2[102]-5301/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5301/2022

16.09.2022

ALİ MƏHKƏMƏ

Q Ə R A R D A D

Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri

Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və
Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə,

Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək

M Ü Ə Y Y Ə N E T D İ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər “TERM” kompaniyası, "xxxx" MMC, Cavabdeh3,

Cavabdeh4 və Cavabdeh5 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə
yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin
boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin (hakim İlyas Mahmudov) *2 dekabr 2*14-cü il tarixli

qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər “TERM” kompaniyası, "xxxx"
MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 29 avqust 2*13-cü il tarixli, sm4449 saylı
Baş kredit müqviləsi üzrə kreditə görə 188.7** (yüz səksən səkkiz min yeddi yüz) manat,
faiz borcuna görə 14.535 (on dörd min beş yüz otuz beş) manat, cərimə borcuna görə
1*** (min) manat, cəmi 2*4 235 (iki yüz dörd miniki yüz otuz beş) manat məbləğində
borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, Cavabdeh5 mülkiyyətində
olan Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 23 saylı mənzilin açıq
hərracda satılması və onun satışından əldə olunacaq pul vəsaiti hesabına cavabdeh
"xxxx" MMC-nin 29 avqust 2*13-cü il tarixli, sm 4449 saylı Baş kredit müqaviləsi üzrə
2*4.235 235 (iki yüz dörd miniki yüz otuz beş) manat və dövlət rüsumu 61 (altmış bir)
manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nə ödənilməsi, ipoteka predmeti olan
mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər
Cavabdeh3 və Cavabdeh5 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət
edilmişdir.

Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Əlimov Minacəddin Baba oğlu

apellyasiya şikayəti vermişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Məmmədov

- sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Aqil Abbasov) *3 may 2*18-ci il tarixli
qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər “TERM” kompaniyası,
Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 131,77*,77 (yüz otuz bir min yeddi yüz
yetmiş manat yetmiş yeddi qəpik) manat əsas borcun tutularaq iddiaçı "xxxx" ASC-nə
verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya qaydasında baxılması üçün
qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş kassasiya

şikayətinin icraata qəbulundan imtina edilməlidir.

Beləki, hazırki iş üzrə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən

iddia tələbi qismən təmin edilmiş, Cavabdeh4 iddia tələbinin təmin olunan hissəsindən
apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsi hüquq və vəzifələrinə toxunan şəxs Əlimov

Minacəddin Baba oğlunun kassasiya şikayətinə əsasən onun mübahisələndirdiyi hissədə,
yəni iddia tələbinin təmin edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini
apellyasiya qaydasında yoxlamış, apellyasiya şikayəti təmin edilməmiş, lakin qətnamə
dəyişdirilərək tutulacaq borcun məbləği azaldılmışdır. .

Hazırda kassasiya şikayəti verən Cavabdeh4 həm birinci instansiya məhkəməsi

tərəfindən təmin olunan hissədən, həm də apellyasiya instansiyası məhkəməsinin iddia
tələbinin təmin edilən hissəsindən şikayət vermişdir.

Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 birinci instansiya məhkəməsinin

qətnaməsindən apellyasiya şikayəti vermədiyindən onun həmin hissədən kassasiya
şikayəti vermək hüququ da yoxdur.

Çünki, apellyasiya instansiyası məhkəməsi tərəfindən borcun məbləği azaldılmaqla

birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi Cavabdeh4 mənafeyinə zidd
olunmamışdır.

MPM-nin 4*3.1-ci maddəsinə əsasən Bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə

tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə
isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

Azərbaycan Respublikası MPM-nin 4*4-1.1. maddəsinə əsasən kassasiya

instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində
kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün
prosessual əsasların olması daxildir.

Həmin Məcəllənin 4*4-1.2. maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq

üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə
dair qərardad qəbul edilir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 4*4-1.2. maddəsini

rəhbər tutaraq məhkəmə,

Q ə r a r a a l d ı:

Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*5)-28/2*18 nömrəli, *3

may 2*18-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin

kassasiya baxışı qeyri-mümkün hesab

edilsin.

Mülki

kassasiya

şikayətinin

qaytarılması

üçün

Sumqayıt

Apellyasiya

Məhkəməsinə göndərilsin.

Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.