2[102]-5073/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5073/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh2, X3 və

Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi

tələbinə dair iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması əsası ilə

kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli, 2(107)-

11/2022 saylı qətnaməsindən İddiaçı BOKT ASC və Cavabdeh4 tərəfindən verilmiş
kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh2, X3 və

Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə
dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçı BOKT ASC-nin
xeyrinə 2013-cü il 19 dekabr tarixli, 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 694,39
manat əsas, 1035,80 manat hesablanmış faiz olmaqla, cəmi 1730,19 manat: 2015-ci il 08
yanvar tarixli 0001/NF/15nömrəli kredit müqaviləsi üzrə 12145,84 manat əsas, 14733,11
manat hesablanmış faiz, 20425,26 manat dəbbə pulu olmaqla, cəmi 48304,21 manat:
2015-ci il 08 yanvar tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 2758,89 manat əsas,
3213,02 manat hesablanmış faiz, 4706,67 manat dəbbə pulu olmaqla, cəmi 10678,58
manat: hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat
ödənilmiş dövlət rüsumunun əvəzinin alınması: ipoteka predmetinin 47000 manat
qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ şəhəri, Ə.Bağırov küçəsində
Cavabdeh1 mülkiyyətindəki 0,1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32
kv.m yaşayış, 78,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi
yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb
edilən borcun ödənilməsi: ipoteka predmetinin 10000 manat qiymətləndirilməsi və borcun
əvəzinin bu qiymətlə Qəbələ rayonu, Laza kəndində X1 mülkiyyətindəki 0,04 ha torpaq
sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100,24 kv.m köməkçi
sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki
həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi:
Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0,1 ha torpaq sahəsində
yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78,68 kv.m köməkçi sahədən ibarət
fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1, Cavabdeh2 çıxarılması, fərdi yaşayış
evinin boşaldılması, Qəbələ rayonu, Laza kəndində X1 mülkiyyətindəki 0,04 ha torpaq
sahəsində yerləşən 83,5 kv.m yaşayış, 100,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 1
otaqlı fərdi yaşayış evindən orada yaşayan X2, X3 və Cavabdeh5 çıxarılması, fərdi
yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
2. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-130/2019 saylı

qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli 1531/NF/13 PK
nömrəli kredit müqaviləsi üzrə 694,39 manat əsas borc, 1035,80 manat faiz olmaqla, cəmi
1730,19 manat borc:, xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə
12145,84 manat əsas borc, 14733,11 manat faiz, 1300 manat dəbbə pulu olmaqla, cəmi
28178,95 manat borc:, xx.xx.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə
2758,89 manat əsas 3213,02 manat faiz, 280 manat dəbbə pulu olmaqla, cəmi 6251,91
manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı BOKT
ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ
şəhəri, Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78,68 kv.m
köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,1 ha torpaq sahəsinə və onun tərkibindəki
həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə

birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış
qiymətinin 50000 manat müəyyən edilməsi, tələb üzrə tutmanın X1 mülkiyyətində olan
Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100,24
kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki
həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə
birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış
qiymətinin 12000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun
İddiaçı BOKT ASC-yə ödənilməsi, borcun ödənildikdən sonra qalan məbləğin Cavabdeh4
qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda
qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan
Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış,
78,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsi və onun
tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra
Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması,
X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5
kv.m yaşayış, 100,24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq
sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o
satıldıqdan 1 ay sonra X2 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq
sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və X2 apellyasiya

şikayəti vermişlər. Cavabdeh4 qətnamənin borcun tutulması hissəsində ləğv edilməsini,
iddianın həmin hissədə rədd edilməsini, digər cavabdehlər Cavabdeh1 və X2 qətnamənin
ləğv edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli 2(107)-

11/2022 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək,
birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən faiz borcunun tutulması və
ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilməsi qət edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı BOKT ASC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin

kredit müqaviləsi üzrə borcun miqdarının müəyyən edilməsi hissəsində ləğv edilərək işin
həmin hissədə yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını
xahiş etmişdir.

6. Cavabdeh4 da həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin

əmlakların qiymətləndirilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin əmlakların
qiymətləndirilməsi hissəsində yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə
qaytarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 402. Kassasiya şikayəti vermə hüququ
402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində

iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə
müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna
olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan
Muxtar

Respublikası

Ali

Məhkəməsinin

mülki

kommersiya

kollegiyalarının

qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Maddə 403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ

403.1 Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya

qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı
şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması
404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda

kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

Maddə 408. Kassasiya şikayətinin qaytarılması
408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsi

tərəfindən qaytarılır:

408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə

cavab vermirsə, imzalanmamışsa, yaxud  hüququ olmayan və ya vəzifəsi göstərilməyən
şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs
tərəfindən verilmişdirsə.

408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
Maddə 409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi
Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və

407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq,

aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti
qeyri-mümkün

hesab

edilməli

apellyasiya

instansiyası

məhkəməsinə

geri

qaytarılmalıdır.

9. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə

apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-
ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

10. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya

instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər,
xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı
hallarda şikayət verə bilərlər.

11. Nəzərə alınmalıdır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda

biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır.
Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya
şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik
prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara
çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi
mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

12. Hazırki iş üzrə müəyyən edilir ki, Cavabdeh4 birinci instansiya məhkəməsinin

qətnaməsindən apellyasiya şikayəti verərkən qətnamənin yalnız borcun tutulması hissəsini
mübahisələndirmiş və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Lakin
əmlakların qiymətlənidirlməsi hissəsini mübahisələndirməmiş və həmin hissə ilə
razılaşmışdır. Buna baxmayaraq cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası
məhkəməsinin qətnaməsini məhz əmlakların qiymətləndirilməsi hissəsində (apelyasiya
şikayətində mübahisələndirmədiyi hissəni) mübahisələndirmişdir ki, bu hissədən onun
kassasiya şikayəti vermək hüququ yoxdur.

13. Kassasiya şikayətinin onu vermək hüququ olmayan şəxs tərəfindən verilməsi,

apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi

hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya
instansiyasının səlahiyyəti olduğuna görə, Cavabdeh4 tərəfindən verilmiş kassasiya
şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə
qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 kassasiya şikayətini geri
qaytardıqdan sonra Para” BOKT ASC-nin kassasiya şikayətini baxılması üçün Ali
Məhkəməyə göndərməlidir.

14.

Məhkəmə

kollegiyası

yuxarıda

göstərilənlərə

əsasən

Azərbaycan

Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli 2(107)-

11/2022 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-
mümkün hesab edilsin.

Cavabdeh4 kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Şəki Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.