2[102]-53/2019 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-53/2019

07.01.2019

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki Kollegiyasının

Q Ə R A R İ

 

İş № 2(102)-53/2019                         07 yanvar 2019-cu il                      Bakı

şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva

Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu,  Hacıyev
Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə,

İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, X10,

X12, X17 və X8 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka
predmetinə tutmanın yönəldilməsi” tələbinə  dair mülki iş üzrə Bakı Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-cı il tarixli 2(103)-7400/2018 nömrəli
qətnaməsindən Cavabdeh1 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki
işə baxaraq,

MÜƏYYƏN ETDİ:

 

İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər

Cavabdeh1 və Cavabdeh2 “xxxx” KB ASC-nin xeyrinə 22.01.2013-cü il tarixli 04Y/13 saylı
əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 13.01.2013-cü il tarixli 04Y/13-1 saylı
əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1.727,75 ABŞ dolları, faiz borcu
üzrə 4.097.11 ABŞ dolları, cərimə borcu üzrə 1.110,05 ABŞ dolları, cəmi 53.934,91 ABŞ
dolları, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi
haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat
məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmetləri olan
Cavabdeh1 mülkiyyətində olan ünvaninə və Cavabdeh3 mülkiyyətində olan ünvaninə
yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul
vəsaiti hesabına Cavabdeh1 23.01.2013-cü il tarixli 04Y/13-1 saylı əlavə kredit müqaviləsi
üzrə 53.934,91 ABŞ dolları borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka
predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı
kimi ödənilmiş 60 manat məbləğində pulun tutularaq “xxxx” KB ASC-yə ödənilməsi,
ipoteka predmetləri olan ünvaninin ilkin satış qiymətinin 72.000 manat və Bakı şəhəri.
Nəsimi rayonu. Rəşid Məmmədov küçəsində yerləşən 3 saylı evin 2 saylı mənzilinin ilkin
satış qiymətinin 48.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan
ünvaninə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən
cavabdehlər Cavabdeh1, Cavabdeh4, X4 və X5 çıxarılması, ünvaninə tutma yönəldikdə və
o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3
Gündüz oğlunun, X13 və X6 çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən
xahiş etmişdir.

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)-26/2018

saylı 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək,
22.01.2013-cü il tarixli 04Y/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış
23.01.2013-cü il tarixli 04Y/13-1 saylı əlavə kredit müqaviləsi üzrə 43.308,62 ABŞ dolları
əsas borc, 16.912,02 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə borcu, cəmi
61.220,64 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla
manat hesabı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq
iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 75.000 manat müəyyən
edilməklə Cavabdeh1 mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş ünvaninə
və ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə Cavabdeh3na mülkiyyəti hüququ
üzrə məxsus ipoteka ilə yüklü edilmiş ünvaninə yönəlməklə həmin əmlakların açıq hərrac
yolu ilə satılması, həmin əmlakların satışından əldə olunan vəsaitdən cəmi 61.220.64 ABŞ
dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı
tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat
hesabı ilə “xxxx” KB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin müvafiq qaydada
cavabdehlər Cavabdeh1 və Cavabdeh3na verilməsi, ipoteka predmeti olan qeyd olunan
əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra 1 ay ərzində cavabdehlər
Cavabdeh1, Cavabdeh4, X10 və X5 ünvandən və cavabdehlər Cavabdeh3, X17 və X6
ünvandən çıxarılması, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar
dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatının iddiaçıya aid edilməsi, 20
manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı
“xxxx” KB ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın
yönəldilməsi haqqında bildirişlərin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət
haqqı olaraq ödənilmiş cəmi 60 manatın 20 manatının iddiaçıya aid edilməsi, 40 manatının
isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı “xxxx” KB
ASC-yə ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 300
manatın 100 manatının iddiaçı “xxxx” KB ASC-dən, 200 manatının isə cavabdehlər
Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” MMC-yə ödənilməsi,
məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 40 manatının
iddiaçı “xxxx” KB ASC-dən, 60 manatının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada
alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət
edilmişdir.

Bakı

Apellyasiya

Məhkəməsi

Mülki

Kollegiyasının

(hakimlər

X.Cəmilova,

A.Hüseynov, İ.Xəlilov) 08 avqust 2018-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya
şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-26/2018 saylı
30 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən iddia Cavabdeh1 qarşı təmin
olunmuş hissədə dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh1 və vəkili X2 tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki

Kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir.

Kassasiya şikayətinin dəlilləri

 

Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mülki

işi tam hər tərəfli və obyektiv araşdırmamış, əlavə edilmiş sübutları və dəlilləri yoxlamadan,

cavabdeh tərəfin sübutlarına hüquqi qiymət vermədən maddi və prosessual hüquq normalarını

pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məlum devalvasiyalaradək kreditin ödənişləri qrafikə

uyğun aparılmış, lakin, manatın dollar qarşısında 100% ucuzlaşmasından sonra kredit ödənişlərində

ciddi problemləri yaranmış, faktiki olaraq ailəlikcə müflis duruma düşmüşlər. Birinci instansiya

məhkəməsi iddiaçı tərəfin təqdim edilmiş maliyyə arayışında hansı üsulla hesablanması aydın

olmayan cərimə (penya) məbləğini 1000 ABŞ dollarına endirmiş olsa da, nəzərə almamışdır ki,

cərimə məbləği hesablanarkən gecikdirilmiş əsas məbləğlər üzərinə aylar üzrə dəfələrlə təkrar-

təkrar cərimə məbləği hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Mərkəzi Bankının

təlimatlarında cərimə məbləğinin konkret hesablanma üsulları mövcuddur. Tərəflər arasında

bağlanmış kredit müqaviləsinə əsasən kreditin faiz dərəcəsinin hesablanmasına birinci instansiya

məhkəməsi cəhd etməmiş, iş üzrə təyin edilmiş ekspertizalar üzrə verilmiş rəyləri düzgün

araşdırmamışdır. Birinci instansiya məhkəməsi heç bir mötəbər əsas olmadan qiymətləndirici

şirkətin rəyinə əsaslanaraq iş üzrə ipoteka predmetlərini dəyərindən qat-qat aşağı qiymətə

satılması barədə qərara gəldikdə də prosessual hüquq normalarını pozmuş, apellyasiya instansiyası

məhkəməsi işin bu hallarına hüquqi qiymət verməmişdir. Halbuki, qeyd edilən rəylər cavabdeh

tərəfə təqdim edilməmiş, onlarla tanış olmağa şərait yaradılmamışdır. Qeyd olunanları nəzərə

alaraq Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2( 103)-7400/2018 saylı

qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul

edilməsini xahiş etmişdir.

 

Prosessual məsələlər

 

İş üzrə tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar

edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə
məhkəməyə heç bir məlumat verməmişlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə

əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün
hesab edir.

 

Hüquqi məsələlər

 

Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası

məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiqini yoxlayır.

Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını

araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul
olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq
zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad
etməsi

kassasiya

instansiyası

məhkəməsinin

faktiki

halları

araşdırma

kimi

qiymətləndirilməməlidir.

Apellyasiya məhkəməsinin iş materialları üzrə  müəyyən etdiyi faktiki hallardan

görünür ki, 22.01.2013-cü il tarixli 04Y/13 saylı əsas kredit müqaviləsinə əsasən “xxxx” KB
ASC tərəfindən Cavabdeh1 81.000 manat məbləğində 60 ay müddətinə, 22.01.2018-ci il
tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi
bağlanılmaqla kredit verir. Həmin kredit müqaviləsi çərçivəsində bağlanmış 23.01.2013-cü
il tarixli 04Y/13-1 saylı əlavə kredit müqaviləsi və müqaviləyə 1 saylı əlavədən görünür ki,
“xxxx” KB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21% ödəmək şərti ilə 81.500
ABŞ dolları məbləğində kredit verilmiş, borcalan borcu qəbul etmək, müqavilədə göstərilən
müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 04Y/13 saylı 22.01.2013-cü il tarixində
bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. 23.01.2013-cii il tarixli 04Y/13-1
saylı əlavə kredit müqaviləsinə 26.12.2014-cü il tarixli Sazişdən (müqaviləyə dəyişikliklər
edilməsi haqqında) və həmin Sazişə 1 saylı Əlavədən görünür ki, tərəflər arasında
bağlanmış 23.01.2013-cü il tarixli 04Y/13-1 saylı əlavə kredit müqaviləsinin 1.3-cii
bəndində qeyd olunan əlavə kredit müqaviləsinin müddəti 22 yanvar 2018-ci il tarixə kimi,
faizi illik 22% müəyyən edilmiş, digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. 22.01.2013-cü
il tarixli 04YZ/13 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kreditor qarşısında
borculunun 22.01.2013-cü il tarixli 04Y/13 saylı əsas kredit müqaviləsindən və əsas kredit
müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə
kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə
kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin
22.01.2013-cü il tarixli 04yi/13 saylı ipoteka müqaviləsinə əsasən 22.01.2013-cü il tarixli
04Y/13 saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş
müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın
öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvani və Cavabdeh3nun

mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 3
saylı evin 2 saylı mənzili “xxxx” KB  ASC-yə ipotekaya qoyulmuşdur.

Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı

haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli
çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvani “xxxx” KB ASC-nin Yasamal
filialının xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz
əmlakın dövlət reyestrində 1349 nömrəli reyestr kitabının 123248 nömrəli vərəqində
qeydiyyata alınmışdır.

Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət

qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı *******
nömrəli çıxarışa əsasən Cavabdeh3 Gündüz oğlunun mülkiyyətində olan ünvani “xxxx” KB
ASC-nin Yasamal filialının xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki
hüquq daşınmaz əmlakın dövlət reyestrində 1368 nömrəli reyestr kitabının 125108 nömrəli
vərəqində qeydiyyata alınmışdır.

Cavabdeh4, X10, X14 və X17 tərəfindən notariat kontoruna ünvanlanmış ərizələr ilə

mübahisəli evlərin ipotekaya qoyulmasına etiraz etməmişlər və ipotekaya qoyulmuş
əmlaklara ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və
məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər.

Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə 25.12.2014-cü il tarixli 477 saylı

ekspert rəyinə əsasən ünvanin bazar qiyməti 55.000 manat, 25.12.2014-cü il tarixli 478
saylı ekspert rəyinə əsasən ünvanin bazar qiyməti 85.000 manat təyin edilmişdir. Kassa
məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 23.01.2013-cü ildə
“xxxx” KB ASC-dən 81.500 ABŞ dolları məbləğində vəsait götürmüşdür.

İddiaçı tərəfindən təqdim edilmiş 13 aprel 2016-cı il tarixli maliyyə arayışına əsasən

Cavabdeh1 04V/13-1 saylı kredit müqaviləsi üzrə 13 aprel 2016-cı il tarixə “xxxx” KB ASC-
yə 48.727.75 ABŞ dolları əsas borcu, 4.097.11 ABŞ dolları faiz borcu, 1.110,05 ABŞ
dolları cərimə borcu, cəmi 53.934,91 ABŞ dolları borcu vardır.

Həmçinin 07 sentyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1

04Y/13-1 saylı kredit müqaviləsi üzrə 06 sentyabr 2017-ci il tarixə “xxxx” KB ASC-yə
48.727,75 ABŞ dolları əsas borcu, 19.106,09 ABŞ dolları faiz borcu, 36.141.99 ABŞ
dolları cərimə borcu, cəmi 103.975,83 ABŞ dolları borcu vardır. Qeyd olunan borc
məbləğləri cavabdeh tərəfindən ödənilmədiyi üçün “xxxx” KB ASC tərəfindən 11.02.2016-
cı il tarixli pretenziya məktubu, 24.02.2016-cı il tarixli bildirişlər, Azərbaycan Respublikası
ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 04.03.2016-cı il tarixli ərizələr
göndərilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gündüz oğlu tələbin ipoteka
predmetlərinə tutmanın yönəldiləcəyi barədə “xxxx” KB ASC tərəfindən xəbərdar
edilmişlər, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlər Azərbaycan
Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində 11.03.2016-cı ildə
qeydiyyata alınmışdır.

“xxxx” MMC-nin 17 fevral 2017-ci il tarixli, ƏEM/F 90-252/17 nömrəli ekspert

rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvaninin 17 fevral 2017-ci il tarixinə
bazar qiyməti 75.000 manat və Cavabdeh3 Gündüz oğlunun mülkiyyətində olan ünvaninin
17 fevral 2017-ci il tarixinə bazar qiyməti 50.000 manat təşkil edir. Xidmət haqqı “xxxx”
MMC-nin tarif cədvəlinə uyğun olaraq 300 manat təşkil edir.

İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə

Ekspertizası Mərkəzinin 16 avqust 2017-ci il tarixli 14724 nömrəli ekspert rəyindən
görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış
və 23.01.2013-cü il tarixli, 04Y/13-1 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə
Cavabdeh1 13 aprel 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu
46.910,28 ABŞ dolları məbləğində- əsas borc üzrə 43.310,68 ABŞ dolları, faiz borcu üzrə
3.599,60 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

Həmçinin qeyd edilmişdir ki, Cavabdeh1 ilə 13 aprel 2016-cı il tarixədək (sualda

göstərilən tarixədək) 23.01.2013-cü il tarixli 04Y/13 saylı kredit müqaviləsi üzrə cərimə
pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan  çıxarış

məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla
Cavabdeh1 cərimə hesablanmır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04

yanvar 2018-ci il tarixli 27734 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən
banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları; 23 yanvar 2013-
cü il tarixli,04Y/13-1 saylı əlavə kredit müqaviləsi və 26.12.2014-cü il tarixli “Saziş”in
şərtləri əsas götürülməklə Cavabdeh1 06.09.2017-ci il tarixə (maliyyə arayışında
göstərilən tarixə) banka olan borcu 60.220,64 ABŞ dolları məbləğində-əsas borc üzrə
43.308,62 ABŞ dolları, faiz borcu üzrə 16.912,02 ABŞ dolları müəyyən olunmuşdur.
Həmçinin qeyd edilmişdir ki, “xxxx” KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 23
yanvar 2013-cü il tarixli, 04Y/13-1 saylı əlavə kredit müqaviləsinin 6.3-cü bəndində cərimə
faiz dərəcəsi (illik 72%-360%) dəqiq göstərilmədiyindən hazırki ekspertiza zamanı
Cavabdeh1 cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi

mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı
düzgün nəticəyə gəlmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə

gəldiyi nəticə qanuni və əsaslıdır.

Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş

müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd
olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ
gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə
isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş
digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi
üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa

şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak
verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,
kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından

öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya
yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən
Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun
pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması
dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi,
lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və
xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması
başa düşülməlidir.

Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə

ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin
icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin

386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı
müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın
müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında
ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu
yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya və ipoteka
qoyana  qarşı tələb irəli sürməkdə haqlı olmuşdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov

saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu
girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya
lazımınca icra etmədikdə yönəldilə bilər.

Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi

ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın
satılmasını tələb edə bilər.

Həmin Məcəllənin 319.1 -ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin

etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə,
ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna
malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci

maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma
yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər
şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka
qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri
və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə
və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik
götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə
qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

Həmin Qanunun 59.4-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 59.3-cü

maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə
üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər
evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi
və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu

maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli
Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən
irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən
istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra
edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz
formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri

hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası
məhkəməsi

tərəfindən

hazırkı

mübahisə

araşdırılarkən

maddi

prosessual

qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Cavabdeh kassasiya
şikayətində tələb edilən borcun və faizin məbləğinin dəqiqləşdirilməsi üçün təyin edilmiş
ekspertiza rəyinin natamam və qeyri obyektiv olmasını, faizin dəqiq hesablanmadığını,
qeyd etsə də, kredit borcu üzrə daha artıq ödəniş etməsini, faiz borcunun düzgün
hesablanmamasını təsdiq edən hər hansı bir mötəbər yazılı sübutu məhkəməyə təqdim
etməmişdir.

Göstərilənlərə

əsasən,

kassasiya

kollegiyası,

apellyasiya

instansiyası

məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası
məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər
arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq
normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası

məhkəməsinin qətnaməsi  kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya

məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

QƏRARA ALDİ:

 

Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli

2(103)-7400/18 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.