2[102]-5077/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5077/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: İddiaçı cavabdeh “Əmlak İxtisaslaşdırılmış

Hərrac Mərkəzi” MMC-yə qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5077/21

(Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və
Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,

İddiaçı: İddiaçı və vəkili Vəkil iştirakları ilə,
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(103)-

3182/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il
tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları
müəyyən etdi:

İşin halları
İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" MMC qarşı iddia

qaldıraraq, "xxxx" MMC hərracın nəticələri haqqında 10 sentyabr 2018-ci il tarixli, Y-411
saylı Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə

(sədrlik edən, hakim İ.Ş.Rüstəmov) iddia rədd edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Şəki Apellyasiya

Məhkəməsi Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus
olan Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, 11 saylı evin 31 saylı mənzili 28.199 ABŞ dolları
dəyərində qiymətləndirilib və keçirilən hərracda həmin mənzil 17.977 ABŞ dollarına "xxxx"
ASC satılıb. İşin bu halları mübahisəsizdir və mülki iş materiallarında olan Şəki Apellyasiya
Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli icra vərəqəsi və Y-411 saylı Protokolla
təsdiqlənir. Belə ki, sözügedən icra vərəqəsindən görünür ki, Yevlax şəhəri, Q.Əşrəfbəy
küçəsi, 11 saylı evin 31 saylı mənzilin ilkin satış qiyməti 28.199 ABŞ dolları müəyyən
edilib. "xxxx" MMC sözügedən mənzili məhz ilkin satış qiyməti 28.199 ABŞ dolları olmaqla
hərraca çıxarıb. “Hərracın nəticələri haqqında” Protokola əsasən sözügedən mənzil
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5 və 43.7-ci maddələrinə
əsasən təkrar hərracda 17.977 ABŞ dollarına satılıb. Göründüyü kimi, mənzilin satış
qiyməti qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün müəyyən edilib və hərracın
keçirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Belə ki, işə əlavə edilmiş
qəbzlərlə müəyyən olunur ki, cavabdeh mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə
yerini və vaxtını göstərməklə müvafiq bildirişləri iddiaçının ünvanına “Mega Ekspress”
sürətli poçt vasitəsilə məktublar göndərib və həmin xəbərnaməli məktublar imza
olunmaqla iddiaçı tərəfindən qəbul edilib. Göründüyü kimi iddiaçı, hərracın keçirilməsi,
onun vaxtı və yeri barədə məlumatlı olub. Ona görə də iddia rədd olunmalıdır.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan

Respublikası Qanunun 42.3, 43.1, 43.4-cü maddələrinin və digər maddi, prosessual hüquq
normalarının tələbləri ilə əsaslandırıb.

İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini
xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və
N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon
Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə
dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd etməklə düzgün nəticəyə
gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə
düzgün tətbiq edib.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında”

Azərbaycan Respublikası Qanunun 42.3, 43.1, 43.4-cü maddələrinin və digər maddi,
prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri
İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası
məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə

uyğun olaraq eyni məzmunlu izahatlar verdilər.

Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada

xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya
instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən
onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın

qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda
satıla bilər.

Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun

icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir
və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının
nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş
verir.

Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın

keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və
ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş
hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15
təqvim günü qalmış ikinci elan verilir.

Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun

əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və
ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan

tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə
baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq
təkrar hərrac keçirilir.

Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci

maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin
satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin
satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində

nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan
edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25
faiz az olmayan qiymətlə ala bilər.

Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş

tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə,
ipotekaya xitam verilir.

Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları

pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı
maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin

ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri
hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə
apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi
və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən

maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi
üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla
razılaşmır.

Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş

hallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2017-ci il
tarixli qətnaməsi ilə iddiaçıya məxsus olan Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, 11 saylı evin
31 saylı mənzili 28.199 ABŞ dolları dəyərində qiymətləndirilib və keçirilən hərracda həmin
mənzil 17.977 ABŞ dollarına "xxxx" ASC satılıb. İşin bu halları mübahisəsizdir və mülki iş
materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli icra
vərəqəsi və Y-411 saylı Protokolla təsdiqlənir. Belə ki, sözügedən icra vərəqəsindən
görünür ki, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, 11 saylı evin 31 saylı mənzilin ilkin satış
qiyməti 28.199 ABŞ dolları müəyyən edilib. "xxxx" MMC sözügedən mənzili məhz ilkin
satış qiyməti 28.199 ABŞ dolları olmaqla hərraca çıxarıb. “Hərracın nəticələri haqqında”
Protokola əsasən sözügedən mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda 17.977 ABŞ dollarına
satılıb. Göründüyü kimi, mənzilin satış qiyməti qanunvericiliyin tələblərinə uyğun olaraq
düzgün müəyyən edilib və hərracın keçirilməsi zamanı heç bir qanun pozuntusuna yol
verilməyib. Belə ki, işə əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, cavabdeh mənzilin ilkin

satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişləri
iddiaçının ünvanına “Mega Ekspress” sürətli poçt vasitəsilə məktublar göndərib və həmin
xəbərnaməli məktublar imza olunmaqla iddiaçı tərəfindən qəbul edilib.

Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə

və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan
apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, hərracın
keçirilməsi, onun vaxtı və yeri haqqında məlumatlı olub və hərrac qanunla müəyyən
edilmiş qaydaları pozmamaqla keçirilib.

Belə ki, iddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində

sözügedən mənzilin ilkin satış qiyməti 28.199 manat olmasına baxmayaraq, həmin
məbləğin 25 faiz endirilərək 17.977 manat müəyyən edildiyini və həmin mənzil hərrac
vasitəsilə satarkən ona məlumat vermədiyini və nəticə etibarilə mənzilin satışından
xəbərsiz olduğunu göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun bu
dəlilləri ilə razılaşmayıb.

“İpoteka haqqında” Azərbaycan Rpespublikası Qanunun 42.1-ci maddəsinə

əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində
hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet
saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt
göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20
təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim
günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə
qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti,
hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün
behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə
etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası
haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin
5 faizi məbləğində beh ödəməlidir.

Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci

maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini
ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə
görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki,
ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və
hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka
saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət
qədər olsun.

Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan

pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı
maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş

qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən
etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan
müqavilənin etibarsızlığına səbəb olur.

“F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali

Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli
Qərarında

qeyd

etmişdir

ki,

Mülki

Məcəlləsinin

415.2-ci

maddəsinə

əsasən,

qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsinə onun
keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması,
onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi,
hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və
qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında vurğulamışdır ki, bu

maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə

birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və
bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da
tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya

şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın
təmin edilməsi üçün əsas ola bilməz.

Əvvəla, ona görə ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş

müddətdə və qaydada iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvanına bildiriş
göndərilmişdir. İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan
məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki,
Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da
vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə
hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif
(oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə
borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı
edərək qadağa qoyulmur.

İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini,

həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka
qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə İddiaçı
müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait
yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış evin
qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin evi almaq niyyəti
olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və
sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına
baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına
mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər
vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur.

K

assasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir

ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə də iş üzrə
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti
təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
İddiaçı kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli,

2(103)-3182/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən
saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.