciət
ünvanlanmaqla təkzibin verilməsi, tərəflər arasında baxılan mülki iş üzrə qəbul olunmuş
yekun məhkəmə aktının qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində təkzib etmək
vəzifəsinin cavabdehlərə həvalə edilməsi, cavabdehlərdən mənəvi zərərin əvəzi kimi 2000
(iki min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması
qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

3. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apelyasiya

şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddianın həmin
hissədə rədd edilməsini xahiş etmişlər.

b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Apelyasiya baxışı zamanı iddiaçı iddiadan imtina barədə yazılı ərizə təqdim

edərək, iddiadan imtinanın qəbul olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş
etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2626/2020 nömrəli, 17

avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddiadan imtinası qəbul edilərək, Bakı Şəhəri
Nərimanov Rayon Məhkəməsinin 2(005)-1678/2019 saylı, 26.11.2019-cu il tarixli
qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,
Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi
və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin
icraatına xitam verilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Şərafət
Məmmədova, Xəyal Sarıyev)

6. Apellyasiya instansiyası hesab edib ki, iddiaçının imzalayıb məhkəməyə təqdim

etdiyi yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını
və qanunla qorunan mənafelərini pozmur. Buna görə də, iddiadan imtina qəbul edilməli və
mülki işin icraatına xitam verilməlidir.

7. Apellyasiya instansiyası mövqeyini Mülki Prosessual Məcəllənin 191, 261.0.4 və

370-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verib, qərardadın ləğv edilməsini,

işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayətinin dəlilləri:
- iddiaçı iddiadan imtina barədə yazılı ərizə verməyib;

- nə iddiaçı özü, nə də, onun nümayəndəsi omuş vəkili məhkəmə iclaısnda iştirak

etməyib.

b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır.

c) Kassasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədova Səyyad

Məhəmməd oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş
etdilər.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də,

cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat
verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü
maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab
etmişdir.

Tətbiq edilən hüquq
Mülki Prosessual Məcəllə
Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi,

cavabdehin iddianı etiraf etməsi”və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının
protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf
imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi
və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan,
məhkəməyə göndərilən yazılı ərizələrdə”də”ifadə”oluna bilər. (işə baxılna zaman qüvvdə
olan redaksiyada)

Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən

qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan

imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə
ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-

edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu
Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına,

məhkəmənin

gəldiyi

nəticə

üçün

əhəmiyyətli

olan

bütün

faktiki

halların

aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin
faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya
instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət
vermir.

Maddə 416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi

məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası

məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən
saxlaya bilər.

Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün

tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

 

Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu
pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında
olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş,
araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi
kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırması

kimi

qiymətləndirilməməlidir.

14. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən məhkəmə

kollegiyası qərardadı tam yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün

nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə icraata xitam verilməsinə dair prosessual hüquq
normaları düzgün tətbiq olunmuşdur.

16. Belə ki, apellyasiya məhkəməsinə iddiadan imtina edilmə barədə iddiaçının

nümayəndəsi-vəkili və iddiaçının özü tərəfindən 05 avqust 2020-ci ildə imzalanmış
(i.v.254, 257) iki ərizə verilmişdir. Nümayəndə-vəkil tərəfindən imzalanan ərizə apellyasiya
məhkəməsinə 10 avqust 2020-ci ildə, iddiaçının özü tərəfindən imzalanan ərizə isə 13
avqust 2021-ci ildə daxil olmuşdur. İddiaçının imzaladığı ərizə kompüterdə yazılmış, əlavə
olaraq iddiaçı həmin ərizənin onun iradəsini əks etdirməsi barədə ərizənin sonunda qeyd
də yazıb imzalamışdır. Həmçinin iddiaçı qərardad qəbul edilən gün məhkəmə iclasında da
həmin ərizəsini müdafiə etdiyini göstərmişdir.

17. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina

edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

18. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina

etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna
zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini
pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə
mahiyyəti üzrə baxır.

19. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçının iddiadan imtina barədə

ərizələrini əsas götürərək iş üzrə icraata xitam vermiş və onu da qeyd etmişdir ki, bu
imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini
pozmur.

20. Göründüyü kimi, iddiaçı iddiadan imtina etmiş, onun iddiadan imtinasının

qanuna zidd olması, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini
pozması müəyyən edilmədiyi üçün apellyasiya məhkəməsi yuxarıda qeyd edilən
prosessual hüquq normalarının tələbi baxımından iş üzrə icraata düzgün olaraq xitam
vermişdir.

21. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina barədə ərizə yazmaması

barədə dəlillərini yuxarıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, qeyd edildiyi
kimi iddiadan imtina barədə iki dəfə ərizə verilib.

22. Apellyasiya məhkəməsinin iclasında iştirak etməməsi barədə dəlilə gəldikdə, bu

dəlillər iş materialları ilə təkzib edilir. İşdən görünür ki, iddiaçıya və onun vəkilinə məhkəmə
iclasının vaxtı barədə sms-bildiriş göndərilib, bildirişi iddiaçı da, onun vəkili də alıb. Üstəlik,
məhkəmə iclas protokolundan görünür ki, iddiaçı 17 avqust 2020-ci il tarixli məhkəmə
iclasında iştirak edərək, iddiadan imtina edilməsi barədə ərizəsini müdafiə etmişdir.

23. Bundan başqa, iddiaçı məhkəmə iclasında iştirak etmədiyini göstərsə də, bu

barədə məhkəmə iclas protokoluna qeyd verməmişdir. Halbuki iştirak etmədiyi məhkəmə
iclasında iştirakının yazılması barədə məhkəmə iclas protokoluna Mülki Prosessual
Məcəllənin 273-cü maddəsinə görə iddiaçının qeyd vermək hüququ olmuşdur.

24. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız

sayır.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki,

kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı
dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənləri və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər

tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:
İddiaçı kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2626/2020 nömrəli, 17

avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.