2[102]-5301/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2(102)-5301/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki kollegiyasının

İddiaçı: BOKT "xxxx" ASC-nin Cavabdeh

Fərzulla oğluna qarşı

iş üzrə

Q Ə R A R İ

iş № 2(102)-5301/21

(Açar sözlər: kreditin tutulması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov

Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

Əzimova Səbinə Yaşar qızının katibliyi,
İddiaçı: BOKT "xxxx" ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə,

Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(106)-

1036/2021 saylı qətnaməsindən iddiaçı BOKT "xxxx" ASC kassasiya şikayəti üzrə işə 02
noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,
aşağıdakıları müəyyən etdi:

İşin halları
İşin hallarına görə, iddiaçı BOKT "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı iddia

qaldıraraq, sonuncudan 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.932,42 ABŞ
dollarının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
Saatlı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən,

hakim İ.Ə.Abuşov) iddia rədd edilib.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 29 yanvar 2015-ci

il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, illik 33
faiz olmaqla 2.500 ABŞ dolları kredit verilib. İddiaçının 21 yanvar 2020-ci il tarixli maliyyə
arayışına əsasən, sözügedən kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 1.932,42 ABŞ
dolları məbləğində kredit borcu var. Hazırda iddiaçı həmin kredit borcunu iddiaçıdan tələb
etməkdə haqlıdır. Lakin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edənədək
qanınla müəyyən edilmiş iddia müddətini ötürüb. Belə olan halda mübahisə tərəfinin tətbiq
edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina
barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də iddia rədd edilməlidir.

Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 372.2,

375.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini
xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində icraat
Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli

qətnaməsi ilə (hakimlər Z.B.Babayev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və
N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Saatlı Rayon Məhkəməsinin
27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci

instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual
hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.

Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1,

373.2, 375.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə
əsaslandırıb.

Kassasiya instansiyası məhkəməsində icraat
Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının

izahatları

Kassasiya şikayətinin dəlilləri

İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş
edib.

Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə

baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün
olmayan qətnamə qəbul edib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" ASC-nin vəkili Vəkil və nümayəndəsi Ramil

Şıxəliyev kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar
verdilər.

Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə

də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi
Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə
baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Həmin Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti

yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil
edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia
müddəti sayılır.

Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il,

vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir
(Mülki Məcəllənin 373.2-373.3-cü maddələri).

Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı

çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə
ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar
çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri).

Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş

öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı kreditorun

borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlanır (
Mülki Məcəllənin 368 və 377.2-ci maddələri).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi

nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud
qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına
istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə
dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi).

Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla

apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi).

Kassasiya baxışının hədləri
Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya

instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan
birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş
və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi
kassasiya

instansiyası

məhkəməsinin

işin

faktiki

hallarını

araşdırması

kimi

qiymətləndirilməməlidir.

Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin

ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri
hüdudlarında tam yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi

nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası

məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə
apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi
və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən

maddi və prosessual hüquq normalarının tələblərini pozmasını və iş üzrə düzgün olmayan
qətnamə qəbul edilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri
ilə razılaşmır.

Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş

hallarından görünür ki, 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı
tərəfindən cavabdehə 18 ay müddətinə, illik 33 faiz olmaqla 2.500 ABŞ dolları kredit
verilib. İddiaçının 21 yanvar 2020-ci il tarixli maliyyə arayışına əsasən, sözügedən kredit
müqaviləsi üzrə cavabdehin iddiaçıya 1.932,42 ABŞ dolları məbləğində kredit borcu var.

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və

hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya
şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, sözügedən kredit müqaviləsinin
müddəti 01 avqust 2016-cı il tarixdə bitdiyi halda, iddiaçı hazırki iddia ərizəsi ilə
məhkəməyə 30 sentyabr 2020-ci il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş
iddia müddətini ötürüb. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa
şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb
etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn
müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il,

vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir
(Mülki Məcəllənin 373.2-373.3-cü maddələri).

Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı

çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə
ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar
çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri).

Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş

öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı kreditorun

borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlanır (
Mülki Məcəllənin 368 və 377.2-ci maddələri).

Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki

mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin
dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini
rədd etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki
mübahisəyə düzgün tətbiq edib.

İddiaçı kassasiya şikayətində sözügedən kredit müqaviləsi üzrə bütün hüquqların və

tələblərin 04 dekabr 2019-cu il tarixdən BOKT "xxxx" MMC-dən yeni kreditor BOKT "xxxx"
MMC keçdiyini, 01 mart 2019-cu ildə BOKT "xxxx" MMC-nin hazırki iddia tələbi ilə
məhkəməyə müraciət etdiyini, lakin iddia ərizəsinin “Azərbaycan Respublikasında fiziki
şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrası ilə
əlaqədar olaraq geri qaytarıldığını və bu səbəbdən də qanunda nəzərdə tutulan iddia
müddətini ötürmədiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bu dəlillərlə
də razılaşmır. Belə ki, Mülki Məcəllənin 380.1, 380.2 və 381.1-ci maddələrində göstərilir ki,
müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf
etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia
müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Əgər
iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış
iddia müddətinin axımı ümumi qaydada davam edir.

Həmin Məcəllənin 383-cü maddəsinin mənasına görə, borclu və ya digər

mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti ərzində icra etməlidir, onların öz vəzifələrini
iddia müddəti bitdikdən sonra icra etmələri iddia müddətinin axımını kəsmir.

Bu baxımdan

k

assasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə

alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə
razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya
şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq
düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona
görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən,
kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və

419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:
İddiaçı BOKT "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin.
İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli,

2(106)-1036/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən
saxlanılsın.

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.