2[102]-5166/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5166/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması və dövlət

rüsumunun ödənilməməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab

edilməsi)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev

İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və
Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə,

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli,

2(102)-1973/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin
mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi.

İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh

ilə aralarında 26 sentyabr 2013-cü il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat
Beyləqan Rayon Məhkəməsinin 2(020)-16/2021 saylı, xx.xx.2021-ci il tarixli

qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 2013-
cü il tarixdə Beyləqan rayon X1 Ərazi Nümayəndəliyində bağlanmış nikahın pozulması,
tərəflərin birgə nikahlarından 11 oktyabr 2013-cü ildə anadan olmuş Fatimə və 11 oktyabr
2014-cü ildə anadan olmuş Eldarın anaları-Cavabdeh yanında qalmaları qət edilmişdir.

Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya

məhkəməsinin qətnaməsinin qismən - uşaqların cavabdehin yanında qalması hissəsində
qismən ləğv edilərək, uşaqların iddiaçının yanında saxlanılması barədə yeni qətnamə
çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat
Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli,

2(106)-1973/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

Kassasiya şikayətinin dəlilləri
İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin qismən –

uşaqların cavabdehin yanında qalması hissəsində ləğv olunması, işin yenidən
araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı ilə

kassasiya şikayəti dövlət rüsumunun ödənilməsi barədə sənəd və vəkilin orderu əlavə
olunmadığına, habelə kassasiya şikayəti əsaslandırılmadığına görə feri qaytarılmışdır.

Bundan sonra iddiaçı kassasiya şikayətini vəkilin iştirakı ilə tərtib etmiş, vəkilin

orderini də əlavə etməklə kassasiya şikayəti vermiş, eyni zamanda buraxılmış müddətin
bərpa olunması barədə ərizə vermişdir.

Apellyasiya instansiyası məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərardadı ilə

müddətin bərpa olunması barədə iddiaçının ərizəsi təmin olunmuş, kassasiya şikayəti
verilməsi müddəti bərpa edilmiş və kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə
göndərilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər.

407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin

forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).

407.4. Şikayətə vəkilin orderi  dövlət rüsumunun ödənilməsini sübut edən sənəd

əlavə olunur.

Maddə 408. Kassasiya şikayətinin qaytarılması
408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi

tərəfindən qaytarılır:

408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə

cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən
şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs
tərəfindən verilmişdirsə

;

...
408.1.3. K

assasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və

məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə.

408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
Maddə 409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi
Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və

407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə

kollegiyası

kassasiya

şikayətinin

mümkünlüyünü

araşdıraraq,

aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və
geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə

apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-
ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci
maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və
işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində
kassasiya instansiyası məhkəməsinə göndərilir.

Azərbaycan Respublikası MPM-nin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti

bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə
müəyyən olunmuşdur).

Həmin Məcəllənin

407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət

rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda

onu vermiş şəxsin, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun
tələblərinə cavab verdiyini, həmçinin

müəyyən olunmuş qaydada və məbləğdə dövlət

rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunub-olunmamasını

yoxlamalı, həmin

qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli,
göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması
barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl

etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayəti müəyyən
olunmuş formada verilməmişdir. Həmçinin kassasiya şikayətində “”Qoşma” hissəsində
dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edildiyi göstərilməsinə baxmayaraq, bu
qəbz əlavə olunmamışdır.

Apellyasiya

instansiyası

məhkəməsi

iddiaçının

kassasiya

şikayətinin

geri

qaytarılması barədə 01 aprel 2022-ci il tarixli qərardadında da kassasiya şikayətinin geri
qaytarılmasının səbəblərindən biri kimi dövlət rüsumunun ödənilməməsini qeyd etmişdi.

Bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün

buraxılmış müddətin bərpa olunması barədə ərizəyə baxanda, MPM-nin 407-ci maddəsinə
riayət olunmasını araşdırmalı idi.

Kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsu barədə sənədin əlavə

olunmaması və şikayətin forma və məzmun tələblərinə cavab verməməsi, apellyasiya
instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi
nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının
səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə
apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci

maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(102)-1973/2021 saylı

qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.