2[102]-5082/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5082/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər:

Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun

səlahiyyətlərini təsdiq edən sənədin əlavə olunmaması

əsası ilə kassasiya

şikayətinin qeyri-mümkün hesab edilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli,

2(103)-2847/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya
şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1.İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə

müraciət edərək, cavabdehdən 38000 manat məbləğində pulun və ödənilmiş 30 manat
məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını
xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7061/2021 saylı, xx.xx.2021-ci

il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi

və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli,

2(103)-2847/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək
iddia tələbi təmin edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri
5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv

edilməsini və mahiyyəti üzrə araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına
dair qərar qəbul olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 407.3. Ş

ikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya

nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə
və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd
əlavə edilməlidir.

7. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin

tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud  hüququ olmayan və ya vəzifəsi
göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ
olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası
məhkəməsi tərəfindən qaytarılır.

8. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
9. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu

Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu
Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti
ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti
bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq,

aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və
apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

11. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə

apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-
ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə

əsasən ş

ikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və

şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə
tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

13. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil

olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət
verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti
verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya
şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla
nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin
qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli,
göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması
barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl

etməmişdir. Belə ki, iş materiallarını araşdırarkən məlum olmuşdur ki, kassasiya şikayəti
vəkil X1 tərəfindən elektron qaydada imzalansa da, vəkilin kassasiya şikayətini imzalamaq
səlahiyyətini təsdiq edən sənəd (etibarnamə) iş materiallarına əlavə olunmamışdır. Bu
halda apellyasiya instansiyası məhkəməsi vəkilin kassasiya şikayətini imzalamaq
səlahiyyəti olmaması əsası ilə kassasiya şikayətini geri qaytarmalı idi.

15. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o

cümlədən kassasiya şikayəti vermiş şəxsin onu imzalamağa səlahiyyətinin olmaması),
apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi
hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya
instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki
işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

16. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli,

2(103)-2847/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti
qeyri-mümkün hesab edilsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.