2[102]-5307/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-5307/2022

16.09.2022

ALİ MƏHKƏMƏ

QƏRARDAD

(Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev

Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan
ibarət tərkibdə,

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1847/2022 nömrəli, 21

fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini
nəzərdən keçirərək,

MÜƏYYƏN ETDİ:

İddiaçı (nümayəndə və vəkil X1 tərəfindən tərtib edilmiş) Bakı Apellyasiya

Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1847/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli
qətnaməsindən kassasiya şikayəti vermişdir.

Kollegiya aşağıdakılara əsasən hesab edir ki, şikayət qeyri-mümkün sayılmalıdır.
Belə ki, 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 10-1.3-cü maddəsinə

görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə”
informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o
cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə
sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə”
informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Qeyd edilən normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya

sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətlərin verilməsi “Elektron
məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli
olduğu halda iddaçının vəkili tərəfindən qaydaya riayət olunmamış, şikayət elektron
kabinet vasitəsilə verilməmişdir.

MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi

iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü
yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması
daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya
şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

Bundan başqa MPM-nin 408.1 və 408.1.7-ci maddələrinə görə, “Elektron məhkəmə”

informasiya sisteminin tətbiq olunduğu apelyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-
cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında
kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti
apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-

mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı
Apellyasiya Məhkəməsinə göndərilməlidir.

Göstərilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-

ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1847/2022

nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-
mümkün hesab edilsin.

Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apellyasiya

Məhkəməsinə qaytarılsın.

Sədrlik edən:

Zaur Əliyev

Hakimlər:

İlqar Xələfov

Abiddin Hüseynov